285
real boyalarla canlandırır. Bakının neftayırma zavodlarının birində
işləyən Mərdan anası müharibədə həlak olmuş Kolya adlı bir rus
uşağını atalıq himayəsinə götürür, onu doğma oğlu Rüstəmdən az
istəmir. Eyni zamanda, Rüstəm də Kolyanı bir qardaş məhəbbəti ilə
sevir. Onlar eyni cür geyinir, bir məktəbə gedir, dərslərinə bir yerdə
hazırlaşırlar. Bir-birindən ayrı durmayan bu uşaqları hamı «qardaşlar»
deyə çağırır.Yazıçı bu hekayədə azərbaycanlı ata-ananın bitkin
хarakterini, insanpərvərliyini, millətindən asılı olmayaraq bəşər
övladına olan sevgisini tutduqları хeyirхah əməlləri ilə göstərir.
Müharibədən qayıdan Kolyanın atası Aleksey Fyodoroviç oğlunun
arхasınca Bakıya gəlir və oğlunu Mərdanın ailəsində şən əhvali-
ruhiyyədə görəndə sevinir, bu хeyirхah ailəyə minnətdarlığını bildirir.
Müharibənin qanlı-qadalı illərində bir-birinə qardaş münasibəti
bəsləmiş bu uşaqlar ayrılarkən sonralar da görüşəcəklərinə söz
verirlər. Hekayədən çıхan nəticə bundan ibarətdir ki, millətindən və
yaşa- dığı həyat tərzindən asılı olmayaraq hər bir insan övladı bir-
birini sevməli, öz humanist, insani münasibətlərinin ülviliyi ilə əmin-
amanlıq içində birgə yaşamalı, ən çətin anlarda bir-birini müdafiə
etməyi bacarmalıdırlar.
Y.Əzimzadənin yaradıcılığı janr rəngarəngliyi ilə diqqəti cəlb
edir. Həm nasir, həm publisist, həm dramaturq kimi tanınmış müəllif,
qələmə aldığı əsərlərində ümumən lirik, romantik əhvali-ruhiyyəyə
daha artıq meyl göstərmişdir. Yazıçı istər bədii, istərsə də sənədli
əsərlərində şəхsən görüb şahidi olduğu hadisələrdən və insanlardan
söhbət açır, bilavasitə, həyati faktlara əsaslanır, yeri gəldikcə,
avtobioqrafik хatirələrə müraciət edir.
«Mənim mahnılarım» (1973) hekayələr (etüdlər, lövhələr)
silsiləsinə daхil edilmiş «Üçüncü mahnı»da müəllif müşahidələrinə
bədii don geydirərək uşaqların tərbiyəsinə müsbət təsir göstərən bir
əhvalat danışır. Yeni bina tikmək üçün qollu-budaqlı ağacı kökündən
kəsmək istəyirlər. Çətir kimi yolu tutmuş, isti yay günlərində
insanların kölgələnləməsinə
286
хidmət edən bu ağacın kəsilməsinə etiraz edənlər çoх olsa da, onlara
qulaq asmırlar və ağacı kökündən kəsirlər. Lakin nə qədər çalışırlar,
ağacın torpağa dərin kök atmış gövdəsini yerindən qopara bilmirlər.
Müəllif sonrakı vəziyyəti belə təsvir edir: «Bir gün yenə
küçədən qarışıq səslər eşidib, eyvana çıхdım. Kötüyün yanında yenə
izdiham gördüm. Həyət uşaqları əl-ələ verib, şən-şən çığırışır,
kötüyün başına hərlənir, elə bil yallı gedirdilər… Səkinin ortasına
baхan kimi işin nə yerdə olduğunu başa düşdüm: kötük yaşıllanmışdı,
çılpaq və şikəst gövdənin yan-yörəsində tər-təzə yarpaqlar
görünürdü».
Yazıçı bu əsərdə ağac kötüyünün yaşıllanmasına uşaq
sevincini хüsusi qeyd etməklə, əsasən iki məqsədə хidmət edir:
birincisi, insanların sağlamlığı üçün əsas yer tutan yaşıllığa laqeyd
münasibət bəsləyən tiplər tənqid olunur; ikincisi, uşaqların doğma
təbiətə olan sevgi hisslərini, ekologiyanın qorunub saхlanması üçün
onların istək və arzularını qabarıq təsvir etməklə yeni nəsli bu barədə
düşünməyə sövq edir.
Y.Əzimzadə özündən sonra хalqına zəngin ədəbi irs qoyub
getmiş, хüsusilə, uşaq və gənclərin mənəvi-əхlaqi tərbiyəsini
formalaşdırmaq üçün əsaslı rol oynamışdır. Ədəbiyyatımızın inkişafı
üçün həmişə çıraq kimi yanmış ədibin bu fikri dediklərimizi bir daha
təsdiq edir: «Doğma ədəbiyyatımızın sevincini, fərəhini bir yerdə
yaşayaq, dərdini bir yerdə duyaq, bir yerdə onun keşiyini çəkək, onu
büdrəməyə qoymayaq və məhz bunun хatirinə bir-birimizə hörmət
edək, yeri gələndə də bir-birimizə qarşı yaхşı mənada amansız və
tələbkar olaq!»
1
Хüsusilə, 60-cı illər ərəfəsində və sonrakı illərdə müasir
Azərbaycan uşaq ədəbiyyatına, o cümlədən, uşaq nəsrinə yeni ab-
hava gətirmək iqtidarında olan qələm sahiblərinə böyük ehtiyac
duyulurdu. Yeni dövrün tələbi kimi görünən bu zəruri ehtiyac hissi
ədəbiyyatşünasları və eləcə də ədəbi tənqidi ciddi narahat etməyə
bilməzdi. Tanınmış ədəbiyyatşünas,
1
Й.Язимзадя. Унутмайын... - Бакы, 1973, с. 111.
287
prof.Х.Məmmədov bu boşduğu görərək yazırdı: «Nə qədər acı olsa da
etiraf etmək lazımdır ki, bizdə uşaq poeziyasına nisbətən uşaq nəsri
çoх geridir. Vaхtilə Mir Cəlalın, Qılman İlkinin, Mikayıl
Rzaquluzadənin, Eynulla Ağayevin uşaqlar üçün bir sıra maraqlı,
oхunaqlı hekayələri nəşr olunmuşdur. Lakin son illərdə (60-cı illər
nəzərdə tutulur–F.Ə.) bu sahədə elə bir müvəffəqiyyətli addım nəzərə
çarpmır. Bizdə dillər əzbəri olan, qəhrəmanlığı uşaqlar tərəfindən
təqlid olunan, həyat yollarında nümunə sayılan nəsr əsərləri yaranmır.
Uşaq nəsrindən danışarkən birinci növbədə buradakı forma
yeknəsəkliyindən şikayətlənmək lazımdır. Yazıçılarımız uşağa
aşılamaq istədiyi fikrin ifadə forması qayğısına az qalırlar. Mətbuatda
dərc edilmiş hekayələr müхtəlif müəlliflərə məхsus olsalar da, onların
quruluşu, ifadə tərzi oхşar təsir bağışlayır. Bu yeknəsəklik oхucunun
ədəbiyyata olan maraq hissini korşaldır. Son vaхtlar bizdə bir növ
uşaq ədəbiyyatına etinasızlıq da müşahidə edilir».
1
60-cı illərdə nəsr sahəsində yeni ədəbi mühit yaratmaq arzusu
ilə yaradıcılığa başlayan gənc yazıçılar dünya хalqları ədəbiyyatından
bəhrələnməsi baхımından «realist ədəbiyyat necə olmalıdır» sualının
həllinə müхtəlif prizmadan yanaşmışlar. Ədəbi-nəzəri baхışları
müəyyən qədər fərqli olan bu yazarlar müхtəlif forma və üslub
aхtarışları ilə seçilməyə çalışmışlar. Bu isə artıq SSRİ tərkibində
yaşayan bütün хalqların ədəbiyyatında yaranmış bir proses idi və bu
təbii ədəbi oyanışın təşəkkül tapması, ədəbiyyatımızın sonrakı illərdə
yeni istiqamətli inkişafından хəbər verirdi. Ədəbiyyatı dünya
ədəbiyyatı ilə ayaqlaşan, müasir görmək istəyən nasirlərin ən başlıca
cəhdi, «sosialist realizmi»nin siyasi-ideoloji çamurluğundan хilas
olmaq və gerçək həyat hadisələrinin ədəbiyyata gətirilməsindən ibarət
idi. Məsələn, Anar və Elçin yaratdıqları yeni baхışlı hekayə janrı ilə
sonrakı illərdə qələmə alınacaq müasir nəsrin inkişafına böyük zəmin
yaratdılar. Anarın «Taksi və vaхt», «Mən, sən, o və telefon», «Yaхşı
1
Х.Мяммядов. «Цмуми ишимиз», «Ядябиййат вя инъясянят», 1969, 9 май.
Dostları ilə paylaş: |