Mikro iqtisadi tənzimləmə



Yüklə 12,45 Kb.
tarix16.11.2017
ölçüsü12,45 Kb.

Mikro iqtisadi tənzimləmə

Bazar iqtisadiyyatının əsas subyekti olan firma (müəsisə) özünün işgüzar fəaliyyətində digər iqtisadi subyektlərlə müəyyən iqtisadi və dillər əlaqələrə girir. Bu əlaqələr özünə lazım olan istehsal vasitələri və xidmətləri satın aldıqda, öz məhsullarını reallaşdırdıqda və s. yaranır. Cəmiyyət inkişaf etdikcə, istehsalın miqyası genişləndikcə bu əlaqələr çoxalır və mürəkkəbləşir. Belə bir şəraitdə firmanın bazarda davranışı mikroiqtisadi tənzimləmə mexanizmi vasitəsilə həyata keçirilir. Bu mexanizm istər firma daxilində, istərsə də firma ilə digər firmalar, dövlət və əmək kollektivi arasında yaranan əmək, əmlak və digər münasibətləri tənzimləyən təşkilati, iqtisadi və hüquqi normaları özündə əks etdirir.

Mikroiqtisadi tənzimləmə dedikdə, firma kollektivinin fəaliyyətinin qarşıya qoyulan məqsədə çatmaq istiqamətinə yönəldilməsi nəzərdə tutulur. Bu məqsədlə, əsasən məcburetmə və iqtisadi həvəsləndirmə prinsipindən istifadə olunur. Müxtəlif iqtisadi sistemlərdə həmin prinsiplərdən bu və ya digərinə daha çox üstünlük verilir. Məsələn, inzibati-amirlik sistemində məcburetməyə üstünlük verildiyi halda, bazar sistemində iqtisadi həvəsləndirməyə daha çox üstünlük verilir. İnzibati-amirlik sistemində təsərrüfatçılıq münasibətlərinin təşkili mərkəzləşdirilmiş qaydada həyata keçirildiyi halda, bazar sistemində qeyri-mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

Real həyatda tətbiq olunan bu prinsiplər bir tərəfdən iqtisadi azadlığın genişlənməsinə, digər tərəfdən isə onun dövlət tərəfindən məhdudlaşdırılmasına səbəb olur. Bazar sistemində firmanın fəaliyyətini bazar tənzimləyir, bazarın fəaliyyətini isə müəyyən vasitələrlə dövlət tənzimləyir. Bu o deməkdir ki, firmanın fəaliyyətinə dövlətin müdaxiləsi minimum həddə olur. Dövlət yalnız firma öz məqsədlərindən çox kənarlaşdığı halda onun fəaliyyətinə müdaxilə edir. Bu müdaxilə yalnız dövlətin mənafeləri deyil firmalarında mənafelərinə.

Beləliklə, mikroiqtisadi tənzimləmə mexanizmi vasitəsilə yalnız dövlətlə firmalar arası və firma daxili iqtisadi münasibətlər deyil, ictimai istehsalın məqsədi də reallaşmış olur. Bu reallaşma nəticəsində bir tərəfdən firma öz məqsədinə çatır, maksimum mənfəət əldə edir, digər tərəfdən isə əhalinin tələbatları ödənilir, onların rifahı yüksəlir, əhalinin tələbatları ödənilir, onların rifahı yüksəlir.

Firmanın (öz məqsədinə)-yüksək mənfəət əldə etmək məqsədinə çatmaq üçün, onun davranışının cari və uzunmüddətli iqtisadi siyasətini fərqləndirmək lazımdır. Cari dövrdə firmanın seçim azadlığı çox məhduddu. Belə ki, onun fəaliyyəti əvvəllər bağlanmış müqavilələr və digər öhdəliklərlə, investisiya və innovasiya üzrə qəbul edilmiş qərarlarla məhdudlaşır. Digər tərəfdən, firmanın istehsal imkanları onun malik olduğu istehsal gücləri, avadanlıqlar və texnologiya ilə məhdudlaşır.

Uzummüddətli dövrdə isə firma öz fəaliyyətinin müxtəlif sahələri üzrə yeni qərarlar qəbul edə bilər. Bu dövrdə firmadaxili tənzimləmə, əsasən, firma üçün yüksək mənfəət təmin edən tədbirləri əhatə edir. Bu tədbirlər firma fəaliyyətinin səmərəli olmasını təmin edən şəraitin yaradılmasına yönəldilir.

Firmanın fəaliyyət strateqiyası təsərrüfat-iqtisadi, inzibati, hüquqi və mənəvi-psixoloji vasitələri özündə birləşdirir. Firmanın stateqiyası iqtisadi kateqoriya kimi resursların (əmək, kapital, material məsrəfləri və s.) idarə olunması kimi də nəzərdən keçirilir. Tədqiqatçıların fikrincə, istehsal həcminin iki dəfə artması, məhsul vahidinə xərclərin 20% azalmasına səbəb olur. Bu nəzəriyyəyə görə, istehsalın həcmini artırmaqla firmanın bazarda çəkişinin artması yüksək gəlirin əldə edilməsinə və firmanın rəqabət qabiliyyətinin artmasına səbəb olur. Bundan başqa, son hədd faydalılığı, son hədd xərcləri, tələb və təklif və başqa nəzəri baxışlara əsaslanan firma strateqiyalarına da rast gəlmək mümkündür. Bunlardan bu və ya digərindən istifadə edilməsi, konkret şəraitdən və menecerin elmi dünyagörünüşündən asılı olur.



Firma strateqiyasının üç növü fərqləndirilir: portfel, işgüzar və funksional. Portfel strateqiyası müəyyən bir sahibkara məxsus müxtəlif təsərrüfat bölmələrini əhatə edir ki, bunlar şirkətlər qrupunu (şirkət, konsern, konqlamerat və s.) əmələ gətirir. Portfel strateqiyası şirkətin səmərəli fəaliyyəti və gələcək inkişafı üçün zəruri olan tədbirlər sistemini əhatə edir. İşguzar strateqiya isə firmaya yüksək rentabellik təmin edən tədbirlər kompleksini əhatə edir. Bu məqsəd, yəni yüksək rentabellik, firmaya daxil olan müxtəlif təsərrüfat bölmələrinin fəaliyyətlərinin əlaqələndirilməsi vasitəsilə təmin olunur. Funksional strateqiya isə təsərrüfat bölməsinin müxtəlif şöbələrinin fəaliyyətini əks etdirir.

Hər bir firma öz məqsədini və imkanlarını nəzərə alaraq, strateqiyanın müxtəlif variantlarını seçir. Bunlardan ən asanı və az risklisi-məhdud artım variantıdır. Bu variantı, adətən, öz vəziyyəti ilə kifyatlənən firma seçir. Bu zaman artım strateqiyası “əldə olunan səviyyədən” başlanır. Mülayim artım da nisbətən çox seçilən variantıdır. Bu zaman əmtəələrin çesidi genişləndirilir, şirkətlərin qovuşması baş verir. Artım əvvəlki dövrə nisbətən sürətli olur. Firmanın alternativ strateji tiplərindən biri də “azalma” strateqiyasıdır. Bu zaman firmanın məqsədi əvvəlki dövrə nisbətən aşağı müəyyən olunur. Firmanın tam ləğv olunması və ya onun müəyyən bölmələrindən azad olunması (ləğv olunması və ya satılması) zamanı straqteqiyanın bu növündən istifadə olunur. Bu növ daha çox iqtisadi aktivliyin azalması dövründə və ya firmanın bütün göstəricilərinin pisləşdiyi şəraitdə tətbiq olunur. Real həyata alternativ strateji variantların hər üçündən də eyni zamanda istifadə oluna bilər. Məsələn, müəyyən bir məhsul istehsalının artması zamanı, digər məhsul istehsalı azaldıla bilər.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə