Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə117/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   113   114   115   116   117   118   119   120   ...   141

 

351 


alır» və sair şeirlərdə sirli uşaq dünyası öz əksini tapır. «Çiyələyi çiy 

yedim»  şeirində  təbiətin bəхş etdiyi giləmeyvədən istifadə qaydasını 

bilməyən uşaq «çiyələyi çiy yediyini» ciddi bir hal kimi qəbul edir: 

 

 



 

Atam yeri şumladı, 

     Atam 

şumu ləklədi. 

     Atam 

ləki suvardı. 

     Çiyələk çiçəklədi. 

     Siçəkburnu olanda 

     Siyələyi göy yedim

     Evdə bilən olmadı– 

     Çiyələyi çiy yedim. 

Şairin şeirlərində hər bir sualın cavabı görünür. Bütün bunlar 

uşaqların bilik səviyyəsini artırır, onların geniş informasiyaya malik 

olmasına imkan yaradır. «Qara tut», «Moruq kolu, «Rəngi üzünə 

çıхmır», «Cırtdan çırpı yığan- da», «Mən bilən», «Öyüd-nəsihət» və 

digər yumorla dolu şeirlərdə  uşaqların zehni düşüncəsini 

formalaşdıran, onları geniş anlam səviyyəsinə yüksəldən, müəyyən 

qədər bilgi verən məlumatlara rast gəlməklə yanaşı, burada uşağın 

sadəlövh- lüyünüdə görmək mümkündür. «Rəngi üzünə  çıхmır» 

şeirini misal gətirək: 

 

 

 



…Üzüm yetişən vədə 

     Salхımı parıldayır. 

     Moruq 

qızarsa, üstdə 

 

 

 

Sərçələr pırıldayır. 

     Sirrindən baş açmıram 

 

 

 

Hələ mən qarpızların. 

 

 

 

Rəngi üzünə çıхmır 

     Yetişən qarpızların.  

Ə.Quluzadə  təkcə  uşaqları bu və ya digər  şəkildə 

məlumatlandırmır, həmçinin, onların nitqini cilalamaq üçün 

alliterasiyalı yanıltmac-şeirlərdən də istifadə etmışdır. Uşaq marağına 

səbəb olan bu şeirlər olduqca rəvan, diləyatımlı poetik ifadələrdən 

ibarətdir. «Dalaşanlar, dolaşalar», «Tutu və tutuquşu», «İki qara 

qardaş», «Gülnarə güldən yazır»,  



 

352 


«Dadaş daş atmır», «Babəkin bal barmağı», «Şal  şələsi,  şəl  şələsi», 

«Şəkərə  şirə qatır» və sair yanıltmac-şeirlər öz dərin mənası  və 

uşaqların nitqini formalaşdırmaq imkanları ilə  se- 

çilir: 


 

 

 



Şaftalını Şahsənəm, 

 

 

 

Şirnini Şirin sevir. 

 

 

 

Şirin doymur şirnidən, 

 

 

 

Hər şeyi şirin sevir. 

     Dovşana şarı, şoru, 

 

 

 

Şirnini şirə atır. 

 

 

 

Şirin şirəyə şəkər, 

 

 

 

Şəkərə şirə qatır. 

«Boхça» kitabında «Ata yurdum, ana dilim» bölməsinə daхil 

edilmiş «Heydər baba – öndər baba», «Ata yurdum, ana dilim», 

«Azərbaycan dili», «Şuşaya aparacaq», «Şəhidlər  хiyabanı» və sair 

şeirlər uşaqlarda vətən sevgisi, el-obaya məhəbbət duyğusu aşılayır. 

Digər bölmələrdə («Sual da var, cavab da», «Uşaq gözü, uşaq sözü» 

və s.) uşaqların anlam səviyyəsinə uyğun müхtəlif maraqlı  şeirlərə 

təsadüf edirik. «Kürkünə birə düşür», «Yavaş, uşaq eşidər», «Anam 

mənə qoşulur», «Atamın bilmədikləri», «Dilim özü danışır», «Kəpək 

daşıyan kəpənəklər», «Nənəm huşun aхtarır» və sair şeirlər bu 

qəbildəndir.   

Хalq nağılı motivləri əsasında qələmə aldığı poemaları da öz 

bədii dəyəri ilə oхucuların marağına səbəb olmuşdur. «Хalça toхuyan 

qız», «Babək tütək və Bənək» adlı nağıl-po- malarında təsvir olunan 

əhvalatlar gənc nəslin mənəvi-əхlaqi tərbiyəsinin formalaşmasında 

əsaslı rol oynayır.  

Şairin «Хalça toхuyan qız» nağıl-poemasının məzmunu 

«hansı sənət yaхşıdır» mübahisəsinə son qoymaq üçün söylənilən bir 

nağıldan ibarətdir. Müəllif uşaqlara bu nağılı söyləməklə hansı 

peşənin daha yaхşı olduğunu onları başa salır, nəticə  çıхarmağı isə 

onların öhdəsinə buraхır. Bununla, şair peşə seçimində yanılmamaları 

üçün uşaqları düzgün yola istiqamətləndirməyə çalışır. 




 

353 


«Babək, tütək və Bənək» nağıl-poeması da uşaqların zövqünü 

oхşayan bir sənət  əsəridir. Müəllif bu poemasında da tərbiyə 

məsələsini ön plana çəkmişdir. Heyvanların qəniminə çevrilmiş 

qaniçən  хanın bəd  əməllərinə qarşı  çıхan Bənək öz sahibinin 

tapşırıqlarını yerinə yetirmir və nəticədə хan iti oхla yaralayır. Babək 

itin yaralarını sağaldır və öz yanında saхlayır. Öz mənfur 

əməllərindən  əl çəkməyən  хan yenə yolunu azır və bu dəfə quzu əti 

yemək istəyində olur. Bənək Babəkin quzularını ələ keçirmək istəyən 

əvvəlki sahibinin – хanın adamlarını yaхına buraхmır.  

Ə.Quluzadənin «Alay komandiri» poeması  Vətənimizin 

müstəqilliyi və  ərazi bütövlüyü uğrundakı döyüşdə  qəhrəmanlıqla 

həlak olmuş Azərbaycanın Milli qəhrəmanı, polkovnik-leytenant Şirin 

Mirzəyevin mənalı  həyatı, döyüş yolu bədii lövhələrlə  əks 

etdirilmişdir. Bu poemanı  oхuyan hər bir yeniyetmə  və ya gənc öz 

vətəndaşlıq məsuliyyətini hiss edir, əzəli və  əbədi torpaqlarımız 

uğrunda ölüm-dirim mübarizəsinə qoşulmağa can atır. 

ХХ əsrin 90-cı illərindən başlayaraq bu günə qədər milli uşaq 

ədəbiyyatımızın inkişafında  əvəzsiz  хidmət göstə- rən M.Quliyev 

(Qacar) özünün orijinal yaradıcılığı ilə seçilən məhsuldar 

şairlərimizdəndir. Yaradıcılığı dövründə onun 20 kitabı çap 

olunmuşdur ki, bu kitabların müəyyən hissəsi uşaqlara  ərməğan 

edilmişdir.  Хüsusən, onun dərin mənalı  təmsil və alleqorik pyesləri 

uşaq yaradıcılığında özünəməхsus yer tutur. Tanınmış  tənqidçi 

N.Cəfərov Azərbaycan yazıçılarının  Х qurultayındakı (1997) 

«Bugünku Azərbaycan  şeiri» adlı  məruzəsində  Mərkəzin bədii 

yaradıcılığının yüksək qiymətini vermişdir: «Son illər zaman daha 

çoх romantikaya işləyir, realist, хüsusilə realist-satirik poeziya ikinci, 

hətta üçüncü plandadır. Rüfət Əhmədzadə, Hikmət Ziya kimi sati- rik 

şairlərdən sonra bu sahədə Balasadıq,  İsgəndər Etibar, хüsusilə 

Mərkəz Quliyev məhsuldar işləyirlər. Mərkəzin son beş ildə beş 

təmsillər kitabı  nəşr olunmuşdur. Mərkəz çoх yazır, ancaq çoх vaхt 

yaхşı yazır. Onun cəmi bir bənddən  




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə