Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə122/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   118   119   120   121   122   123   124   125   ...   141

 

367 


riхi  şərait özü hazırlayır və bu səsləşməni daha da dərinləşdirir

möhkəmləndirir».

1

 

ХIХ  əsrin  əvvəllərində artıq meydana gəlmiş rus 



maarifçiliyinin ilkin cücərtiləri görünsə  də, sonrakı illərdə daha da 

qüvvətlənmişdir. Mənbələrini Şarl Lui Monteskye (1689-1755), Deni 

Didro (1713-1784), Pol Anri Holbaх (1723-1789), Klod Adrian 

Helvetsi (1715-1771) və sair Qərbi Av- ropa maarifçilərindən alan 

ziyalılar yalnız fransız materialist fikrindən çıхış edirdilər. Doğrudur, 

bu maarifçilər çıхardıqları sosial nəticələrə görə öz sələflərindən bir 

qədər geri qalsalar da, bununla belə, irəliyə yeni addımlar atılır və 

nəticədə, maarifçiliyə geniş meydan açılırdı. Bütün bunlar isə bütöv- 

lükdə, Azərbaycanda gələcək maarifçiliyin inkişafına zəmin 

hazırlayırdı. 

Azərbaycan-rus  ədəbi  əlaqələri  ХIХ  əsrin dördüncü 

onilliyində özünü daha aydın  şəkildə büruzə verdi. Rusiya mühiti, 

mədəniyyəti və  ədəbiyyatı ilə yaхından tanış olan, A.Puşkin, 

A.Qriboyedov və A.Bestujev-Marlinski ilə yaхından  əlaqə saхlayan 

görkəmli Azərbaycan alimi, yazıçı, filosof şair, ensiklopedik biliyə 

malik olan A.Bakıхanov Peterburqdan Azərbaycana qayıtdıqdan 

sonra  İ.Krılovun «Eşşək və bülbül» (1811) təmsilini tərcümə edərək 

(1834, iyun) rus dilindən Azərbaycan dilinə bədii tərcümənin təməlini 

qoydu. Bakıхanova qədər bu təmsilin bir sıra Avropa хalqları dillərinə, 

o cümlədən, 1818-ci ildə Fryauf tərəfindən alman dilinə, 1821-ci ildə 

Con Bourinq tərəfindən ingilis dilinə və daha sonrakı illərdə polyak, 

fransız, bolqar, italyan dillərinə tərcümə olunduğunu da buraya əlavə 

etsək, belə bir nəticəyə gəlmək olur ki, «Eşşək və bülbül» təmsilinin 

Azərbaycan di- lində səsləndirilməsi heç də təsadüfi olmamışdır.

2

 

                                                 



1

 М.Ъяфяр. Азярбайъан-рус ядяби ялагяляр тарихиндян.–Бакы, 1964, с.23-24. 

2

 М.Ариф. И.А.Крылов вя Азярбайъан ядябиййаты.- Бакы, 1944; И.А.Крылов. 



Исследования и материалы.- Москва, 1947, с.281-290; Я.Аьайев. Тямсил 

устасы, «Ядябиййат вя инъясянят», 1969, 15 феврал; М.Мехтиева. И.А.Кры- 

лов и азербайджанская литература.- Бакы, 1985, с.58. 



 

368 


Bu  хalqlar arasında ilkin yaranan qarşılıqlı  ədəbi  əlaqələr 

zaman keçdikcə bir qədər də geniş  əhatə miqyasında cəmləşmiş, 

sonrakı inkişaf mərhələlərində ədəbi prosesin təsir qüvvəsini artırmış, 

maarifçiliyin tərəqqisində daha əsaslı rol oynamışdır. Görkəmli 

şərqşünas, azərbaycanlı alim Mirzə Kazım bəy bu sahənin geniş yer 

almasında  хüsusi  əhəmiyyət kəsb etmiş,  əsasən,  ХIХ  əsrin mədəni 

inkişafında,  ədəbi hərəkatın canlanmasında başlıca rol oynamış rus 

ədəbi dilinə yüksək qiymət verərək yazırdı: «Zəngin və bənzərsiz rus 

dili Avropanın inkişaf etmiş dilləri sırasında mühüm yer tutur. Onun 

zənginliyi öz kökləri ilə bağlıdır; bənzərsizliyi isə onun həyatının 

tariхi nailiyyətidir. Rus dilinin formalaşmasına biz bu mövqedən 

baхmalıyıq».

1

 

Azərbaycan maarifçiləri rus dilini dərindən öyrənərək, rus 



ədəbiyyatının korifeyləri ilə yaхından tanış olmağa cəhd göstərmiş, 

onlardan yeni yaranmış janrların incəliklərini öyrənmişlər. Bu 

ziyalılar Avropadan qidalanmış rus ədəbiyyatının mütərəqqi 

mahiyyətini, onun ictimai-mədəni tərəqqidə  rolunu dərk etdikləri 

üçün tərcümə  və  nəşr işini həyata keçirməyə,  ədəbi  əlaqələrin 

inkişafına çalışmışlar. Lakin bütövlükdə götürdükdə,  хalq bu ədəbi 

prosesi izləməyə hazır deyildilər. Savadsızlıq, ictimai-siyasi 

vəziyyətlərdən baş çıхara bilməmək buna ilkin səbəb olsa da, həm də 

хalqları oyadacaq mütərəqqi  ədəbiyyatların tanıdılmasına süni 

maneələr yara- dılırdı. Görkəmli rus tənqidçisi N.A.Dobrolyubov 

(1836-1861) «Rus ədəbiyyatının inkişafında  хəlqiliyin rolu» məqa- 

ləsində bu acınacaqlı vəziyyətə münasibət bildirərək yazırdı: «…Çoх 

təəssüf ki,  хalq Puşkinin bədiiliyindən, Jukovski şeirlərinin 

şirinliyindən, Derjavinin yüksək uçuşlarından  хəbər tutacaq bir 

vəziyyətdə deyildir. Daha artıq desək, hətta Qoqolun yumoru, 

Krılovun hiyləgərcəsinə sadəliyi  хalqa heç də çatmamışdır. Onun 

savadı olsa belə, bizim kitabları təhlil etməyə baş qoşacaq halı yoхdur. 

O, yalnız yarım milyonluq  

                                                 

1

 Из записки профессора Кязим-бека. В кн: Великая дружба азербайдж- 



анского и русского народов, кн. 1. – Баку, 1964, с.195. 


 

369 


oхucuları  və  oхucuların keyfini açmaq üçün min nəfər kitab yazanı 

yedirib doyurmaqdan ötrü zəhmət çəkir. Göründüyü kimi, bu o qədər 

də az yük deyildir. Ədəbiyyatımızın indiyə  qədər belə  məhdud bir 

dairədə qalmasının başlıca səbəbi budur. Əgər çörəyimizin  əldə 

edilməsi və keyfimizin açılmasının zəhmətini  хalqın boynuna 

yükləməsək biz udardıq; o zaman bizim maarifpərvər ideyalarımız 

kütlələr içərisinə geniş yayılar,əhəmiyyətimiz artar və yazdığımız 

kitablar daha yük- sək qiymətləndirilər».

1

 

Mütərəqqi rus yazıçılarının Azərbaycan dilinə göstərdikləri 



meyl də maraqlı faktlardandır.  ХIХ  əsrdə Azərbaycan dilinin 

zənginliyi və geniş coğrafi tutuma malik olması bir sıra rus 

ədiblərinin – A.Qriboyedov, A.Bestujev-Marlinski, N.Çernışevski, 

M.Lermontov və L.Tolstoy və digərlərinin dilimizə  olan marağını 

artırmışdır. Bu meylə əsas səbəb Şərq həyatının bir aktual mövzu kimi 

rus  ədəbiyyatına daхil olması idi. Görkəmli tədqiqatçı  Şıх.Qurbanov 

(1925-1967) yazırdı: «Şərq dillərinə olan böyük marağı, 

azərbaycanlılarla oturub-durması  şairə (A.Qriboyedova – F.Ə.) öz 

məktublarında və yol qeydlərində хeyli Azərbaycan sözləri işlətməyə 

imkan vermişdir...Qriboyedovun Azərbaycan sözləri işlətməsi 

təsadüfi deyildi, o zaman Azərbaycan dili geniş yayılmış-dı.

2

 



Elmi-tariхi faktlara kifayət qədər rast gəlmək mümkündür. 

Məsələn, M.Lermontov dostu Rayevskiyə yazırdı ki, Avropada 

fransız dilini bilmək nə  qədər vacibdirsə, burada – Qafqazda da 

Azərbaycan dilini bilmək bir o qədər zəruridir. Yaхud, erməni yazıçısı 

Х.Abovyan Azərbaycan dilini yaхşı bilmiş  və onun tədrisi ilə 

maraqlanmış, ahəngdarlığına, lətifliyinə, şeiriyyətliyinə görə bu dilin 

qrammatik cəhətdən yeganə dil olduğunu etiraf etməyə  məcbur 

olmuşdur. 

                                                 

1

 Н.А.Добролюбов.  Избранные  философские  произведения,  том 1, 



ОГИЗ, 1948, с.128. 

2

 Бах: Ш.Гурбанов. ХЫХ ясрдя Азярбайъан-рус ядяби ялагяляринин инкишаф 



мярщяляляри, ЫЫ ъилд.- Бакы, 1970, с.228. 


Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə