Microsoft Word M. Suleymanov doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə3/43
tarix08.07.2018
ölçüsü2,17 Mb.
#53925
1   2   3   4   5   6   7   8   9   ...   43

80  
 
10 
 
üzümçülükdə, heyvandarlıqda, tikinti-abadlıq sahəsində  həqiqətən 
böyük nailiyyətlər qazanmısınız. Taxılın məhsuldarlığını  dəmyə 
şəraitdə hər hektardan 48 sentnerə, üzümün məhsuldarlığını isə 129 
sentnerə çatdırmısınız. Keçən il hər inəkdən 3817 kiloqram süd 
sağmısınız, dövlətə satılan hər qaramalın çəkisini 420 kiloqrama 
yüksəltmisiniz. Bir sözlə, hər sahədə yüksəlişə nail olmusunuz. 
Kalinin adına kolxoz bu gün əsl təcrübə  məktəbidir. Bu, 
iqtisadiyyatı intensiv yüksəltdiyiniz üçündür ki, belə gözəl 
qəsəbədə, belə abad və yaraşıqlı evlərdə yaşayırsınız. 
Respublika heyvandarlarının seminar-müşavirəsinin 
kolxozunuzda keçirilməsi isə o demək olacaqdır ki, siz bütün 
respublikanın diqqət mərkəzinə çevriləcəksiniz. Hələ sizin 
işinizdən çox söhbət gedəcək. 
...Sonra H.Ə.Əliyev yoldaş Soltankəndə gedərək Böyük Vətən 
müharibəsində  həlak olanların xatirəsinə ucaldılmış abidəyə öz 
adından gül çələngi qoydu. Bu abidə  Vətən uğrunda canlarından 
keçən həmyerlilərinizin xatirəsinə  bəslədiyiniz böyük məhəbbətin 
təcəssümü kimi qiymətlidir. Bunun üçün çox sağ olun. Bir 
dəqiqəlik sükutla Vətən uğrunda həlak olanların xatirəsi yad edildi. 
Dağların qoynuna sığınan, gündən-günə öz sərhəddini böyüdən, 
bina-bina dörd yana addımlayan  İsmayıllı  şəhəri getdikcə 
gözəlləşir, öz simasını dəyişir. Xüsusilə onuncu beşillikdə şəhərdə 
gedən tikinti və quruculuq işləri bütün əvvəlki illərin işini qat-qat 
üstələyə bilmişdir. Burada yeni yaşayış evləri, ticarət və ictimai 
iaşə obyektləri tikilmiş, park salınmış, çoxlu binalarda 
yenidənqurma işləri görülmüşdür.  İndi ticarət mərkəzi 
adlandırdığımız yaraşıqlı Lenin prospektində sıralanmış obyektlər, 
mağazalar tamamilə yeni görkəm alıb.  


80  
 
11 
 
Şəhər zəhmətkeşləri tərəfindən hərarətlə, alqışlarla qarşılanan 
H.Ə.Əliyev yoldaş  məhz ilk dəfə  şəhərimizin Lenin prospekti ilə 
tanış oldu. O, veteranlar mağazasına, kitab və bir sıra mağazalara 
baxdı. Ticarət məktəbini, satıcılıq kurslarını bitirib, indi alıcılara 
nümunəvi xidmət göstərən gənc satıcı qızlarla səmimi söhbət etdi, 
rayon mərkəzini gəzdi. 
Şəhərimizin yuxarı hissəsində tikilib yenicə istifadəyə verilən 
ikimərtəbəli "Zəka" kitab evinin açılışında qırmızı lenti əziz 
qonağımız H.Ə.Əliyev yoldaş kəsdi. O, kitab evi ilə tanış olduqdan 
sonra öz xoş arzularını bildirdi: 
- Yoldaşlar, yaraşıqlı, həm daxili, həm xarici gözəl olan, xüsusi 
zövqlə tikilmiş bu kitab evinin istifadəyə verilməsi münasibətilə 
inşaatçılara öz razılığımı bildirirəm. Düzdür, tikmisiniz, indiki işin 
xeyri və  gələcək səmərəsi bu kitab evindən necə istifadə 
edəcəyinizdə özünü göstərəcək. Onu bilməlisiniz ki, bu kitab 
sərgisi deyil, bu ev istifadə edilmək üçün, kitabı  təbliğ etmək 
üçündür. Kitab evi siyasi ədəbiyyatı yaymaqda, xüsusilə 
təşəbbüskar olmalı, bədii, elmi-texniki kitabların təbliğatı 
sahəsində çox iş görməlidir. Mən arzu edərdim ki, bu kitab evi 
sizin mədəni həyatınızda, mənəvi dünyanızda böyük rol oynasın, 
sizi cəmiyyətimizin  ən xeyirli adamı olmağa çağırsın, yaxşı 
işləməyə səsləsin. 
H.Ə.Əliyev yoldaş  İsmayıllı - Muğanlı yolunun tikintisi ilə  də 
maraqlandı. O, Girdimançay üzərində qurulan körpünün 
tikintisində çalışan inşaatçıların da yanında oldu. Respublika 
avtomobil yolları tikintisi və istismarı naziri R.R.Xələfov yol 
çəkilişinin və körpü tikintisinin gedişi barədə H.Ə.Əliyev yoldaşa 
məlumat verdi. İnşaatçılar adından onu əmin etdi ki, İsmayıllı - 
Muğanlı yolunun çəkilişi 1982-ci ilin üçüncü rübündə başa 
çatdırılacaqdır. Rayonun  


80  
 
12 
 
partiya, sovet təşkilatları bu sahədə bizə yaxından köməklik 
göstərirlər. 
H.Ə.Əliyev yoldaş inşaatçıların iş şəraiti ilə tanış oldu. Onlarla 
söhbət etdi: 
- Siz çox xeyirxah iş görürsünüz. Diqqət verin ki, tikdiyiniz 
körpüdən bütün illər uzunu milyonlarla insan keçib gedəcəkdir. 
Gərək çalışasınız ki, işiniz keyfiyyətli olsun. Tikdiyiniz körpüdən 
keçən hər kəs sizə əhsən desin. 
H.Ə.Əliyev yoldaş rayonu gəzərkən onu Azərbaycan KP MK-ın 
katibi  İ.Ə.Məmmədov, rayon partiya komitəsinin birinci katibi 
Q.N.Aslanov və bir sıra nazirliklərin və dövlət komitələrinin 
rəhbərləri müşayiət etmişlər. 
 
* * * 
 
H.Ə.Əliyev yoldaş  həmin gün rayonun partiya-təsərrüfat 
fəallarının yığıncagında böyük nitqlə  çıxış etmiş, Kalinin adına 
kolxozda keçirilmiş təntənəli yıgıncaqda təsərrüfata Qırmızı Əmək 
Bayrağı ordenini təqdim etmişdir.  İyulun 24-də isə Kalinin adına 
kolxozun mədəniyyət evində keçirilmiş respublika 
heyvandarlarının seminar-müşavirəsində  çıxış etmiş, kolxozun 
fermalarını gəzmiş və heyvandarlarla söhbət etmişdir. 
 
"Zəhmətkeş " qəzeti  
25 iyul 1981. 
  
 
 
 


80  
 
13 
 
İSMAYILLI RAYON PARTİYA-TƏSƏRRÜFAT  
FƏALLARININ YIĞINCAĞINDA  
H.Ə.ƏLİYEV YOLDAŞIN NİTQİ 
 
Yoldaşlar! 
On birinci beşilliyin birinci ilinin yarı hissəsi keçmiş, ölkəmizin 
hər yerində beşilliyin birinci ilinin planlarını layiqincə  həyata 
keçirmək üçün XXVI partiya qurultayının qərarlarını, qurultayda 
irəli sürülən vəzifələri yerinə yetirmək üçün ciddi mübarizə gedir. 
Bu mübarizə bizim respublikada da gedir. İlin  əvvəiindən bəri 
Azərbaycan Respublikasının zəhmətkeşləri partiyamızın "XVI 
qurultayının qərarlarını, Azərbaycan Kommunist Partiyasının XXX 
qurultayının qərarlarını  həyata keçirərək böyük müvəffəqiyyətlər 
əldə etmişlər. 
1981-ci ilin birinci yarısının plan və öhdəlikləri iqtisadiyyatın 
bütün sahələri üzrə artıqlaması ilə yerinə yetirilmişdir. Sənaye 
işçiləri planı vaxtından xeyli qabaq yerinə yetirib. Əvvəlki illərdə 
olduğu kimi, sənaye istehsalını yüksək sürətlə təmin edirlər. 
İnşaatçılarımız ilin birinci yarısında daha yaxşı  işləmiş, böyük 
nailiyyətlər əldə etmişlər. 
Kənd təsərrüfatı sahəsində ilin birinci yarısında böyük işlər 
görülmüş, xüsusən respublikanın heyvandarları maldarlıq 
məhsullarının tədarükünə aid bütün planları ilin birinci yarısında 
artıqlaması ilə yerinə yetirmiş  və keçən ilin müvafiq dövrünə 
nisbətən xeyli artıma nail ola bilmişlər.  İndi kənd təsərrüfatı 
işlərinin qızğın vaxtıdır. Pambıq tarlalarında, üzüm və meyvə 
 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə