sənədləri sülh konfransına çatdırılmaq üçün Qarabağdan İrəvana
göndərirəm.
Təqribən bir ay əvvəl, yerli müsəlmanlara Azərbaycan
hökumətinin (müsavat) göstərişi ilə erməni kəndlərini tərksilah
etmək, partizan dəstələri düzəldib Qaraçinar kəndini atəşə tutmaq
təklif edilmişdi. Ondan sonra həmin dəstə Gəncə qazasının Erkəc,
Aşağı Ağcakənd, həmçinin Yuxarı Ağcakənd kəndlərinə gəlməyə
başladı”.
Məktubda daha sonra göstərilir ki, guya onlar bir qrup kənd
sakini Qaraçinar kəndinə gediblər ki, danışıq aparmaqla
müsəlmanların hərəkətlərini dayandırsınlar. Burada onları
qubernatorun yanına gətiriblər və o, heç nə soruşmadan onları
həbsxanaya atdırıb. Tümıədə onlar döyülüb, təhqir ediliblər, guya
hətta dinlərinə görə də söyülüblər. Məktubda daha sonra Y.
Ağcakəndin məruz qaldığı itkilər barədə danışılır və itkilərin
siyahısı göstərilir. Yalnız maddi şeylər və əsasən ərzaqdan ibarət
olan bu zərərə görə kömək göstərilməsi xahiş edilir və
“bolşeviklərin gəlməsi nəticəsində mən türmədən xilas oldum,
hazırda azadlıqdayam” deyilir. Gəncə quberniyasının Yuxarı
Ağcakənd kəndinin sakini Bala Şahnəzərov.”
Həmin məktuba B.Şahnəzərov Xudadat bəy Rəfıbəyovun
həbs
edildiyi gün, 12 mayda imza atıb.
Mayın 13-də milliyətcə erməni olan iki nəfər Mənəşid kənd
sakini isə 32-ci atıcı diviziya yanında 8-ci xüsusi bölməyə “Xudadat
bəy Rəfıbəyov və Səfıkürdskinin başçılıq etdikləri dəstələrin
1917-ci ildə Şamxor və s. stansiyalarda onların qardaşlarını (ruslar
nəzərdə tutulur - L.Ş.) vəhşicəsinə öldürdüklərini, ölənlərin
meyidlərini soyduqlarını və kanala, quyuya atdıqlarını, sağ qalanları
isə diri-diri yandırdıqlarını” bildirirlər.
Başqa bir ennəninin guya onlar yaşayan kəndlərin əhalisinin
Xudadat bəy Rəfıbəyovun “quldur dəstəsi” tərəfindən talan edildiyi
barədə eyni ünvana yazdığı təcili donosunda yenə də eyni xarakterli
yalanlar uydurulur və guya Xudadat bəy Rəfıbəyovun hətta İsa
peyğəmbəri təhqir etdiyi də göstərilir. Sonluqda o həmkəndliləri
adından bolşeviklərin
humanizminə ümid
148
Bütün vasitələr qeyd etdiyim icmaların Gəncə vilayəti rəhbərliyinə
tabe edilməsi işində köməklik göstəraıədi.
Hökumətə xəbər verildi. Hökumət də tabe olmaq haqqında
qəti qərar qəbul etdi.”
Əlbəttə, Xudadat bəyin ittiham edilməsi üçün onun Gəncə
qubernatoru kimi bolşeviklər əleyhinə gördüyü tədbirlərin biri ilə
bağlı məlumat vermək də kifayət idi, ancaq ermənilərin bu
donoslarına işdə belə səxavətlə yer ayrılması heç də təsadüfi deyildi.
Əslində bunlann bir hissəsini Çekada müəyyən səlahiyyət sahibi
olan erməni əməkdaşların özləri təşkil etmişdilər. Guya bu
“faktlar”la Xudadat bəyin xalqa qarşı zorakı hərəkətlərə yol
verdiyini göstərmək və nəticə etibarı ilə milli Azərbaycan
hökumətinin özünün xalqa zidd mahiyyət daşıdığı təsəvvürünü
yaratmaq istəyirdilər. Belə olduğu təqdirdə “zəhmətkeşləri təmsil
edən” bolşevik hakimiyyətinin ən qanlı cəza tədbirlərinə əl atmasına
tamamilə qanuni don geydirilə, aprel çevrilişinə haqq qazandırıla
bilərdi. Xudadat bəy yuxarıda göstərilənlərlə yanaşı, əgər istintaq
prosesi mayın 25-nə qədər davam etdirilsə idi, Gəncədə üsyan
törədilməsində iştirak etməkdə də ittiham edilə bilərdi. Özü də bu
cür ittihamlan sübuta yetirmək üçün yeni rejimin hansısa
dəlil-sübutlar gətirməsinə heç bir ehtiyac duyulmurdu. Ən qəribəsi
isə bu idi ki, bolşevik çekasmm, sonrakı dövrdə enkevedesinin
istənilən ittihamın doğruluğunu təsdiqləyən istənilən qədər sübut
“tapa bilməsinə” kimsə şübhə etmirdi. X.Rəfıbəyovun Gəncə
üsyanında iştirakına gəlincə, bu barədə M.Ə.Rəsulzadənin onun
haqqında yazdığı təəssüf dolu sətirlərdə də müəyyən işarələr var:
“Məşhur vətənsevən Əli Əkbər Rəfıbəylinin oğlu Xudadat bəy
Azərbaycanın işğalı üzərindəki Gəncədə vali” ikən həbs olunmuş,
Gəncədə zühur edən üsyan əsnasında edam edilmişdir. Fədakar bir
millət adamı idi”.
Əslində Xudat bəyin Gəncə üsyanında hansı şəkildəsə iştirakı
heç bir şübhə doğurmur, əksinə milli dövlətin möhkəmləndirilməsi
naminə həm özünün, həm də ailəsinin həyatını zərbə altında
qoymaqdan çəkinməyən bir insanın bolşevik istilasına qarşı
əvvəlcədən planlaşdırılan belə bir kütləvi etiraza qoşulmaması
təəccüb doğurardı. Üsyana hazırlıq
isə həqiqətən də, xeyli
150