122
olunur. Bura vergi,
dövlətin pul kredit siyasəti və s. aiddir.
Ümumiyyətlə, hər bir ölkədə iqtisadiyyatın inkişafı tsiklik xarakter daşıyır.
Artım dövründən sonra stabillik dövrü, sonra isə tənəzzül dövrü gəlir. Bəzən
tənəzzül xeyli vaxt aparır, uzanır. Onda bu dövrü durğunluq adlandırırlar. Müəyyən
dövrdən sonra iqtisadiyyatda canlanma müşahidə olunur.
Tsiklik
inkişafın qrafiki təqdimatı belədir.
Əmtəə istehsalı
Ümumi tendensiya
Pik
Artım Eniş
Tənəzzül
Zaman
Şəkil 32. Tsiklik inkişaf əyrisi
İqtisadiyyatın inkişafında tsiklik xarakterdən qaçmaq heç bir ölkəyə nəsib
olmayıb. Lakin sürətli dəyişikliklərdən, dərin tənəzzüldən yaxa qurtarmaq və bu
əyrini düzəltmək hər bir ölkənin məqsədi olub.
İqtisadi tsikllər iqtisadiyyatında real ÜDM-in artımının və tənəzzülün
əvəzlənməsini əks etdirir.
Tipik iqtisadi
tsikllər 4 fazadan təşkil olunmuşdur.
- Böhran dövrü (
tənəzzül);
-
Durğunluq dövrü;
- Canlanma dövrü;
-
Yüksəliş dövrü (pik).
Sonradan
yenə böhran dövrü başlayır və bütün tsikl təkrarlanır.
Yüksəliş dövrü ərzində ÜDM və istehsal gücləri artır, əhalinin məşğulluq
səviyyəsi yüksəlir və əmək haqqı ilə qiymətlərdə də artım tendensiyası baş verir.
Durğunluq dövrü ərzində isə əsasən hər şey əksinə nəzərə çarpır. Bu dövr üçün
yüksək işsizlik səviyyəsi, istehsal gücünün kifayət qədər istifadə edilməməsi, ÜDM-
in
azalması, əmək haqqı və qiymətlərin aşağı düşməsi xarakterikdir.
Biz bilirik ki, isteh
salçılar həmişə öz məhsullarını mümkün qədər yüksək
qiymətə satmağa çalışırlar. Lakin tənəzzül vaxtı qiymət və xərclərin səviyyəsi aşağı
ola
bilər. Digər hallarda isə, məsələn yüksəliş dövrü ndə istehsalatın həcmi yüksəlir,
qiymətin səviyyəsi artır.
123
MƏCMU TƏKLİF, MƏCMU TƏLƏB
Məcmu təklif müəyyən dövr ərzində ölkə şirkətlərinin istehsal etməyə və
satmağa hazır olduğu əmtəə və xidmətlərin ümumi miqdarıdır. O, qrafikdə AC
kimi
təsvir olunur, qiymət səviyyəsi, iqtisadiyyatda istehsal gücü və xərclərin
ölçüsündən asılıdır.
Bütün
məhsulların
qiymətlərinin orta
səviyyəsi
AC
AD
Real ÜDM
Şəkil 33
Məcmu tələb - müəyyən dövr ərzində iqtisadiyyatın ayrı-ayrı bölmələrində
xərclənməyə hazır olan pulun ümumi miqdarıdır. O, qrafikdə AD ilə təsvir
olunur, isteh
lakçıların, istehsalçıların və dövlətin xərclərinin miqdarını göstərir.
Başqa sözlə, məcmu tələb iqtisadiyyata bütün təsərrüfat subyektlərinin ümumi
xərclərini ifadə edir. Bura insanların əldə etdiyi avtomobillərin, ərzaqların,
paltarların və digər nemətlərin ümumi alışı daxildir. Şirkətlər tərəfindən dəzgah və
avadanlıqların, dövlət tərəfindən təyyarə, kompüter və s. alışı da bura aiddir.
Məcmu tələb və məcmu təklifin əyrisi mikroiqtisadiyyatda tələb və təklif
əyrisinə oxşardır. Xatırlayırsınızsa, həmin əyri konkret məhsula tələbi və təklifi
xarakterizə edirdi.
Bu qrafikin üfüqi oxunda
iqtisadiyyatın məcmu istehsalı (real ÜDM), şaquli
oxunda
isə qiymətlərin ümumi səviyyəsi göstərilir.
Belə olan halda iqtisadiyyatda tarazlığa nə zaman nail olunur? Tarazlıq deyəndə
biz
nəyi nəzərdə tuturuq?
Makroiqtisadi
tarazlıq qiymətin ümumi səviyyəsində qurulur.
Burada
şirkətlər alıcıların almaq istədikləri məhsulu istehsal edir və satırlar.
Tələb və təklifin bu modeli ölkənin bütövlükdə ayrıca bazarlarını birləşdirir. Buna
görə də bizim qrafikdə ayrıca məhsulun qiyməti əvəzinə qiymət səviyyəsi və hər
məhsulun miqdarı əvəzinə istehsalın real həcmi təsvir olunur.
Belə olan halda, sual meydana çıxır. Nə üçün məcmu tələb əyrisi soldan sağa
sürüşür və aşağı meyllənir?
124
Yadınızdadırsa, biz konkret məhsul haqqında danışanda tələb əyrisinin
h
ərəkətini gəlir və əvəzləmə effekti ilə başa salırdıq.
Məcmu tələbin əyrisinin hərəkətini isə 3 amillə izah etmək mümkündür.
-faiz
dərəcəsinin effekti;
-real
xəzinə qalıqlarının effekti;
-idxal
alışlarının effekti.
Bu
effektlərin mahiyyətinə bir az dərindən nəzər yetirək.
Faiz
dərəcəsinin effekti. Biz hesab edirik ki, pul kütləsinin həcmi, daha
doğrusu, iqtisadiyyatda pulun miqdarı müəyyən dövr üçün sabit qalır. Nə vaxt ki,
qiymət səviyyəsi artır, onda istehlakçılara alış-veriş üçün daha çox məbləğdə pul
lazım olur. Sahibkarların da əmək haqqının ödənilməsi, xammal və materialların
alışı üçün daha çox məbləğdə pula ehtiyacı yaranır. Beləliklə, qiymətin yüksək
səviyyəsi pula tələbi daha da artırır. Biz artıq qeyd etmişdik ki, müəyyən zaman
çərçivəsində iqtisadiyyatda pul kütləsinin həcmi dəyişilməzdir, deməli pullardan
istifadə qiyməti - faiz dərəcəsi artır.
Kreditor-pul
verən, debitor-pul borclu olan şəxsdir.
Bizə məlumdur ki, şirkətlər, bəzən isə fiziki şəxslər banklardan pulu kreditə
götürürlər. Bununla bərabər bank həmin şirkət və fiziki şəxslərə krediti müəyyən
faizlə verir. Faizin böyüklüyü faktiki olaraq risk səviyyəsini əks etdirir.
Əgər, hər hansı bir səbəb üzündən iqtisadiyyatda vəziyyət sabit deyilsə, onda
bank kredit
verərkən daha çox risk edir. Deməli o, kreditin faiz dərəcəsini mütləq
artırmalı, yəni krediti daha bahalı faizlə verməlidir. Adətən faiz dərəcəsinin artımı
şirkətlərin və istehsalçıların xərclərinin ixtisar edilməsinə, yəni məcmu tələbin
azalmasına gətirib çıxarır.
Real
xəzinə qalıqlarının effekti.
Məsələ burasındadır ki, insanlar öz maddi vəsaitinin bir hissəsini gələcəyə
yönələn fəaliyyət məqsədilə yığım üçün ayırırlar, yəni əmanətə qoyurlar.
Qiymətlərin yuxarı səviyyəsində bu əmanətlərin real alıcılıq qabiliyyəti azalır.
İnsanlar kasıblaşır və öz xərclərini ixtisara salırlar.
İdxal alışlarının effekti.
Biz ÖDM-in h
esablanmasını araşdıranda gördük ki, idxal (əmtəələrin xaricdən
alınması) və ixrac (əmtəələrin xaricə satılması) məcmu xərclərin əsas
komponentlərindən biridir. Onlar ÖDM-i artıra və yaxud azalda bilər.
Əgər ölkəmizdə istehsal edilən əmtəə və xidmətlərin qiyməti xaricdə istehsal
olunanlarla
müqayisədə baha olarsa, onda insanlar yerli məhsullara nisbətən, idxal
məhsullarını almaüa üstünlük verəcəklər.
Фаиз дяряжяси
-кредиторун дебитордан алдыьы
пул мябляьинин фаизля артымынын ифадясидир.
Dostları ilə paylaş: |