Microsoft Word M. Suleymanov doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə2/43
tarix08.07.2018
ölçüsü2,17 Mb.
#53925
1   2   3   4   5   6   7   8   9   ...   43

80  
 

 
təşəkkür edim. Heç fikrimə gətirməzdim ki, Siz becərdiyim üzüm 
bağında olarsınız. Bizdən soruşursunuz ki, necə dolanırıq, bax elə 
biri mən: 12 uşaq anasıyam. Böyük qızım Validə bu il ali məktəbi 
bitirib rus dilindən dərs deyəcək. Uşaqlarımdan ikisi işləyir, 
qalanları isə  məktəblidir. Həyat yoldaşım da soxvozda çalışır. 
Əlimizin zəhmətinə güvənib firavan yaşayırıq. H.Ə.Əliyev razılıqla 
bildirdi: 
- Belə ailə sahibi olduğunuz üçün sağ olun. Siz həm ailədə 
qəhrəmansınız, həm də tarlada. 
Sovxozun  əmək veteranı Zeynal Dadaşov H.Ə.Əliyev yoldaşa 
müraciətlə dedi: 
- Hər şey yaxşıdı, təki dünyamızda əmin-amanlıq, sülh olsun. 
- Partiya və dövlətimizin ən böyük siyasəti sülh siyasətidir. Siz 
arxayın işləyə bilərsiniz. 
Sonra H.Ə.Əliyev yoldaş elə oradaca "Sovet Azərbaycanının 40 
illiyi" sovxozunun adlı-sanlı sağıcısı, Sosialist Əməyi Qəhrəmanı, 
Azərbaycan SSR Ali Sovetinin deputatı Gülüstan Həsənova ilə 
mehribancasına görüşdü, onun işi ilə maraqlandı. 
Axırda H.Ə.Əliyev yoldaş toplaşanlara müraciətlə dedi: 
- Mən ilk dəfə İsmayıllıda oluram. Və İsmayıllıda ilk dəfə sizin 
əməkçilərlə görüşürəm. Siz burada həm üzümçülükdə, həm də 
maldarlıqda böyük öhdəliklər götürdünüz. Gərək bütün səylərinizi 
birləşdirib bütün imkanlardan istifadə edib öhdəliklərinizi yerinə 
yetirəsiniz. Daha yaxşı  işləyəsiniz.  İndi hər bir kənd  əməkçisinin 
müqəddəs işi partiyamızın qarşıya qoyduğu vəzifələri hərənin öz 
sahəsində yerinə yetirməsidir. Sizə bu yolda, əmək yolunuzda 
uğurlar arzulayıram. 
Ətrafı alqış sədaları bürüdü. Əməkçilər söz verdilər ki, 
  


80  
 

 
H.Ə.Əliyev yoldaşla bu səmimi görüşü həmişəlik yadlarında 
saxlamaqla bu etimada layiq işləyəcəklər. 
Xanlar adına sovxozun üzüm bağındakı  əmək və istirahət 
düşərgəsində Heydər  Əliyev yoldaş böyük bir səmimiyyətlə 
qarşılandı. Sovxozun əməkçiləri qəbul etdikləri yüksək sosialist 
öhdəliklərinin layiqincə yerinə yetirildiyindən H.Ə.Əliyev yoldaşa 
məlumat verdilər. 
H.Ə.Əliyev yoldaş dedi: 
- Eşitmək xoş və fərəhlidir ki, bu il siz Vətənə 6435 ton əvəzinə 
12500 ton yüksək keyfiyyətli üzüm məhsulu satmağı öhdəyə 
almışsınız. Üzüm istehsalında 1990-cı il səviyyəsini vaxtından 
səkkiz il əvvəl qət etmək barədəki vədiniz də alqışlanmağa 
layiqdir. 
H.Ə.Əliyev yoldaş sonra göstərmişdir ki, təsərrüfatın 
heyvandarlığı qurultayın tələbləri səviyyəsinə cavab vermir. Onun 
məhsuldarlığı aşağıdır. Onu da üzümçülük kimi qabaqcıllar sırasına 
çıxartmaq lazımdır. 
Kürdmaşı  kənd XDS (icraiyyə komitəsinin sədri S.Zeynalova 
tikinti-abadlıq sahəsində  həyata keçirilən tədbirlər barədə danışdı. 
H.Ə.Əliyev yoldaş  kənddə aparılan tikinti-abadlıq işlərindən razı 
qaldığını bildirdi. Sonra o dedi ki, kənddə  şəxsi mal-qaranı 
artırmaq lazımdır. Bu, dövlət  əhəmiyyətli işdir,  əhalinin 
güzəranının daha da yaxşılaşmasına kömək olar. 
Əməkləri dövlətimiz tərəfindən orden və medallarla 
qiymətləndirilmiş üzümçülərdən Teili Əkbərova və Qəhrəman ana 
Lumu Nəcəfova H.Ə.Əliyev yoldaşla görüşdə onlara yaradılmış iş 
şəraiti üçün partiya və dövlətimizə minnətdarlıqlarını bildirdilər. 
Lumu Nəcəfova dedi: 
  


80  
 

 
- 60 yaşım olmasına baxmayaraq, bir gün də olsun işsiz qala 
bilmirəm. Gərək öz üzüm bağımda olum. Çünki zəhmətimizə görə 
yaxşıca haqq alırıq. Əməyimizə qiymət verən var. 
H.Ə.Əliyev yoldaş dedi ki, sizin sovxozda hər işçinin orta aylıq 
əmək haqqı 200 manatdır.  Əlbəttə, bu çox yaxşıdır, həmçinin, 
keçən il siz əlavə olaraq bir milyon manat mükafat almısınız. Bu da 
çox yaxşıdır. Bu sizin güzəranınızın daha da yaxşılaşması 
deməkdir, yaxşı  işləməyinizin nəticəsi deməkdir. Indi isə 
qarşınızda duran əsas vəzifə budur ki, əldə etdiyiniz nailiyyətləri 
möhkəmlədəsiniz, rayonda böyük üzümçülük təsərrüfatı kimi 
çoxuna nümunə olasınız.  İndi kənd təsərrüfatı  işlərinin qızğın 
çağıdır. Sov.İKP XXVI qurultayının və respublika partiya 
təşkilatının XXX qurultayının qərarlarını yerinə yetirən bütün kənd 
əməkçilərimiz zərbəçi əməklə işləyirlər. Siz də çalışmalısınız ki, bu 
əmək yürüşündə birinci yerlərdə dura biləsiniz. Həqiqətən sizin 
öhdəlikləriniz böyükdür. Amma, bu öhdəlikləri yerinə yetirmək 
üçün gərək siz bütün ehtiyat qüvvələri işə salıb, ilk növbədə 
nöqsanları aradan qaldırasınız. Nizam-intizamı daha da 
möhkəmləndirəsiniz. Hər kəs öz zəhmətinin bəhrəsini görsün, 
zəhmətdən yayınanlara qarşı, xırda alverçiliklə  məşğul olanlara 
qarşı mübarizə aparılsın. Mənim arzum budur ki, sizin sovxoz 
respublikanın ən nümunəvi sovxozları sırasında olsun. 
Xanlar adına sovxozun buraya toplaşan  əməkçiləri H.Ə.Əliyev 
yoldaşı  dərin səmimiyyət və  həyəcanla, öz doğma təsərrüfatlarını 
daha böyük yüksəliş yoluna çıxarmaq inamı ilə yola saldılar. 
Kalinin adına kolxoz öz ürəkaçan müvəffəqiyyətləri ilə  nəinki 
respublikamızda, hətta ittifaq miqyasında tanınır. Son illərdə 
kolxoz  


80  
 

 
6 dəfə Ümumittifaq, bir dəfə respublika sosializm yarışının qalibi 
olmuşdur. Onuncu beşilliyin müvəffəqiyyətli yekunlarına görə isə 
kolxoz Qırmızı Əmək Bayrağı ordeninə layiq görülmüşdür. 
Kolxozun  əsas malikanəsi  İvanovka kəndi də müasir qəsəbəni 
xatırladır. Burada nələr yoxdur. Orta məktəb, 50 çarpayılıq 
xəstəxana, kitabxana, aptek, uşaq bağçaları, mədəniyyət və qonaq 
evləri, yeməkxana-pavilyon, kosmik vasitələrlə  işləyən ötürücü 
televiziya stansiyası, asfalt küçələr, geniş  və  işıqlı kürsülü evlər, 
süni göllər, yaşıl park, daha nə, nə... Kəndə  təbii qaz və su 
kəmərləri çəkilmişdir. 
Bu gün isə kənd tamam başqa təntənədədir. Hamı həyəcanlıdır. 
Əməkçilər bir azdan əziz qonağı - Sov.İKP MK Siyasi Bürosu 
üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi 
H.Ə.Əliyev yoldaşı öz doğma kəndlərində qarşılayacaqdılar. 
Həyəcanlı  dəqiqələr ötüb keçdi. Kolxozun sədri, Sosialist Əməyi 
Qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin deputatı N.Nikitin, 
Lenin ordenli briqadirlər M.Sergeyeva, Q.Voropayev, Oktyabr 
İnqilabı ordenli, maşınla sağım ustası A.Minnikova və bütün 
əməkçilər H.Ə.Əliyev yoldaşı mehribancasına, böyük 
səmimiyyətlə qarşıladılar. 
İvanovka kəndində müharibədə həlak olanların şərəfinə tikilmiş 
xatirə kompleksinin qarşısına xeyli əməkçi, müharibə  və  əmək 
veteranı toplaşmışdı. H.Ə.Əliyev yoldaş onlarla mehribancasına 
salamlaşdı  və abidənin önünə çiçək çələngi qoydu. H.Ə.Əliyev 
kəndin mərkəzini gəzdi, yeni tikilən mədəniyyət sarayının 
tikintisinə baxdı. O dedi: 
- Kənd barədə ilk təəssüratım çox yaxşıdır. Siz taxılçılıqda, 
  
 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə