Microsoft Word M. Suleymanov doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə1/43
tarix08.07.2018
ölçüsü2,17 Mb.
#53925
  1   2   3   4   5   6   7   8   9   ...   43


80  
 

 
 
Məhəmmədəli  Süleymanov
 
İSMAYILLIDA
 
UNUDULMAZ
 
GORÜŞLƏR 
 
 
©"Araz" nəşriyyatı 
Bakı-2003 
 
 
 
 


80  
 

 
©"Araz" na$riyyati Baki-
2003
 
 
 
Redaktoru: 
Xanım Ağabağırqızı, 
filoloq. 
 
 
Redaktordan 
 
Oxuculara təqdim edilən bu kitab Azərbaycan Respublikası 
Prezidenti Heydər  Əliyev cənablarının  İsmayıllı rayonuna səfərləri 
barədə canlı təəssüratdır. Bu böyük nüfuz sahibinin istər ölkə daxilində, 
istərsə  də beynəlxalq aləmdə  hər görüşü, müəyyən bir bölgəyə  səfərı 
xüsusi tədqiqat obyektidir. 
Oxucular bu kitabda bir daha əmin olacaqlar kı, prezidentin 
İsmayıllı görüşləri Vətən və xalq qarşında xidmətlərinin  şərəfli 
səhifələridir. 
 
 
Məhəmmədəli Süleymanov. "İsmayıllıda unudulmaz 
görüşlər", Bakı, "Araz" nəşriyyatı 2003, 192 səh. 
 
 
M
050
4911550033
2003 
 
 
©"Araz" nəşriyyatı 
ÖN SOZ 
 
 
 
 
 
 
 


80  
 

 
Ön söz 
 
Bu kitab Azərbaycan Respublikasının möhtərəm Prezidenti 
cənab Heydər  Əliyevin  İsmayıllı rayonuna etdiyi tarixi səfərlər 
barədə Dağlıq Şirvanın bu gözəl diyarında mütəxəssislərlə, zəhmət 
adamları ilə görüşlərdən, apardığı dəyərli söhbətlərdən bəhs edir. 
Müxtəlif hadisələrlə  əlaqədar olaraq cənab Prezidentimiz 
respublikamıza rəhbərlik etdiyi dövrlərdə  İsmayıllı rayonuna iki 
dəfə səfər etmişdir. Üçüncü dəfə isə yolüstü dayanaraq İsmayıllının 
əmək adamları ilə görüşüb hal-əhval tutmuşdur. 
Səfərlər zamanı  cənab Heydər  Əliyevin verdiyi məsləhətlər 
rayonun sosial-iqtisadi həyatında çox böyük keyfiyyət 
dəyişikliklərinə  səbəb olmuşdur. Xüsusilə rayonda baş verən 
zəlzələdən və seldən sonra cənab Prezidentin bu dağlıq rayonun 
tərəqqisinə göstərdiyi qayğılar böyük olmuşdur. Rayonda mühüm 
abadlıq işləri aparılmış, daxili yolları nizama salınmış, yeni-yeni 
körpülər salınmış, inzibati, sosial-iqtisadi obyektlər inşa edilmişdir. 
İsmayıllı çiçəklənən bir diyara çevrilmişdir. Rayonun əmək 
adamları respublikamızın Prezidentinə hər an xeyir-dua verir, onun 
göstərdiyi tarixi qayğılar üçün öz minnətdarlığını bildirirlər. 
Möhtərəm Prezidentimizin səfər zamanı İsmayıllılara göstərdiyi 
misilsiz qayğı onların qəlbində silinməz izlər buraxmışdır. Bu 
qayğılardan bəhrələnən hər bir rayon sakini bu gün həmin 
səfərlərin xatirələrini böyük minnətdarlıq hissi ilə yad edir və öz 
xeyir-duasını verir. Məhz bu əhval-ruhiyyə kitabda şirin xatirələrə 
çevrilmiş  və  cənab Prezidentimiz Heydər  Əliyevin Dağlıq  Şirvan 
diyarında qoyduğu silinməz izlər öz əksini tapmışdır. 
  
Məhəmmədəli SÜLEYMANOV,  
iqtisad elmləri namizədi. 


80  
 

 
 
UNUDULMAZ GÖRÜŞLƏR 
 
...Rayonun  əməkçiləri, üzümçüləri, maldar işçiləri kənd 
təsərrüfatı istehsalını qurultayın tələbləri səviyyəsinə yüksəltmək 
üçün həmişəkindən yaxşı və məhsuldar işləmiş, birinci yarım ildə 
nəzərdə tutulmuş plan və sosialist öhdəliklərini müvəffəqiyyətlə 
yerinə yetirmişlər. 
Əməkçilər qazandıqları nailiyyətləri getdikcə möhkəmlətmək, 
1981-ci ili vaxtından  əvvəl, zəfərlə başaçatdırmaq, bütövlükdə on 
birinci beşilliyi dörd ildə yerinə yetirmək əzmi ilə işləyirlər. 
Rayon  əməkçiləri iyulun 23-də xalqımızın sevimli oğlu, 
Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP 
MK-nın birinci katibi H.Ə.Əliyev yoldaşı belə yüksək  əmək 
coşğunluğu  şəraitində,  ən  əziz qonaq kimi, böyük sevinclə 
qarşılamışlar. 
H.Ə.Əliyev yoldaş rayonumuzun bir sıra sovxoz və 
kolxozlarında olmuş, üzüm bağlarını  gəzmiş, taxıl zəmilərinə 
baxmış, təsərrüfat rəhbərləri, mütəxəssislər, briqadirlər, 
əməkçilərlə görüşmüş, onlarla işgüzar və  səmimi söhbət etmiş, 
qəbul olunmuş plan və sosialist öhdəliklərinin yerinə yetirilməsi 
vəziyyəti ilə maraqlanmışdır. 
H.Ə.Əliyev yoldaş  hər yerdə  kənd təsərrüfatı istehsalını 
yüksəltmək barədə  əməkçilərə  dəyərli məsləhətlər vermiş, 
həmçinin onların iş, mənzil-məişət şəraiti ilə də tanış olmuşdur. 
"Rusiya" sovxozunun şosse yolu boyunca uzanan üzüm 
bağlarında işin qızğın çağı idi. Hamı  həvəslə  işləyir, yetişən bol 
üzümün  


80  
 

 
qorunması üçün əlindən gələni əsirgəməməyə çalışırdı. H.Ə.Əliyev 
yoldaş belə bir vaxtda onların yanına gəldi. O, əməkçilərlə, 
briqadirlərdən Cəfər Səfərov,  Əlvan Qurbanov və  Məzahir 
Xəlilovla söhbət etdi. On birinci beşilliyin ilk ilində onların 
qarşısında duran vəzifələrlə maraqlandı. Sovxozun direktor əvəzi 
H.Səfərov əməkçilər tərəfindən səmimi və hərarətlə qarşılanan əziz 
qonağa müraciət edərək dedi: 
- Yoldaş  Əliyev, Sizin rayonumuza gəlişiniz, təsərrüfatımızda 
olmağınız,  əmək adamları ilə  işgüzar söhbət etməniz bizi daha 
yüksək hünərlərə  səsləyir.  İmkanlarımızı bir daha götür-qoy 
etmişik.  İlin  əvvəlində 1500 ton üzüm satmağı  vəd etmişdik.  İndi 
isə bu öhdəliyi daha 500 ton artırırıq. Heyvandarlarımız da öz 
öhdəliklərini bir daha nəzərdən keçirmiş, bu il hər inəkdən sağılan 
südu 2200 kiloqrama, dövlətə satılan hər qaramalın diri çəkisini isə 
340-350 kiloqrama çatdırmağı  qərara almışlar. Mal-qaranı 
nümunəvi bəsləmək üçün şərti hesabla hər baş qaramala 30-32 
sentner yem vahidi toplamaq əzmindəyik. 
H.Ə.Əliyev yoldaş dedi: 
-  Şadam ki, əvvəllər geridə qalmış  təsərrüfatınızın  əməkçiləri 
indi belə yüksək  əhval-ruhiyyədədirlər, qurultaylar ilində yaxşı 
işləyirlər. Çalışın ki, daxili imkanları tamamilə işə salasınız. Daha 
çox üzüm, heyvandarlıq məhsulları və bol yem istehsal edəsiniz. 
Yerbəyerdən hamı öz razılığını  və minnətdarlığını bildirdi ki, 
H.Ə.Əliyev  İsmayıllıya gələrkən ilk dəfə "Rusiya" sovxozuna, 
onların yaşayıb işlədikləri sovxoza qədəm qoyub. Üzümçü, 
qəhrəman ana Elmira ilə H.Ə.Əliyev yoldaş arasında səmimi 
söhbət oldu. Elmira Əliyeva dedi ki, baxın, bu üzüm bağı  mənim 
əlimin zəhməti ilə becərilib. Hörmətli Əliyev yoldaş, bilmirəm Sizə 
necə  


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə