Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə48/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   67

 120 
göstəricisi ilə müqayisə edəndə belə dəyişiklik nəzərə  çarpır.  
Bu 
məqsədlə, ÜDM-in nominal və real anlayışlarını bir-birindən fərqləndirirlər.  
Təsəvvürünüzə  gətirin   ki,  ölkədə  birinci  il  ərzində  istehsal  edilən  əmtəə  və 
xidmətlərin  dəyəri  100  mlrd.  manatdır.  Gələn  il  müvafiq  göstərici  200  mlrd. 
manatadək  artıb. Sizcə bu o deməkdirmi ki,  ikinci il 2 dəfə çox əmtəə və xidmət 
istehsal olunub? 
Bu suala 
doğru cavab vermək üçün ötən  və bu ilin orta qiymətlərini müqayisə 
edib, "
qiymət indeksini" tapmaq tələb olunur. 
Fərz edək ki, əmtəə və xidmətlərin orta qiyməti keçən ilə nisbətən bu il 2 dəfə 
artıb.  Bu  o  deməkdir  ki,  dəyər  ifadəsində  ÜDM-in  artmasına  baxmayaraq,  natural 
ifadədə keçən ilki qədər əmtəə və xidmətlər istehsal edilib. 
Beləliklə  də  yadda  saxlayaq  ki,  ÜDM  hesabat  ilinin  qiymətində  nominal, 
müqayisə edilən ilin qiymətində isə real adlanır.  
ÜDM-in  h
esablanmasında  nələrin  nəzərə  alınıb-alınmamasına  diqqət  yetirək. 
Bunu 
bilməkdən  ötrü əvvəlcə  ÜDM-in xərclər üzrə hesablanması  düsturu ilə tanış 
olmaq 
tələb olunur: 
 
ÜDM= C+I+G+(X-M) 
 
Burada, C-
əmtəə və xidmətlərin alınmasına istehlakçıların çəkdiyi xərcdir; 
I  -  yeni 
binaların  tikilməsinə,  mexanizmlərin  alınmasına  və  ehtiyatların 
miqd
arının dəyişməməsinə yönələn investisiya xərcləridir; 
G -  
əmtəə və xidmətlərin əldə edilməsinə yönələn dövlət xərcləridir; 
(X-M) – xalis 
ixracdır.  
 
Bu  ixracla  (X) 
idxalın  (M)  fərqinə  bərabərdir.  Yəni,  xarici   ölkələrə  satılan 
əmtəə və xidmətlərlə başqa ölkələrdən alınan əmtəə və xidmətlərin qiymət fərqidir. 
Əgər, ixrac idxaldan çoxdursa fərq müsbət olub, ÜDM-i artıra bilər. Əksinə, idxal 
ixracdan  çoxdursa  onda 
fərq  mənfi  olub,  ÜDM-i  azalda   bilər.  Deyilənləri  daha 
yaxşı başa düşmək üçün, mütləq nəzərdən qaçırmaq olmaz ki, ÜDM real vəziyyəti 
xarakterizə etmək üçün göstərici deyil. Belə ki, ölkədə istehsal edilən, lakin ÜDM-in 
h
esablanmasında  nəzərə  alınmayan  çoxlu  sayda  əmtəə  və  xidmət  növü  də 
mövcuddur.  Bu 
göstəriciyə  yalnız  bazar  üçün  nəzərdə  tutulan  əmtəə  və  xidmətlər 
daxil  edilir.  Eyni  zamanda,  öz  avtomobilinin  radiatorunu 
təmir edən  mexanikin və 
ya 
mənzilini  təmir  edən  rəngsazın  xidmətləri  nəzərə  alınmır.  ÜDM-in 
h
esablanmasında həmçinin transfert ödənişləri (pensiya, müavinət, təqaüd  və  digər 
sosial öd
ənişlər) də nəzərə alınmır. 
Gəlin,  deyilənlərin  daha  yaxşı  başa  düşülməsi  üçün  bir  neçə  suala  cavab 
verməyə çalışaq. Aşağıda sadalananlardan  hansıları ÜDM-in  tərkibinə  daxil edilir? 
1. 
Dövlətin tələbəyə ayırdığı təqaüd? (Xeyr! Bu transfert ödənişidir) 
2. Ordu üçün yeni h
ərbi vertolyotun  alınması? (Bəli! Bu dövlət xərcləridir) 
4. 
Bərbərin gəliri? (Bəli! O xidmət göstərir) 


 121 
5. 
Şirkətin  səhmlərinin  satılmasından  gələn  gəlir? (Xeyr!  Bu  təmiz  maliyyə 
sövdələşməsidir) 
6. 
İşçilərə işlənmiş avtomobilin alınması? (Xeyr! Bu istifadə olunmuş əmtəədir) 
7. 
Şirkət tərəfindən yeni dəzgahların alınması? (Bəli! Bu investisiyadır) 
Beləliklə,  nəticələrə  yekun  vuraraq  demək  olar  ki,  ÜDM  və  ÜMM-in 
h
esablanmasında aşağıdakılar nəzərə  alınmır: 
A) 
Aralıq əmtəələrin alınması. 
B) 
İstifadə olunmuş əmtəələrin alqısı və  satışı. 
C)  
Səhmlərin alqısı və satışı. 
D) Sosial 
transfertlər (işsizliyə görə müavinət, pensiya və s.) 
E)  Ev 
təsərrüfatlarının daxili istehlakı üçün nəzərdə tutulan, o cümlədən dövlət 
nəzarətindən kənarda qalan “gizli iqtisadiyyat”a aid edilən əmtəə və xidmətlər. 
Sosial 
transfertlər -  müxtəlif səviyyəli büdcələrdən, büdcədənkənar fondlardan, 
ictimai 
təşkilatların  vəsaitlərindən  əhaliyə  edilən  əvəzsiz  ödənişlərdir.  Sosial 
transfertlərə  aiddir:  bütün  növ  pensiyalar  (qocalığa,  əlilliyə,  ailə  başçısının 
itirilməsinə və xidmət müddətinə görə, sosial pensiyalar və s.); bütün növ təqaüdlər; 
bütün növ 
müavinətlər; kompensasiya ödənişləri və güzəştlər, habelə sanatoriyalara
istirah
ət  evlərinə  göndərişlərin  (putyovkaların)  dəyərinin  ödənilməsi  formasında 
maddi 
yardımlar.  Bundan  başqa,  əhaliyə  natural  formada  transfertlər  -  haqqı 
ödənilmədən və ya güzəştli qiymətlərlə əmtəə və xidmətlər təqdim olunur. Bunlara 
təhsil,  mədəniyyət,  idman,  sosial  təminat,  mənzil-kommunal  və  s.  sahələrdə 
 
xidmətlər aiddir. 
ÜDM-
lə yanaşı istifadə olunan göstəricilərdən biri də milli gəlirdir. 
Milli 
gəlir (MG) - ölkənin  iqtisadi  inkişafının ümumiləşdirici  göstəricilərindən 
biri olmaqla, il 
ərzində yeni yaradılan məcmu məhsulun pulla ifadəsidir. Bu məcmu 
məhsul   bütün  istehsal  amillərinin  (torpaüın,  əməyin,  kapitalın  və  sahibkarlıq 
qabiliyyətinin)  il  ərzində  gətirdiyi  gəliri  əks  etdirir.  Ölkənin  ümumi  milli 
məhsulundan  (ÖMM)  amortizasiya  ayırmaları  (əsas  vəsaitlərin  köhnəlməsini)  və 
dolayı vergilər  çıxıldıqda milli gəlir alınır.  
Bunu 
aşağıdakı düsturla belə ifadə etmək olar: 
MG = ÜMM – AA - DV 
Burada, AA – amortizasiya 
ayırmaları, DV - dolayı vergilərdir.  
Həmçinin, milli gəliri il ərzində əmək haqqı, sənaye və ticarət mənfəəti, qoyulan 
kapitala 
görə faiz və torpaq rentası kimi bütün növ gəlirlərin cəmi kimi də müəyyən 
etmək olar.  
 
B
İZİM HESABLAŞMAĞA MƏCBUR OLDUĞUMUZ  
MAKRO
İQTİSADİ PROSESLƏR 
 
Makroiqtisadi 
səviyyədə  fəaliyyət  göstərən  qüvvələri   təsvir  etmək  üçün  biz 
bütövlükdə ölkənin iqtisadi sisteminə təsir edən başlıca amilləri özündə əks etdirən 
 
sxemdən  istifadə  edəcəyik.  İlk  növbədə,  bunlar  "iqtisadi  siyasətin  alətləri" hesab 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə