Microsoft Word M. Suleymanov doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə9/43
tarix08.07.2018
ölçüsü2,17 Mb.
#53925
1   ...   5   6   7   8   9   10   11   12   ...   43

80  
 
30 
 
əlavə, başqa mühüm məsələlər də durur. Sosial problemlərin 
bundan sonra daha da sürətlə həll olunması, mədəniyyətin inkişafı, 
kəndlərin daha da abadlaşdırılması, kəndlərin hamısında yaxşı 
yaşamaq üçün bütün şəraitlərin yaradılması, bu məsələlərlə  də 
ciddi məşğul olmalısınız. Sizin rayon partiya təşkilatının mühüm 
vəzifələrindən biri də ondan ibarətdir ki, keçmişin tarixi abidələrini 
qoruyub, onları bərpa etməklə daha dəqiq, iş görsünlər. Lahıc kəndi 
artıq respublika partiya təşkilatının və Nazirlər Sovetinin qərarı ilə 
bütövlükdə qoruq elan olunubdur. Və o artıq dövlət tərəfindən 
qorunmalıdır. Ancaq təəssüf ki, uzun illər müddətində bu işə fikir 
verilmədiyinə görə Lahıc kəndinin gözəl tarixi abidələrinin çoxu 
xarab olmuşdur. Bundan sonra buna yol vermək olmaz. Ona görə 
bu işlə ciddi məşğul olmaq lazımdır. 
Rayon mərkəzindən Lahıca gedən yolun gediş-gəliş üçün daha 
işlək və rahat olmasından ötrü ciddi düşünmək vaxtıdır. Mən bu 
gün yol nəqliyyat naziri R.Xələfova və yoldaş Aslanova ciddi 
göstəriş verdim ki, gələn il üçüncü kvartalda Lahıc yolu tamamilə 
tikilsin, bütün körpülər istifadəyə verilsin. Burada Lahıca getmək 
üçün, bütün nəqliyyat vasitələri ilə getmək üçün tam yaxşı  şərait 
yaradılsın (Alqışlar)
Vəzifələriniz ondan ibarətdir ki, rayonun ərazisində olan bütün 
tarixi abidələrin hamısını  bərpa edəsiniz, yenidən qurub 
abadlaşdırasınız. Onları qoruyasınız və onlardan indi bizim gənc 
nəslin tərbiyəsi üçün, ümumiyyətlə, respublikamızın tarixini təbliğ 
etmək üçün səmərəli istifadə edəsiniz. Sonra sizin rayonun böyük 
mümkünatı var. Rayon təbiətcə çox gözəl rayondur. Gözəl 
meşələri, dağları, çayları, bulaqları var. Bunlar hamısı doğrudan da 
istirahət üçün, turizm üçün çox yararlıdır. Mən belə fikirdəyəm ki, 
Şamaxıdan sizə gələn yol açılandan sonra 


80  
 
31 
 
və sizdən Qutqaşenə gedən yol səhmana salınandan sonra biz bu 
məqsədə nail ola biləcəyik. Və siz indidən xırda-xırda rayonun bu 
böyük təbii sərvətlərini, gözəlliyini istirahət məqsədilə hazırlamaq 
üçün lazımi tədbirlər görməlisiniz və  mən yoldaş Aslanova 
demişəm ki, bu sahədə ətraflı təkliflərinin Azərbaycan KP MK-ya 
təqdim etsin. Dediyim kimi, əldə etdiyiniz nailiyyətlər onu göstərir 
ki, son illərdə partiya təşkilatının işi, ideoloji iş güclənmişdir. 
Ancaq bundan sonra da bu işləri təkmilləşdirmək lazımdır, daha da 
gücləndirmək lazımdır. Rayonda bütün sahədə partiya işində, sovet 
və təsərrüfat orqanlarının işində nizam-intizamı möhkəmləndirmək 
və kommunistlərin, bütün zəhmət adamlarının fəaliyyətini daha da 
gücləndirmək lazımdır. Eyni zamanda siz gərək çalışasınız ki, 
nizam-intizamın möhkəmlənməsində 
də, tələbkarlığın 
gücləndirilməsində də, kadrların məsuliyyət hissinin artırılmasında 
da qabaqcıllar cərgəsində olasınız. Siz gərək çalışasınız ki, xalqın 
rifah halını get-gedə yaxşılaşdırmaq sahəsində  də qabaqcıllar 
cərgəsində olasınız. Siz gərək çalışasınız ki, rayon əhalisinə yaxşı 
xidmət göstərilsin. Bu gün mənə bir neçə yaxşı ticarət müəssisəsi 
göstərdilər. Görünüşləri yaxşıdır. Yaxşı  rəssamlar, memarlar 
işləyiblər. Ancaq lazımdır ki, bütün bu müəssisələrdə  İsmayıllı 
rayonunun zəhmət adamlarına yaxşı xidmət göstərilsin, yüksək 
keyfiyyətli xidmət göstərilsin. Ticarət orqanlarında, ticarət 
şəbəkəsində  gərək düzlük olsun, təmizlik olsun, ticarət işçiləri 
gərək alıcını aldatmasınlar, vəzifələrindən sui-istifadə etməsinlər, 
oğurluqla,  əyriliklə  məşğul olmasınlar və rayon partiya komitəsi 
gərək bu sahədə  işi daha da gücləndirsin və ticarətdə olan bütün 
mənfi halların hamısının tamamilə aradan qaldırılmasını mütləq 
təmin etsin (Alqışlar)
Keçmişdə bizim respublikanı geriyə aparan hallardan biri də 
  


80  
 
32 
 
ondan ibarət olub ki, kadrların seçilməsində və yerləşdirilməsində 
çox böyük səhvlərə yol verilmiş  və  rəhbər kadrların çoxu 
vəzifəsindən uzun müddət sui-istifadə etmiş  və rüşvətxorlar, 
əliəyrilər, dövlət  əmlakına xor baxan adamlar təəssüf ki, vaxtı ilə 
mötəbər adamlar kimi görünmüş, amma düz, təmiz, xalqa sədaqətlə 
işləyən, mənəvi cəhətdən pak olan adamlar sıxışdırılmışlar. Biz 
indi vəziyyəti dəyişmişik. Respublikamızda bütün mənfi hallar, 
kommunist əxlaqına zidd olan bütün ünsürlərin hamısına qarşı biz 
ciddi mübarizə aparmışıq və bu sahədə böyük nailiyyətlər  əldə 
etmişik. Amma bu ünsürlərin hamısını, yoldaşlar, aradan çıxara 
bilməmişik. Hələ ki, bizim sıralarımızda oğrular da var, 
rüşvətxorlar da var, vəzifəsindən sui-istifadə edənlər də var, dövlət 
əmlakına xor baxanlar da var. Sizin rayonda da belə adamlar 
olmamış deyil. Əgər desəniz ki, yoxdur, mən buna inanmaram. 
Ancaq siz gərək öz işinizə özünütənqid nöqteyi-nəzərdən 
yanaşasınız və bu sahədə işi get-gedə gücləndirəsiniz. İqtisadiyyat 
şübhəsiz ki, bizim işin əsasını təşkil edir. Mənəviyyat da bizim işin 
əsasını  təşkil edir. Nizam-intizam da iqtisadiyyat və bütün başqa 
sahələrdə aparılan işlərin əsasıdır. Cəmiyyətimizə zidd olan bütün 
mənfi hallara qarşı mübarizə aparmaq işi bizim respublika partiya 
təşkilatının, rayon və ilk partiya təşkilatlarının  ən ümdə,  ən 
müqəddəs vəzifəsidir və bu vəzifələrin layiqincə yerinə yetirilməsi 
üçün siz gərək bundan sonra daha da çox işləyəsiniz. 
Sizin rayon çoxmillətli rayondur və beynəlmiləl  ənənəsi olan 
rayondur. Biz sevinirik ki, rayon miqyasında bir çox millətlərin 
nümayəndələri qardaş ailədə, dostluq, qardaşlıq şəraitində yaşayır, 
yaradır və ümumi iş naminə çalışır. Bu, bizim respublikanın, 
ümumiyyətlə, xarakterik cəhətlərindən biridir. Bizim respublikamız  


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə