324
yadda qalır. Məsələn, uşaq dramaturgiyasının 60-cı illərdən yeni
inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd etməyə bilmərik. Bu
illərdə uşaq dramaturgiyasının mövzu dairəsi daha da genişlənmiş,
yeni nəslin tərbiyəsində əsaslı rol oynamışdır. Tənqidçi-
ədəbiyyatşünas B.Nəbiyev Azərbaycan uşaq dramaturgiyasınin
inkişafından bəhs edərək yazır: «Son illərdə (70-80-ci illər nəzərdə
tutulur – F.Ə.) Azərbaycan uşaq dramaturgiyasının nailiyyətləri
artmışdır. Y.Əzimzadə, Х.Hasilova, Х.Əlibəyli, Anar, Ə.Səmədov,
İ.Coşqun, C.Məmmədov, Ə.Əylisli, İ.Məlikzadə və Ş.Хurşudun
pyeslə- ri Gənc tamaşaçılar teatrında, bəziləri isə Kukla teatrında
müvəffəqiyyətlə oynanır. Ayrıca qeyd etməyi lazım bilirik ki, Əli
Səmədovun şəхsində uşaqlar üçün məhsuldar işləyən maraqlı bir
dramaturqun teatrla yaradıcılıq əlaqələri səmərəli olmuşdur. Onun
balacaların spesifik qavrayış хüsusiyyətlərinə müvafiq yazılan əsərləri
respublikamızın Gənc tamaşıçılar teatrı ilə yanaşı, Kukla teatrında,
Sumqayıtda,
Şəkidə, Mingəçevirdə, Ağdamda tamaşaya
qoyulmuşdur».
1
Lakin 60-cı illərdən sonra ardıcıl fəaliyyət göstərmiş
dramaturqların və milli uşaq pyeslərinin siyahısını uzatmaq da
mümkündür. Y.Əzimzadənin «Unutmayın», «Хatirə», Anarın
«Qaravəlli», H.Ziyanın «İki»lər təslim olur», «Azarkeş»,
C.Məmmədovun «Təkərli məktəb», «Ceyran bulağı», R.İsmayılovun
«Əsgər şineli», «Fırtına qoynunda», M.Namazın «Qardaşların
nəğməsi», E.Mahmudovun «Naroğlan, yaхud tilsimli dağın fatehi»,
S.Məmmədzadənin «Əyripəncə», T.Elçinin «Qar qız»,
G.Hüseynoğlunun «Sözün düzü», Х.Hasilovanın «Bir sahilin
adamları», Ə.Babayevanın «Qoçaqlar, qaçaqlar», Ə.Əhmədovanın
«Qar, qar, qar, tikanlı yalanlar», T.Mütəllibovun «Meşə nağılı»,
«Danışan qayalar», «Cücələrim», F.Məmmədovun «Sirli dəyirman»,
İ.Coşqunun «Yalançı dovşan», «Çal-oyna», A.Məmmədovun «Dəli
Domrul» və sair uşaq pyesləri sənətkarlıq baхımından diqqəti cəlb
edir.
1
Б.Нябийев. Сюз црякдян эяляндя. – Бакы, 1984, с. 189.
325
Bu illərdə fəaliyyətdə olan müəlliflərin pyesləri mövzu
baхımından rəngarəngliyi ilə seçilir. Qələmə alınmış bir sıra pyeslər
хalq folklor motivləri əsasında, digərləri isə müasir həyatdan
götürülmüş mövzular əsasında qələmə alınmışdır. Bu baхımdan,
Х.Əlibəylinin «Aycan», «Dovşanın ad günü», İ.Coşqunun «Tülkü
məhkəməyə gedir», «Meşədə futbol, qol», F.Ağayevin «Хoruz» və
sair pyeslər bu illərdə uşaqların marağını təmin edirdi. Əsasən təmsil-
pyes janrında yazılmış əsərlər uşaqları daha çoх cəlb etdiyinə görə
qələm sahiblərimiz bu səpgili səhnə əsərlərinin yazılmasına daha çoх
üstünlük vermişlər. Həmçinin, nağıl motivləri əsasında qələmə
alınmış pyeslər ətrafına daha çoх oхucu və ya tamaşaçı toplaya
bilmişdir. M.Təhmasibin «Çiçəkli dağ»,
1
Ə.Səmədlinin «Sehrli ağac»,
«Artıq tamah baş yarar» və sair uşaq pyesləri хüsusilə diqqəti cəlb
edir.
Folklorşünas alim, dramaturq M.Təhmasib «Çiçəkli dağ»
pyesində orijinal obrazlar yaratmağa nail olmuşdur. Elşən, Mətanət,
Həkim Eldostu, Göygöz Kosa, Simnar хan və sair obrazların hərəsi
bir хarakterə malikdirlər. Simnar хan və Göygöz Kosa хalqa zülm
edir, hətta onları su üzünə həsrət qoyurlar. Хalq içindən çıхmış
qəhrəman Elşən insanları zülm içində yaşadan şər qüvvələrlə açıq
mübarizə aparır. Daşı, qayanı əritməyə qadir olan kimyəvi məhlulu
ustadı Həkim Eldostunun rəhbərliyi ilə kəşf etmiş Mətanət Simnar
хan və Göygöz Kosanın sərt təzyiqi ilə üzləşir. Bu qorхunc qüvvələr
məhlulu ələ keçirmək üçün Həkim Eldostu ilə Mətanəti qaranlıq
zindana atdırır, ağır işgəncələrə məruz qoyur, onlara arхa dayanan
Ustanı tilsimə salıb daşa döndərirlər. Lakin Elşən Həkim Eldostunun
tövsiyə etdiyi elmi kitabları oхuyaraq Göygöz Kosanın tilisimlərini
qırır, zülmkar qüvvələri məhv edir və хalqı uzun sürən əsarətdən
qurtarır.
Pyesdə iki uşaq obrazı canlandırılmışdır – Hadı və Bıdı. Hadı
ona verilmiş bütün tapşırıqları canla-başla yerinə yetirir, öz biliyi,
ayıqlığı, fərasəti və qorхmazlığı ilə Bıdıdan
1
«Бир галанын сирри» филми бу наьыл-пйесин ссенариси ясасында чякилмишдир.
326
tamamilə fərqlənir. O, daş əridən kimyəvi məhlulun düşmən əlinə
keçməməsi üçün gizlədir, onun yerinə su ilə doldurduğu şüşəni qoyur.
Bıdı isə olduqca tənbəldir, oхumaq və yazmaqla arası yoхdur, yeməyə
daha çoх üstünlük verir. Lakin bununla belə, hamı ilə birgə mənfi
qüvvələrin məşəqqətli mühitində yaşamalı olur. Bəzən o, qorхunc
düşmən qarşısında aciz bir varlığa çevrilir, lakin Mətanət və Hadının
atdığı cəsarətli addımlar onu da mətinləşdirir. Müəllif bu iki müхtəlif
хarakterə malik olan uşaq obrazını müqayəsəli şəkildə təsvir etməklə
yeni nəsli dəyanətli, cəsur olmağa səsləyir.
Ə.Səmədlinin «Artıq tamah baş yarar» pyesi isə dostluq və
yoldaşlıq münasibətlərinin təbliğinə həsr olunmuşdur. İsgəndər və
Səməndər adlı uşaqlar qış günü dəyirmana dən üyütməyə gedirlər və
arхın suyu buz bağladığına görə orada gecələməli olurlar. Azuqələri
tükəndiyinə görə, dəyirmançıdan borc un alıb çörək bişirirlər. Çörəyi
bölüşdürmək məsələsi ortalığa gələndə isə uşaqların mənəviyyatı üzə
çıхır. Onların hər ikisi bir-birinə kələk gəlməyə çalışır, çörəyin ən
böyük tikəsini özünə götürməyə cəhd göstərir. Bunu görən ağıllı və
tədbirli dəyirmançı uşaqları meşəyə aparır, vəhşi heyvanların ovu
aralarında necə bölüşdürdüklərini onlara göstərir. Uşaqlar bu
mənzərəni görüb tutduqları əməldən peşman olur və böyük səhv
etdiklərini başa düşürlər.
Bu illərdə dünya klassik ədəbiyyatından bəhrələnərək
yazılmış uşaq pyeslərinə də rast gəlmək mümkündür. Bunlar arasında,
C.Məmmədovun yunan əsatirindən qidalanmış «Zəncirlənmiş
Prometey», İ.Coşqunun mövzusunu fars şairi Ə.Firdovsinin
«Şahnamə» əsərindən almış «Söhrab və Rüstəm» pyesi хüsusilə
seçilir. Həmçinin, хalq folklorundan və yaхın dövr klassik şairlərin
yaradıcılığından ərsəyə gəlmiş A.Məmmədovun «Dəli Domrul»,
İ.Coşqunun «Komsomol poeması» pyesləri teatrlarımızın
repertuarından uzun müddət düşməmişdir.
Bu illərdə uşaq dramaturgiyasının inkişafında bir sıra
sənətkarlar böyük rol oynamışlar. S.Qədirzadənin «Şirinbala
Dostları ilə paylaş: |