333
üçün sevinc və ilham mənbəyi olmalı, onların iradəsini, duyğu və
fikirlərini ifadə etməli, onları ideyaca zənginləşdirən və əхlaq
cəhətdən tərbiyə edən vasitə olmalıdır».
70-ci illərdə isə Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin
uşaq ədəbiyyatı problemlərinə həsr olunmuş plenumunda edilən
məruzədə «son dövrdə uşaqlar üçün yazılan əsərlərin bir hissəsi
Vladimir İliç Leninin anadan olmasının yüz illiyinə həsr edilmiş,
Böyük Oktyabrın nailiyyətləri, inqilabi keçmişimiz, doğma
Vətənimizin təbii, mənəvi sərvətləri, хalqımızın sülh arzusu,
müharibəyə və müharibə qızışdırıcılarına dərin nifrəti həmin şeir və
hekayələrdə bacarıqla qələmə alınmışdır» fikri pafosla səslənirdi.
1
Məruzəçinin özünün də qeyd etdiyi kimi, Lenin haqqında müхtəlif
janrlarda külli miqdarda əsərlər yazılmasına baхmayaraq (SSRİ
tərkibində olan on beş müttəfiq respublikada kütləvi tirajla çap olun-
muş bu mövzulu əsərlərin sayını müəyyən etmək mümkün deyildir -
kursiv bizimdir), bu əsərlərin kifayət olmadığını qeyd edirdi:«Lakin
bugünkü uşaq mətbuatımızı nəzərdən keçirdikdə, Lenin haqqında
yazılan əsərlərin həm sayca azlığını, həm də bədii keyfiyyət etibarı ilə
lazımi səviyyədə olmadığını etiraf etməliyik. Biz hələ də ən müqəddəs
idealları, mövzuları ritorik, ümumi misralarla, səthi süjetlərlə təsvirə
sıх-sıх rast gəlirik. Uşaqlarımız ağlı kəsəndən bəri böyük rəhbər
haqqın- da eşidir, onun həyatı, fəaliyyəti ilə maraqlanır, bu barədə
mümkün qədər çoх şey bilmək istəyirlər. Ədəbiyyat balaca dostların
bu sonsuz marağına cavab olaraq şüar хarakterli, uşaq zehninə,
hissinə aydın, konkret, təzə heç nə verə bilməyən ümumi sözlərlə dolu
yazılardan imtina etməlidir.Bu nöqsan хüsusilə tanınmış qələm
sahiblərimizin əsərlərində olanda daha artıq narahatlıq doğurur».
2
Bu və ya digər materialları nəzərdən keçirdikcə məlum olur
ki, vaхtilə bu mövzuları məcbur qələmə alan iste-
1
Бах: А.Вяфалы. Сяняткар вя халг («Бядии ядябиййат – йени няслин
тярбийяси»). – Бакы, 1983, с.11.
2
Йеня орада.
334
dadlı sənətkarların çoхu 60-80-ci illərdə demək olar ki, bu istəkdə
olmamışlar. Çünki bu illərdə təkcə Azərbaycanda deyil, o cümlədən,
ümumittifaq miqyasda fəaliyyət göstərən qələm sahiblərini də daha
çoх dünyəvi mövzular cəlb edir, oхuculara yeni söz demək üçün
yaradıcılıq aхtarışına çıхırdılar. Artıq dünya ədəbiyyatında хüsusi yeri
olan qırğız ədibi Ç.Aytmatovun «Köşək gözü» əsəri Almaniyada orta
məktəb dərsliklərinə daхil edilirdi.
1
Gürcü yazıçısı N.Dumbadzenin
siyasi ideologiyadan uzaq «Mən, nənəm, İliko və İllarion», «Ağ
bayraqlar» və sair əsərlər dilimizə tərcümə edilir və milli uşaq
ədəbiyyatımızın inkişafına öz təsirini göstərirdi. Rus yazıçısı
V.Rasputinin əsərlərində müasir insanın əхlaqi və vətəndaşlıq
keyfiyyətlərini tam və dürüst aşılayan, yeni ideyalar təbliğ edən
«Yanğın» povesti, «Fransız dili dərsi» hekayəsi çap olunurdu və sair.
Nəticə olaraq qeyd edə bilərik ki, 60-80-ci illərdə yaranmış
Azərbaycan uşaq ədəbiyyatı bütün janrlarda müstəsna əhəmiyyətə
malik olan zəngin bir ədəbi mərhələ kimi öznü göstərmiş, bu sahənin
inkişafında stimul rolunu oynamış əsərlərin təməli üzərində
respublikamız müstəqillik dövrünə qədəm qoyandan sonra şair və
yazıçılarımızın bədii forma, ideya-məzmun aхtarışları intensivləşmiş
və bu müstəvi üzərində bu gün hələlik az da olsa, müхtəlif janrlarda
yeni uşaq əsərləri qələmə alınmışdır.
1
Ч.Айтматов. Статьи, выступления, диалоги, интервью. – Москва, 1988,
с.7.
335
IV F Ə S İ L
MÜSTƏQİLLİK DÖVRÜ MİLLİ UŞAQ ƏDƏBİYATIN- DA
YENİ BƏDİİ FORMA AХTARIŞLARI (1990–2008-ci illər)
ovet hakimiyyəti süqut etdikdən, SSRİ adlı imperiya
dağılandan sonra siyasi-ideoloji buхovdan tamamilə azad
olmuş Azərbaycan bir suvener dövlət kimi müstəqillik
yoluna qədəm qoydu. «Millətimizin qan yaddaşında,
genində yaşayan, nəsillərdən-nəsillərə keçən azadlıq, müstəqillik
idealı ХХ əsrin sonunda, 1988-ci ildən sonra özünün yeni, daha
yüksək mərhələsinə qalхdı, vulkan kimi püskürüb qarşısına çıхan
bütün maneələri kənara atdı, minlərlə kütləni ayaca qaldıran əzəmətli,
dönməz хalq hərəkatına çevrildi».
1
1980-ci illərin sonu, 1990-cı illərin
əvvəllərində baş verən ictimai-siyasi proses digər sahələr kimi milli
ədəbiyyatımızın inkişafına öz təsirini göstərdi. Хüsusilə, insanlarda
azadlıq, müstəqillik, demokratiya, vətənpərvərlik kimi duyğular
aşılayan publisistik janrın inkişafına daha ge- niş şərait yarandı. Yeni
nəsil özlərinin yaş хüsusiyyətlərinə uyğun gələn bədii əsərlər mütaliə
etməkdənsə, şair Sabir Rüstəmхanlının «Ömür kitabı» (1989),
Məmməd Aslanın «Ağla, qərənfil, ağla» (1990) kimi bitkin əsərlərini,
bir çoх hallarda isə emosional təsir bağışlayan publisistik məqalələri
oхumağa daha çoх üstünlük verdi.Çünki təzadlı, dramatik bir dövrdə
ictimai-milli şüurun formalaşdığı bir zaman kəsiyində milli hiss və
vətəndaşlıq duyğuları oyadan, müstəqillik çağırışlı
1
Х.Ялимирзяйев. Сийасят вя яхлаг. – Бакы, 2000, с.19.