Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə54/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   67

 135 
  
İstehlak Qiymətləri   Cari ilin baza dövründə əşyaların çəkili dəyəri 
İndeksi  (CPİ)       =  ---------------------------------------------------------------- x 100 
                                   Baza ilinin baza 
dövründə əşyaların çəkili dəyəri 
 
Alınmış rəqəmi 100-ə vurmaqla, biz indeksi faiz formasında  ifadə edə bilərik ki, 
bu da baza ili üçün 
təyin olunmuş 100 rəqəmi  ilə asan müqayisəyə gəlir. 
Fikrimizi 
aydınlaşdırmaq üçün misala müraciət   gətirək.  
Sadəlik  üçün  fərz  edək  ki,  orta  istehlakçı  bizim  iqtisadiyyatda  cəmisi  3  adda 
məhsul alır. Həmin məhsullar «Baza ili ilə müqayisədə 3 adda məhsulun qiymətləri» 
cədvəlində təsvir olunmuşdur.  
Cədvəl 15 
Baza ili 
ilə müqayisədə 3 adda məhsulun qiymətləri (manatla) 
Məhsulların adı 
Baza 
ilində alınmış 
məhsulların 
miqdarı 
Baza 
ilində 
əmtəə vahidinin 
qiyməti 
Birinci  
ildə əmtəə 
vahidinin 
qiyməti 
Pitsa 
30 
5000 
7000 
Yazılı audiokaset 
40 
6000 
5000 
Altı butulka 
qablaşdırılmış 
alkoqolsuz içki 
60 
1500 
2000 
Əvvəlcə  baza  ilində  bütün  əşyaların  əldə  edilməsinə  çəkilən  məsrəfləri 
hesablayaq. 
(30x 5000)=  150 000 manat 
+(40x 6000)= 240 000 manat 
+(60x 1500)= 90 000 manat  
Cəmi:  480 000  manat 
1-ci  
ilə istehlak qiymətləri indeksini hesablamaq üçün ilk növbədə həmin ildə 
əşyaların  alınmasına  xərcləri  hesablayaq.  Hesablamanın  nəticəsi  belə  olar-   530 
000 manat  ((30 x 7000 manat) + (40 x 5000 manat)  + (60 x 2000 manat)) 
olmalıdır. 
Onda  1-ci 
ildə  istehlak  qiymətləri  indeksi  110,4  faiz  ( 530000 /  480000) x  100 
olacaq. Bu o 
deməkdir ki, biz baza ilində  100 000 manata ala biləcəyimizi  cari ildə 
110 400 manata  
alırıq.  Eyni zamanda biz 110,4-dən 100-i çıxsaq onda faiz nisbəti 
ilə qiymət dəyişikliyini  müəyyən edə bilərik. Bizim misalda bu göstərici  baza ilinə 
nisbətdə birinci ildə 10,4 faizlik artımı ifadə edir.   
Tutaq  ki,  istehlak 
qiymətləri  indeksi  (CPİ) 1-ci  ildə  150,  ikinci  ildə  isə  165 
olubsa, onda 
demək olar ki, ötən illə müqayisədə qiymət artımı 10 faizə bərabərdir. 
Bunu 
aşağıdakı düsturun köməyi ilə hesablamaq olar.
  
 
                                      
CPİ dəyişikliyi                       165-150 


 136 
 
Qiymət dəyişməsi =  --------------------------  X 100 % =  ------------- X 100 % = 
10% 
                                      
Başlanğıc CPİ                         150 
 
 
İNFLYASİYA KİMLƏRƏ ZİYAN VURUR,  KİMLƏRƏ FAYDA VERİR? 
 
Bir  az 
əvvəl biz öyrəndik ki, inflyasiya iqtisadiyyatda orta  qiymətlərin əvvəlki 
dövrlə  müqayisədə  nisbətən  sürətli  artımıdır.  Yüksək  inflyasiya,  əlbəttə  ki, 
iqtisadiyyatda arzuolunmaz h
adisə hesab olunur. Lakin, inflyasiya şəraitində iqtisadi 
fəaliyyətin  heç  də  bütün  iştirakçıları,  bütün  təsərrüfat  subyektləri  uduzmurlar. 
Fikrimizi,  konkret misallarla izah 
edək. 
Banklar inflyasiya 
şəraitində ayırdıqları kreditləri geri alarkən uduzurlar. Çünki, 
onların  geri  aldıqları  pullar  inflyasiyanın  təsirindən  dəyərsizləşmiş  və  nəticədə 
alıcılıq qabiliyyətinin bir hissəsini itirmiş olur. Bu halda bankdan krediti götürənlər 
udur. Çünki borcunu 
nisbətən "ucuzlaşmış" pulla qaytarmış olur. Pullarını banklara 
uzun 
müddətə sabit faizlə  qoyan  əmanətçilərin  hamısı uduzurlar. İnflyasiya  həmin 
pulları  bank  faizinin  gətirdiyi  fayda  ilə  müqayisədə  daha  böyük  həcmdə 
dəyərsizləşdirir. Əmanətçilər yüksək faizlərin gətirdiyi üstünlüklərdən qazanc götürə 
bilmirlər. Bu zaman çoxlu miqdarda daxili borcu olan hökumət udur. Axı belə olan 
halda h
ökumət borcları nisbətən "ucuz" pulla qaytarır (Daxili borca dövlət müəssisə 
və idarə işçilərinə olan əmək haqqları, dövlət sifarişləri üzrə yerinə yetirilmiş işlər 
və  göstərilmiş  xidmətlərə  görə   borclar  daxildir).  Yaxın  illərdə  göstərəcəyi 
xidmətlərə  görə,  dəyişməz  tariflər  üzrə  müqavilə  bağlayan  firmalar  da  uduzurlar. 
Belə olan halda gəlir az olsa da, xərclər artır, nəticədə mənfəət olmur. Bu siyahını 
bir  az  da  uzatmaq 
olardı.  Lakin  deyilənləri  qısaca  belə  yekunlaşdırmaq 
məqsədəuyğundur:  
İnflyasiya şəraitində: 

Daşınmaz əmlak kimi real aktivlərin sahibləri və borclular UDURLAR! 

Pullarını borca verənlər, əmanətə qoyanlar isə UDUZURLAR! 
 
İqtisadi artımın ölçülməsi 
İqtisadi  artımı  ölçmək  üçün  biz  iqtisadiyyatda  istehsal  olunmuş  əmtəə  və 
xidmətlərin  həcminin  bir  dövr  ərzində  digəri  ilə  müqayisədə  artımını  tapırıq.  
Adətən  iqtisadi  artımı  müəyyənləşdirmək  üçün  Ümumi  Daxili  Məhsul 
göstəricisindən istifadə olunur.  
Biz  bu 
barədə  əvvəlki  fəsildə  az  da  olsa  söhbət  aparmışdıq.  Lakin,  bu 
göstəricinin əhəmiyyətini nəzərə alaraq, yenidən diqqətimizi ona yönəldək. 
Ümumi  daxili 
məhsul  (ÜDM)  -  milli  hesablar  sisteminin  ən  mühüm 
göstəricilərindən biridir. ÜDM  istər istehsal, istərsə  də xidmət sahələrində  ölkənin 
rezidenti 
sayılan iqtisadi vahidlərin istehsal fəaliyyətinin son nəticəsini  xarakterizə 
edir 
və bu vahidlərin son istehlakı üçün məhsul və xidmətlər istehsalı üzrə yaratdığı 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə