Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ



Yüklə 308,24 Kb.

səhifə1/10
tarix06.02.2018
ölçüsü308,24 Kb.
  1   2   3   4   5   6   7   8   9   10


 

 



 

 

AZƏRBAYCAN RESPUBLİKASI 



                 MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ 

 

               



F.KÖÇƏRLİ adına RESPUBLİKA UŞAQ   

                                           KİTABXANASI 

 

 

 

 

 

 

1 iyun Beynəlxalq Uşaqları Müdafiə Günü münasibətilə 

 

  

 

 

“Bir ovuc təbəssüm, bir dünya işıq...” 

 

(metodiki vəsait) 

 

 



 

 

 

 



          B A K I – 2015 


 

 



 

 

Tərtibçidən  

 

Bu  gün  iyunun  1-dir.  Bu  tarix  bütün  dünyada 

uşaqların  müdafiəsi  günü  kimi  qeyd  edilir.  Əsas 

məqsədi  dünya  ictimaiyyətinin  diqqətini  uşaqların 

müharibə 

təhlükəsindən 

qorunmasına, 

saglamlıqlarının  mühafizəsinə,  onların  təhsil  və 

tərbiyyəsinin 

demokratik 

ənənələr 

əsasında 

qurulmasına  yönəltməkdə  olan  bu  əlamətdar  tarix 

1949-cu ildən başlayır. Həmin il qadınların beynəlxalq 

demokratik  fedarasiyasının  Moskvada  keçirilən  

növbəti  sessiyasında  1  iyunun  Uşaqları  Beynəlxalq 

Müdafiə  Günü  kimi  qeyd  edilməsi  qərara  alınıb  və  o 

vaxtdan  da  hər  il  geniş  qeyd  edilir.  Bu  günü  uşaq 

bayramı  da  adlandırırlar.  Biz  də  bu  bayram 

münasibətilə  istər  respublikamızda,  istərsə  də  bütün 

dünyada yaşayan uşaqları təbrik edir, onlara məşhur 

mahnıda  deyildiyi  kimi,  aydın  səma,  parlaq  günəş  və 

bol-bol  sevinc  arzulayırıq.  Qoy  səhərlərimiz  atəş 

səsləriylə  deyil,  körpə  gülüşləriylə  açılsın.  Körpə 

gülüşü dünyanın sevinc himninə çevrilsin! 

 



 

B Ö L M Ə I: 

 

 

BİR OVUC TƏBƏSSÜM, BİR DÜNYA İŞIQ... 



Uşaqlar  cəmiyyətin  ən  gözəl  hissəsidir.  Hər  bir  insan,  hər  ana,  hər  ata  öz 

xoşbəxtliyini,  birinci  növbədə,  öz  uşağında,  öz  övladında  görür.  Ailədə  yeni 

uşağın  dünyaya  gəlməsi  ailə  üçün  bütün  sevinclərdən  üstündür,  bu  təbiidir, 

çünki  insan  yaşayır,  yaradır  və  cəmiyyətin  gələcəyini  yaradır.  Mənim  üçün 

hər  bir  ailədə  uşağın  dünyaya  gəlməsi  və  bu  ailənin  sevinci  elə  mənim 

sevincimdir.  Mənim  üçün  hər  bir  uşağın  həyatı  bizim  ümumi  cəmiyyətin 

həyatıdır.                                                                      Heydər Əliyev 

 

 

 

 

 

 

 

 

 

Ulu öndər 

Əgər bu dünyanın ələyindən keçməmiş, boyagı ilə rəngdən-rəngə düşməmiş 

saflığı,  təmizliyi,  həqiqəti  görmək  istəyirsinizsə  korpə  gözlərinə  baxın.  Dünya 

boyda  işıq  var  o  gözlərdə.  Ömründən  keçəcək  hər  günün,  hər  ilin,  zərrə-zərrə, 

damla-damla oğurlayacağı işıq... 

Tanrı sanki insanlığı xilas etmək üçün kiçik “mələkləri” körpələri göndərir 

yer üzünə. Göndərir ki, körpə çöhrəsindən süzülən saflıq əridib yox etsin dünyanın 

günahlarını.  Amma  təəssüf  ki,  qoca  dünya  günahını  çox  vaxt  körpə  gözlərindən 

axan  yaşla  “yumaq”  istəyir.  Qayğısız,  xoşbəxt  gülüşləriylə  dünyanın  dodağında 

təbəssüm  olmağa  gələn  uşaqlar  bəzən  mənasız  çəkişmələrin,  amansız 

müharibələrin  qurbanı  olurlar.  Dünyanın  bir  çox  yerlərində  alovlanan  müharibə 

ocaqları minlərlə korpənin ölümünə, şikəst və sahibsiz qalmasına səbəb olub. Saf, 

kövrək  körpə  qəlbləri,  taleləri  çilik-çilik  olub  insanlığa  yeni  günahlar  qazandırır. 

Və  nəhayət  Dünya  əsrlərdən  bəri  törətdiyi  cinayətlərin  məhkəmə  çağrışını  alır. 

Suriyalı  bir  uşağın  dilindən:  “Hər  şeyi  Allaha  deyəcəm”  demişdi  gülmək  üçün 

gəldiyi həyatdan ağlayaraq gedərkən.  

 

Erməni  qəsbkarlarının  Azərbaycan  torpaqlarına  ərazi  iddiyasiyla 



törətdikləri  qətliamlar  vaxtilə  yüzlərlə  körpəmizi  də  açılmamış  qönçə  kimi 

soldurdu. Yüzlərlə uşaq valideyinsiz qaldı, talelərinə istər fiziki, istərsə də mənəvi 

cəhətdən  şikəstlik  damğası  vuruldu.  Dövlətimizin  qayğısı  nə  qədər  yaralarına 

məlhəm olsa da, bu şikəstliyi daşımaqdan tamamilə qurtula bilmədilər. Bəziləri ana 

nəvazişinin,  bəziləri  ata  güvəncinin  nə  olduğunu  unutdu.  Və  beləcə  ürəklərində 

nisgil, gözlərində nifrətlə böyüdülər.  

Dövlətimiz hər zaman öz qayğısını uşaqlardan əsirgəməmiş, körpələrin azad, 

firavan  yaşaması  üçün  həmişə  zəruri  addımlar  atılmışdır.  Respublikamızda 

uşaqların  sosial  və  hüquqi  müdafiəsi  ilə  bağlı  məsələlər  Azərbaycan 



 

Respublikasının Konstitusiyası və bir sıra qanunverici və normativ-hüquqi aktlarla 



təmzimlənir.Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş 

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu qanun bir 

sıra  beynəlxalq  sənədlərə,  xüsusilə  də  “insan  hüquqları  haqqında”  Ümumdünya 

Bəyannaməsi,  BMT-nin  Uşaq  hüquqları    konvensiyası,  Uşaqların  yaşaması, 

müdafiəsi, və inkişafının təmin edilməsi üzrə Ümumdünya Bəyannaməsinə uyğun 

şəkildə hazırlanmış və uşaqların beynəlxalq səviyyədə təsbit olunmuş əsas hüquq 

və azadlıqlarını, eləcə də bu hüquqların reallaşdırılması üçün dövlətin vəzifələrini 

özündə əks etdirir.  

Bu  gün  Azərbaycan  Respublikasında  uşaq  siyasətinin  həyata  keçirilməsinə 

məsul əsas mərkəzi icra hakimiyyəti orqanı Ailə, Qadın və Uşaq Problemləri üzrə 

Dövlət  Komitəsidir.  Komitə  Azərbaycan  Respublikasının  Prezidentinin  6  fevral 

2006-cı il tarixli fərmanı ilə yaradılmışdır və ailə, qadın və uşaq problemleri ilə iş 

sahəsində  dövlət  siyasətini  və  onun  tənzimlənməsini  həyata  keçirən  dövlət 

orqanıdır.  

Ölkəmizdə  uşaq  hüquqlarının  müdafiəsi  məqsədilə  hökumət  ilk  növbədə 

uşaqların sosial müdafiəsinə yönəlmiş mühüm addımlar atmışdır. Uşaqların sosial 

müdafiəsi,  onların  təhsil  və  səhiyyə  sahəsindəki  hüquqlarının  həyata  keçirilməsi 

“Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Strategiyası (2003-2005) 

nda öz əksini tapmışdır. Bu istiqamətdə başlanan işlərin 2006-2015-ci illəri əhatə 

edən  “Yoxsullugun  Azaldılması  və  Sosial  İnkişaf  üzrə  dövlət  Proqramı 

çərçivəsində davam etdirilməsi nəzərdə tutulmuşdur.  

Azərbaycan Hökuməti ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların 

dəstəyi  ilə  kövrək  qruplara  aid  olan  valideyn  himayəsindən  məhrum  olmuş 

uşaqların,  küçə  uşaqlarının,  Ermənistanın  Azərbaycana  qarşı  təcavüzünün 

qurbanları olan qaçqın və məcburi köçkün uşaqların problemlərinin  həll edilməsi 

istiqamətində mühüm tədbirlər görmüşdür. Valideyn himayəsindən məhrum olmuş 

uşaqların  təhsil  aldığı  müddətdə  müdafiəsini  təmin  etmək  üçün,  Azərbaycan 

Respublikasının “Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial 

müdafiəsi  haqqında”  Qanunu  qəbul  edilmişdir.  Belə  uşaqların  müdafiəsi 

istiqamətində atılmış ən mühüm addımlardan biri də “De-institusionalizasiya və ya 

alternativ qayğı üzrə Dövlət Proqramının” qəbul edilməsi olmuşdur.  

Qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün son 15 il 

ərzində  Azərbaycan  Respublikası  Prezidenti  tərəfindən  bir  çox  fərman  və 

sərəncamlar  imzalanmışdır.  1998-ci  ildə  qaçqınların  və  məcburi  köşkünlərin 

mövcud  vəziyyətini  yaxşılaşdırmaq,  onların  sosial  müdafiəsini  gücləndirmək 

məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Qaçqınlar 






Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə