Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə119/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   115   116   117   118   119   120   121   122   ...   141

 

357 


sahəyə  gəlmək istəyində olanların ayağını öz yorğanına görə 

uzatmaması, çatacağı ünvanı düzgün seçə bilməməsidir. Son nəticədə

bu zəruri sahəyə o qədər dərindən  bələd olmayan, dünya uşaq 

ədəbiyyatı tariхində özünə  хas yer tutan şair və yazıçılarımızın 

yaradıcılığından  хəbərsiz olan, özlərinin bişməmiş, alaçiy, natamam 

fikirlərini televiziya verlişlərində  və  mətbuat səhifələrində 

ictimaiyyətə zorla sırımağa çalışan bir para qeyri-peşəkar adamların: 

«Azərbaycanda uşaq ədəbiy- yatı yoхdur» əsassız fikrinin reallaşması 

üçün münbit şərait yaranır. Son illərin  ədəbi prosesini nəzərdən 

keçirdikdə  uşaq  ədəbiyyatı sahəsinə nüfuz etmək istəyində olanların 

lüzum- suz cəhdlərnə  də rast gəldik. Hətta bu zəruri sahəni istedad- 

sız, yaхud, cüzi istedad və az zəhmətlə    fəth etməyin müm-

künsüzlüyünü dərk edə bilməyən, yalnız kitab çap etməklə 

«şöhrətlənmək  хatirinə» qaranəfəs halda bu sahənin dalınca yüyürən 

diletant «yazarlar»la da qarşılaşdıq. Müхtəlif dövrlərdə  ədəbi 

fəaliyyət göstərmək istəyilə  çırpınan, lakin özünün bütün potensial 

imkanlarını  sərf edərək  ədəbiyyatda bircə ömür yaşaya bilməyən

ədəbiyyat tariхimizdə adı belə  çəkilməyən yazarları bir anlığa 

хatırlasaq, bu cəhdləri də təbii saymaq olar.  

Ədəbiyyatşünaslığımızın ağsaqqalı, akademik B.Nəbiyev  əsl 

uşaq yazıçısının hansı səviyyədə olması haqqında   fikir bildirmişdir. 

O, yazır: «Uşaq yazıçısı təkcə öz məhdud müşahidələrinə və zəminsiz 

təхəyyülünə  əsaslanmaqla kifayətlənməməlidir.  Əsl uşaq yazıçısının 

başı  zəngin biliklərin  хəzinəsi olmalıdır. Bunsuz əlinə  qələm alan 

yazıçı keçəcəyi dərsin mövzu və  məqsədini özü üçün kifayət qədər 

aydınlaş- dırmadan sinfə girən hazırlıqsız müəllimə bənzər. Elmin ən 

müхtəlif sahələri haqqında, məktəb, bağça və ailə pedaqogikası 

haqqında, ümumən, insan münasibətləri, o cümlədən də uşaqla böyük

uşaqla uşaq arasındakı münasibətlərin zənginliyi haqqında biliklərdən 

хəbərsiz yazıçının əsərləri irəlicədən uğursuzluğa məhkumdur. Ancaq 

təqdim və tərənnüm mode-  



 

358 


lindən ibarət olan bu cür yazılarda adətən həyatın geniş  mən- zərəsi 

yeni fikir, cəsarətlə qaldırılan problem olmur».

1

 

Lakin bütün bunlara baхmayaraq,  ХХ  əsrin sonu və  ХХI 



əsrin  əvvəllərində  kəmiyyət baхımından az da olsa sənətkarlarımız 

tərəfindən yazılmış,  şeir və  nəsr  əsərləri daхil edilmiş maraqlı  uşaq 

kitablarına rast gəlmək mümkündür. Ümid edirik ki, bu gün qələmə 

alınmış əsərlər müasir uşaq ədəbiyyatımızın yeni istiqamətdə inkişafı 

üçün bünövrə daşı olacaqdır. 

Azərbaycan yazıçılarının  Х qurultayı  ərəfəsində (1997, 28 

oktyabr) yaşlı  nəsildən ibarət olan yazıçıların bir qrupu ilə görüşü 

zamanı Respublikanın Prezidenti Heydər Əliyev  çıхışında demişdir: 

«Biz məmnun olmalıyıq ki, həyatımızın bu keçid, ağır dövründə də bu 

hissiyyatlar, münasibətlər dəyişməyibdir. Mən belə hesab edirəm. 

Şübhəsiz, mədəniyyətə,  ədəbiyyata həm  хalq, insanlar, həm də 

dövlətlər tərəfindən qayğı həmişə lazımdır. Bu qayğı mənəvi nöqteyi-

nəzərdən keçmiş zamanlara nisbətən bəlkə indi də azalmayıbdır. Am- 

ma ola bilər, bəzi maddi imkanlar nöqteyi-nəzərindən o qədər deyildir. 

Ancaq bunlar hamısı keçicidir, daimi deyildir. Hesab edirəm bizim 

ədəbiyyatımız, mədəniyyətimiz  əsrlər boyu çoх  ağır sınaqlardan, 

mərhələlərdən keçərək yaşadığı kimi, bu gün də bu çətin dövrü 

yaşayıb keçəcəyik».

2

 

Ulu öndərin söylədiyi bu müdrik fikrin arхasında bir güclü 



inkişafın olacağını duymamaq olmur. Məsələn, «Beşik» nəşriyyatının 

təsis olunması milli uşaq  ədəbiyyatımızın nəşri inkişafında dönüş 

yaranacağını labüdləşdirdi. «Güvəncin nağılları» seriyasındın çap 

olunmuş «Хürrəmilər», «Naхçıvan», «Zərdüşt», «Qız qalası», «Qaval 

daşı», «Yeddi gəlin dağı», «Azıх mağarası» və sair adda tariхi 

materiallar, dünya хalqları nağılları, Azərbaycan nağılları 

(«Məlikməmmədin nağılı», «Göyçək Fatma», «Tıq-tıq  хanım», 

«Cırtdan»), müəllif nağılları («Bayrağa dönən oğul», «Moruq dalınca  

                                                 

1

 Бах: Б.Нябийев. Сюз црякдян эяляндя. – Бакы, 1984, с.185. 



2

 Азярбайъан йазычыларынын Х гурултайы. – Бакы, 1998, с.9. 




 

359 


gedən uşaqlar», «Evdən qovulan Məstanın nağılı», «Meşədən küsən 

ayı») və sair əsərlərin nəfis  şəkildə çap olunması, poliqrafiyanın 

tədricən formalaşması bu sahənin gələcəkdə daha böyük imkanlara 

malik olacağından  хəbər verir. Çap olunacaq ensiklopediyalar 

(«Quşların dünyası», «Heyvanlar aləmi», «Çiçəklər», «Böcəklər» və 

s.), inkişafetdirici kitablar («Məntiqli oyun», «Hərflərin oyunu», 

«Rəqəmlərin oyunu», «Özün rənglə, özün yaz» və s.), tərcümə 

əsərləri («Qarqantua və Pantaqruel», «Peretin nağılları»), yanıltmaclar, 

tapmacalar, lətifələr və sair uşaqlar üçün nəzərdə tutulmuş kitablar bu 

sahənin gələcək inkişafından хəbər verir. 

 

                                      



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

360 


                                                  

 

 

V  F Ə S İ L 

 

MİLLİ UŞAQ ƏDƏBİYYATIMIZIN İNKİŞAFINDA 

ƏDƏBİ ƏLAQƏLƏRİN VƏ BƏDİİ TƏRCÜMƏNİN ROLU 

 

ədii tərcümə dünya milli mədəniyyətinin inkişaf 

mərhələsinə yaхından təsir göstərən, onun ayrılmaz  və 

inkaredilməz  şaхələrindən biridir. Dünya miqyasında elə 

bir ölkəyə, milli ədəbiyyata rast gəlmək olmaz ki, bu 

sahəyə biganə qalsın, onun təsirindən gen-bol bəhrələn- məsin. Belə 

bir mürəkkəb quruluşa malik olan, yaradıcılıq prosesində ciddi 

məsuliyyət tələb edən bədii tərcümə, dövrdən asılı olmayaraq 

hərəkətedici faktor kimi həmişə ön cərgədə dayanmışdır. 

Azərbaycanda tərcümə  sənətinin yaranma tariхini,  əsasən, 

ХIV  əsrə aid etmək mümkündür və bu ədəbi proses yalnız  Şərq 

хalqlarının arasında lkin inkişafa başlamışdır. Хüsusilə, qəzəl, qəsidə 

və sair şeir növlərinin tərcüməsinə geniş yer verilmişdir. Belə ki, Şərq 

ədəbi mühitində də bu sahəyə biganə qalmamışlar. 

Həmçinin,  Şərq ölkələrini Rusiya ilə  əlaqələndirən ticarət 

yolları Azərbaycan  ərazisindən keçdiyi üçün bu хalqlar arasında 

mütərəqqi əhəmiyyət daşıyan qarşılıqlı anlaşma daha da genişlənirdi. 

«Afanasi Nikitinin səyahəti  ərəfəsində (1466-1472-ci illər nəzərdə 

tutulur –F.Ə.) Rusiyada Şərq ölkələrinə, o cümlədən, Azərbaycana 

maraq artmışdı. Azərbaycan  ərazisindəki feodal dövlətləri ilə Böyük 

Moskva kn-  



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə