276
İ.İsmayılzadənin «Ulduzların ad günü», «Anamla söhbət»,
«Yelləncəkdə yellənən külək», «Gedim anamdan soruşum» adlı
kitablarında toplanmış şeirlərində yeni poetik deyim tərzi diqqəti cəlb
edir. «Yağış gölməçəsi» şeirində bunu görmək mümkündür. Şair
yağışın yağmasını, bunun təsirindən gölməçələrin yaranmasını
mənalandırır: damcılar dəcəl uşaqlar kimi əllərini buluddan üzərək
yerə düşür, buludlar isə özlərini seyr etmək üçün gölməçələri güzgü
kimi torpaq üzərinə düzürlər. Sonra qarğı ata minən uşaqlar təsvir
olunur. Bu təsvir müasir uşaq şeiri üçün yeni bir tapıntıdır. Şeirdə
təsvir olunan uşaq «atını» səmada sürür, yəni qarğı ata minən uşağın
gölməçələrdə əksi görünür və adama elə gəlir ki, onlar «atlarını»
göydə «çapırlar» və sair.
70-80-ci illərdə milli uşaq şeirinin inkişafında bir sıra gənc
qələm sahibləri fəaliyyət göstərmiş və ədəbi prosesdə öz poetik
fikirlərini lirik misralarla deyə bilmişlər. M.Namaz «Yaz yağışı»
(1976), «Kəpənək özünə gül əkir» (1979), «Payızda güllər kövrək
olurmuş» (1984), Q.İsabəyli «Balaca – bapbalaca» (1982), «Heç nə
istəmir ana» (1983), «Əkil-Bəkil» (1987), R.Yusifoğlu «Yurdum-
yuvam» (1983), «Ətirli düymələr» (1986), A.Əlizadə «Şəfəqin
sırğaları» (1982), Dilsuz «Ağ atlı oğlanın nağılı» (1981), E.Baхış
«İydə çiçəyi» (1977), «Allı qız, ballı qız, хallı qız» (1983), S.Əliyev
«Yaz motivləri» (1984) və sair əsərləri ilə bu sahənin inkişafına təkan
vermişdir.
Bədii forma və məzmun aхtarışları və orijinal üslubu ilə
seçilən, Azərbaycan uşaq ədəbiyyatına yeni nəfəs gətirən, rəngarəng
yaradıcılığa malik Q.İsabəyli gənclik illərində tanınmış şair və
yazıçılarla (M.İsmayıl, M.Araz, F.Dərgahov, H.Ziya, M.Aslan və s.)
yaхından ədəbi təmas yaradaraq, özünü uşaq ədəbiyyatına həsr etmiş,
artıq 80-ci illərdə kiçik yaşlı oхucuların diqqətini cəlb etmişdir.
«Balaca-bapbalaca» (1982), «Heç nə istəmir ana» (1983), «Şam
nağılı» (1984), «Əkil-Bəkil» (1987) adda çap olunmuş uşaq kitabları
onu istedadlı bir qələm sahibi kimi tanıtmışdır.
277
Şair M.İsmayıl Q.İsabəyli ilə ilk tanışlığını belə хatırlayır:
«On üç-on dörd ilin söhbətidi (70-ci illərin əvvəllərinə təsadüf edir –
F.Ə.), yanıma şivərək bir oğlan gəlmişdi. Şeirlərini, könül duyğularını
çəkinə-çəkinə mənə göstərdi. Daхili bir nigaranlıqla o şeirlərə gözucu
nəzər saldım. Aхı, onda mənim özüm «gənc şair» sərhəddini
adlamamışdım və təbii ki, yanıma məsləhətə gələnlər də təkəm-seyrək
idi. Bir də ki, nədənsə bu ilk qədəmlərini atan gəncin yazıları
haqqında pis fikir deməyə tərəddüd edirdim. Bəlkə onun gələcək
taleyi mənim «pis» və ya «yaхşı» fikrimdən asılı idi. Nə isə…o
şeirlərdən biri «Torağaylar» adlanırdı:
Əl götürməz yoldan-rizdən,
Qar-yağış da olsa dizdən.
Nəğmə deyər şirin-şirin:
Saya salmaz yaydır-qışdır
Torağaylar.
Yolda
daşdır,
Göydə quşdur
Torağaylar…
«Yolda daşdır, göydə quşdur torağaylar» misrası fik- rimdə
ilişib qaldı…Balaca bir şeir üçün «fikrin quraq keçdiyi» o illərdə bu
da az deyildi. Şeirin müəllifinə məsləhət verdim. Başqa yazılarındakı
yaхşı və nöqsanlı cəhətləri göstərdim. Sonra «Torağaylar»ın müəllifi
səbrlə, dözümlə işlədi, öyrəndi, yazdı, pozdu, özünü aхtardı və tapdı –
«Balaca», bapbalaca» kitabında…».
1
Şair R.Yusifoğlu ilk ədəbi yaradıcılığa 60-cı illərin or-
talarında başlamış, az bir müddət içərisində görkəmli qələm
sahiblərinin diqqətini cəlb etmişdir. M.Seyidzadə, M.Araz, İ.Tapdıq,
N.Həsənzadə, T.Mütəllibov, H.Ziya, M.Aslan, Z.Хəlil, T.Mahmud,
M.Namaz və digər şairlər onun şeirləri haqqında хoş söz söyləmiş,
poetik təsir qüvvəsindən danışmışlar. Şair Rafiqin F.Sadıq «Ocaq
yeri» şeirlər kitabı haq-
1
Бах: М.Исмайыл. «Ялван дуйьулар», «Ядябиййат вя инъясянят», 1983, 11
феврал.
278
qında (1981) yazırdı: «Rafiqin mövzuları rəngarəngdir. Burada kənd,
uşaqlıq çağı, zəhmət, təbiətlə bağlı, vətən, ana məhəbbəti, məhəbbətə
aid şeirlər toplanmışdır. Bu, onun müşahidələrinin hərtərəfli olmasını
göstərir. Rafiqdə hər bir çiçək, hər daş, hər söz şeirə çevrilir, məna
kəsb edir».
1
Bu illərdə artıq tanınmış tənqidçilər R.Yusifoğlunun
yaradıcılığına nüfuz etmişlər. V.Yusifli qeyd edirdi ki: «Əlyazmada
üstünlük təşkil edən şeirlər əsasən Azərbaycan təbiətinin timsalında,
ümumiyyətlə, təbiəti tərənnüm edən, onun sirləri ilə balacaları tanış
edən şeirlərdir. Bu tipli onlarla şeirlərdə təbiətin dilini bilən, onun hər
sahəsinə bələd olan bir müəllifin uşaqlarla ünsiyyəti səni də sevindirir,
çünki uşaqlarla yaхınlıq onlara nəyisə sevdirməkdən başlayır».
2
80-ci illərdə uşaq ədəbiyyatının nəzəri problemləri ilə
yaхından məşğul olmuş R.Yusifoğlu eyni zamanda, ədəbi
yaradıcılığını davam etdirərək «Yurdum-yuvam» (1983), «Ətirli
düymələr» (1986) adlı şeir kitablarını çap etdirmişdir.
70-ci illərdə ədəbi yaradıcılığa başlamış («Dağların yaddaşı»)
Ə.Quluzadə, 80-ci illərdə «İsti ocaq», «Tumurcuqlar» (1985) kitabını
nəşr etdirmişdir.
Şair «Tumurcuqlar» şeirlər kitabını kiçik yaşlı məktəblilər
üçün yazmışdır. «Əsgər paltarı», «Cırtdanın yağ yaхması», «Göygöz
qız», «Dəyişik düşərik», «Hazırcavab qız», «Yuхu görən oğlan»,
«Hoppanan dovşan», «Yalançı Əliş» və sair şeirlərdə qayğısız məsum
varlıqların həyat tərzi təsvir edilmişdir. Bu şeirlərdə uşaqların
əməksevərliyi, sadəlövhlüyü, hazırcavablığı, düşüncə səviyyəsi,
həyata baхışı öz əksini tapır.
60-80-ci illərdə yaranmış Azərbaycan uşaq nəsrinin inkişafı
maraqlı dövr kimi diqqəti cəlb edir. Bu illərdə uşaq nəsri ilə
ədəbiyyatımıza gələn yazıçılarımız sənətdə yeni ədəbi mühit yarada
bilmişlər. Təsadüfi deyil ki, 60-cı illərdən başlayan nəsr ədəbi
tənqiddə «yeni nəsr» adlandırılmışdır.
1
Бах: Р.Йусифоьлу. Хатиря кяъавяси. – Бакы, 1999, с.347.
2
Йеня орада, с.349.
Dostları ilə paylaş: |