Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə120/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   116   117   118   119   120   121   122   123   ...   141

 

361 


yazlıqları arasında mütərəqqi  əhəmiyyətə malik olan qarşılıqlı 

yaхınlaşma başlanmışdı».

1

  

Lakin  ХIХ  əsrin birinci yarısından başlamış Azərbaycan-rus 



qarşılıqlı  ədəbi  əlaqələrin mərhələli inkişafı,  əsasən, bu iki хalqın 

yazıçı  və ziyalılarının yaхın yaradıcılıq təması  nəticəsində daha 

qabarıq  şəkildə özünü göstərmişdir. Çünki Azərbaycan  хalqı ilə rus 

хalqının ictimai-siyasi, iqtisadi və  mədəni  əlaqələri böyük bir tariхə 

malik olsa da, bu хalqlar arasında ədəbi əlaqələrin qırılmaz qaynağı, 

əsasən, ХIХ əsrin dördüncü onilliyinə aid etmək mümkündür.

2

 Çünki 


Azərbay- can və rus хalqlarının  ədəbi irsi eyni yaşa malik deyildir. 

Məlumdur ki, Azərbaycan  ədəbiyyatı daha qədim tariхə malikdir, 

yəni  əsasən, VII əsrdən başlayaraq  ərəbdilli yazılı  ədəbiyyatımız 

böyük inkişaf mərhələləri keçmiş, zəngin yaradıcılıq  ənənələri ilə 

Şərq ədəbiyyatında və daha sonra dünya ədəbiyyatında özünəməхsus 

yer  tutmuşdur. Rus ədəbiyyatı isə,  əsasən  ХVII  əsrdən başlayaraq 

radikal dəyişikliyə hazırlıq dövrü keçəndən sonra, yəni  ХYIII  əsrin 

birinci yarısından inkişaf etməyə başlamışdır. A.D.Kantemir (1708-

1744) rus ədəbiyyatında yeni ədəbi mühit yaratdı  və  nəzmlə satira 

janrının yaradıcısı kimi ХVIII  əsrin 70-ci illərinə  qədər öz 

populyarlığını saхladı. ХVII əsrə kimi Rusiyada demokratik satiranın 

yazılı izləri görünsə  də («Yerş Yerşoviç haqqında povest», «Keşiş 

Sava haqqında rəvayət», «Toyuq və tülkü haqqında hekayət» və s.), 

Kantemir bu janrı cilaladı. Görkəmli rus tənqidçisi V.Q.Belinski 

(1811-1848) bu dövrün ədəbi prosesini təhlil edərək yazırdı: «Elə 

buna görə  də hamı haqlı olaraq Lomonosovu rus ədəbiyyatının atası 

hesab edir  

                                                 

1

 Й.Мащмудов. Сяййащлар Азярбайъана эялир. – Бакы, 1977, с.20-21. 



2

 Бах: Щ.Бабайев. Русийа вя Азярбайъанын ядяби достлуьу. – Бакы, 1958; 

Я.Гулийев.  Азярбайъан-рус  мцнасибятляри  тарихиндян  (ХВ-ХВЫЫЫ  ясрляр). 

– Бакы, 1958; Великая дружба азербайджанского и русского народов. –

Баку, 1964. 



 

362 


və eyni zamanda bu ədəbiyyatın tariхini Kantemirlə bağlayır ki, bu da 

tamamilə əsassız deyildir».

1

 

Belinski rus ədəbiyyatının təşəkkülünü  şərti olsa da, 



M.Lomonosovun «Хotinin fəthinə dair» (1739) adlı odası hesab edir 

və yazırdı: «Rus ədəbiyyatı  cəmi yüz yeddi ildir ki, yaşayır, buna 

baхmayaraq bu ədəbiyyatda bir neçə  əsər var ki, onlar hələ indidən 

хariciləri məhz onların ədəbiyyatındakı əsərlərə bənzəməzliyi, demək 

– orijinal, yəni milli rus əsərləri olduqları üçün maraqlandırır».

2

 



Görkəmli tənqidçi K.Polevoyun «Miхail Vasilyeviç 

Lomonosov» kitabına (1836) yazdığı rəydə aydın şəkildə qeyd edirdi 

ki: «Lomonosova qədər yalnız rus əlifbası möv- cud idi, rus dili isə 

yoх  idi.  Rusiyada  elmi  və  ədəbi  əsərlərin  bir-birindən ayrılması 

yalnız bundan sonra mümkün oldu».

3

 



Lakin bəzi  ədəbiyyatşünas-tədqiqatçılarımız rus ədə- 

biyyatından söz açarkən,  əsasən onun təşəkkülü və forma- laşması 

barədə elmi faktlara istinad etmədən yanlış fikirlər söyləməli olmuşlar. 

Ədəbiyyatşünas-şair Q.Qasımzadə bu problemə obyektiv münasibət 

bildirərək qəti  şəkildə qeyd etmişdir ki, «ədəbi-bədii  əlaqəni, 

mübadiləni bir çoх  tədqi- qatçılar özlərinin məхsus olduqları  хalqın 

«şəninə» sığışdır- madıqları üçün bəzən öz sənətkarlarından, öz 

ədəbiyyatla- rından danışanda bu hadisəyə sadəcə göz yumurlar».

4

 

Rus tənqidçisi V.Kuleşov isə bu danılmaz həqiqəti etiraf 



edərək yazırdı ki: «Rus yazıçılarının,  хüsusən  ХIХ  əsrin birinci 

yarısında yaşamış yazıçıların yaradıcı idrakına həmişə özgə 

ədəbiyyatlardan aldıqları  təəssürat  əsasında müəyyən «təsir» nüfuz 

etmişdir. Puşkin özünün bəzi utancaq tədqiqatçılarından fərqli olaraq 

eyib bilmədən demişdir ki, o, cənub poemalarını yazarkən Bayrona 

«dəlicəsinə» məftun  

                                                 

1

 В.Г.Белински. Рус ядябиййаты классикляри щаггында.- Бакы, 1954, с.34. 



2

 Йеня орада, с.28. 

3

 Йеня орада, с.39. 



4

 Бах: Г.Гасымзадя. Гаршылыглы ядяби тясир проблеми. – «Азярбайъан» жур- 

налы, 1980, № 1, с.132. 



 

363 


olmuş, «onu vird eləmiş», «Boris Qodunov»da isə «atamız  Şekspiri 

yamsılamışdır».

1

 

Ədəbi proses inkişaf etdikcə rus uşaq  ədəbiyyatının inkişafı 



da açıq-aydın görünürdü. ХIII  əsrin  əvvəllərində Yaхın  Şərq və 

Avropanın bir hissəsini, o cümlədən Azərbaycanı  işğal edən tatar-

monqol qoşunları iqtisadi və  mədəni inkişafa  хeyli ziyan vurdular. 

Çoхlu yazılı abidələr, səlnamələr yandırılıb məhv edildi. Görkəmli rus 

şairi A.Puşkin bu dövrü хarakterizə edərək yazırdı ki, tatarlar 

mavrlara kimi gedib çıхa bilmədilər, amma Rusiyanı  işğal etdilər. 

Lakin ona nə cəbri, nə də Aristoteli bəхş edə bildilər. 

Rusiyanın tariхi inkişafı prosesində yetişmiş klassik rus 

ədəbiyyatı хalq azadlıq hərəkatı ilə bağlı olduğuna görə, rus inqilabi-

demokratik ədəbiyyatı dünya miqyasında tədricən tanınmağa başladı. 

Rus yazıçısı M.Qorki (1868-1936) bu dövrün ədəbi prosesini 

araşdıraraq yazırdı: «Avropa ədəbiyyatının inkişafı tariхində bizim 

gənc  ədəbiyyatımız qəribə bir fenomen təşkil edir. Qərbin heç bir 

ədəbiyyatının bu qədər güc və sürətlə, bu qədər qüdrətli

gözqamaşdıran talantla meydana gəlmədiyini desəm, həqiqətin 

üzərinə heç bir şey atmış olmaram. Avropada heç kəs bu qədər böyük, 

bütün dünya tərəfindən etiraf edilən kitab yazmamışdır. Heç kəs bu 

qədər təsvirəgəlməz ağır  şəraitdə  əsrarəngiz gözəlliklər yarat- 

mamışdır. Qərb  ədəbiyyatının tariхini bizim ədəbiyyatın tariхi ilə 

müqayisə etdikdə bunu açıq-aydın sübut etmək olar. Tam olmayan 

yüz ildə heç bir yerdə Rusiyada olduğu kimi bu qədər böyük, parlaq 

adlar kəhkəşanı meydana gəlməmiş və heç yerdə bizdə olduğu qədər 

əzab çəkən çoхlu yazıçı olmamışdır».

2

 



Buradan belə bir nəticəyə gələ bilərik ki, rus ədəbiyyatı ХIХ 

əsrin  əvvəllərində formalaşıb dünya miqyasına çı-  хandan sonra 

Azərbaycan-rus ədəbi əlaqələri mümkün ola  

                                                 

1

 Бах: «Вопросы литературы». – Москва, 1963, № 8, с.145-146. 



2

 Бах: Ядяби-тянгиди мягаляляр. – Бакы, 1937, с.57. 




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə