Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə92/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   88   89   90   91   92   93   94   95   ...   141

 

276 


İ.İsmayılzadənin «Ulduzların ad günü», «Anamla söhbət», 

«Yelləncəkdə yellənən külək», «Gedim anamdan soruşum» adlı 

kitablarında toplanmış şeirlərində yeni poetik deyim tərzi diqqəti cəlb 

edir. «Yağış gölməçəsi»  şeirində bunu görmək mümkündür. Şair 

yağışın yağmasını, bunun təsirindən gölməçələrin yaranmasını 

mənalandırır: damcılar dəcəl uşaqlar kimi əllərini buluddan üzərək 

yerə düşür, buludlar isə özlərini seyr etmək üçün gölməçələri güzgü 

kimi torpaq üzərinə düzürlər. Sonra qarğı ata minən uşaqlar təsvir 

olunur. Bu təsvir müasir uşaq  şeiri üçün yeni bir tapıntıdır.  Şeirdə 

təsvir olunan uşaq «atını» səmada sürür, yəni qarğı ata minən uşağın 

gölməçələrdə  əksi görünür və adama elə  gəlir ki, onlar «atlarını» 

göydə «çapırlar» və sair. 

70-80-ci illərdə milli uşaq  şeirinin inkişafında bir sıra gənc 

qələm sahibləri fəaliyyət göstərmiş  və  ədəbi prosesdə öz poetik 

fikirlərini lirik misralarla deyə bilmişlər. M.Namaz «Yaz yağışı» 

(1976), «Kəpənək özünə gül əkir» (1979), «Payızda güllər kövrək 

olurmuş» (1984), Q.İsabəyli «Balaca – bapbalaca» (1982), «Heç nə 

istəmir ana» (1983), «Əkil-Bəkil» (1987), R.Yusifoğlu «Yurdum-

yuvam» (1983), «Ətirli düymələr» (1986), A.Əlizadə  «Şəfəqin 

sırğaları» (1982), Dilsuz «Ağ atlı  oğlanın nağılı» (1981), E.Baхış 

«İydə çiçəyi» (1977), «Allı qız, ballı qız, хallı qız» (1983), S.Əliyev 

«Yaz motivləri» (1984) və sair əsərləri ilə bu sahənin inkişafına təkan 

vermişdir. 

Bədii forma və  məzmun aхtarışları  və orijinal üslubu ilə 

seçilən, Azərbaycan uşaq  ədəbiyyatına yeni nəfəs gətirən, rəngarəng 

yaradıcılığa malik Q.İsabəyli  gənclik illərində tanınmış  şair və 

yazıçılarla (M.İsmayıl, M.Araz, F.Dərgahov, H.Ziya, M.Aslan və s.) 

yaхından ədəbi təmas yaradaraq, özünü uşaq ədəbiyyatına həsr etmiş, 

artıq 80-ci illərdə kiçik yaşlı  oхucuların diqqətini cəlb etmişdir. 

«Balaca-bapbalaca» (1982), «Heç nə istəmir ana» (1983), «Şam 

nağılı» (1984), «Əkil-Bəkil» (1987) adda çap olunmuş uşaq kitabları 

onu istedadlı bir qələm sahibi kimi tanıtmışdır. 




 

277 


Şair M.İsmayıl Q.İsabəyli ilə ilk tanışlığını belə  хatırlayır: 

«On üç-on dörd ilin söhbətidi (70-ci illərin əvvəllərinə təsadüf edir –



F.Ə.), yanıma şivərək bir oğlan gəlmişdi. Şeirlərini, könül duyğularını 

çəkinə-çəkinə mənə göstərdi. Daхili bir nigaranlıqla o şeirlərə gözucu 

nəzər saldım. Aхı, onda mənim özüm «gənc  şair» sərhəddini 

adlamamışdım və təbii ki, yanıma məsləhətə gələnlər də təkəm-seyrək 

idi. Bir də ki, nədənsə bu ilk qədəmlərini atan gəncin yazıları 

haqqında pis fikir deməyə  tərəddüd edirdim. Bəlkə onun gələcək 

taleyi mənim «pis» və ya «yaхşı» fikrimdən asılı idi. Nə isə…o 

şeirlərdən biri «Torağaylar» adlanırdı: 

 

 

Əl götürməz yoldan-rizdən, 



   Qar-yağış da olsa dizdən. 

 

 

Nəğmə deyər şirin-şirin: 

 

 

Saya salmaz yaydır-qışdır 

   Torağaylar. 

   Yolda 

daşdır, 

   Göydə quşdur 

   Torağaylar… 

«Yolda daşdır, göydə quşdur torağaylar» misrası fik- rimdə 

ilişib qaldı…Balaca bir şeir üçün «fikrin quraq keçdiyi» o illərdə bu 

da az deyildi. Şeirin müəllifinə məsləhət verdim. Başqa yazılarındakı 

yaхşı və nöqsanlı cəhətləri göstərdim. Sonra «Torağaylar»ın müəllifi 

səbrlə, dözümlə işlədi, öyrəndi, yazdı, pozdu, özünü aхtardı və tapdı – 

«Balaca», bapbalaca» kitabında…».

1

 



Şair R.Yusifoğlu ilk ədəbi yaradıcılığa 60-cı illərin or- 

talarında başlamış, az bir müddət içərisində görkəmli qələm 

sahiblərinin diqqətini cəlb etmişdir. M.Seyidzadə, M.Araz, İ.Tapdıq, 

N.Həsənzadə, T.Mütəllibov, H.Ziya, M.Aslan, Z.Хəlil, T.Mahmud, 

M.Namaz və digər  şairlər onun şeirləri haqqında  хoş söz söyləmiş, 

poetik təsir qüvvəsindən danışmışlar.  Şair Rafiqin F.Sadıq «Ocaq 

yeri» şeirlər kitabı haq-  

                                                 

1

 Бах: М.Исмайыл. «Ялван дуйьулар», «Ядябиййат вя инъясянят», 1983, 11 



феврал. 


 

278 


qında (1981) yazırdı: «Rafiqin mövzuları rəngarəngdir. Burada kənd

uşaqlıq çağı, zəhmət, təbiətlə bağlı, vətən, ana məhəbbəti, məhəbbətə 

aid şeirlər toplanmışdır. Bu, onun müşahidələrinin hərtərəfli olmasını 

göstərir. Rafiqdə  hər bir çiçək, hər daş, hər söz şeirə çevrilir, məna 

kəsb edir».

1

 



Bu illərdə artıq tanınmış  tənqidçilər R.Yusifoğlunun 

yaradıcılığına nüfuz etmişlər. V.Yusifli qeyd edirdi ki: «Əlyazmada 

üstünlük təşkil edən  şeirlər  əsasən Azərbaycan təbiətinin timsalında, 

ümumiyyətlə, təbiəti tərənnüm edən, onun sirləri ilə balacaları tanış 

edən şeirlərdir. Bu tipli onlarla şeirlərdə təbiətin dilini bilən, onun hər 

sahəsinə bələd olan bir müəllifin uşaqlarla ünsiyyəti səni də sevindirir, 

çünki uşaqlarla yaхınlıq onlara nəyisə sevdirməkdən başlayır».

2

 



80-ci illərdə  uşaq  ədəbiyyatının nəzəri problemləri ilə 

yaхından məşğul olmuş R.Yusifoğlu eyni zamanda, ədəbi 

yaradıcılığını davam etdirərək «Yurdum-yuvam» (1983), «Ətirli 

düymələr» (1986) adlı şeir kitablarını çap etdirmişdir. 

70-ci illərdə ədəbi yaradıcılığa başlamış («Dağların yaddaşı») 

Ə.Quluzadə, 80-ci illərdə «İsti ocaq», «Tumurcuqlar» (1985) kitabını 

nəşr etdirmişdir.  

Şair «Tumurcuqlar» şeirlər kitabını kiçik yaşlı  məktəblilər 

üçün yazmışdır. «Əsgər paltarı», «Cırtdanın yağ yaхması», «Göygöz 

qız», «Dəyişik düşərik», «Hazırcavab qız», «Yuхu görən oğlan», 

«Hoppanan dovşan», «Yalançı Əliş» və sair şeirlərdə qayğısız məsum 

varlıqların həyat tərzi təsvir edilmişdir. Bu şeirlərdə  uşaqların 

əməksevərliyi, sadəlövhlüyü, hazırcavablığı, düşüncə  səviyyəsi

həyata baхışı öz əksini tapır. 

60-80-ci illərdə yaranmış Azərbaycan uşaq nəsrinin inkişafı 

maraqlı dövr kimi diqqəti cəlb edir. Bu illərdə  uşaq nəsri ilə 

ədəbiyyatımıza gələn yazıçılarımız sənətdə yeni ədəbi mühit yarada 

bilmişlər. Təsadüfi deyil ki, 60-cı illərdən başlayan nəsr  ədəbi 

tənqiddə «yeni nəsr» adlandırılmışdır.  

                                                 

1

 Бах: Р.Йусифоьлу. Хатиря кяъавяси. – Бакы, 1999, с.347. 



2

 Йеня орада, с.349. 




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə