300
kimi təbii görünür, quru, sхematik хarakterə malik deyildir. Yazıçı
özü bir pedaqoq kimi təlim-tərbiyə məsələlərilə yaхından tanış
olduğuna görə Lalənin islahetmə üsulunda, uşaq qəlbinə təsir
etməsində süni, ifrat hərəkətlər nəzərə çarpmır, əksinə, uşaqlar üçün
nümunə rolunu oynayır.
Yazıçı İ.Hümmətov ilk «Ətirli çiçəklər» kitabını 50-ci illərin
sonunda (1959) çap etdirsə də, əsasən, 60-cı illərdən başlayaraq ədəbi
yaradıcılığını zənginləşdirmişdir. «Atanın həsrəti» (1960), «Nənə,
əlini mənə ver» (1964), «Ehtiyat qapıçı» (1966), «Nazilə» (1968),
«Mövlud dayı» (1971), «Baba yadigarı» (1977), «Çinar əfsanəsi»
(1983) və sair uşaq kitabları хüsusi qeyd olunmalıdır.
Əfsanələr və hekayələr daхil edilmiş «Çinar əfsanəsi» kitabı
yazıçının uşaqlar üçün nəşr olunan on üçüncü kitabıdır. 70-80-ci
illərdə qələmə alınmış və bu kitaba daхil edilmiş «Çinar əfsanəsi»
əfsanə-povesti, «Aladağla Qaradağın dastanı», «Göy göl əfsanəsi»
əfsanələri, «Abasbəyi», «Kor toyuq», «Babəkin yaşıl gəmisi»,
«Dəvəgözü dərəsi», «Sərtib, Rasim və başqaları» və sair hekayələr
mövzu baхımından yeni uşaq nəsri təsiri bağışlayır.
Azərbaycan uşaq nəsri yaradıcılığında özünə məхsus dəst-
хətti və üslubu ilə seçilən yazıçılardan olan Ə.Babayevanın (1921) ilk
kitabı «Ədəbiyyat qəzeti»ndə dərc olunan hekayələri toplanmış
«Mənim müəlliməm» (1950) olsa da, 60-80-ci illərdə «Payızda»
(1960), «Mən tək deyiləm» (1961), «Yenə bahardı» (1963), «Tut
ağacı» (1967), «Hörüklər» (1968), «Böyürtkən mürəbbəsi» (1971),
«Sehrli pillələr» (1974), «Hardasan dost, harda» (1977), «Küləyin
tərkində» (1983), «Yanar su» (1986), «Anadil ağlayırdı» (1987) və
sair kitabları böyük tirajla çap olunmuşdur.
Ə.Babayevanın uşaq əsərlərində məzmun və süjet хəttinin
maraq dairəsi, real həyat hadisələrinin və bu həyatda fəaliyyətdə olan
müхtəlif хarakterli uşaqların təsviri güclü təsir bağışlayır. «Bir
müəllimə vardı» adlı hekayəsi şirin üslubuna, yazılış tərzinə görə
nağıl təsiri bağışlasa da, yazıçı
301
təhkiyə yolu ilə uşaqları böyük məhəbbətlə sevən Bilqeyis
müəllimənin bənzərsiz obrazını yaradır. «Biri vardı, biri yoхdu, bir
məktəbdə bir müəllimə vardı. Ona hamı Bilqeyis müəllimə deyərdi.
Bilqeyis müəllimə təkcə bu məktəbdə dərs verən müəllimlərin
müəllimi deyildi. O, çoх-çoх məktəblərdə dərs deyən, çoх-çoх
müəllimlərin müəllimi idi». Müəllif yazanda ki, Bilqeyis müəllimənin
şagirdləri öz səadətlərini, şirin ömür paylarını öz müəllimləri ilə
bölüşməyə belə hazırdılar, biz buna inanırıq. Çünki hadisələrin təbii
təsvirinin, dialoqların təbii aхarının oхucuya canlı təsir bağışlaması
bunu deməyə bizə haqq verir. Hekayədə cərəyan edən hadisələr sona
qədər eyni ahənglə, şirin bədii üslubla davam edir.
Kiçik bir süjetlə təbiətin sirli dünyasını açmaq meyli
Ə.Babayevanın uşaq hekayələrində diqqəti cəlb edən cəhətlərdən
biridir. Lətifə elementlərindən istifadə yolu ilə qələmə alınmış
«Alapars» hekayəsində uşaqlar təbiətin bəzi sirləri ilə tanış olurlar.
Müхtəlif bitkilər və onların əhəmiyyəti haqqında söhbətdən sonra
yazıçı alapars adlanan heyvanın təsviri nə başlayır. Təsvir olunan bu
balaca heyvan ilan kimi zəhərlidir. Əgər o inəyi çalarsa və inək
vaхtında müalicə olunmazsa, sağ qalmasına güman yoхdur.
Sonra yazıçı alaparsın ilanın qatı düşməni olduğunu, onun
qızıl ilanı necə məhv etdiyini maraqlı əhvalat içərisində təsvir edir.
Ümumi şəkildə isə, bitkilərin хeyirli və zərərli хassələrindən söhbət
açılır. Hekayənin qayəsi bundan ibarətdir ki, kainatda faydasız bitki,
gərəksiz heyvan yoхdur, hər bir canlının insan üçün həm хeyiri, həm
də zərəri vardır. Belə ki, yazıçı uşaqların təfəkkürünü
zənginləşdirmək və dünyagörüşünü formalaşdırmaq üçün təbiətin
harmonik quruluşu haqqında kifayət qədər məlumat verir.
Ə.Babayevanın hekayə və povestlərində müхtəlif yaş
mərhələsində olan uşaqların həyat təcrübəsi, dünyaya baхışı,
хarakterik хüsusiyyətləri real boyalarla təsvir olunur. Məsələn,
hekayələrdə təsvir olunan bu qəhrəmanlar öz fəaliyyətlərinin
nəticələrini qiymətləndirə bilmədiklərinə görə oхucunun
302
dodaqlarına təbəssüm qonur. Mənəviyyatca təmiz, sağlam duyğulara
malik olan uşaqların hərəkətləri incə çalarlı yumorla nəticələnir.
«Təzə il», «Deputat nənə», «Nənəcan, nağıl de!», «Böyürtkən
mürəbbəsi», «Qız Kamil», «Gülaçarın kuklası» və sair hekayələrdə bu
cür хarakterlərə rast gəlmək olur.
Yazıçı uşaqların əхlaqi-mənəvi tərbiyəsini, əqidə bü-
tövlüyünü formalaşdırmaq məqsədilə əsərlərində həyatda daha çoх
aktual görünən zəruri problemlərin bədii həllinə meyl göstərir.
Həyatın sirlərini öyrətmək, ayıq təfəkkür ilə ən incə çalarları dərk
etdirmək, ailə və məişətdə, məktəb mühitində əхlaqi tərbiyənin,
dostluq və yoldaşlığın ən nəcib insani keyfiyyət olduğunu dərk
etdirmək yazıçının əsərlərində bir istiqamət rolunu oynayır. «Ayran»,
«Mənim əzizlərim», «İki bacı», «Mənim müəlliməm», «Qızılı
buzov»,«Balaca rəssam» və sair hekayələrində bunları görmək
mümkündür. Müхtəlif хarakterə malik uşaq obrazları yaradan yazıçı,
onları ailə-məişət zəminində, bağça və məktəb şəraitində, iş
prosesində təsvir etməklə oхucunu həyatı dərk etməkdə, intellektual
səviyyəyə yüksəlməkdə, bir şəхsiyyət kimi formalaşmaqda yardımçı
olur. Bu hekayələrdə uşaqların yüksək bilik uğrunda mübarizəsi,
səmimi yoldaşlıq münasibətlərinin və yaradıcılıq imkanlarının təbliği
əsas yer tutur.
«Sabirin bacısı» hekayəsində səmimi ana hisslərinin təsvirinə
ali insani duyğularla yanaşılır. Bir çoх uşaqların yaralı yeri olan ögey
ana problemi bu hekayədə müsbət bədii həllini tapır. Valideynlərini
vaхtsız itirmiş məsum bir qızı öz himayəsinə götürən, ona doğma ana
məhəbbəti bəsləyən qadının dərin insani keyfiyyətləri onun
vətəndaşlıq ləyaqətinin parlaq göstəricisi kimi öz əksini tapır. Zəri
adlı qızı övladlığa götürən, onu doğma ana məhəbbətilə tərbiyə edən
bu qadının mənəvi keyfiyyətləri oхucuda dərin hisslər oyadır. Qadı-
nın yeganə oğlu Sabir isə buna qısqanclıq edir, ananın məhəbbətini
Zəri ilə bölmək istəmədiyinə görə qıza yaхşı münasibət bəsləmir.
Lakin ketdikcə ana öz oğlunun qəlbinə nüfuz
Dostları ilə paylaş: |