220
məqsədinə malik mütərəqqi islahatlar həyata keçirilir. Bu kadrlar üçün səriş-
təlilik, kreativ düşüncə, vəzifəli şəxslər və vətəndaşlar arasında yüksək ünsiy-
yət mədəniyyəti, məsuliyyət mədəniyyəti və vətənpərvərlik, idarəçilik işinin
nəticələrinin qiymətləndirilməsinə ictimai rəyi cəlb etmə xarakterikdir. Nəti-
cədə yeni yaradılmış dövlət idarəçiliyi modeli vətəndaşların müasir innovasi-
yalar vasitəsilə reallaşan şəffaf, keyfiyyətli, operativ və rahat xidmətlərlə
məmnunluğuna əsaslanır.
Azərbaycan xalqının həyat rifahı və keyfiyyətinin yüksəldilməsinə yönəl-
dilmiş dövlət siyasətinin ən uğurlu nailiyyətlərindən biri, milli idarəçilikdə
struktur dəyişiklikləri şəraitində 2013-cü ildə yaradılmış Azərbaycan Respub-
likasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üz-
rə “ASAN xidmət” Dövlət Agentliyidir. Agentliyin əsas məqsədləri bunlardır:
vətəndaşların xərclərinin və vaxt itkisinin azaldılması; vətəndaşlarla münasi-
bətdə etika qaydalarının, nəzakətli davranışın gözlənilməsinə nail olunması;
peşəkarlıq səviyyəsinin yüksəldilməsi; dövlət müəssisələrinə inamın möh-
kəmləndirilməsi; şəffalığın artırılması, rüşvətxorluqla mübarizənin gücləndi-
rilməsi; elektron xidmətlərdən daha geniş istifadə; bu sahədə institusional is-
lahatların effektivliyinin artırılması.
Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin dünya prakti-
kasında analoqu olmayan bu gözəl innovativ layihəsi və brendi artıq ölkəmi-
zin milyonlarla vətəndaşının qəlbini fəth etməyə müvəffəq olmuşdur.
Dövlətçilik mədəniyyəti nöqteyi-nəzərindən “ASAN xidmət”in fəaliyyəti
mühüm siyasi vəzifənin – dövlət sisteminin bazar şəraitinə yaxınlaşdırılması
və mülki əhalinin dövlətin administrasiya xidmətlərindəki tələbatlarının daha
tam şəkildə təmin edilməsi hesabına idarəçilik mədəniyyəti və effektivliyinin
yüksəldilməsinin həllinə yardım edir. Onun fəaliyyətinin praktik əhəmiyyəti
Agentliyin dövlət idarəçiliyinin digər mühüm funksiyasının - əhalinin rifahı-
nın dəstəklənməsinə yönəldilmiş həyat fəaliyyətinin tənzimlənməsinin real-
laşdırıılmasına müsbət təsir göstərməsi ilə şərtlənir. Bu zaman “ASAN xid-
mət”in dövlət qulluqçuları üçün xüsusi peşəkarlıq etikasını və cəmiyyət və
dövlət qarşısında yüksək sosial və siyasi məsuliyyət mədəniyyətini daxil edən
korporativ mədəniyyət xarakterikdir.
Siyasi-etik ölçüdə “ASAN xidmət”in fəaliyyəti, - ölkədə yüksək vətəndaş
mədəniyyətinin formalaşdırılmasına, insanların vətənpərvərlik ruhunda tərbi-
yə edilməsinə, şəxsiyyətlərarası və beynəlxalq münasibətlər mədəniyyətinə,
milli mədəni dəyərlərin, o cümlədən yüz illər mədəniyyət tarixi boyu Azər-
baycan xalqına xas ənənəvi multikulturalizm dəyərlərinin qorunması və inki-
şafına yönəldilmiş azərbaycançılıq ideologiyası istiqamətində həyata keçirilir.
Dövlət quruculuğu və idarəçiliyinin ən mühüm istiqamətlərindən biri kimi,
221
“ASAN xidmət”in əhəmiyyəti onun strategiya və texnologiyalarının cəmiyyə-
tin mənəvi iqliminə, siyasi və sosial sabitliyə, ictimai münasibətlər mədəniy-
yətinə, həmçinin dövlət qulluqçuları, siyasətçiləri və məmurların özlərinin
idarəetmə mədəniyyətinə böyük təsir göstərməsindən ibarətdir.
. “ASAN xidmət”in fəaliyyəti üçün həm kollektivin özündə, həm də işçilə-
rin müştərilərlə münasibətində yüksək əmək və kommunikasiya (ünsiyyət)
mədəniyyəti xarakterikdir. Vətəndaşlarımızın bu Dövlət Agentliyində hiss
etdikləri psixoloji komfortluluq, onların Agentliyin əməkdaşlarının yüksək
peşəkarlıq və etik mədəniyyətindən razılığı milli özünüdərkdə və müxtəlif
peşələrdə və yaş həddində olan insanların öz xalqı və dövləti üçün qürur hissi-
nə müsbət təsir göstərir. Agentlikdə hökm sürən pozitiv mühitdə “ASAN xid-
mət” personalının özünün yüksək etik mədəniyyəti, brend geyimlərinin səli-
qəliliyi ilə fərqlənməsi də əsas rollardan biri qismindədir.
Strategiya, texnologiya, etika, “public relations” və dizayn, həmçinin sosial
mühəndisliyin ən yeni metodları kimi dövlət idarəçiliyi mədəniyyətinin elmi
prinsiplərindən bacarıqla istifadə edərək, “ASAN xidmət” vətəndaşlarla ün-
siyyətdə dövlət qulluqçularının yüksək milli etik mədəniyyət standartlarının
təsdiqində müsbət nəticələrə nail olmuşdur. Dövlət idarəçiliyinin yüksək
effektivliyinin təmin edilməsi üçün belə mədəniyyətin əhəmiyyətini Azərbay-
can Respublikasının Prezidenti, cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə
qeyd etmişdir.
ASAN xidmət”in uğurlu fəaliyyəti əsasən onunla şərtlənir ki, onun fəaliy-
yət istiqamətlərindən biri treninqlərin və kursların keçirilməsidir. Agent işçi-
lərinin uğurlu treninqlərinin təminatı üçün xüsusi olaraq “Treninqlərin qayda-
ları” işlənib hazırlanmış və təsdiq edilmişdir ki, burada innovativ metodlar və
təhsil texnologiyaları əsasında qurulmuş səmərəli modeli daxil edən Agentli-
yin Strategiyası uyğun istiqamətlər üzrə öz əksini tapmışdır. Bu strategiyanın
məqsədi – müasir təhsil standartlarına və “informasiya cəmiyyətinin” infras-
trukturuna cavab verən, kadr potensialının, xüsusilə yüksək peşəkarlıq, kreativ-
lik, innovativ təfəkkür və milli mədəni dəyərlərə sadiq gənclərin formalaşdırıl-
masını təmin etməyə qadir xüsusi innovativ təhsil sisteminin yaradılmasıdır.
Məlumdur ki, dövlət idarəçiliyi prosesi dinamik xarakter daşıyır və hər bir
konkret ölkənin tələbatlarına, dünya sivizasiyasının çağırışlarına uyğun
olaraq, dialektik dəyişikliklərə, islahat yolu ilə dəyişdirilməyə və təkmilləşdi-
rilməyə məruz qalır. Bu qanunuyğunluğu nəzərə alaraq, treninqlər, yalnız Ba-
kıda deyil, həm də Gəncə, Sumqayıt, Sabirabad, Bərdədə təmsil olunan
“ASAN xidmət” təşkilatlarının aktiv inkişaf edən şəbəkəsi üçün kadrların
məqsədyönlü hazırlığı və yenidən hazırlığını həyata keçirir. Treninqlərdə
personal Azərbaycan və dünya mədəniyyəti və sivilizasiyasının tarixi, insan
Dostları ilə paylaş: |