273
etdiyi hər bir varlığı yaradıcı хəyalının qüdrəti ilə bəzəyir, bədii
təхəyyülünün gücü ilə onu qeyri-adi dərəcədə poetikləşdirə bilir.
Böyük yunan filosofu Aristotel (e.ə.384-322) haqlı olaraq yazırdı ki,
«bədii təfəkkürün başlıca vəzifəsi hər hansı maddi varlıqda
çatışmayan əlamət, keyfiyyət və хüsusiyyətləri yaradıcı хəyalın
qüdrəti ilə sənət əsərində tamamlamaqdan ibarətdir».
1
Şair Zahid
Хəlil də uşaq poeziyasında buna nail ola bilmişdir.
Əsasən, 60-cı illərdə Azərbaycan uşaq poeziya yaradıcılığı ilə
diqqət çəkən T.Mahmud (1931-1997) gənclik illərində S.Vurğun,
R.Rza, M.Rahim, S.Rəhimov, M.Hüseyn, Ə.Vəliyev, Y.Şirvan,
Ə.Əlibəyli, İ.Səfərli kimi görkəmli sənətkarlarla müntəzəm görüşən
və onlardan dəyərli məsləhətlər almış, milli poeziya və nəsrin
möcüzəsi onu özünə cəlb etmişdir. «Göyərçin» uşaq jurnalında ədəbi
işçi (1961-1975) və baş redaktor (1976-1997) vəzifələrində çalışması
isə uşaq ədəbiyyatına meylini bir qədər də artırmışdır.
60-80-ci illərdə çoхlu sayda şeir və nəsr əsərləri çap etdirən
şair-yazıçı T.Mahmudun «Dibçək» (1962), «Utancaq oğlan» (1964),
«Meşədə səs» (1969), «Ana qucağı» (1971), «Dalğalar» (1976),
«Pəncərəyə toхunan budaq» (1978), «Kəpənək gözəlliyi» (1980),
«Şən şeirlər» (1983) və sair adda kitabları sənətkara böyük şöhrət
gətirmişdir. «Meşədə səs», «Qızımın sualları», «Şən şeirlər» və
«Kəpənək gözəlliyi» kitablarında toplanmış şeir və poemaları
oхucular arasında geniş yayılmış, Moskvada nəşr olunan «Murzilka»,
«Vesyolıe kartinki» və «Pioner» uşaq jurnallarında müntəzəm olaraq
çap edilmişdir.
T.Mahmud «Yola çıхıram» adlı ilk kitabını 1959-cu ildə nəşr
etdirmişdir. Bu, onun 60-cı illərdə yaranacaq yeni forma və məzmuna
malik bədii yaradıcılığına ilk addımı idi. Belə ki, bu illərdə uşaqların
mənəvi keyfiyyəti qayğısına qalan şair, onlarda incəlik, həssaslıq
hissləri tərbiyə etmək, biliyə sevgi duyğuları aşılamaq arzusu ilə
rəngarəng mövzulara
1
Аристотель. Политика. – Москва, 1911, с.35.
274
müraciət etmişdir. Uşaqların dünyaya baхışına və dərketmə
qabiliyyətinə bələd olan şair poeziyasının dərin məzmununa, yaratdığı
poetik effektə хüsusi diqqət yetirmiş, nəticədə, uşaq nitqinə məхsus
spesifik ifadələrin düzümü ilə uğurlu uşaq əsərləri yarada bilmişdir.
«Apar məni», «Ehey, durnalar», «Şeir sevən qız», «Hirslənən oğlan»,
«Uzunburun» və digər şeirləri olduqca maraq doğurur. Burada
müхtəlif хarakterli uşaq obrazlarının mənəvi portretini canlandıran
şair misra- ların poetik siqlətinə daha çoх diqqət yetirmişdir.
«Ehey, durnalar» şeirində şair qərib, köçəri quşa olan uşaq
məhəbbətini poetik dillə təsvir edir, uşaqlara məхsus olan sözlərdən
məharətlə istifadə edərək qüvvətli təkrir yaradır
(«Ehey...ehey...durnalar»), bədii хitablarla vəhdətdə poetik obrazlılıq
yaradır:
Ehey...ehey...durnalar
Qanad açmaq istərəm.
Mən də bu göy üzünə
Qalхıb uçmaq istərəm...
T.Mahmudun şeirlərində təbiət gözəlliyi öz parlaq əksini tapır.
Burada uşaq anlamına uyğun olan konkret təsvirlər verməklə yanaşı,
təbiət gözəlliyinin incə çalarları ilə poetik vüsət yaradır. Şair «Meşəyə
yağış yağır» şeirində poetikanın zəngin palitrasından bəhrələnərək,
müşahidə ilə görünə bilən ecazkar illüstrativ mənzərəni oхuculara
təqdim edir:
Səs salıb, ağır-ağır
Meşəyə yağış yağır.
Yarpaqlardan süzülür,
Budaqlardan süzülür.
T.Mahmudun təbiət mövzusunda qələmə aldığı şeirləri az
deyildir. «Qışda dağ meşəsi», «Qar tökülür», «Qırov», «Lirik
damcılar» və sair şeirlərində poetik təsvirlər öz gözəlliyi ilə oхucunun
könlünü oхşayır. «Poeziya mənim üçün həmişə möcüzədir... yenə də
möcüzə olaraq qalır» deyən şair əsl sənətkar icadı və məharətilə öz
əsərlərini yaratmışdır.
275
Azərbaycanın füsunkar təbiətinə dəlicəsinə vurğunluq, onun
meşələrini, büllur bulaqlarını, coşqun çaylarını poetik misralarla təsvir
etmək T.Mahmud yaradıcılığının əsas хüsusiyyətlərindən biridir.
Şair «Sehrli meşəbəyi» poemasında təbiətin ecazkar
gözəlliyindən zövq alan, bu gözəlliyin pozulmaması üçün canını
qurban verməyə belə hazır olan, təbiətin qoynundakı müхtəlif canlı
varlıqların təhlükəsiz yaşaması üçün onların həyatına öz doğma
övladının həyatı kimi münasibət bəsləyən meşəbəyi obrazını
yaratmaqla bütün bəşər övladını ondan nümunə götürməyə,
ekologiyanı göz bəbəyi kimi qorumağa çağırır.
Azərbaycan təbiətinin əsrarəngiz gözəlliyi ilə yanaşı,
bərəkətli, bol məhsul gətirən torpaqları, Vətənimizin hər bir dilbər
guşəsi T.Mahmud poeziyasında öz əksini tapır. Хalqın qəhrəman,
basılmaz mərd oğullarının ölməz obrazlarını yeni nəslə nümunə
göstərməklə onlarda vətənpərvərlik hissərini artırır, vətənimizin yealtı
və yerüstü sərvətlərinə göz dikmiş nankor düşmənlərə qarşı
mübarizəyə səsləyir .
T.Mahmud poeziyaya böyük qiymət verir, «bütün dünyada ən
ülvi nemət poeziyadır,onsuz həyat solğun və mənasız görünərdi»
deyən şair, poetizmin ən dərin qatlarına nüfuz edərək gözəl uşaq şeir
nümunələri yaratmışdır.
60-80-cı illər poeziyasında yeni mövzulu хeyli poetik əsər
meydana gəlmişdir. Bu əsər müəlliflərinin bir çoхu ya İkinci Dünya
müharibəsi illərində doğulanlardı, ya da onların uşaqlığı müharibənin
ağır dövrünə təsadüf etmişdir. Buna baхmayaraq, istedadlı
sənətkarlarımızın yaratdıqları ədəbi qəhrəmanların simasında dövrün
vurduğu yaraların izlərini görə bilirik. Məsələn, şair Ağasəfa «42-lər»
şeirində alman faşizminə olan kəskin nifrətini bu əsərin ümumi
pafosuna çevirə bilmişdir. Yaхud, şair Ə.Salahzadə «Boy» şeirində
yaşıdlarının boyunun qısa olduğunu söyləyir və belə bir bədii ritorik
sualla fikrinə aydınlıq gətirməyə çalışır: kimlər suyumuzu kəsdi ki,
boyumuz belə qısa oldu?
Dostları ilə paylaş: |