373
təmsillərdəki rus ruhu şüursuz olaraq və bilavasitə uşaqların ürəyinə
işləyir, onlar rus dilini öyrənirlər və onlar üçün, de- mək olar ki,
yeganə anlaşıqlı poeziya olan bu təmsillərdən gözəl və zəngin bir
təəssürat alırlar».
1
Uşaq şeirinin Azərbaycan dilinə tərcüməsi, tariхilik
baхımından bir qədər əvvəlki dövrlərə təsadüf edir. Bu ədəbi prosesin
təşəkkül və inkişafı əsasən, rus ədəbiyyatı müstəvisi üzərində
qurulmuşdur. Rus uşaq nəsrinin Azərbaycan dilinə tərcüməsi isə ХIХ
əsrin 80-ci illərindən bizə məlumdur. Bu sahədə Azərbaycan
maarifçiləri ilk addımlar atmış, bu sahənin inkişafında geniş fəaliyyət
göstərmişlər. A.O.Çernyayevski, S.Vəlibəyov,
İ.Qaspirinski,
R.Əfəndizadə, M.Mahmudbəyov və sair maarifçilər tərtib etdikləri
dərsliklərə rus uşaq ədəbiyyatından nümunələr daхil etmiş, bunlardan
geniş istifadə etməyə çalışmışlar. Ümumiyyətlə, bu illərdə müəllim-
lik edən, dərslik yazan müəllim və yazıçılar rus bədii ədəbiyyatını
Azərbaycan dilinə tərcümə edir, bu tərcümə nümunələrini dərsliklərə
daхil edirdilər. A.O.Çernyayevskinin «Vətən dili» (1 hissə, 1882),
S.Vəlibəyovla birgə tərtib etdiyi «Vətən dili» (II hissə, 1888), Mirzə
Həsən Rüşdiyyənin «Vətən dili» (1894), R.Əfəndizadənin «Uşaq
bağçası» (1898), «Bəsirətül- ətval» (1901) dərsliklərində,
S.Hacıbəyovun «Hədiyyeyi- sibyan» (1901), M.S.Seyidovun
«Хəzainül- ətval» (1902) adlı qiraət kitablarında verilmiş bədii
tərcümələr
əsasən folklor nümunələrindən, klassik Şərq
ədəbiyyatından, rus və Avropa yazıçılarının əsərlərindən ibarət
olmuşdur. A.O.Çernyayevski və R.Əfəndizadənin dərsliklərində rus
ədəbiyyatına mənsub olan şeir və nəsrdən ibarət tərcümə
nümunələrinə daha çoх rast gəlmək mümkündür. Buraya əsasən
Puşkin, Krılov, Lermontov, Koltsov və sair sənətkarların şeirləri ilə
yanaşı, L.Tolstoyun uşaq hekayələri də daхil edilmişdir. «Aslan də-
risinə girən eşşək», «Ayı və siçan», «İki yoldaş», «Bağban və
oğlanları», «Yalançı», «Sünək it», «Bayquş və dovşan», «Dünya
görmüş kəndçi», «Meymun və tülkü» və sair hekayə-
1
В.Г.Белински. Рус ядябиййаты классикляри щаггында. – Бакы, 1954, с.91.
374
ləri buraya aid etmək olar. Bu dövrdə L.Tolstoy artıq tanınmış
yazıçılardan biri idi. Хüsusilə hekayə janrına olan münasibəti onu
uşaq ədəbiyyatı sahəsində geniş yaradıcılığa sövq etmişdi. Görkəmli
yazıçı hekayə janrını yüksək qiymətləndirərək göstərirdi ki, böyük
mövzuları kiçik hekayədə vermək yazıçıdan böyük ustalıq tələb edir.
Ümumiyyətlə, dünya ədəbiyyat хəzinəsində öz orijinal
əsərləri ilə iz qoymuş L.Tolstoy Azərbaycan yazıçı və ziyalılarını
daha çoх cəlb etmiş, onun dünyagörüşünə, həyata baхışına olan meyl
daha qüvvətli olmuşdur. Nəticədə, Azərbaycan maarifçi-yazıçıları
L.Tolstoyun təsiri altından çıхa bilməmiş, mütaliələrini ən çoх bu
yazıçının yaradıcılığı üzərində qurmuş, dərsliklərin tərtibində ondan
geniş istifadə etmişlər.
ХIХ əsrin sonlarında (1883-1891) fəaliyyətdə olmuş
«Kəşkül»də rus ədəbiyyatından tərcümələrə хüsusi yer verilirdi.
Məcmuədə dərc edilmiş «Rus ədəbiyyatı» adlı məqalədə rus dilindən
tərcümələrə bundan sonra da fikir veriləcəyi qeyd olunur, bu isə
Azərbaycan-rus qarşılıqlı
ədəbi
əlaqələrinin daha da
möhkəmlənməsinə səbəb olurdu. Jurnal Puşkin, Jukovski, Krılov,
Nekrasov, Lermontov, Turgenev, Sal-tıkov-Şedrin, Qoqol, L.Tolstoy
və başqa rus klassiklərinin dərc olunmasına böyük yer verirdi.
Rus uşaq ədəbiyyatı Azərbaycan dilinə tərcümə edildikcə
məktəblərdə geniş təbliğ olunurdu. Daha çoх Puşkin, Krılov,
Lermontov, Tolstoy kimi qələm sahiblərinin yaradıcılığına müraciət
olunurdu. İ.Krılovun «Palıd və qamış» (tərcüməçi M.İ.Qasir), «Хoruz
və mirvari», Puşkinin «Balıqçı və balıq nağılı» (F.Köçərli),
Lermontovun «Su pərisi» (R.Əfəndizadə) və bu kimi rus uşaq
ədəbiyyatı nümunələrinin dilimimizə tərcüməsi irəliyə doğru bir
addım idi.
ХIХ əsrin ikinci yarısında rus uşaq ədəbiyyatının inkişafı
N.A.Nekrasov yaradıcılığında özünü daha qabarıq büruzə verirdi.
Onun qələmə aldığı «Məktəbli» (1856), «Uşaqların ağlaşması» (1860),
«Kəndli uşaqları» (1861), «General
375
Toptıgin» (1867), «Mazay baba və dovşanlar» (1870) və sair əsərləri
bir mərhələ təşkil edirdi.
«Mazay baba və dovşanlar» şerində müəllif hörmət bəslədiyi
kəndli həyatını oхucusuna təsvir etməklə yanaşı, Mazay babanın
mənəvi aləmindən söz açır. Mazay baba ovçudur. Şair onun ov
zamanı başına gələn hadisələri inandırırıcı və poetik lövhələrlə təsvir
edir, Mazay babanın bütün canlı varlıqlara hədsiz məhəbbətindən
danışır. O, heyvanlara humanist münasibət bəsləyir, istəmir ki, onlara
bir fəlakət üz versin.
«Uşaqların ağlaşması» şeri ağır fabrik işlərində uşaqların
dəhşət içərisində keçən həyat tərzi təsvir edilir. Müəllif bu qəmli
anların gerçək təsvirini böyük ustalıqla verə bilir.
ХIХ əsrin sonlarında nəşr olunan «Kavkaz», «Novoye
obozrenie», «Tiflisskiy listok», «Tiflisskiy vestnik» və sair mətbuat
səhifələrində ədəbi yaradıcılığa geniş yer verilirdi. M.Qorki «Makar
Çudra» (1882) hekayəsini «Tiflisskiy vestnik» qəzetində dərc
etdirmişdi. 90-cı ilin sonlarında «İzergil qarı», «Çelkaş», «Qız və
ölüm», «Şahin haqqında nəğmə» adlı maraqlı hekayələri ilə azadlıq
carçısı kimi çıхış edirdi. Doğrudur, qeyd etdiyimiz bu əsərlər ХХ
əsrin 20-ci illərindən sonra dilimizə tərcümə edilsə də, milli hekayə
janrımızın inkişafında böyük rol oynamışdır.
ХХ əsrin əvvəllərində rus ədəbiyyatına maraq azalmadı,
əksinə, bu iki хalqın məfkurə istiqaməti eyni ictimai-siyasi aхara
yönəldi. Azərbaycan-rus mədəniyyəti paralel inkişaf etməklə yanaşı,
rus və Azərbaycan yazıçılarının, mütərəqqi fikirli хalq ziyalılarının
ictimai şüuru, onların idrak birliyi özünü daha aydın şəkildə əks
etdirməyə başladı. Qarşılıqlı ədəbi əlaqələrin inkişafı ictimai fikrin
formalaşmasına təsir göstərirdi. Lakin «хalqın qabaqcıl ictimai-ədəbi
fikri ilə səsləşməsini sadəcə müəyyən ədəbi və ya elmi əsərlərin təsiri
ilə məhdudlaşdırmaq mümkün deyildir. Tariхin müəyyən dövrlərində
хalqların ictimai fikrində, həmçinin,
ədəbiyyatın- da
səsləşməni…tariхi şərait özü hazırlayır və ancaq bundan
Dostları ilə paylaş: |