222
münasibətləri, əmək, xidmət və idarəetmə mədəniyyəti, peşə etikası, hüquq
mədəniyyəti, məsuliyyət mədəniyyəti, özünüidarə və özünü təkmilləşdirmə
mədəniyyəti, azərbaycançılıq ideologiyası, insan kapitalının inkişaf xüsusiy-
yətləri, multikulturalizmin əsasları sahəsində, həmçinin psixoloji biliklər əldə
edir. Bu biliklərin yayılması “ASAN xidmət” kollektivlərinin xüsusi həyat
fəlsəfəsi və korporativ mədəniyyətinin formalaşmasına, işçilərdə yüksək peşə-
karlıq səviyyəsinin yetişdirilməsinə yardım edir. Dövlət Agentliyi işçilərinin
əmək mədəniyyətinin qiymətləndirilməsində işin effektivlik meyarı kimi, on-
ların vətəndaşların tələbatları və maraqlarını maksimal surətdə təmin etmək,
sosial və məişət problemlərinin həllində onlar üçün komfortlu şərait yaratmaq
qabiliyyəti çıxış edir.
“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası “ASAN xidmət” işçiləri-
nin peşə və etik mədəniyyətinin formalaşmasına müəyyən töhfə vermişdir.
2014-2015-ci illərdə tərəfimizdən, Agentliyin Bakı şəhərində yerləşən müx-
təlif mərkəzlərinin kollektivləri üçün, həmçinin “ASAN xidmət”in Gəncə,
Sumqayıt, Sabirabad və Bərdə şəhərləri filiallarının işçiləri üçün əmək mədə-
niyyəti və xidmət mədəniyyəti üzrə onlarla xüsusi kulturoloji treninqlər keçi-
rilmişdir. Bu interaktiv treninqlərin gedişatında məruzələr və işgüzar oyunlar
keçirilmiş, intellektual və etik mədəniyyət, insan kapitalı, əmək və xidmət
mədəniyyəti, menecment və kommunikasiya mədəniyyəti haqqında əsas anla-
yışlardan ibarət multimedia materiallar kollektivlərə verilmişdir.
İşçilərin potensial imkanlarının sosial reallaşdırılması üçün əlverişli şərai-
tin yaradılmasına yardım etməsi, personalın şüuruna və motivasiyasına müs-
bət təsir göstərməsi də kulturoloji treninqlərin üstün və yaxşı cəhətidir. Məş-
ğələlər əməkdaşların səriştəliliyinin atrmasına, onların özünə inamına, inan-
dırmaq və maraqları harmonizasiya etmək bacarığını inkişaf etdirməyə, kol-
lektivdə komanda ruhunun, sağlam mənəvi və psixoloji iqlimin formalaşdırıl-
masına yardım edir. Bütün bunlar son nəticədə yüksək əmək məhsuldarlığını
təmin edən ciddi idarəçilik resursu olur. Treninqlər nəticəsində kollektivdə
formalaşan sağlam mənəvi və psixoloji iqlim təşkilatın hər bir əməkdaşının
ətrafdakıların məhəbbəti və hörmətini, anlayışı və dəstəyini qazanmaq imka-
nına malik olmasına yardım edir. Öz növbəsində bu güclü mənəvi motivasiya
işə olan marağı artırmaq və təşkilatda öz potensialını reallaşdırmaq, mədəniy-
yətləri harmonizasiya etmək və ümumi işin səmərəliliyi və keyfiyyətini yük-
səltmək imkanını verir.
Kulturoloji treninqlər innovativ və interaktiv xarakterə malikdirlər. Onlar təş-
kilat və müəssisə əməkdaşlarına hər zaman “formada olmaq”, özlərinin xüsusi və
universal bilik səviyyələrini artırmaq, meydana çıxan problemlərin sistemli təhli-
lini həyata keçirmək, konkret situasiyalarda vaxtında və düzgün qərarlar qəbul
223
etmək imkanını verən intellektual cəhətdən zəngin oyunlar və “beyin hücumları”
ilə müşayiət olunurlar. Sistemli yanaşmaya əsaslanan treninqlər, işçilərin in-
tellektual mədəniyyətinin və qazanılmış biliklərin praktik fəaliyyətdə istifadəsi
vərdişlərinin möhkəmlənməsi hesabına əhaliyə xidmətin effektivliyinin artması-
na yardım edir. Onlar dövlət qulluqçularının intellekti, texnoloji silahlanması və
praktik təcrübəsinin inkişafına, onlarda əməyə və öz sənətinə məhəbbətin forma-
laşmasına, milli ənənələr, vətəndaşların xarakterləri, psixologiyası və tempera-
menti haqqında biliklərin yayılmasına, insanlarla işləmək bacarığına yardım edir.
Onlar pozitiv energetikanın və özünüidarə mədəniyyətinin yetişdirilməsinə, yük-
sək əmək mədəniyyəti standartlarına uyğun xidmət texnologiyaları və peşəkarlıq
bacarığının təkmilləşdirilməsinə imkan yaradır.
“ASAN xidmət”də tərəfimizdən keçirilən kulturoloji treninqlər prosesində
işçilərdə onlar tərəfindən qayda və nizamın gözlənilməsini, qoyulmuş qayda-
lara riayət etməni, insanlara xidmətdə düzgünlük və ədaləti, həmçinin pozitiv
xarakterin və kompromisə getmək bacarığının təşəkkül tapmasını nəzərdə tu-
tan yüksək mədəniyyətli insanın keyfiyyətlərinin formalaşdırılmasına böyük
diqqət ayrılırdı. Bunun sayəsində treninq keçmiş dövlət qulluqçuları, adətən,
müştərilərlə işləyən zaman daha çox diqqət, səbr, təmkin və empatiya göstə-
rirlər, insanların xarakteri, temperamenti və psixologiyasını daha yaxşı nəzərə
alırlar, sosial-məişət problemlərinin həllində onlara yardım etməyə çalışırlar.
Ekspertlərin iştirak etdiyi belə treninqlər nəticəsində respublika əhalisinə xid-
mətdə dövlət qulluqçularının bacarığının daim təkmilləşdirilməsi, onların
beynəlxalq əmək mədəniyyəti standartlarına yönəldilmiş peşəkarlıq və etika
səviyyəsinin yüksəldilməsi təmin olunur.
Agentliyin treninq fəaliyyəti dövlət başçısı tərəfindən qoyulmuş insan ka-
pitalının inkişafı milli strateji vəzifənin praktik reallaşdırılmasına mühüm töh-
fə verir. Əmək mədəniyyəti üzrə xüsusi treninqlərin keçirilməsi həm də işçilə-
rin diskresion fəaliyyətə cəlb edilməsinə imkan verir. Bu fəaliyyət qanunun
icrası və əhaliyə xidmətdə qanunla şərtlənən məqsədlərə uğurla nail olmaq
üçün lazım olan qərarları qəbul etməkdə onların hüququ və məsuliyyəti ilə
bağlıdır. “ASAN xidmət” üçün bu xüsusi əhəmiyyət kəsb edir, belə ki, bü cür
fəaliyyət prosesində “ASAN xidmət”də akkreditasiya olunmuş respublikanın
digər nazirlikləri və idarələrinin nümayəndələri özlərinin peşəkarlıq və etik
mədəniyyət səviyyəsini yüksəldirlər.
Personal tərəfindən xüsusi ədəbiyyatdan bacarıqla istifadə olunması,
treninqlərdə onlar tərəfindən bir daha əldə edilmiş universal və xüsusi bilik-
lərin praktik istifadəsi, sistemli və situasiyalı təhlil metodlarının, müasir ida-
rəçilik mədəniyyəti texnologiyalarının mənimsənilməsi müxtəlif, bəzən hət-
ta forsmajor (gözlənilməz) situasiyalarda “ASAN xidmət” əməkdaşlarının
Dostları ilə paylaş: |