Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ



Yüklə 308,24 Kb.
Pdf görüntüsü
səhifə8/10
tarix06.02.2018
ölçüsü308,24 Kb.
#25916
1   2   3   4   5   6   7   8   9   10

25 

 

İnsan hüquqlarını demokratik inkişafın ayrılmaz hissəsi, bəşəriyyətin ədalətli 



cəmiyyətə  qovuşmaq  idealının  ali  təzahürü,  vətəndaş  cəmiyyətinin  yetkinliyinin 

əsas meyarı kimi qəbul edən hər dövlət sağlam gələcəyi naminə körpələrin yüksək 

sosial-mənəvi mühitdə böyüməsinə çalışır. Dövlətin hüquq sisteminin əsasını təşkil 

edən Konstitusiya və qanunlara uşaq hüquqlarına etibarlı təminat mexanizmlərinin 

yaradılması  isə,  ilk  növbədə  onların  layiqli,  firavan  yaşayış  səviyyəsinin,  təlim-

tərbiyyəsinin,  təhsilinin,  sosial  müdafiəsinin,  saglamlığının  yüksək  səviyyədə 

təşkilini nəzərdə tutur.  

Uşaq  Hüquqları  haqqında,  Azərbaycan  Respublikasının  Qanunu  1998-ci  il 

mayın  19-da  qəbul  olunub.  Uşaqların  bu  qanunda  nəzərdə  tutulmuş  hüquqları  və 

vəzifələri  18  yaşına  çatmamış  hər  bir  şəxsə  aid  edilir.  Bu  Qanunun  bəzi 

maddələrini  uşaqların nəzərinə çatdırmaq üçün F. Köçərli adına Respublika Uşaq 

Kitabxanasında  “Hüquqlarımızı  öyrənək”  adlı  anket-sorgu  hazırlanır.  Anket 

sorgusu orta və böyük yaş qrup uşaqlar üçün nəzərdə tutulur.   

 

 



 

 

 



Sualları sizə təqdim edirik: 

1. Sual? Uşaq Hüquqları Konvensiyası neçənci ildə qəbul olunub? 

Cavab:  Uşaq  Hüquqları  Konvensiyası  1989-cu  il  noyabrın  20-də  BMT-nin 

Baş Assambleyası tərəfindən qəbul olunub.  

2.  Sual?  Uşaq  Hüquqları  haqqında  Azərbaycan  Respublikasının  Qanunu 

neçənci ildə qəbul olunub? 

Cavab: Uşaq Hüquqları haqqında Azərbaycan Respublikasının qanunu 1998-

ci il may ayının 19 qəbul olunub.  

3.  Sual?  Uşaqların  bu  Qanunda  nəzərdə  tutulmuş  hüquqları  və  vəzifələri 

neçə yaşına çatmamış uşaqlara aid edilir? 




26 

 

Cavab: 18 yaşına çatmamış uşaqlara bu qanunda nəzərdə tutulmuş hüquq və 



vəzifələr aid edilir.  

4. Sual? Uşaq Hüquqları Konvensiyasının neçə maddəsi var? 

Cavab:  Uşaq  Hüquqları  Konvensiyası  54  maddədən  ibarətdir.  Bütün 

hüquqlar 4 geniş kateqoriyaya bölünür.  

*İnkişaf hüquqları 

*Müdafiə hüquqları 

*İştirak hüquqları 

*Yaşamaq hüquqları   

5. Uşaq Hüquqları Konvensiyasına neçə dövlət daxildir? 

Cavab:192 

6. Sual?Uşaqların hüquq bərabərliyi nədən ibarətdir? 

Cavab:  Bütün  uşaqlar  bərabər  hüquqa  malikdirlər.  Sosial  və  əmlak 

vəziyyətindən, saglamlığından, irqi və milli mənsubiyyətdən, dilindən, təhsilindən, 

dinindən  ,  siyasi  baxışlarından  bir  sözlə  yaşayış  yerindən  asılı  olmayaraq  uşaqlar 

ayrı seçkiliyə məruz qala bilməzlər.  

7. Sual? Hansı dövlətlər Uşaq Hüquqları Konvensiyasına daxil deyil? 

Cavab: ABŞ, Somali 

7.Uşaq Hüquqları Komitəsi harada yerləşir? 

Cavab:Cenevrədə  

Dünyada  ata-anaya,  cəmiyyətə  və  dövlətə  uşaq  qədər  xoşbəxtlik,  sevinc 

gətirən  heç  bir  şey  yoxdur.  Uşaq  dünyanın  ən  böyük  səadəti,  Tanrının  verdiyi 

nemətdir. Müstəqil Azərbaycanda uşaqıların daha yaxşı oxuması, sağlam vətəndaş 

kimi  böyüməsi  üçün  geniş  imkanlar  yaranmışdır.  Ölkəmiz  uşaq  hüquqlarına  dair 

beynəlxalq  normativ  aktlara  qoşulmuş,  bu  sahədə  milli  qanunvericilik 

formalaşmışdır. Uşaqların hüquq və azadlıqlarının qorunması, Qərb standartlarına 

uyğun təhsil və tərbiyəsi üçün hüquqi zəmin  yaranmış, bütün bunlar reallıqda öz 

əksini tapmışdır.    

1  İyun  Uşaqları  Beynəlxalq  Müdafiə  Günüdür.  Bu  gün  Azərbaycan 

uşaqlarının  şənlik,  xoşbəxtlik  və  gələcəyə  ümid  günüdür.  Bu  bayramı  F.  Köçərli 



27 

 

adına  Respublika  Uşaq  Kitabxanası  hər  il  olduğu  kimi,  möhtəşəm  şəkildə  qeyd 



edir.  Uşaq  bayramı  münasibətilə  F.Köçərli  adına  Respublika  Uşaq  Kitabxanası 

bayram  əhval-ruhiyyəsi  ilə  bəzədilir.  Kitabxana  şarlar,  gül  dəstələri,  əl  şləri 

sərgiləri  ilə  bəzədilir.  Oxu  zalı,  nağıl  otagında  bir  çox  stendlər,  sərgilər  qoyulur. 

Kitabxanamızın  nağıl  otagında  təşkil  olunan  tədbirlərdən  biri  də  “Biri  vardı,  biri 

yoxdu...”adlı  nağıl  saatıdır.  Nağıl  saatı  əsasən  kiçik  yaşlı  uşaqlar  üçün  nəzərdə 

tutulur.  Valideyinləri  ilə  tədbirə  gələn  uşaqlar  ilk  əvvəl  kitabxana  ilə  tanış  olur, 

sonra isə 1 iyun Beynəlxalq uşaqları Müdafiə Günü ilə əlaqədar olaraq hazırlanmış 

“Uşaqlar bizim gələcəyimizdir” adlı video-carxa tamaşa edirlər.  



 

Kitabxanaçı  Rafiq Yusifoğlunun “Uşaq” şeiri ilə tədbiri açıq elan edir.  

 

 

Korpələri incidəndə  

 

 

 

Ağacların budağında 

Xeyir-şər qarışıq düşür. 

 

 

Açılan çiçək-körpədi. 

 

Uşaq görəndə adamın   

 

 

Köksümüzdə gecə-gündüz 

 

Çöhrəsinə işıq düşür.   

 

 

Döyünən ürək körpədi.  

 

 

Cocuq sevginin bəhrəsi

 

 

Ömrümüzü, günümüzü 

 

Cocuq həyatın duzudu.  

 

 

Uşaq təbəssümü bəzər

 

Cocuq yolumuz üstündə  

 

 

Uşaqsız ev, uşaqsız el 

 

Parlayan dan ulduzudu.  

 

 

Susuz dəyirmana bənzər.  

Uşaqların  maraqla  gözlədiyi  an  yaxınlaşdı.  Kitabxanaçı  Nəriman  Süleymanovun 

“Ana quşun yuxusu” adlı hekayəsini danışır. 



Yüklə 308,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə