Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə52/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   67

 131 
ki,  iqtisadiyyatda 
belə hal mümkün deyildir. İstənilən halda müəyyən dövrə ayrıca 
malların  qiyməti  dəyişir: bəzilərinin  qiyməti bahalaşır, digərlərininki isə ucuzlaşır. 
Lakin ola 
bilər ki, son nəticədə qiymətlərin  orta səviyyəsi sabit qalsın. 
 
İqtisadi  dillə  desək  qiymətlərin  orta  səviyyəsinin  davamlı  surətdə  artımı 
inflyasiya, 
azalması isə deflyasiya adlanır.  
İnflyasiya müsbət, deflyasiya mənfi işarəli olur. 
3. 
İqtisadi  artım  iqtisadiyyatda  uzun  müddət  ərzində  daima  artan  miqdarda 
əmtəə  və  xidmətlərin  buraxılışı  zamanı  baş  verir.  Bu  artım  əhalinin  artımını 
qabaqladıqda  hər  adambaşına  düşən  məhsul  və  xidmətlər  buraxılışı  da  getdikcə 
çoxalır ki, bu da son nəticədə ölkədə həyat səviyyəsinin yüksəlməsini şərtləndirir. 
 
İQTİSADİ MƏQSƏDLƏRƏ NAİL OLMAĞI NECƏ ÖLÇMƏLİ? 
Hər  bir  iqtisadi  sistem  və  məkan  daxilində  iqtisadi  məqsədlərə  nə  dərəcədə 
uğurla nail olmağı müəyyənləşdirmək zəruri iş sayılır. 
Ona 
görə  də  hər  bir  məqsədin  ölçülməsi  üsulları  ilə  ayrıca  tanış  olmaq  çox 
vacibdir.  
Məşğulluğun ölçülməsi  
Tam 
məşğulluğa  nail  olmaq  məqsədinə  necə  çatmağı  ölçmək  üçün  adətən  2 
üsuldan - 
məşğulluq və işsizlik səviyyəsinin müəyyənləşdirilməsindən istifadə edilir. 
Bəzi  ölkələrdə  işsizlik  səviyyəsi  hər  ay  həyata  keçirilən  ümummilli  sorğular 
əsasında  müəyyənləşdirilir.  ABŞ-da  işsizliyin  səviyyəsi  təxminən  60  min  ev 
təsərrüfatını  əhatə  edən  ümummilli  sorğunun  köməyi  ilə  təyin  olunur.  Sorğunun 
gedişində  16  yaş  və  ondan  yuxarı  vətəndaşların  statusu  nəzərə  alınır.  Sorğu 
məlumatları əsasında işləyən və iş axtaran əhalinin sayı həddindən artıq dəqiq təyin 
edilir.  Çünki  mövcud  metodikaya 
görə  məşğul  insanlarla,  iş  axtaranların  cəmi  iş 
qüvvəsini təşkil edir. İş qüvvəsinin miqdarı həmişə əhalinin sayından az olur, belə 
ki, 
nəzərdən qaçırmaq olmaz ki, əhali arasında gənclər  və yaşlı  sosial qruplar, eləcə 
də  həmçinin  əmək  qabiliyyəti  olmayan,  bəzən  isə  iş  olsa  da  belə  işləmək 
istəməyənlər də vardır. 
 
 
 
 
 
 
İşsizliyin  yüksək  səviyyəsi  iş  qüvvəsi  resursundan  dövlətin  səmərəli   istifadə 
qabiliyyətinin olmamasını göstərir. İşsizliyi doüuran amillər iqtisadi böhran, yüksək 
inflyasiya, 
iqtisadiyyatın  yenidən  qurulması,  texniki  tərəqqi,  dövlətin  demoqrafik 
siyasəti və s-dir. İşsizlik ölkədə iqtisadi və sosial mühitə mənfi təsir göstərir, yüksək 
peşəkar  əməyi  devalvasiya  edir,  iqtisadi  artım  tempini  azaldır,  sosial  gərginlik 
yaradır, şəxsiyyəti deformasiyaya uüradır.  
 
Hərdən  bəzi  iqtisadi  ədəbiyyatlarda  "İşsizlik  səviyyəsi"  termini  ilə  rastlaşırıq. 
İşсизлик - иг tисаdи fяал яhалиnиn мцяййяn 
hиссясиnиn юз и
ş г цввясиnи tяtбиг  еdя 
билмяdийиnи якс еtdиряn сoсиал-иг tисаdи 
hаdисяdир  
 


 132 
Bu 
necə  müəyyən  olunur?  Ölkədə  işsizliyin  səviyyəsinin  xarakteristikası  üçün 
müxtəlif göstəricilərdən istifadə olunur: işsizlərin ümumi sayı, iqtisadi fəal əhalinin 
ümumi 
sayında  işsizlərin  xüsusi  çəkisi,  işsizliyin  orta  davamlılıüı,  uzunmüddətli 
işsizlərin  iqtisadi  fəal  əhalidə  payı  və  s.  İşsizliyin  real  miqyasının 
müəyyənləşdirilməsində gizli işsizlik amili çətinlik yaradır.  
İşsizliyin  səviyyəsini  müəyyənləşdirmək  üçün  işsizlərin  sayını  iş  qüvvəsinin 
ümumi 
sayına bölürlər. 
 
 
 
 
       
İşsizlər 
İşsizlik səviyyəsi = ------------------------------ x 100% 
 
 
 
    
İş qüvvəsi   
                                           (
İş qüvvəsinə işləyənlər və işləmək istəyənlər daxildir) 
 
Məşğulluq  səviyyəsinə  gəlincə,  onu  müəyyənləşdirmək  üçün  məşğul  əhalinin 
sayını əhalinin ümumi sayına bölüb, 100-ə vurmaq lazımdır. 
 
   
 
 
 
Məşğul əhalinin sayı 
M
əşüulluq səviyyəsi = -------------------------------------------------------------  x100% 
   
 
 
      
Əhalinin ümumi sayı (16 yaşdan yuxarı) 
 
 
İŞSİZLƏR KİMDİR? 
Bəzi  ölkələrdə,  hətta  inkişaf  etmələrinə  baxmayaraq, hələ  də  yüksək  işsizlik 
mövcuddur.  Baxmayaraq  ki, 
ətrafda  çoxlu  vakant  (boş)  iş  yerləri  olduğu  halda, 
nədənsə milyonlarla işsiz mövcuddur? 
Sizcə,  işsizlərin  taleyini  həyatın  axarına  buraxmamaq  üçün  cəmiyyət  hansısa 
addımları atmalıdırmı? 
Və  yaxud,  işsizlərə  verilən  müavinətlər  əməyə  stimulu  aşağı  salırmı?  Ola 
 
bilərmi  ki,  belə  müavinətlər  əməyə  stimulu  aşağı  salır  və  son  nəticədə  işsizliyin 
səviyyəsini yüksəldir? Bu və ya digər suallara cavab  axtarmağa çalışaq. 
Yüksək işsizlik - sosial və iqtisadi problemdir. 
İşsizlik  nəticəsində  əmək  resurslarının  məqsədsiz  xərclənməsinə  daha  çox 
iqtisadi   problem  kimi 
yanaşırıq. Eyni zamanda bu problem sosial xarakter daşıyır. 
Belə  ki,  işsizlik  nəticəsində  əhali  əziyyət  çəkir,  güc-bəla  ilə  birtəhər  dolanır. 
İşsizliyin səviyyəsinin yüksək olması o deməkdir ki, cəmiyyət  faktiki olaraq, həmin 
 
işsizlərin  istehsal  edə  biləcəkləri   bütün  mal  və  xidmətlərdən  məhrum  edir. 
İşsizliyin iqtisadi ziyanı, sözsüz ki, çoxdur, lakin onun yaratdığı sosial itkilər daha 
 böyükdür! 
İş  yerini   itirmək-böyük  şəxsi  faciə  hesab  olunur. Tibbi  tədqiqatlar  göstərir  ki, 
işsizlik insanların nəinki fiziki, həm  də psixoloji sağlamlığına ciddi ziyan vurur.  
Lakin 
nəzərə almaq lazımdır ki, heç də işləməyən əhalinin hamısına  işsiz demək 
olmaz. 
İşsizlik səviyyəsinin ölçülməsi zamanı adətən 16 yaşadək olan əhali nəzərə 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə