Microsoft Word M. Suleymanov doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə6/43
tarix08.07.2018
ölçüsü2,17 Mb.
#53925
1   2   3   4   5   6   7   8   9   ...   43

80  
 
20 
 
Həm məhsuldarlığa görə, həm ümumi taxıl istehsalına görə 
respublikada taxılçılığın inkişafına öz böyük payınızı verəcəksiniz 
(Alqışlar). 
Sizin rayonda doqquzuncu, onuncu beşilliklər dövründə 
üzümçülük inkişaf edir. Bu, sizin rayon üçün demək olar ki, geniş 
miqyasda yeni bir sahədir, ancaq bizi sevindirən cəhət ondan 
ibarətdir ki, qısa müddətdə siz bu sahənin çətinliklərini 
mənimsəmisiniz. Rayonun ərazisində artıq geniş sahələrdə gözəl 
üzüm bağları salınmış və bu bir tərəfdən sizin onsuz da gözəl olan 
rayonunuzun təbiətini daha da gözəlləşdirmiş  və ikinci tərəfdən 
sizin iqtisadiyyatı xeyli irəli aparmışdır. Keçən il əldə etdiyiniz 
nailiyyətlər, bu il götürdüyünüz öhdəlik üzümçülük sahəsində onu 
göstərir ki, siz respublika partiya təşkilatı tərəfindən üzümçülüyün 
inkişafı sahəsində irəli sürülmüş böyük proqramın həyata 
keçirilməsi yolunda çox iş görmüsünüz və bu sahədə sizin də 
xidmətiniz var. 
Heyvandarlıq sizin rayonun böyük sahəsidir və bu sahədə  də 
onuncu beşillikdə  əldə etdiyiniz nailiyyətlər bizi sevindirir. 
Beləliklə, kənd təsərrüfatının  əsas sahələrində siz qısa bir 
müddətdə irəliyə gedə bilmisiniz. Bunların hamısının nəticəsində 
də siz irəlidə gedən rayonlar cərgəsinə  çıxmısınız. Burada yoldaş 
Aslanov qeyd etdi ki, altı ildir ki, sizin rayon respublika yarışının 
qabaqcılıdır. Keçən ilin qışlamasına görə Ümumittifaq yarışında 
qalib çıxmısınız və mənə belə gəlir ki, bundan sonra daha da yaxşı 
işləsəniz, daha da yüksək səviyyələrə çatıb, daha da yüksək 
mükafatlara nail ola biləcəksiniz. (Alqışlar). 
Rayonun kənd təsərrüfatı sahəsində  əldə etdiyi nailiyyətlər 
çoxdur. Sizin rayonun qabaqcıl kolxozu, Kalinin adına kolxoz 
onuncu beşillikdə qazandığı  nailiyyətlərə görə Qırmızı Əmək 


80  
 
21 
 
Bayrağı ordeni ilə  təltif olunmuş  və biz bu günlər kolxozun 
ümumi iclasında dövlətin bu yüksək mükafatını kolxoza təqdim 
edəcəyik (Alqışlar). 
İsmayıllıda bu müddətdə iqtisadiyyat və başqa sahələrdə  də 
yaxşı irəliləmə görünür. Bu da ondan ibarətdir ki, rayonunuzda 
abadlıq və tikinti işlərinə onuncu beşillikdə çox fikir verilib. 
Mədəniyyətin inkişafı ilə siz çox yaxşı məşğul olursunuz. İdeoloji 
iş müəyyən qədər güclənib və bunlar hamısı sizin rayonun 
nüfuzunu, hörmətini daha da artırmışdır. Bunların hamısına görə də 
sizin rayona respublika, o cümlədən Azərbaycan Kommunist 
Partiyasının Mərkəzi Komitəsi tərəfindən münasibətdə xeyli 
dəyişilmiş, bu yaxşı münasibətin təzahürü bir də onda görünür ki, 
bu gün biz də burada sizinlə birlikdə belə bir mühüm iclas keçiririk 
və sabah respublikanın kənd təsərrüfatı sahəsində  ən böyük 
tədbirlərdən biri - heyvandarlıq və yemçiliyin inkişafına aid 
seminar-müşavirə sizin rayonun ərazisində keçiriləcək; Kalinin 
adına kolxozun sahəsində. Və bu seminarda da həm Azərbaycan 
Kommunist Partiyasının MK-nın büro üzvləri, həm respublika 
nazirliklərinin rəhbərləri, həm vilayət, rayon partiya komitələrinin 
birinci katibləri və başqa rəhbər işçiləri iştirak edəcəklər. 
Mən bu gün sizin rayonun bir neçə təsərrüfatında oldum. Rayon 
mərkəzini qısa müddətdə  də olsa, gəzdik, rayon mərkəzinin 
abadlaşmasını, yeni binaların, xüsucən ticarət müəssisələrinin 
yüksək səviyyədə tikilməsini və istifadə olunmasını gördük. 
Küçələrinizin nə  qədər abad və  təmiz olduğunu, ümumiyyətlə, 
şəhərinizin doğrudan da gözəl olduğunu mən özüm şəxsən hiss 
etdim. 
Sonra sizin rayonda bu günləri bir hadisədə  də - rayon 
mərkəzində  


80  
 
22 
 
böyük kitab evinin tikilib başa çatdırılması, istifadəyə verilməsi 
mərasimində  iştirak etdim və ondan sonra Girdiman çayının 
üzərində tikilən körpünün inşaat prosesi ilə tanış olmaq üçün ora 
getdim və orada inşaatçılarla, körpü tikənlərlə görüşüb söhbət 
etdim. Bu qısa müddətdə  mənim çox böyük təəssüratlarım var. 
Bütün bu görüşlərimizdə rayonun kolxozçuları, sovxoz fəhlələri, 
bütün zəhmət adamları hamısı öz sevinclərini, öz razılıqlarını 
bildirdilər ki, mən sizin rayona gəlmişəm (Gurultulu alqışlar). 
Bütün bu görüşlərdə sizin rayonun zəhmət adamları bizim 
partiyaya, hökumətə, Azərbaycan Kommunist Partiyasının Mərkəzi 
Komitəsinə və o cümlədərı mənə öz xoş arzularını, məhəbbətlərini, 
hissiyatlarını, səmimi surətdə çatdırdıqlarını mən özüm şəxsən hiss 
etdim və bu günkü görüşlərin hamısının, rayonunuza gəlməyimin 
nə qədər zəruri olduğunu bir daha hiss etdim (Sürəkli alqışlar). 
Yoldaşların çoxu mənə bu gün rayonunuzda olduğuma görə 
sevinclərini, razılıqlarını bildirərək eyni zamanda deyirdilər ki, 
bizim rayona daha tez-tez gələsiniz. 
Bilirsiniz, həmişə kollektivin rəhbəri, kolxoz sədri, sovxoz 
direktoru, yaxud da ki, bir müəssisənin rəhbəri səyini, fikrini o yerə 
verir ki, oradan daha da çox, demək ümumi işin irəli getməsi üçün 
xeyir gəlir. Kənd təsərrüfatını irəli aparmaq üçün pambıqçılığı, 
üzümçülüyü, tərəvəzçiliyi inkişaf etdirməkdə  fərqlənən, təşəbbüs 
göstərən, başqa rayonları irəli aparmaq üçün təsir göstərən rayonlar 
öz yüksək göstəriciləri ilə bizim onlara daha yaxın olmağımızı 
məcbur edir. Ancaq sizin rayon əvvəlki illərdə geri qalırdı. Ümumi 
fikir vardı ki, bu rayonda nə var ki, ora gedəsən? Təsərrüfat 
sahəsində geriliyinizdən savayı bizim 


80  
 
23 
 
prinsiplərimizə zidd olan hərəkətlər, oğurluq, əyrilik, rüşvətxorluq, 
cürbəcür pis hərəkətlər də burada vardı. Ona görə də bunlar həmişə 
mənim buraya gəlmək arzuma müəyyən qədər mane olurdu. Ancaq 
o vaxtdan ki, sizin rayon yüksəliş yoluna çıxdı, o vaxtdan ki, sizin 
rayon ilbəil addımlarını genişləndirdi, o vaxtdan ki, siz tədrici 
olaraq qabaqcıllar cərgəsinə çıxmaq yoluna düşdünüz, onda mənim 
də sizin rayona gəlmək arzum get-gedə artdı (Alqışlar). 
Onuncu beşilliyi yaxşı başa vurduğunuza görə, onuncu 
beşillikdə yaxşı nailiyyətlər əldə etdiyinizə görə, mən sizin rayona 
gəldim və bu gəlişimə görə, bu görüşlərimə görə, çox şadam 
(Sürəkli alqışlar). 
Ancaq onu qeyd etmək istəyirəm ki, bu müddətdə Azərbaycan 
Kommunist Partiyası Mərkəzi Komitəsi, onun bürosu, o cümlədən 
mən də  həmişə sizin rayonun işləri ilə maraqlanmışıq. Rayonun 
bütün məsələlərinə diqqətlə yanaşmışıq. Sizin rayonun 
iqtisadiyyatının inkişafı üçün, sosial problemlərin həlli üçün çox 
böyük tədbirlər görmüşük. Bunlardan bir neçəsini Aslanov yoldaş 
qısaca da olsa dedi. Sizin rayonun bir neçə təşəbbüsü Azərbaycan 
KP MK-nın qərarı ilə bəyənilmiş və respublikada yayılması barədə 
göstəriş verilmişdir. Sizin rayonun əsrlərdən bəri həll olunmayan 
əsas məsələlərindən biri yol çəkilişi məsələsi idi. Girdiman çayının 
üstündə körpü salınması barədə iki il bundan qabaq qərar qəbul 
olunmuş, bu işin sürətləndirilməsi tapşırılmışdır. Mən bu gün orada 
işin gedişi ilə tanış oldum. Körpü avqust ayında tikilib istifadəyə 
veriləcək. Bakıdan Şamaxıya, Şamaxıdan sizin rayona, ondan sonra 
Qutqaşen rayonuna çəkilən, rayon üçün ümumiyyətlə, 
respublikanın bu zonası üçün çox böyük əhəmiyyətə malik bu 
yolun çəkilməsi  


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə