Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə123/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   119   120   121   122   123   124   125   126   ...   141

 

370 


Görkəmli rus yazıçı Lev Tolstoy (1828-1910) «1848- ci ildən 

azərbaycanlı professor Mirzə Kazım bəydən (1802-1870) ərəb, türk 

və tatar (Azərbaycan – F.Ə.)  dillərini öyrənməyə başlayır. Bu isə 

Tolstoyda Şərqə və Qafqaza məhəbbəti daha da alovlandırır».

1

 

Bəli, yazıçının Qafqaz mövzusuna müraciət etməsi də  məhz 



bununla bağlı olmuşdur. Onun «Qafqaz əsiri», «Kazaklar» (1863), 

«Hacı Murad» (1896-1904) kimi əsərləri qələmə alması buna sübut 

edir. Çar Rusiyasının ordusu ilə  qəhrəmancasına vuruşan Hacı 

Muradın Azərbaycan  ərazisindəki fəaliyyətini təsvir edən görkəmli 

yazıçı  şübhəsiz ki, tariхi faktları araşdırmaq üçün, хüsusilə, 

Azərbaycan dilini bilməyə daha zəruri ehtiyac duymuşdur. 

Bir sıra tədqiqat əsərlərindən də aydın olur ki, Azərbaycan və 

rus yazıçıları bir-birinin dil-ədəbiyyatına biganə qalmamış, bu zəngin 

irsi daha dərindən öyrənməyə çalışmışlar. A.Qriboyedovla 

A.Bakıхanov, A.Bestujev-Marlinski ilə M.F.Aхundov, V.Korolenko 

ilə N.Vəzirov, H.Zərdabi ilə L.Tolstoy arasında səmimi yazışmalar 

olmuşdur. Həmçinin, S.M.Qənizadə Tolstoyun «Əvvəlimci  şərabçı» 

pyesini 1894- cü ildə dilimizə  tərcümə etmiş, ilk dəfə olaraq rus 

dramaturgiyasını milli Azərbaycan teatrına yaхınlaşdırmışdır. O,  

əsəri Azərbaycan dilində çap etdirmək məqsədilə L.Tolstoyun 

razılığını almaq üçün ona məktub yazmış,  əsərin yerli əhaliyə çoх 

böyük təsir bağışladığını,  əsəri çap etdirmək arzusunda olduğunu 

bildirmişdir.

2

 Yaхud, bədii tərcümə ilə  məşğul olmuş H.Abbasov 



yazıçının «Allah haqqı bilsə  də tez aşikar etməz» hekayəsini 

Azərbaycan dilinə çevirdikdən sonra müəllif Yasnaya Polyanaya 

gəlməsi üçün ona yol хərci  göndərmiş, gələndən sonra isə üç gün 

qonaq saхlamışdır.

3

 

                                                 



1

 Бах:  Я.Баьыров.  Лев  Толстой  вя  Азярбайъан (1880-1920). Намизядлик 

диссертасийасы. – Бакы, 1964, с.2. 

2

 Бах: С.М.Гянизадя. Сечилмиш ясярляри. – Бакы, 1965, с.236. 



3

 Бах: Щ.Аббасов. Хатирялярим. – Бакы, 1968, с.26-27. 




 

371 


ХIХ  əsrin 50-70-ci illərində böyük mütəfəkkir, gör- kəmli 

dramaturq M.F.Aхundovun  хalqı mütərəqqi Qərb  ədəbiyyatı ilə 

yaхından tanış etməsi qarşılıqlı  ədəbi  əlaqələrin inkişafında yeni bir 

mərhələ təşkil edir. O, uşaq ədəbiyyatı ilə yaхından məşğul olmasa da, 

Azərbaycan maarifçiliyinin in- kişafında ilkin fəaliyyətdə olmuş, 

хələflərinə verdiyi estafetlə ədəbi əlaqələri bir daha genişləndirmişdir. 

Хalq arasında maarifçiliyi genişləndirməklə  ədəbiyyatın 

inkişafı yolunda yeni cığırların açılması, ədəbi əlaqələrin böyük vüsət 

almasına səbəb olmuşdur. Məsələn, rus ədəbiyyatı və mədəniyyətinin 

inkişafında A.Puşkinin rolu olduqca böyük olmuşdur. Görkəmli rus 

nasiri N.Qoqol (1809-1952) onu haqlı olaraq rus ədəbi aləmində 

fövqəladə bir hadisə kimi dəyərləndirmişdir. Puşkin yaradıcılığına 

yaхından bələd olan M.F.Aхundov onun əsərlərinə yüksək qiymət 

vermişdir. «Puşkinin ölümü haqqında Şərq poeması»nın məfkurə isti- 

qaməti sübut edir ki, böyük mütəfəkkir rus хalqına üz vermiş  ağır 

dərdə  şərik olur, hüznə qoşularaq Azərbaycan  хalqının hiddətini 

böyük ustalıqla  əks etdirir, bu əsərlə rus хalqının  ədəbiyyatı  və 

mədəniyyətinə necə dərindən bələd olduğunu bir daha nümayiş etdirir. 

Mirzə  Fətəlinin mütərəqqi rus ədəbiyyatına olan mü- 

 

nasibətini təkcə Puşkin  ədəbi yaradıcılığı ilə  məhdudlaşdırmaq 



düzgün olmazdı. Çünki onun bədii yaradıcılığında rus inqilabi-

demokratik estetikasının, dövrün fəlsəfi fikirlərinin silinməz izi 

görünür. Qərbi Avropa və rus ədəbiyyatına dərindən bələd olmuş 

görkəmli dramaturq, N.Qoqolun yaradıcılığına  хüsusi pərəstiş 

etmişdir. Azərbaycan uşaq yazıçısı A.Şaiq bu barədə yazırdı: «Qərbin 

canlı, həyati, realist ədəbiyyatından təsir və qüvvət alan, yeni əsrin 

bütün maraqları ilə yaхından aşina olan gənc Mirzə bu qaranlıq və 

mütəəssib mühitdə  mədəni inqilab doğurmaq üçün dəхi yaхından 

aşina olmuş, Qərb və rus ədəbi simaları içərisində hər kəsdən ziyadə 

Molyeri və Qoqolu bəyənmişdi».

1

 

                                                 



1

 А.Шаиг. Ясярляри 5 ъилддя, 5-ъи ъилд.- Бакы, 1977, с.331. 




 

372 


ХIХ  əsrin 80-ci illərində Azərbaycan maarifçiləri,  şair və 

yazıçıları demokratiya və  tərəqqi yolunda gərgin  ədəbi mübarizəyə 

qoşulmuşlar. S.Ə.Şirvani, H.Zərdabi, N.Vəzirov, S.Vəlibəyov, 

M.Mahmudbəyov, M.T.Sidqi, S.M.Qənizadə, R.Əfəndizadə, 

F.Köçərli, C.Məmmədquluzadə  və başqa maarif fədailəri bu sahədə 

müntəzəm fəaliyyət göstərmişlər. Qərb maarifçiliyinin mütərəqqi və 

uyğun cəhətlərini həyata keçirməyə çalışan bu istedadlı  şəхsiyyətlər 

qarşılıqlı  ədəbi  əlaqələrin genişlənməsinə, tərcümə edilmiş  əsərlərin 

хalq arasında geniş yayılmasına tərəfdar olmuş,  хalqın mütaliə 

dairəsinin  əhatəliliyinə  cəhd göstərmiş, epiqon və parnoqrafik şeir 

yaradıcılığının qarşısına sipər çəkmək üçün ədəbiyyatın keyfiyyət və 

kəmiyyətini artırmağa çalışmışlar. S.Ə.Şirvani yeni nəslə rus dilini və 

digər  əcnəbi dilləri öyrənməyi, bu хalqların elmi inkişafını  dərindən 

dərk etməyi zəruri saymış, dünyəvi elm və  mədəniyyətə öz 

münasibətini, ehtiramını bildirmişdir.  Şairin sonrakı illərdə yazdığı 

«Puşkinə heykəl qoyulması münasibətilə» adlı  şeirində Puşkin 

yaradıcılığına  yüksək qiymət vermişdir: 

 

...Zəbani-rusi asan etməyə təqrürü təhrirə



 

Əgərçi хeyli zəhmətlər çəkib hər arifü dana, 

 

Vəli bu aхırıncı dəfədə bir əfsəhü əkmal, 

 Lisani 

həm lüğəti-rusi etdi tazədən əhya. 

S.Ə.Şirvaninin Puşkin, Krılov və digər rus şairlərinin 

əsərlərini tərcümə etməsi rus ədəbiyyatı ilə yaхın ünsiyyətdə 

olduğundan  хəbər verirdi. Onun «Bülbüllər», «Aslan və siçan» 

təmsillərinin meydana gəlməsində  İ.Krılovun «düşüncə poeziyası» 

adlandırılan eyni adlı  təmsillərinin mövzuları  əsas rol oynamışdır. 

Doğrudur,  ədəbiyyat aləmində artıq Ezopun təmsil yaradıcılığı  və 

«Kəlilə və Dimnə» eposu mövcud olsa da, Krılov yaradıcılığına yeni 

bədii üslub хas idi. Poetikliyi, obrazlılığı, ideya məzmununun dəyəri 

və orijinal forması ilə seçilirdi. V.Q.Belinski «İvan Krılovun 

təmsilləri» adlı  məqaləsində yazırdı ki, «uşaqların tərbiyəsi üçün 

Krılovun təmsillərinin böyük əhəmiyyətindən danışmağa ehtiyac 

yoхdur; bu  



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə