Microsoft Word M. Suleymanov doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə14/43
tarix08.07.2018
ölçüsü2,17 Mb.
#53925
1   ...   10   11   12   13   14   15   16   17   ...   43

80  
 
48 
 
Yoldaşlar, siz bilirsiniz ki, respublikanın partiya təşkilatı 
Sov.İKP XXVI qurultayının və Azərbaycan Kommunist Partiyası 
XXX qurultayının qərarlarını yerinə yetirmək üçün böyük 
təşkilatçılıq işi və ideoloji iş aparır. Öz praktikanızdan sizə yaxşı 
məlumdur ki, on birinci beşilliyin birinci ilinin planlarını  və 
sosialist öhdəliklərini yerinə yetirmək uğrunda tarlalarda və 
fermalarda necə  gərgin mübarizə gedir. Yazda və yayın 
əvvəllərində havaların əlverişsiz keçməsi, sizin rayona da toxunan 
təbii fəlakətlər bu mübarizəni mürəkkəbləşdirmişdir. 
Respublikamızın  əməkçiləri sağ olsunlar ki, çətinlikləri mərdliklə 
qarşılamış  və aradan qaldırmışlar. Son illər toplanmış  təcrübə  və 
əldə edilən ustalıqlar öz bəhrələrini vermişdir. Taxıl zəmilərində, 
pambıq tarlalarında, üzümlüklərdə, bostanlarda və bağlarda, 
fermalarda və yaylaqlarda işlər keçən ildəkindən daha sürətlə gedir. 
Biz əsla şübhə etmirik ki, Azərbaycan kəndinin əməkçiləri verilən 
vədə əməl edəcək və 1981-ci il əkinçilik və heyvandarlığın bütün 
sahələrində  ən yüksək göstəricilər ilinə çevirəcəklər  (Gurultulu, 
sürəkli alqışlar). 
Əlbəttə, müəyyən edilən zirvələrə çatmaq üçün gərək bütün 
işlərin sürəti və keyfiyyəti hər vasitə ilə gücləndirilsin, ehtiyat 
mənbələrindən bacarıqla istifadə edilsin, nöqsanlar dərhal aradan 
qaldırılsın. 
Bununla  əlaqədar olaraq mən, bu gün təntənəli münasibətlə 
toplaşmış olsaq da, sizin təsərrüfatınızın istifadə edilməyən bəzi 
imkanları haqqında danışmaya bilmərəm.  Ən  əvvəl, bu, naxırda 
doğar mal-qaranın xüsusi çəkisinin aşağı olmasına aiddir. 1980-ci 
ildə bu xüsusi çəki cəmi 27 faiz olmuşdur. Zənnimcə, belə göstərici 
sizin kolxoza yaraşmaz və təsərrüfatın heyvandarları yaxın illərdə 
inəklərin xüsusi çəkisini 35-37 faizə çatdırmaq  


80  
 
49 
 
üçün ciddi işləməlidirlər. Siz bunun öhdəsindən gələ bilərsiniz 
(Gurultulu alqışlar)
Siz sürünün və naxırın törədilib artırılmasını yaxşılaşdırmaq 
üçün də çox iş görməlisiniz. Keçən il hər yüz doğar heyvandan 
cəmi 88 buzov və 95 quzu alınmışdır. Bu da yaxşı yem bazası və 
maddi-texniki bazası olan, mütəxəssislərlə kifayət qədər təmin 
edilən təsərrüfatınızın imkanlarından aşağıdır. 
Kolxoz inəklərin məhsuldarlığının xeyli yüksəlməsinə nail 
olmuşdur. 1970-1980-ci illər  ərzində  təsərrüfatda orta süd sağımı 
2.020 kiloqramdan 3.817 kiloqrama çatmışdır. Lakin təsərrüfatda 
olan cins mal-qaranın genetik potensialından heç də tamamilə 
istifadə edilmir. Buna görə də bizim ümid etməyə haqqımız vardır 
ki, hər inəkdən 5.000-5.500 kiloqram süd sağan ayrı-ayrı 
qabaqcılların rekord göstəriciləri yaxın illərdə kolxozun bütün 
heyvandarlarına müyəssər olacaqdır (Gurultulu alqışlar). 
Kalinin adına kolxoz respublikada qabaqcıl kolxozlardan biridir. 
Lakin birincilər cərgəsində olmaq nəinki  şərəflidir, həm də çox 
məsuliyyətlidir. Öz mövqelərini saxlamaq üçün daimi axtarış, 
yaradıcı  gərgin  əmək, işin nəticələrinə  hər kəsin dərin maraq 
göstərməsi tələb olunur. Əziz yoldaşlar, icazə verin, əmin 
olduğumu bildirim ki, Kalinin adına kolxozun əməkçiləri bundan 
sonra da sosializm yarışının önündə gedəcək, 1981-ci ili və bütün 
on birinci beşilliyi yeni əmək tələbləri ilə başa çatdıracaqlar. 
(Gurultulu, sürəkli alqışlar). 
İndi isə yoldaşlar, izin verin, şərəfli tapşırığı yerinə yetirib 
kolxoza yüksək dövlət mükafatını  təqdim edim (Gurultulu 
alqışlar). 
 


80  
 
50 
 
AZƏRBAYCAN SSR-in İSMAYILLI 
RAYONUNDAKI KALİNİN ADINA KOLXOZUN 
QIRMIZI ƏMƏK BAYRAĞI ORDENİ İLƏ TƏLTİF EDİLMƏSİ 
HAQQINDA SSRİ ALİ SOVETİ RƏYASƏT HEYƏTİNİN 
FƏRMANI 
 
Əkinçilik və heyvandarlıq raəhsulları istehsalına və dövlətə 
satışına dair onuncu beşillik planların yerinə yetirilməsində 
qazandığı müvəffəqiyyətlərə görə Azərbaycan SSR-in İsmayıllı 
rayonundakı Kalinin adına kolxoz Qırmızı  Əmək Bayrağı ordeni 
ilə təltif edilsin. 
 
SSRİ ALİ Soveti Rəyasət heyətinin sədri 
L.BREJNEV 
SSRİ ALİ Soveti Rəyasət heyətinin katibi 
M.GEORQADZE. 
 
(H.Ə.Əliyev yoldaş uzun müddət arası kəsilməyən gurultulu 
alqışlar altında ordeni kolxozun bayrağına sancdı). 
Əziz dostlar, Vətənin yüksək mükafatı münasibətilə sizi bir 
daha səmimi-qəlbdən təbrik edirəm. (Gurultulu, sürəkli alqışlar). 
Sizə cansağlığı,  şəxsi səadət, böyük Vətənimizin rifahı naminə 
əməkdə böyük müvəffəqiyyətiər arzulayıram. (Uzun müddət arası 
kəsilməyən gurultulu alqışlar. Hamı ayağa qalxır). 
Kolxozun kollektivi adından onun sədri, Sosialist Əməyi 
Qəhrəmanı N.V.Nikitin çıxış etdi. O dedi: Bu gün torpağımıza 
böyük və fərəhli bayram gəlmişdir. Kalinin adına kolxoza Vətənin 
yüksək mükafatı - Qırmızı Əmək Bayrağı ordeni təqdim edilmişdir. 
Əməyimizin yüksək qiymətləndirilməsinə görə, icazə verin, 
təsərrüfatın idarə heyəti partiya, həmkarlar ittifaqı, komsomol 


80  
 
51 
 
təşkilatları, bütün əməkçiləri adından Sov.İKP Mərkəzi 
Komitəsinə, MK-nın Siyasi Bürosuna dərin minnətdarlığımızı 
bildirim. 
Nikitin yoldaş axırda dedi: Vətənin fəxri mükafatı, bizə 
göstərilən yüksək etimad Kalinin adına kolxozun kollektivini yeni 
əmək müvəffəqiyyətlərinə ruhlandırır. Biz on birinci beşilliyin 
birinci ilinin və bütün beşilliyin planlarını və sosialist öhdəliklərini 
vaxtından  əvvəl yerinə yetirməyə, partiyanın aqrar siyasətinin 
həyata keçirilməsinə layiqincə kömək etməyə, Sov.İKP XXVI 
qurultayının tarixi qərarlarını şərəflə yerinə yetirməyə söz veririk. 
Yığıncaqda adlı-sanlı sağıcı Anastasiya Minnikova, tarlaçılıq 
briqadasının briqadiri Nikolay Lebedev, mexanizator Nikolay 
Akimov, gənc kolxozçu Svetlana Minnikova həyəcanla çıxış 
etdilər. Onlar kənd təsərrüfatı istehsalının daha da yüksəlişi üçün, 
yeni nailiyyətlər qazanmaq üçün hər bir kolxozçunun, bütün əmək 
kollektivinin yüksək məsuliyyət daşıdıqlarından danışdılar. 
Natiqlər dedilər ki, mükafata, Kommunist Partiyasının və Sovet 
hökumətinin qayğısına cavab olaraq Kalinin adına kolxozun 
əməkçiləri daha yaxşı, daha məhsuldar işləmək, partiyanın əzəmətli 
göstərişlərini şərəflə yerinə yetirmək əzmindədirlər. 
V.İ.Lenin adına sovxozun direktoru Mahirə  Vəliyeva təltif 
olunanları səmimi sözlərlə təbrik etdi. 
Yığıncaqda Azərbaycan KP MK katibi İ.Ə.Məmmədov iştirak 
etmişdir. 
Yığıncağın iştirakçıları üçün Azərbaycan incəsənət ustalarının 
iştirakı ilə konsert verilmişdir. 
 
"Zəhmətkeş " qəzeti,  
28 iyul 1981. 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə