Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə41/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   67

 103 
səviyyənin cüzi bir hissəsini təşkil  edir. Deyilənlər cədvəl məlumatlarında da təsdiq 
olunur. 
Artıq biz bilirik  ki, əmək haqqının ümumi  səviyyəsi tələb  və təklifin qarşılıqlı 
 
fəaliyyəti   nəticəsində  müəyyənləşir.  Onların   qarşılıqlı   fəaliyyətinə  isə  müxtəlif 
 
amillər, o cümlədən  əməyin, kapitalın, təbii resursların  səmərəliliyi və sairə təsir 
göstərir. 
13-cü   
cədvəldən  görünür ki, İngiltərədə əmək haqqı Hindistandan  20 dəfə və 
ya 
ABŞ-da  əmək  haqqı   Meksikadan  7,7  dəfə  çoxdur.  Ola  bilərmi  ki,   Meksika, 
Hindistan 
və  digər dövlətlər əmək  haqqının  yüksəlməsinin  qarşısını  süni üsullarla 
 
əngəlləsin? Əlbəttə ki, yox! Əgər Hindistanda və  İngiltərədə əməyin tələb və təklif 
qrafikini qursaq,  biz qeyd olunan 
vəziyyəti əyani  surətdə görə bilərik 
 
                  P 
                                              S (
İngiltərə) 
 
 
                                                        S (Hindistan) 
                                                      
                                                           
 
                         
                          
Əməyin miqdarı            
 

 
Şəkil 28. İngiltərə və Hindistanda əməyin tələb və təklif əyrisi  
 
Aydındır  ki,  Hindistanda   əmək  haqqının  aşağı  səviyyəsi  iş  qüvvəsi  təklifinin 
çoxluğu  ilə izah olunur. 
 
Oxşar qrafikləri ABŞ və Meksikanın əmək bazarları üzrə də quraq. (şəkil 29) 
 
 
Əmək haqqı 
                  P 
                                               
                                           S 
                                                                                                              
                                                           
                                                      D (
ABŞ) 
                                            D(Meksika) 
                        
 
                          
Əməyin miqdarı           
 
 Q 
 
Şəkil 29. ABŞ və Meksikada əməyin tələb və təklif əyrisi  


 104 
 
Göründüyü  kimi,  Meksikada 
əmək  haqqı   ABŞ-dan   aşağıdır  və   bu  başlıca 
olaraq onunla izah oluna 
bilər ki, Meksikada əməyə tələb əyrisi ABŞ-a nisbətən sola 
və aşağıya doğru daha çox  meyllənib. 
Deyilənləri yekunlaşdıraraq özümüz üçün aşağıdakı nəticələri çıxaraq. 
Müxtəlif  ölkələrdə  əmək  haqqının  fərqli  səviyyəsi  iqtisadiyyatın  əsas  qanunu, 
daha 
doğrusu, tələb və təklif qanunu ilə izah oluna bilər. Orta əmək haqqı səviyyəsi 
öz-
özünə  yüksələ  bilməz.  Onu  müxtəlif  ölkələr  hökmən  "qazanmalı  və  onun 
artımına yönələn əmək haqqı siyasəti yeritməlidirlər". 
İndi isə gəlin,  aydınlaşdıraq görək ki, nəyə görə firmalar əmək haqlarını yuxarı 
qaldırmaqda «xəsislik» edirlər? 
Axı, belə olan halda əhali daha çox pul qazanmaqla çoxlu miqdarda mal almaq 
imkanlarına  malik  olur.  Mallara  olan  tələbatın  yüksəlməsi  isə  istehsalçıların  öz 
buraxılışlarını çoxaltmağa gətirib çıxaracaq. İstehsalatın artması  da  işçi  qüvvəsinə 
tələbatın çoxalmasını şərtləndirəcək, deməli yenidən əmək haqları artacaq.  
Digər tərəfdən də sahibkar mənfəət naminə bizneslə məşğul olur. Biz  isə bilirik 
 ki, 
mənfəət  müəyyən  dövrə əldə  olunmuş  gəlirdən bütün xərcləri çıxdıqdan sonra 
yerdə qalan vəsait hesabına yaranır. 
Əgər işçilərə ödənilən əmək haqqı birdən-birə artırılarsa, onda ümumi xərclər də 
çoxalacaq 
və  nəticədə  sahibkar nisbətən  az  mənfəət  əldə   edəcək.  Deməli,  məhsul 
buraxmaq 
sərfəli olmayacaq. 
Ola 
bilər ki, çoxlu sayda  məhsul istehsalına başlamaqla, miqdar artımı hesabına 
əvvəlki  tək  normal  mənfəət  qazanmaq  mümkün  olsun.  Lakin  bunun  üçün  istehsal 
gücünü  tez  bir  zamanda 
artırmaq  lazım  gəlir  ki,  bir  çox  hallarda  da  müəssisənin 
sahibi  buna tam 
şəkildə hazır olmur. 
Axı,  bu  iş  o  qədər  də  asan  deyil.  Yeni  avadanlıq  tapmaq,  onu  almaq, 
quraşdırmaq, əlavə xammal və materiallar cəlb etmək tələb olunur.  Bütün bunlara 
isə vaxt və xeyli miqdarda əlavə pul vəsaiti  lazımdır. 
Əmək  haqqını  artırmaq  istəyən  sahibkar  ziyan  əldə  etməkdən  ötrü  tezliklə 
qiymətləri  bahalaşdırır.  Lakin  belə  olan  halda  işçi  aldığı  yüksək  əmək  haqqı  ilə 
çoxlu mal ala bilmir. 
Deməli, onun həyat səviyyəsi yenə aşağı səviyyədə qalır. 
Göründüyü  kimi, 
əmək haqqını sadəcə  olaraq qaldırmaq heç bir sahibkara sərf 
etmir 
və  bunun  üçün  ilk  növbədə  satışın  həcmini,  firmanın  gəlirini  çoxaltmaq 
lazımdır.  
Gəlin,  birlikdə  daha  bir  misalı  aydınlaşdıraq.  Təsəvvür  edək  ki, 5 pinəçinin 
işlədiyi ayaqqabı tikişi üzrə çox da böyük olmayan emalatxanamız var. Pinəçinin hər 
birinin 
aylıq əmək haqqı 200 min manatdır. Tutaq ki, onlar gündə 10 cüt ayaqqabı 
tikirlər. 
Bu hesabla ay 
ərzində 20 iş günü fəaliyyət  göstərən pinəçilər tərəfindən 200 cüt 
ayaqqabı tikilir və sahibkar pinəçilərə ayda 1 milyon manat əmək haqqı verir.  
Sahibkar 
ayaqqabının cütünü 30 min manata satır. Bu zaman istehsal və satışın 
maya 
dəyəri  25  min  manat  təşkil  edir.  Hər  cüt  ayaqqabı  satışından  sahibkara 


 105 
mənfəət formasında 5 min manat vəsait çatır. 
İndi isə müəyyənləşdirək görək hər cüt ayaqqabının maya dəyərində əmək haqqı 
xərcləri nə qədərdir. Bunun üçün 1  milyon manatlıq əmək haqqını 1 ayda istehsal 
olunmuş ayaqqabının  miqdarına bölək  (1.000.000:200=5.000). Nəticə, 5000 manat 
alınır.  
İndi fərz edək ki, sahibkar  istehsalını 2 dəfə artırmaq məqsədilə yeni emalatxana 
quraşdırıbdır.  Təbii   ki,  əvvəlki  illə  müqayisədə  xeyli  mükəmməl  avadanlığın 
quraşdırılmasına  baxmayaraq,   indi  daha  çox  işləmək  tələb  olunacaq.  Tezliklə 
ayaqqabı  istehsalı  400  cütə  çatacaq  belə  olan  halda  çox  güman  ki,  pinəçilər  tələb 
edəcək ki, sahibkar onların  maaşlarını da 2 dəfə artırsın. 
Gəlin,  bu  cür  tələbin  irəli  sürülməsində  pinəçilərin  nə  qədər  haqlı  olduğunu 
aydınlaşdırmağa çalışaq. 
Əvvəlcə,  müəyyənləşdirək  görək  hər  cüt  ayaqqabının  maya  dəyərində  əmək 
 h
aqqı xərcləri nə qədər artıb. Əvvəlki əmək haqqı səviyyəsini saxlasaq, indi 1 cüt 
ayaqqabının   tam  maya  dəyərində  əmək  haqqı  xərci  (1000000:400)  2.500 manat 
təşkil edəcək. Deməli, hər cüt ayaqqabı üzrə tam maya dəyəri 2.500 manat azalaraq 
22.500  manat 
səviyyəsinə  düşəcək  və  beləliklə  də  sahibkarların  mənfəəti  7500 
manat olacaq (30.000-22500=7500). 
Nəzəri  cəhətdən  sahibkarın  işçilərinin  əmək  haqqını  2  dəfə  artırması 
mümkündür. Lakin, 
belə olan halda  onun gəliri əvvəlki səviyyədə  qalacaq. Məgər, 
bu 
ədalətlidirmi? Axı, o əlavə avadanlıq, xammal, material alınmasına xeyli vəsait 
xərcləmiş və onlar vasitəsilə əmək  məhsuldarlığının  yüksəlməsini, məhsul satışını 
stimullaşdırmışdır. 
Sahibkar 
tezliklə  əmək  haqqını  1,5  dəfəyədək  artıra bilər  (burda  konkret  hədd 
yoxdur)   
və  belə   olanda  bu  dəyişiklikdən  hamı  udacaq.   Əmək  haqqının  artımı 
səviyyəsi  əmək  məhsuldarlığının   artımından  asılıdır  və  bu  zaman  aşağıdakı 
cədvəldə təqdim edilən  dəyişikliklər baş verir. 
Cədvəl 14 
Əmək haqqının artımı səviyyəsi ilə əmək məhsuldarlığının 
artım tempinin qarşılıqlı əlaqəsi 

Adı 
Maya 
dəyəri 
Mənfəət 

Əmək məhsuldarlıüı əmək haqqına 
nisbətən kiçik sürətlə artırsa 
 
 

Əmək məhsuldarlıüı əmək haqqına 
 
nisbətən böyük sürətlə artırsa 
 
 
Ona 
görə  də  əgər  biz  istəyiriksə  ölkəmiz  zəngin  olsun,  müəssisələrimiz  dünya 
bazarında  rəqabət  apara  bilsin,  onda  çalışmalıyıq  ki,  əmək  haqqının  artım  tempi 
 
əmək məhsuldarlığının artmından çox olmasın! 
 
Əmək  resurslarının 
təkamülü (tədrici inkişafı) 
İnsanın  mövcud  olduğu  bütün  tarix  boyunca  işəgötürənlər  öz  işçilərinin 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə