Microsoft Word M. Suleymanov doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə4/43
tarix08.07.2018
ölçüsü2,17 Mb.
#53925
1   2   3   4   5   6   7   8   9   ...   43

80  
 
14 
 
bağlarında, taxıl zəmilərində - kənd təsərrüfatının bütün 
sahələrində respublikanın zəhmət adamları, kolxozçular, sovxoz 
fəhlələri gərgin iş aparır və 1981 -ci ilin yüksək öhdəliklərinin 
layiqincə yerinə yetirilməsi üçün canla-başla çalışırlar.  İlin 
əvvəlindən respublikamızda çox iş görülüb. Planların və 
öhdəliklərin artıqlaması ilə yerinə yetirilməsi üçün yaxşı  təməl 
qoyulub. Ancaq kənd təsərrüfatı sahəsində bizim bütün 
müvəffəqiyyətlərimiz və onun müqəddəratı yayın bu günlərində və 
qarşımızda olan müddətdə  həll olunur. Ona görə  də  İsmayıllı 
rayonunun partiya-təsərrüfat fəallarının yığıncağının məhz bu vaxt 
keçirilməsi, mən belə güman edirəm ki, həm indiyə  qədər  əldə 
olunan nailiyyətlərə yekun vuracaq, həm də bundan sonra görüləsi 
işlərə  təkan verib, daha da yaxşı çalışmaq üçün lazımi  əsas 
yaradacaq. 
Bir sözlə, yoldaşlar, respublikamızda on birinci beşilliyin birinci 
ili müvəffəqiyyətlə başlanmışdır. Və bildiyiniz kimi, bu 
müvəffəqiyyətlərin böyük əsası vardır. Bu əsas da ondan ibarətdir 
ki, respublikamız doqquzuncu, onuncu beşilliklər dövründə yüksək 
sürətlə irəliləmiş  və böyük müvəffəqiyyətlər  əldə etmişlər. 
Respublikamızın bu müddətdə əldə etdiyi böyük müvəffəqiyyətlər 
sizə məlumdur. 
Bildiyiniz kimi, biz 1980-ci ilin aprel ayında ölkəmizin bütün 
qardaş xalqları ilə birlikdə Sovet Azərbaycanının 50 illik yubileyini 
bayram etdik. Altmış ildən artıq bizim qədim Azərbaycan 
torpağında Sovet hakimiyyəti bərqərar olmuşdur. Və bu müddətdə 
Azərbaycan xalqı, respublikanın bütün zəhmətkeşləri böyük yol 
keçmiş, böyük nailiyyətlər  əldə etmişlər. Ancaq təəssüf ki, 
müəyyən mərhələdə bizim respublikada işlər zəif getmiş  və 
respublikamız get-gedə geriyə qalmışdır. Doqquzuncu, onuncu  


80  
 
15 
 
beşilliklərdə biz artıq bu geriliyə son qoymuşuq və respublikamız 
indi irəlidə gedən respublikalar cərgəsində, ümumittifaq 
miqyasında sosialist yarışında qabaqcıllar cərgəsindədir 
(Gurultulu, sürəkli alqışiar). 
Kənd təsərrüfatı sahəsində doqquzuncu-onuncu beşilliklərdə 
çox böyük nailiyyətlər əldə olunmuş və bu müvəffəqiyyətlər bizim 
hamımızı sevindirir, ruhlandırır. Respublikanın və xalqımızın 
nüfüzu get-gedə artır,  şan-şöhrəti həm ümumittifaq miqyasında, 
həm də dünya miqyasında daim yayılmaqdadır. Bütün bu əldə 
olunan nailiyyətlər partiya və hökumət tərəfindən yüksək dərəcədə 
qiymətləndirilmişdir. İndi biz hamımız artıq böyük iftixar hissi ilə 
dönə-dönə  təkrar edirik ki, respublikamız on bir ildir ki, 
Ümumittifaq sosializm yarışının qalibləri cərgəsində durur və on 
bir ildir ki, dalbadal ölkənin Qırmızı bayrağını almağa nail olur 
(Gurlutulu, sürəkli alqışlar). 
Azərbaycanın hər bir vətəndaşının, hər bir zəhmət adamının 
ürəyi qürur hissi ilədoludur. Ona görəki onuncu beşilliyin 
yekununa görə, bizim respublikamız ümumittifaq miqyasında  ən 
yüksək göstəricilər  əldə etmiş  və müttəfiq respublikalar arasında 
birinci olaraq onuncu beşilliyin planlarını 4 il 2 ay yarım 
müddətində yerinə yetirmiş  və böyük əmək qəhrəmanlığına görə 
bizim respublikamız ölkədə yeganə olaraq Lenin ordeni ilə  təltif 
olunmuşdur (Sürəkli alqışlar). 
Yoldaşlar, bütün bu nailiyyətlər  şübhəsiz ki, asanlıqla  əldə 
olunmamış, 70-ci illər Azərbaycan Respublikasının partiya təşkilatı 
üçün, Azərbaycan zəhmətkeşləri üçün böyük mübarizə illəri olmuş, 
böyük zəfər illəri olmuş  və  gərgin mübarizə ilbəil, dalbadal bizi 
pillədən-pilləyə qaldırmışdır. Bizim ən böyük nailiyyətimiz ondan 
ibarətdir ki, respublikamızın bütün guşələrində  


80  
 
16 
 
və bütün sahələrində sağlam  əhval-ruhiyyə, siyasi-mənəvi iqlim 
yaranmış  və  ədalət, düzlük, təmizlik Azərbaycan partiya 
təşkilatının işində tam bərqərar olmuş, hər bir zəhmət adamı üçün 
hər bir əmək kollektivi üçün, yaxşı  işləmək, özünü göstərmək, 
irəlidə gedənlər sırasına çıxmaq üçün şərait yaranmışdır. Bu 
şəraitdə respublikanın zəhmət adamları - fəhlələr, kəndlilər, 
ziyalılar böyük təşəbbüslərdə bulunaraq öz yaradıcılıq  şücaətini 
artırmağa nail ola bilmişlər və bunların hamısının nəticəsində 
respublikamız ümumiyyətlə, böyük nailiyyətlər əldə etmişdir. Bax, 
belə bir şəraitdə yaxşı  işləmək istəyən adam, hökumətin, xalqın, 
Vətənin qarşısında sədaqət göstərmək istəyən kollektiv həmişə 
şübhəsiz ki, məqsədinə nail ola bilmişdir. Bunu sizin rayonun 
timsalında da biz yaxşı görürük. 
Sizin rayon bildiyiniz kimi, respublikamızın  ərazisində  təbiət 
etibarı ilə, iqlim etibarı ilə, torpaq etibarı ilə gözəl guşələrdən 
biridir və böyük tarixə, böyük ənənələrə malik olan bir rayondur. 
İsmayıllı rayonunun tarixi sizə yaxşı  məlumdur.  Əsrlərdən-əsrlərə 
keçmiş tarixi abidələr, arxitektura abidələri, həm Lahıc, həm 
Basqal kəndlərinin timsalında, bütün sizin rayonun ərazisində olan 
başqa tarixi abidələrin timsalında özünü göstərir. Sizin rayondan 
qabaqcıl, mütəfəkkir adamlar, partiya, dövlət xadimləri, irəliyə 
çıxmış Sovet hakimiyyəti dövründə  əmək qəhrəmanları, Vətən 
müharibəsində qəhrəmanlıq göstərən adamlar əvvəl də, indi də az 
olmamışdır. Elə bu gün burada, sizin bu fəallar yığıncağında 
həmyerliniz, Böyük Vətən müharibəsinin qəhrəmanı, Sovet İttifaqı 
Qəhrəmanı Bəhyəddin Mirzəyev iştirak edir. 
Respublikanın bir neçə qabaqcıl inşaatçısı  və Sosialist Əməyi 
Qəhrəmanı adına layiq olmuş inşaatçıları da sizin 
həmyerlilərinizdir,  


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə