Microsoft Word M. Suleymanov doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə43/43
tarix08.07.2018
ölçüsü2,17 Mb.
#53925
1   ...   35   36   37   38   39   40   41   42   43

80  
 
158 
 
  
*** 
 
HƏSƏN  ƏLİYEV, X.HƏSƏNOV. "Təbiətin keşiyində" Bakı, 
1993. səh.92 
İsmayıllı qoruğunun başlıca məqsədlərindən biri də buradakı 
heyvanlar aləminin qorunması  və artırılmasını  təmin etməkdir. 
Ərazinin mövcud təbiət kompleksi və hazırkı heyvanlar aləmi buna 
tam  əsas verir. Burada cüyür, çöl donuzu, köpgər, təkə, maral, ayı, 
canavar, vaşaq, çaqqal, meşə pişiyi, tülkü, yenot, porsuq, dovşan, dələ 
və  s.  heyvanlar;  qırqovul, turac, qaratoyuq, alabaxta, bildirçin, 
sarıköynək, çobanaldadan, ağacdələn və s. quşlar vardır. Ov 
əhəmiyyətli heyvanlardan çöl donuzu, yenot, dələ, ayı, quşlardan isə 
qırqovul daha çoxdur. 
İsmayıllı dövlət qoruğu ərazisində Qırmızı kitaba adı düşən qonur 
ayı, turac, köpgər və s. heyvan və quşlar qorunur. 
 


80  
 
159 
 
 
SÖZÜN DÜZÜ-HAQQIN ÖZÜ 
 
Möhtərəm Prezidentimiz cənab Heydər  Əliyevin həyat və  əmək 
fəaliyyətini tədqiq edən filosoflar, politoloqlar, sosioloqlar, 
 
psixoloqlar və başqaları onun şəxsiyyətini belə səciyyələndirirlər: 
Həddən artıq  əməksevərdir, fəaldır, həyat eşqi sönməzdir, 
yorğunluq bilməzdir, dözümlü, müqavimətlərə qalib gəlməyi, hər 
cür çətinlikləri dəf etməyi bacarandır. 
Səbirli, ləngərli, hövsələli, nizam-intizamı sevəndir. 
Sarsılmaz, müvazinətini saxlamağı bacaran və prinsipialdır. 
Müşahidəçiliyi güclü, uzaqgörən, ehtiyatlı və tədbirlidir. 
Baş verə biləcək hadisələri öncə görüb, nəticələrini təhlil etmək 
qabiliyyəti, fəhmi
 
heyranedicidir. 
Təmasda olduğu şəxsin fikrini yarı gəlmədən duya bilir. 
Məkana, zamana, mövcud vəziyyətə tez uyğunlaşmağı bacarır. 
Diplomatiyası, düşüncə tərzi dərin mənalı və cəlbedicidir. 
Özünə  nəzarət, özünü idarə etmək, möhkəm yaddaşı, təəccüb 
doğuran hafizəsi, nitq mədəniyyəti, mənalı baxışları insanı 
düşündürəndir. 
Fövqəladə surətdə ciddi qərar qəbul etmək məharətinə 
malikdir. 
Siyasi, sosial-iqtisadi, ədəbiyyat, musiqi, rəssamlıq, 
heykəltəraşlıq, memarlıq və digər sahələrdə intellektual səviyyəsi, 
daxili mədəniyyəti çox yüksəkdir. Hər bir manerası insanda gözəl 
və bəşəri hisslər oyadır. 
Duruşu, oturuşu, gülüşü, insanlarla görüşməsi, təmasda olması 
örnəkdir. 
  
 


80  
 
160 
 
 
Bəli, Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev 
bəşər dünyasında belə gözəl və  bənzərsiz keyfiyyətlərə malik olan 
nadir şəxsiyyət kimi tanınır. 
Onun haqqında dünyanın bir sıra aparıcı dövlət xadimləri belə 
demişlər: 
"Heydər  Əliyev təkcə Azərbaycanı, Amerikanı yox, bütün 
dünyanı idarə etməyi bacaran bir siyasi xadimdir". 
Bill Klinton,  
ABŞ-ın prezidenti 
 
"Heydər  Əliyev təkcə Azərbaycanın deyil, bütün türk 
dünyasının yetişdirdiyi ən məşhur dövlət xadimlərindən biridir". 
 
Süleyman Dəmirəl, 
Türkiyənin prezidenti 
 
"Prezident Heydər  Əliyevin rəhbərliyi altında Azərbaycan 
tezliklə dünyanın  ən inkişaf etmiş ölkələrindən birinə 
çevriləcəkdir". 
Aakixito, 
Yaponiyanın imperatoru 
 
"Sizə həqiqətən qibtə edirəm, Heydər Əliyeviç". 
 
Leonid Kuçma,  
Ukrayna prezidenti 
 
"Heydər Əliyev kimi rəhbəri olan xalq xoşbəxtdir". 
 
İslam Kərimov,  
Özbəkistanın prezidenti 
 


80  
 
161 
 
 "XX əsr liderlər əsridir, Heydər Əliyev əsrimizin lideridir". 
 
Eduard Şevardnadze,  
Gürcüstanın prezidenti 
 
"Azərbaycan Prezidenti Heydər  Əliyev müasir zəmanəmizin 
görkəmli siyasi xadimlərindən biridir". 
 
Marqaret Tetçer,  
İngiltərənin baş naziri 
 
İndiki halda Azərbaycanı idarə edən və sabitliyi qoruyub saxlaya 
biləcək yeganə siyasi xadim Heydər Əliyevdir. 
 
ZbiqnevBJEZİNSKİ, 
ABŞ Beynəlxalq Strateji Tədiqatlar  
Mərkəzinin rəhbəri, politoloq 
 
Təbiət insana böyük istedad bəxş edir. Heydər  Əliyev belə istedada 
malikdir. O, bü gün haqlı olaraq Azərbaycanın bütün dünyada hörmət 
edilən prezidentidir. 
 
İvan RIBKİN  
Rusiya hökuməti sədrinin müavini. 
 
Siz, Azərbaycan xalqı, xoşbəxtsiniz. Çünki Sizin Heydər  Əliyeviniz 
var. Biz, rus xalqı, xoşbəxt deyilik. Çünki bizim Heydər  Əliyevimiz 
yoxdur. 
 
V.VİÜN,  
"Rossiyskaya qazeta"nın müxbiri 
 
Həqiqətən də xoşbəxtdir o xalq ki, onun cənab Heydər  Əliyev kimi 
Prezidenti vardır. 
 


80  
 
162 
 
 
 
HƏR ÇƏMƏNDƏN BİR ÇİÇƏK 
 
Zəmanəmizin görkəmli siyasətçilərindən biri, böyük dövlət xadimi 
olan Heydər  Əliyev cənabları  həm də  fəlsəfənin,  ədəbiyyat və 
incəsənətin gözəl bilicisidir. Buna görə  də onun nitqlərində  dərin 
məzmuna malik ümumiləşdirilmiş ideyalara hər an rast gəlmək olar. 
Lakin tanınmış filosofların da fikirləri az-az hallarda aforizmlərə 
çevrilir, çünki aforizm yalnız nəzəri təfəkkürün nəticəsi ola bilər; o 
həm də böyük həyat təcrübəsinin və  ağsaqqal müdrikliyinin 
məhsuludur. 
Elmi-nəzəri fəalliyyətlə yaradıcı  işin, fəlsəfi təfəkkürlə ictimai-
siyasi praktikanın bir şəxsin simasında birləşməsi nadir hadisədir. 
*Böyük siyasəti kiçik hisslərə, xırda mənfəətlərə bağlamaq olmaz. 
*Kim müxalifətdə durursa-dursun, ancaq Vətəninə, xalqına, 
mənəviyyatına, məsləkinə müxalifətdə durmasın. 
*Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır. 
*Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün 
deyildir. Amma milyonları, milyardları olan adamlar cəmiyyətdə 
mənəviyyatsız heç bir şeydirlər. 
*Tarix həmişə hər şeyi öz yerinə qoyur. 
*Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları 
qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər 
güclü olar. 
*Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. 
  
 
 


80  
 
163 
 
 
*Başqasının fikrinə hörmət etmək, ondan faydalı bir şey götürmək 
qabiliyyəti hər bir adama lazımdır. 
*Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun 
nəticələrini aradan götürməkdən daha asandır. 
*Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz yerini, 
özünə məxsus olan yeri tapmalıdır. 
*Heç kim əbədi qalib ola bilməz. 
*Heç bir ölkə,  ən böyük bir ölkə  də yalnız öz çərçivəsində 
iqtisadiyyatını lazımi səviyyədə inkişaf etdirə bilməz. 
*Kim ki, öz biliyindən, bacarığından artıq iddialar edir, o, həmişə 
məğlub olur. 
*İnsanların mənəvi sərvətlərinin hamısından dinin fərqi ondadır ki, 
o, dini mənsubiyyətindən asılı olmayaraq, həmişə insanları dostluğa, 
həmrəyliyə, birliyə dəvət etmişdir. 
*Heç bir ölkəni özünə düşmən hesab etməməlisən. 
*Rüşvətxoru, oğrunu qəhrəman etmək öz xalqına xəyanət 
etməkdir. 
*Ədalətsizliklə ədaləti bərpa etmək olmaz. 
*Ağıl olan yerdə zora ehtiyac yoxdur. 
*İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. 
*Rüşvətxorluq bizi içimizdən yeyir. 
*Müstəqilliyin  əldə olunması  nə  qədər çətindirsə, onun 
saxlanılması, daimi, əbədi olması bundan daha çətindir. 
*Dövlət onun ərazisində yaşayan əhalinin təminatçısı olmalıdır. 
*Həqiqəti gizlətmək, həqiqətin üstünü basdırmaq olmaz.  
*Vətəndaşlıq milli mənsubiyyətlə müəyyən olunmur.  
*Dünya ümumiyyətlə, quruculuqla, tikib-yaratmaqla yaşayıb, 
inkişaf edibdir. 
  


80  
 
164 
 
 
*Müstəqillik yolu qədər çətin yol yoxdur.  
*Tariximizin hər səhifəsi bizim üçün əzizdir.  
*Heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu 
mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi 
quracağıq. 
*Qurani-Şərifin bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi yollar 
insanları paklığa, düzlüyə, doğruluğa, sədaqətə, qəhrəmanlığa, 
cəsarətə, cəsurluğa dəvət edən tələblərdir, tövsiyələrdir. 
*Rəhbərlik etmək, yəni adamları öyrətmək və 
tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun. 
*Qurani-Kərimin bütün kəlamları bu gün Azərbaycanda 
Allahın yolu ilə getməyimiz üçün məşəldir. 
*Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək, 
şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir. 
*Görkəmli 
şəxsiyyətlər xalqın zəkasını, elmini, 
mədəniyyətini dünyaya nümayiş etdirirlər. 
*Demokratiya insanların  şüurunda dəyişiklik deməkdir. Bu 
dəyişiklik inqilabla olmur, təkamül yolu ilə, tədricən olur. 
*Milli azadlığa nail olmaq üçün  milli oyanış, milli dirçəliş
ruhun canlanması lazımdır. 
*Gərək nəbzin Vətənin nəbzi ilə vursun. 
*Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir. 
 
"Xalq qəzeti",  
28 aprel 2000

  


80  
 
165 
 
 
İmayıllı torpağının yetirməsi 
şair Hikmət Mahmud deyir: 
 
Başı qarlı, əzəmətli bir dağsan,  
Söz-söhbətdə büllur kimi bulaqsan,  
Qəlbi qaynar od-alovlu olacaqsan,  
BABA HEYDƏR! Ürəklərdə bitmisən,  
Çoxlarının imdadına yetmisən. 
 
Ellərimi bu dünyaya tanıtdın,  
Siyasətlər zirvəsində var adın,  
Öz xalqındır sənin qoşa qanadın.  
Tufanlara sinən sipər olubdur,  
Arzuların hər vaxt zəfər çalıbdır. 
 
Varlığınla bu millətə baglısan,  
Xalqımızın qədirbilən oğlusan,  
Zəkalısan, qüdrətlisən, haqlısan.  
Çox işlər var müşkül olub insana – 
İdrakınla sən salmısan sahmana. 
 
Qorbaçovlar çox top atdı yoluna,  
Batmmadı qüdrətinə, ağlına,  
Peyğəmbərlik yazılıbdı alnına.  
Zər-zinnətdir elmi-zəka sarayın,  
Müdriklikdə yox əvəzin, yox tayın. 
 
Ən sevimli bəndəsisən Tanrının,  
El-el gəzir şan-şöhrətin, ad-sanın,  
BABA HEYDƏR! Sən dostusan dünyanın  
80 yaşın xoş müjdədir hər elə,  
Öndə durur doxsan, hələ yüz hələ... 
  
  


80  
 
166 
 
 
İSTİFADƏ EDİLMİŞ MƏNBƏLƏR 
 
Azərbaycanda heyvandarlığın və yem istehsalının  əsaslı 
yüksəlişini təmin etməli. "Kommunist" qəzeti, 29.VII.1981 
H.Ə.Əliyev yoldaşın çıxışı, "Kommunist" qəzeti, 29.VII.1981 
Rayon partiya - təsərrüfat fəallarının yığıncağında 
H.Ə.Əliyev yoldaşın nitqi. "Zəhmətkeş" qəzeti, 30.VII.1981 
Təbii fəlakətlə mübarizədə. "Kommunist" qəzeti, 8.XII.1981 
Azərbaycan prezidenti H.Əliyevin 
Şəkiyə 
səfəri, 
"Azərbaycan"qəzeti, 9-10.XI.2002 
Unudulmaz görüşlər. "Zəhmətkeş" qəzeti. 25.VII.1981 
Kalinin adına kolxozun bayrağında orden, "Zəhmətkeş" 
qəzeti, 28.VII.1981 
Dövlət komissiyasının iclası, "Zəhmətkeş" qəzeti, 14.01.1982 
Rayon partiya-təsərrüfat fəallarının yığıncağı. "Zəhmətkeş" 
qəzeti, 14.01.1982 
Azərbaycan KP Mərkəzi Komitəsində. "Zəhmətkeş" qəzeti, 
8.08.1981 
Güclü dövlət güvənc yeridir. "Azərbaycan" qəzeti, 
10.XI.2002. 
İsmayıllılar dövlətçiliyə sadiqdirlər. "Azərbaycan" qəzeti, 
15.XI.2002 
Aqil  Əliyev,  Əbülfəz Qasımov. "Naxçıvan Muxtar 
Respublikası: nailiyyətlər və problemlər. Birinci cild. Bakı, 
2001. 
  


80  
 
167 
 
 
Həsən Əliyev. "Həyəcan təbili". Bakı, 1982 
Həsən  Əliyev, Budaq Budaqov. "Əfsanəli dağlar". Bakı, 
1973, səh. 39 və 46. 
Həsən  Əliyev, M.Xəlilov. "Yaşıl sərvətin keşiyində". Bakı, 
1982,səh.52 
M.Qurbanlı. "Əsrə bərabər 10 il" (1991-2001). Bakı, 2001 
Əbülhəsən  Ələkbərzadənin qeydləri. "Azərbaycan" jurnalı, 
1980.N4, səh.10 
Manaf Süleymanov. "Azərbaycan diyarı - Lahıc." Bakı, 1994, 
səh.116-117 
"Xalqın böyük xilaskarı." "Bakı Univesiteti" nəşriyyatı. 2001 
ASE. IVcild. Bakı, 1980. səh.549-550 
Azərbaycan Respublikası 1991-2001. Bakı. 2001 
"Goranboyda izim qaldı..." Bakı, 2001 
  
 
  


80  
 
168 
 
 
MÜNDƏRİCAT 
 
Ön söz……………………………………………………….3 
Unudulmaz görüşlər…………………………………………4 
İsmayıllı rayon partiya-təsərrüfat fəallarının yığıncağında 
H.Ə.Əliyev yoldaşın nitq…………………………………..13 
Kalinin adına kolxozun bayrağında orden…………………38 
Azərbaycanda heyvandarlığın və yem istehsalının əsaslı 
yüksəlişini təmin etməli……………………………………52 
H.Ə.Əliyev yoldaşın çıxışı……............................................59 
Təbii fəlakətlə mübarizədə…  ……………………………..76 
Azərbaycan prezidenti H.Əliyevin Şəkiyə səfəri…………..80 
İsmayıllılar dövlətçiliyə sadiqdirlər…….………………….89 
Güclü dövlət güvənc yeridir……….……………………….95 
R.Mahmudov

Milli iftixarımız…………………………………………...104 
M.Sadıqov, 
Rahat yolumuz üçün rəhbərə borcluyuq………………….110 
Ə.Vahabova, 
İllərə bərabər anlar……………………………………..…112 
V.Salehov, 
Yüksəlişə aparan gəliş……………………………….……119 
A.Əzizov

Gənclərə örnək olan insanlar……..……………….………123 
Ə.Rəsulov

Ekoloji təhlükəsizlik həyatdır……………………….……131 
 


80  
 
169 
 
 
S.Rəhimova, 
Gözümüzün işığı Zərifə xanım……………………………134 
G.Həsənova, 
Atalıq qayğısı yaşadır məni.………………………………137 
M.Bağırov

Yaxşılıq unudulmur………………………………………140 
İ.Həsənov, 
Ağsaqqal sözü……………………………………………143 
H.Kamilzadə

Xalqa məhəbbət körpüsü…………………………………148 
M.Nəcəfov

Rəhbərə xalq inamı……………………………………….151 
Aləm cənnətə dönsə, yaddan çıxmaz Qarabağ……………153 
Mətbuat səhifələrində……………………………………..155 
Sözün düzü-haqqın özü………………………………...…159 
Hər çəməndən bir çiçək…………………………………...162 
İsmayıllı torpağının yetirməsi şair  
Hikmət Mahmud deyir…………………………………....165 
İstifadə edilmiş mənbələr…………………………………166 
 
  
  


80  
 
170 
 
M.Süleymanov. "İsmayıllıda unudulmaz görüşlər", 
Bakı, "Araz" nəşriyyatı 2003. 
________________________________________________ 
        Kompüter tərtibatçısı: Əsmər Əlirzaqızı 
        Korrektorlar:  Kəmalə Məhəmmədəliqızı 
Könül Müharibqızı 
__________________________________________________ 
Yığılmağa verilmişdir. 5.04.2003 
Çapa imzalanmışdır: 15.04.2003 
Kağız formatı: 60x841/16 
Şərti çap vərəqi: 13 
Uçot nəşr vərəqi: 12 
Sayı 400 
Sifariş 18 
Qiyməti müqavilə ilə 
__________________________________________________ 
Kitabda Baş Arxiv İdarəsinin və Rafiq Bağırovun 
fotolarından istifadə olunmuşdur. 
_________________________________________________ 
 
"Araz" nəşriyyatının komputer mərkəzində yığılıb 
səhifələnmiş və çap olunmuşdur 
 
 
  
 
 
 


80  
 
171 
 


80  
 
172 
 
"


80  
 
173 
 


80  
 
174 
 


80  
 
175 
 


80  
 
176 
 


80  
 
177 
 


80  
 
178 
 


80  
 
179 
 
 


80  
 
180 
 


80  
 
181 
 


80  
 
182 
 


80  
 
183 
 


80  
 
184 
 


80  
 
185 
 


80  
 
186 
 


80  
 
187 
 


80  
 
188 
 
 


80  
 
189 
 
 

Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə