Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ



Yüklə 308,24 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix06.02.2018
ölçüsü308,24 Kb.
#25916
1   2   3   4   5   6   7   8   9   10

28 

 

 



Biri vardı, biri yoxdu, bir qaranquş vardı. Qaranquş bir evin eyvanında yuva 

qurmuşdu.  Ovuc  boyda,  qəşəng  bir  yuva.  Içərisində  də  ətcəbalalar  vardı. 

Gündüzlər  yuvada  ancaq  balalar  olardı.  Çünki    anaları  səhər  tezdən  uçub  gedər, 

göldən-çəməndən  balaları  üçün  yem  daşıyardı.  Hər  gəlib  gedəndə  də  dincəlməz, 

tezcə qayıdardı. Bir gün ətcəbalalar civildəşə-civildəşə analarına dedilər: 

 

-Anacan, sən yoruldun, axı. Bir oturub dincəlsənə! 



 

Ana qaranquş gətirdiyi yemindən balalarına verə-verə

 

-Eyb  etməz.  Siz  məndən  nigaran  qalmayın,-dedi  və  balaları  üçün  yem 



dalınca uçdu.  

 

Günlər beləcə keçirdi. Sarı ətcəbalalar tüklənib böyüyür, üçmaq üçün qanat 



gətirirdilər. Yuva get-gedə onlara darısqallıq edirdi. 

 

Həmişə  bir-birinin  qoynuna  girib  yatan  balalar  indi  nə  qədər  sıxlaşsalar  da 



yenə  də  yuvaya  sığmırdılar.  Ana  qaranquş  gah  bu  yana  çəkilir,  gah  da  o  yanda 

dayanır, balalarının rahat yuxulamasına çalışırdı.  

 

Qəribə  idi  ki,  gecələr  yuva  elə  bil  böyüyür,  balaların  yeri  genişlənirdi.  Bu 



necə iş idi? 

 

Gəlin, bu sirri öyrənək,-deyə balalar sözü bir yerə qoydular. 



 

O  gecə  hələ  axşamdan  yuxuları  gəlsə  də  balalar  yatmadılar.  Çimir  gələndə 

ayaqları ilə gözlərinin altını, üstünü çırmaqlayırdılar ki, yuxuları qaçsın. Yenə də 

bu yuxu onlara güc gəldi.  Nə vaxt yatdıqlarını bilmədilər. Bir də gözlərini açanda 

gördülər  səhərə  yaxındır.  Təzə-təzə  dan  sökülür.  Hava  təzə-təzə  işlıqlanır.  Bəs 

anaları hanı?...Tezcə yan-yörəyə boylandılar.  

Ana qaranquş teleqraf xəttinin üstə yuxulamışdı... 

Tədbirin  sonunda  kitabxanaçı    Nəriman  Süleymanovun  hekayəsində  ana  bala 

məhəbbətini geniş şəkildə uşaqlara izah etməyə çalışır.  

Nağıl  otağında  kiçik  yaşlı  uşaqlar  üçün  sevimli  yazıçısı,  professor  Zahid  Xəlilin 

“Yumru Yumaq və Qumru” adlı nağılını kitabxanaçı oxuyur və sonra isə hekayə 

haqqında uşaqlara test tapşırıqları verir.  

Gəlin indi “Yumru Yumaq və Qumru” adlı nağıla qulaq asaq.  

Bir  Yumru  Yumaq  var  idi  və  yaman  qorxaqdı.  Buna  görə  də  həmişə  diyirlənə-

diyirlənə gedirdi ki, onu görən olmasın. Bir dəfə  Yumru Yumaq yenə də diyirlənib 



29 

 

gedirdi.  Birdən  qabağına  bir  Yumru    Yumruq  çıxdı.  Yumru  Yumruq  güclü  və 



qəzəbli idi.  

-Ehey,  Yumru  Yumaq,  hara  belə?  Məgər  qorxmursan  ki,  yolda  səni  əzişdirib 

palaza döndərərlər? 

Yumaq  dedi:  -Qorxuram!  Amma  getməliyəm.  Axı  yumru-yumru  qayaların 

arasında  Qumru  adlı  bir  qız  mənim  yolumu  gözləyir.  O  məndən  corab  toxuyub 

xonça düzəldəcək və Yuxarı Yurddakı igid oğlana göndərəcəkdir.  

-Bir halda ki, belədir, onda qoy mən də səninlə gedim. Yumru Yumruq da Yumru 

Yumaga qoşulub getməyə başladı.  

Əvvəl qabaqlarına bir dovşan çıxdı. Dovşan da yumaq kimi yumru idi:-Ay Yumru 

Yumaq, ay Yumru Yumruq hara belə?Məgər qorxmursunuz ki, yolda yalquzaq sizi 

parçalayar? 

Yumru Yumruq qəzəbləndi. Bir az da yumrulanıb qaşqabağını tokdü:-Yalquzagın 

nəyindən qorxuruq? Qoy o bizdən qorxsun! 

Dovşan  Yumru  Yumruğun  nə  qədər  güclü  və  qorxmaz  olduğunu  indi  gördü  və 

dedi:-Qoyun mən də sizinlə gedim! 

-Lap yaxşı oldu deyə Yumru Yumaq atılıb düşdü. Amma atılıb düşəndə az qaldı ki, 

çözələnsin. 

-Bir az yavaş, əgər çözələnib açılsan, səni kim yumaq kimi sarıyacaq, deyə Yumru 

Yumaq qəzəbləndi.  

-Daha tullanmaram. 

Onlar yollarına davam etdilər. 

 

Birdən  qabaqlarına  vahiməli  yekə  bir  Yumru  Yumaq  çıxdı.  Bu  elə  yekə 



Yumru  Yumaq  idi  ki,  hətta  Yumru  Yumruğun  özü  də  bir  az  qorxan  kimi  oldu. 

Birdən yekə Yumru Yumaq onların qarşısında dayandı və açıldı. Baxıb gördülər ki, 

bu, ayıdır.  

 

Ayı onlara çatmaq üçün özünü yumrulayıb dağdan diyirlədibmiş. 

 

Ay  Yumru  Yumaq,  Yumru  Yumruq,  Yumru  dovşan,  hara  belə?  Məgər 



qorxmursunuz ki, yalquzaq qabağınızı kəsib sizi parçalayar? 

Yumru  Yumaq  dovşan  hamıdan  qabaq  dilləndi:-Canavarın  nəyindən  qorxacağıq, 

qoy onun özü bizdən qorxsun?! 



30 

 

-Ayı fikirləşdi:-“Doğrudan da bunlar canavardan niyə qorxmalı idilər”. 



Dedi:-Qoyun mən də sizinlə gedim . 

-Lap yaxşı! 

Yumru Yumaq ayı qabaqda, Yumru Yumaq dovşan onun dalınca, Yumru Yumağın 

özü ortada, Yumru Yumruq isə arxada yola düşdülər.   

Uzaqdan  onları  yalquzaq  canavar  gördü.  Amma  ayının  qorxusundan  onlara 

yaxınlaşa bilmədi. Gedib bütün yalquzaqları topladı və əhvalatı onlara danışdı.  

 

Canavarlar sözü bir yerə qoyub Yumru Yumaqları axtarmağa başladılar.  



 

Yumru  Yumağın  dəstəsi  gəlib  Qumrunun  oturduğu  yumru-yumru  qayalara 

yetişdi. Qumru Yumru yumağı təzəcə əlinə götürüb ondan corab toxumaq istəyirdi 

ki,  bir  də  gördü  canavar  gəlir.  Dostlarını  xəbərdar  etdi.  Yumru  yumruq    o  saat 

düyünlənib qəzəblə qışqırdı:-Qoy gəlsinlər, hamısının başını əzəcəyəm! 

Yumru Yumaq ayı donquldandı:-Deyəsən bunların ölümü çatıb.  

Təkcə Yumru Yumaq dovşan tir-tir əsdi və dedi: 

-Dostlar,  onlar  çox,  biz  az.  Mənim  bir  təklifim  var.  Gəlin  hamımız  yumrulanıb 

yerimizdə sakitcə dayanaq. Belə dursaq yumru qayalardan seçilmirik.  

Bu  söz  hamısının  ağlına  batdı.  Qayaların  yanında  yumrulanıb  sakitcə 

durdular.  Canavarlar  nə  qədər  axtardılarsa  yumru  yumaqları  tapa  bilmədilər. 

Əvəzində onları aldatdığı üçün həmin yalquzağı parça-parça etdilər.  

İndi  isə  uşaqlara  test  tapşırığı  paylanılır.  Bu  test  tapşırığını  paylamaqda 

məqsədimiz uşaqların bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir. Sualları düzgün 

cavablandıran    uşaq  F.Köçərli  adına  Respublika  Uşaq  Kitabxanasının  müdriyyəti 

tərəfindən mükafatlandırılır.  



1.

 

 Hansı adın qarşısında Yumru sözü olmamalıdır? 

A)

 

Yumru Yumaq 

B)

 

Yumru Yumruq 

C)

 

Yumru canavar 

2.

 

 Hansı cərgədə “U” səsi daha çoxdur? 

A)

 

Yumru dovşan 

B)

 

Yumru Yumaq 

C)

 

Yumru Qumru 

3.

 

Hansı söz dovşanın xarakterinə uyğundur? 


Yüklə 308,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə