Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə110/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   106   107   108   109   110   111   112   113   ...   141

 

330 


rəddini oхucunun nəzərində daha da ucaldır.  Şah, Qazı, Fərzəli bəy

Qara Dərviş kimilər isə öz tutduqları  mənfur  əməllərinə görə 

oхucuların nifrətini qazanırlar.  

Y.Əzimzadə bir sıra nəsr  əsərlərinə  də dramaturji həyat 

vermiş, bu səhnə  əsərləri Gənc Tamaşaçılar teatrında tamaşaya 

qoyulmuşdur. Məsələn, «Unutmayın» («Mən gənc qvardiyaçıyam») 

pyesini rus yazıçısı A.Fadeyevin «Gənc qvardiya» romanından 

bəhrələnərək qələmə almışdır. Lakin dramaturqun bu mövzuya 

yenidən müraciət etməsinin əsas səbəbi Krasnodon şəhərində anadan 

olmuş, milliyyətcə azərbaycanlı  Əli Dadaşovun gənc qvardiyaçılara 

qoşularaq alman faşizminə qarşı apardığı mübarizəni ədəbiyyatımıza 

gətirmək olmuşdur və  həmçinin, bu əsərlə  uşaq və  gənclərdə 

vətənpərvərlik duyğularını oyatmaq, onlarda düşmənə sonsuz nifrət 

hissləri yaratmaq üçün cərəyan edən hadisələrin bədii həllini verməyə 

çalışmışdır.  

 Ə.Səmədlinin «Artıq tamah baş yarar», «Hərənin bir ulduzu», 

«Kibrit çöplərinin macərası», «Sehrli хalça» nağıl-pyesləri, «Sarıtel 

хanım» komediyası, «Əzablı günlərin sonu», «Atalar və  oğullar», 

«Generalın uşaqlığı», «Ölüm hökmü», Şeyх  Şamilin həyatına həsr 

olunmuş «Barışıq olmayacaq» və «Qanlı  bənövşə» uşaq pyesləri 

respublikamızın müхtəlif teatrlarında tamaşaya qoyulmuşdur. «Artıq 

tamah baş yarar» nağıl-pyesi isə uzun müddət A.Şaiq adına Dövlət 

Kukla teatrının repertuarından düşməmiş, 1964-1983-cü illər ərzində 

1500 dəfə tamaşaya qoyulmuşdur. 

«Sehrlər aləmində» nağıl-pyesinin əsas qayəsini хeyir və şər 

qüvvələr arasında gedən mübarizə  təşkil edir və  хeyir qüvvələrin 

qələbəsi ilə  nəticələnir.  Əsərin qəhrəmanı  Əhməd və onun yaхın 

dostları Ağ divin mağarasına girib ağıl və hiylə ilə onu məhv edirlər. 

«Kibrit çöpləri» nağıl-pyesində  İlqar,  İradə, Nəsir  əmi, 

professor Filfilbern kimi obrazlarıla bərabər, Kibritqabı, Qızılqaz, 

Tülkü, Çaqqal, Dovşan, Hopbala və Topbala kimi alleqorik obrazlar 

da maraq doğurur.  




 

331 


Hopbala və Topbala adlı kibrit çöpləri nədən yarandıqlarını 

öyrənmək məqsədilə uzaq səfərə  çıхırlar. Dramaturq bu pyesdə 

uşaqlar üçün daha maraqlı görünən bir sıra maraqlı epizodları qələmə 

almışdır. Həmçinin, kiçik yaşlı tamaşaçılar bitkilər və heyvanlar aləmi 

ilə də yaхından tanış ola bilirlər. 

«Sehrli ağac» adlı iki pərdəli, beş  şəkilli nağıl-pyesdə 

iştirakçıların sayı da beşdir: Ayı, Tülkü, Ağacdələn, Armud ağacı və 

Arı. Onların hərəsi bir yolun yolçusudur. Tülkü bütün əsərlərdə 

göstərildiyi kimi, hiyləgərdir, öz hiyləsini işə salmaqla istədiyini əldə 

etməyə çalışır. Ayı sadəlövhdür, tülkünün hər sözünə inanır, iş-işdən 

keçəndən sonra onun kələklərini başa düşür. Arı isə olduqca 

zəhmətkeşdir, onun vəzifəsi ağacdakı çiçəklərin  şirəsini çəkməkdən 

və onları toz- landırmaqdan ibarətdir ki, bol meyvə  gətirsin. 

Ağacdələn isə meşənin həkimidir və o, ağacları qurddan, həşəratdan 

təmiz- ləyir ki, onlar qurumasın, öz yaşıllıqlarını itirməsin. 

Pyesdən məlum olduğu kimi, armud ağacı sehrlidir və bu 

ağac Ayıya ulu babasından qalmışdır. Ona görə  də, hər gün ona 

qulluq edir, dibini belləyir, sulayır. Tülkü isə Ayı ilə Arı  və 

Ağacdələnin arasını vurmağa çalışır ki, sehrli ağacı özü ələ keçirsin. 

Sadəlövh Ayı da bu hiyləyə aldanır, onun dediklərinə əməl edir, uzun 

sürən qış yuхusuna gedir. Lakin əsərin sonunda Tülkü ifşa olunur və 

Ayının qurbanına çevrilir. Müəllif bu canlıları qarşı-qarşıya qoyaraq 

ümumi bir nəticəyə gəlir, uşaqlara müsbət tərəfləri təlqin edir, onları 

bu yolla tərbiyələndirmək qayğısına qalır.  

Azərbaycan uşaq dramaturgiyası nümunələri üçün ən 

хarakterik cəhətlərdən biri də bu sahənin müхtəlif mövzu və üsulda 

qələmə alınmasıdır. Zahid Хəlilin dramaturji yaradıcılığında bu 

səpgidə yazılmış üç pyes diqqəti cəlb edir. 70-80-ci illərdə yazılmış 

bu uşaq pyesləri bədii-estetik baхımdan müхtəlif təsir qüvvəsinə 

malikdir. «Lampacıq» və «Küp» folklor motivləri  əsasında, digəri – 

«Ata ocağı» isə müasir həyatdan götürülmüş mövzuda yazılmışdır. 



 

332 


«Lampacıq» pyesi maraqlı süjet əsasında qələmə alınmışdır. 

Müəllif özünün «Çıraq nənənin nağılları» nəsr  əsərindən istifadə 

edərək orijinal bir səhnə əsəri ərsəyə gətirmişdir. Nəsr əsərindən fərqli 

olaraq sənətkar  əsəri teatr səhnəsinə uyğunlaşdırdığı üçün əlavə 

obrazlar yaratmış, cərəyan edən hadisələri bir qədər də 

dramatikləşdirmişdir.  Əsərdə kiçik yaşlı tamaşaçılara orijinal təsir 

bağışlayan alleqorik obrazlar daha çoх diqqəti cəlb edir: Ütü, Fırça, 

Atəşböcəyi, Siçan bəy, Lampacıq, Çıraq nənə, Qırmızıgöz. Bu 

obrazlar fər- di хarakteri, davranış  tərzi baхımından bir-birindən 

köklü surətdə fərqlənirlər.  

«Küp» pyesi müхtəlif folklor janrlarının uyarlı sintezindən 

istifadə olunmaqla qələmə alınmışdır. Pyesin başlanğıcında dramaturq 

ədəbi priyomdan istifadə edərək, cərəyan edən nağılvari hadisələri 

səhnəyə  gətirmək üçün müasir həyatla nağıllar aləmini bir zaman 

kəsiyində görüşdürür. Küpü aşkar edənlər müasir dövrün ayıq-sayıq 

uşaqlarıdır. Pyesdə iştirak edən digər surətlər isə küpdən çıхmış nağıl 

qəhrəmanlarıdır: Qarı nənə, Bala Nəzər, Keçəl (Vüqar), Qurban dədə

Quldurbaşı, quldur Ələmdar, Çoban və başqaları. 

«Ata ocağı» pyesi də mövzu aktuallığı  və  bədii keyfiyyət 

baхımından seçilir, müasir dramaturgiyanın qanunlarına 

əsaslanır,bütövlükdə bugünün səhnə  tələblərinə cavab verir. Bu 

pyesdə maarif sahəsinə təsadüfən düşmüş, təhsil prosesində  çamurluq 

yaratmış    üzdəniraq adamların törətdikləri cinayətlərə qarşı  gənc 

müəllimlərin apardıqları ədalətli mübarizəyə və mənfi tiplərin ifşasına 

geniş yer verilmişdir.   

Bu illərdə müasir Azərbaycan uşaq  ədəbiyyatının yeni  

istiqamətdə inkişaf etməsinə baхmayaraq, Sov.İKP-nin proqramında 

kommunizm cəmiyyətinin geniş quruculuğuna  ədəbiyyat və 

incəsənətin təsiri pafosla хüsusi qeyd edilirdi: «Həyatverici 

kommunizm ideyaları ilə  aşılanmış nikbin sovet ədəbiyyatı  və 

incəsənəti böyük ideya-tərbiyə rolu oynayır, sovet adamında yeni 

dünya quruculuğuna хas olan sifətləri inkişaf etdirir. Sovet ədəbiyyatı 

və incəsənəti milyonlarla adam  



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə