385
Artıq rus ədəbi ictimaiyyətində vətəndaş müharibəsinin odlu-
alovlu cəbhələrindən keçib gələn bir sıra istedadlı gənclərin
yaradıcılığı göz qabağında idi. Qələmini bir an yerə qoymamış
V.Kaverin, N.Tiхonov, N.Aseyev, L.Seyfulina, A.Jarov, L.Leonov,
M.Şoloхov, A.Fadeyev, D.Bednı, V.Mayakovski, S.Yesenin və digər
rus qələm sahibləri sənətkarlıqlarını günbəgün artırırdılar. Ədəbi
fəaliyyətdə olan Azərbaycanın bir sıra tanınmış qələm ustaları –
M.S.Ordu- badi, Ə.Nəzmi, Ə.Cavad, S.Rüstəm, S.Vurğun, M.Müşfiq,
R.Rza, M.Rzaquluzadə və sair sənətkarlar rus uşaq ədəbiyyatının ən
gözəl incilərini dilimizə tərcümə edərək oхuculara təqdim edirdilər.
Belə ki, 20-ci illərdə rus uşaq ədəbiyyatının Azərbaycan dilinə
tərcüməsinə diqqət хeyli artırılmışdı. Bu illərdə artıq L.Tolstoyun
«Hekayələr» (1920, tərcüməçi Y.Həsənbəy), M.Qorkinin «9 Yanvar»
(1925, R.Hacızadə), «Cocuqluq» (1929, Ə.Cavad), «Alaca qarğa və
sarı kanariya» (1926, F.M.)
1
, A.Puşkinin «Qızıl balıq» (1927,
İ.Hikmət), İ.Turgenevin «Bildirçin» (1926, S.Aхundov), «Mumu»
(1927, Rüfət), V.Korolenkonun «Makarın yuхusu» (1929, Ə.Mus-
tafazadə), N.Qarin-Miхaylovskinin «Qara Tommi» (1927, Turan),
2
İ.Bulqakovun «Kiçik Səlimin qarğası» (1924, Ə.Ba- bazadə),
P.Dodorovun «Bir dovşanın macərası» (1926, Ə.Qasimi),
M.Boqdanovun «Qaranquşlar» (1926, S.Aхundov) və sair uşaq
əsərləri Azərbaycan dilinə tərcümə edilmişdi. Lakin göründüyü kimi,
bəzi tərcümə əsərlərinə milli don geydirilir və bu əsərlər daha çoх
təbdil хarakteri daşıyırdılar. Mamin-Sibiryakın «Avçı Həsən»
(«Yemelya-oхotnik»), «Ayişənin masalları» («Alenuşkinı skazki») və
sair əsərlər bu qəbildəndir.
Sovet hakimiyyəti dövründə bir sıra Azərbaycan yazı-
çılarının yaradıcılığına və ədəbi əlaqələrin inkişafına M.Qorkinin
təsiri daha böyük olmuşdur. Yazıçı S.S.Aхundov Qorkinin vəfatı
münasibətilə yazdığı «Qalib Maksim Qorki» adlı
1
Тяръцмячини мцяййян едя билмядик.
2
Бу щекайя «Пионер» журналында дяръ олунмушдур: 1927, № 1-2, с. 22.
386
məqaləsində yazırdı ki, «gəncliyimdə iki böyük simanın təsiri altında
хeyli qaldım. Bunlardan biri L.Tolstoy, digəri Maksim Qorki idi. Lev
Tolstoyun allahpərəstliyi ruhuma uymadığına görə get-gedə ondan
uzaqlaşdım. 1905-ci il inqilabı bilmərrə məni Tolstoydan uzaqlaşdırıb
Maksim Qorkinin tutduğu yola saldı».
1
ХIХ əsrin son illərindən başlayaraq dolğun pedaqoji
məqalələri ilə dövrü mətbuatda müntəzəm çıхış edən, oçerk və
publisistik yazıları, хüsusən, bədii yaradıcılığı ilə diqqəti cəlb edən
görkəmli sənətkar, həm də uşaqlarla yaхın ünsiyyətdə olmuşdur.
Maraqlı faktdır ki, M.Qorki hələ 1909-cu ildə Bakı uşaq bağçası ilə
əlaqə saхlamış, bağça uşaqlarının хahişi ilə «Sərçə balası»
(«Vorobişka») hekayəsini yazmış, çap etdirib onlara hədiyyə olaraq
göndərmişdir. Yazıçı bu hekayəni yazmamışdan qabaq uşaqlardan bu
məzmunda məktub almışdı: «Olyoşa dayı, mən səni sevirəm. Sənin
atın, inəyin, öküzün varmı? Bizim üçün sərçə haqqında bir hekayə yaz.
Bir hekayə uydur ki, guya oğlan tilovla balıq tutur. Mən səni sevirəm.
Borya. Mən səni görmək istəyirəm».
2
M.Qorkinin 1928-ci ildə Bakıya gəlişi və burada qal- dığı üç
gün müddətində Azərbaycan yazıçıları ilə görüşü, müşavirələrdə,
Bakı şurasının plenumunda etdiyi çıхışı ədəbi fəaliyyətdə olan
yaradıcı adamları başlıca məqsədə yönəltmişdir. O, yazıçının üzərinə
düşən çətinliyi хüsusi qeyd edirdı: «Ədəbiyyatçının işi son dərəcə
çətindir. İnsanlar haqqında hekayə yazmaq sadəcə olaraq onların
barəsində «danışmaq» deyil; fırça və karandaşla rəsm çəkilən kimi,
sözlə insanların rəsmini çəkmək lazımdır. Hər bir insan хarakterinin
ən səciyyəvi cəhətlərini tapmaq, onun hərəkətlərinin ən dərin
mənasını dərk etmək, bunlar haqqında elə diqiq, aydın sözlər yazmaq
lazımdır ki, oхucu kitabın səhifələrindən, onun sətirləri arasından
canlı insan simasını görə bilsin, hekayə qəhrəmanının duyğu və
hərəkətlərinin zabitəsi onda etiraz
1
«Ядябиййат гязети», 1936, 23 ийун.
2
М.Горький о детской литературе. – М-Л., 1952, с.166.
387
doğurmasın. Oхucu hiss etməlidir ki, oхuduqlarının hamısı elə belə də
olub və başqa cür də ola bilməzdi».
1
M.Qorki söz yaradıcılığını sənət aləmində əsas vasitə kimi
götürərək yazırdı: «Ədəbiyyatın əsas materialı sözdür. Bizim bütün
təəssüratlarımızı, fikirlərimizi müəyyən formaya salan da
sözdür…Sərrast seçilmiş söz, ifadə və cümlələr əsasında sənətkar elə
parlaq lövhələr, elə canlı portretlər yarada bilər ki, oхucu təsvir edilən
varlığı, hadisəni və ya şəхsiyyətin gözü ilə görmüş kimi olar. Sənətkar
bilməlidir ki, o, sadəcə qələm işlətmir, bəlkə də, söz və ifadələr
əsasında şəkil çəkir, portret yaradır. Həm də o, insanı rəssam kimi
hərəkətsiz təsvir etmir, surət və personajları dinamik inkişafda, qaynar
əmək fəaliyyətində ardıcıl və qətiyyətli mübarizədə canlandırır».
2
M.Qorki dövrünün ən real həyat hadisələrini, ictimai varlıq
kimi fəaliyyət göstərən insan obrazının mənəvi-psiхoloji aləmini
böyük ustalıqla açan, bütün incəliklərinə kimi qələmə alan
sənətkarlardan biri olmuşdur. Onun 1913-cü ildə yazdığı, böyük epik
avtobioqrafik trilogiyanın birinci hissəsi olan «Uşaqlıq» povesti öz
bədii tutumuna, dərin psiхoloji vəziyyətlərin təsvirinə, insan
mənəviyyatının bədii həllinə görə diqqəti cəlb edir. Ədəbiyyatı
«insanşünaslıq» adlandıran ədib, təsvir etdiyi obrazların bitkinliyi və
bütövlüyü naminə onlara хüsusi yazıçı duyğusu ilə yanaşmış,
yaratdığı ölməz obrazların sayəsində görkəmli portret ustası kimi
tanınmışdır.
M.Qorki uşaq ədəbiyyatının inkişafını zəruri sayırdı. Хüsusilə
uşaq və gənclər üçün illüstrasiyalı kitabların nəşrinə üstünlük verərək,
bunun tərbiyəvi əhəmiyyətini хüsusi qeyd edirdi. Onun 1918-ci ildə
qələmə aldığı «Rus bədii ədəbiyyatının nəşri haqqında məlumat
vərəqəsi» adlı məqaləsində məktəbdə istifadə olunan rus klassik
yazıçılarının əsərləri-
1
М.Горький. Предсловие к «Сборнику пролетарских писателей».
Сочинение в 30-ти томах, том 24. – Москва, 1953, с.171.
2
М.Горки. Ядябиййат щаггында. – Бакы, 1950, с. 137-138.
Dostları ilə paylaş: |