Microsoft Word M. Suleymanov doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə13/43
tarix08.07.2018
ölçüsü2,17 Mb.
#53925
1   ...   9   10   11   12   13   14   15   16   ...   43

80  
 
45 
 
Böyük Vətən müharibəsinin iştirakçısı, Lenin ordenli, gənclərin 
hami tərbiyəçisi Qriqori Voropayevin briqadası daim respublika 
taxılçıları yarışının liderləri sırasında olur (Gurultulu alqışlar). 
Keçən il bu briqada hər hektardan 51,3 sentner taxıl götürmüşdür, 
indi isə 53 sentner məhsul uğrunda mübarizə aparır. Biz əminik ki, 
bu zirvə də fəth ediləcəkdir (Gurultulu alqışlar). Rəşadətli əməyə 
görə Oktyabr İnqilabı ordeni ilə  təltif elilən sağıcı Anastasiya 
Minnikova Azərbaycanda yaxşı tanınır  (Gurultulu alqışlar). 
Keçən il o, hər inəkdən 5063 kiloqram süd sağmışdır (Alqışlar). 
Briqadirlər Pavel Kazakov, Qriqori Dubrovin, Timofey 
Kozlovstsev, sağıcılar Qalina Kazakova, Anna Buzlukina, 
maldarlar Mixail Fatayev, Nikolay Novosetsev, ferma müdirləri 
İvan Kazlovtsev, İvan Smorodin, nəslən mexanizatorlar 
Prokofyevlər və Akimovlar, qoyunçular Güləliyevlər və İsayevlər, 
inşaatçılar Panfyorovlar və başqaları  əla işləyirlər  (Gurultulu 
alqışlar). 
Qırmızı  Əmək Bayrağı ordeni ilə qeyd edilən diqqətəlayiq 
qələbə bütün kollektivin zərbəçi  əməyinin bəhrəsidir  (Gurultulu 
alqışlar). Vətənin bu gün kolxoza təqdim edilən yüksək mükafatı 
haqlı olaraq ivanovkalıların bütün nəsillərinə  məxsusdur. Biz 
kolxozun təməlini qoyanları, cəbhələrdə vuruşanları  və arxada 
çalışıb qələbə gününü yaxınlaşdıranları minnətdarlıqla xatırlayırıq. 
Biz kolxozçuların yeni nəsillərinə, öz ata və babalarının ənənələrini 
göz bəbəyi kimi qoruyub zənginləşdirən, kolxozun salnaməsinə 
yeni-yeni səhifələr yazan nəsillərinə  hədsiz dərəcədə minnətdarıq 
(Gurultulu alqışlar). Biz şübhə etmirik ki, siz böyük partiyamızın 
planlarını  həyata keçirmək uğrunda ümumxalq mübarizəsinin 
həmişə önündə gedəcəksiniz (Gurultulu alqışlar). 


80  
 
46 
 
Bu təntənəli gündə biz kolxozun inkişafında rayon partiya 
təşkilatının səmərəli rolunu xüsusi qeyd etmək istəyirik.  İsmayıllı 
Rayon Partiya Komitəsi təsərrüfatın idarə heyəti və partiya təşkilatı 
ilə daim işgüzar  əlaqə saxlayır, qarşıda duran vəzifələrin yerinə 
yetiriləmsində  və vaxtı çatmış problemlərin həllində onlara əməli 
yardım göstərir. Biz bu düzgün yolda rayon partiya komitəsinə yeni 
nailiyyətiər arzulayırıq. (Gurultulu alqışlar). 
Kalinin adına kolxoz çoxmillətli Azərbaycanın, onun partiya 
təşkilatının beynəlmiləl  ənənələrini təcəssüm etdirir. Bu ənənələr 
kolxozun və bütün İsmayıllı rayonunun əməkçilərinin işində parlaq 
ifadəsini tapır; burada bir çox xalqların nümayəndələri bir ailə kimi 
yaşayır və  işləyirlər  (Alqışlar). Müxtəlif millətlərdən olan 
adamların dostluq və qardaşlıq əlaqələrini möhkəmlətmək, onların 
sıralarını daha sıx birləşdirmək, kommunizm ideallarının təntənəsi 
uğrunda birgə mübarizəyə  səfərbərliyə almaq partiya təşkilatının 
müqəddəs borcudur (Gurultulu alqışlar). 
Yoldaşlar! Doqquzuncu və onuncu beşilliklərdə Kalinin adına 
kolxozun müvəffəqiyyətləri bütün respublikamızın kənd təsərrü-
fatının diqqətəlayiq nailiyyətlərinin tərkib hissəsidir. Partiyanın 
aqrar siyasətinin ardıcıl həyata keçirilməsi, yetkin sosializm 
mərhələsində Azərbaycan kənd təsərrüfatının dinamik inkişafına 
onun daimi qayğısı yetmişinci illərdə respublikada əkinçilik və 
heyvandarlığın  əsaslı yüksəlişini təmin etmişdir. On il ərzində 
Sov.İKP Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti respublikanın 
kənd təsərrüfatına dair üç fundamental qərar qəbul etmişlər, həm də 
axırıncı  qərar, "Azərbaycan SSR-də  kənd təsərrüfatı istehsalını 
daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı  


80  
 
47 
 
inkişaf etdirmək tədbirləri haqqında" 1979-cu il 22 fevral tarixli 
qərar uzun bir dövr üçün, əslində ta iki mininci ilədək fəaliyyət 
proqramımızı müəyyən etmişdir. Kalinin adına kolxozun Qırmızı 
Əmək Bayrağı ordeni ilə  təltif edilməsi respublikamızın kənd 
təsərrüfatı  əməkçilərinə partiya və hökumətin qayğısının yeni 
təzahürüdür (Gurultulu, sürəkli alqışlar). 
Azərbaycan kənd  əməkçiləri partiyaya, hökumətə, özlərinin 
hədsiz minnətdarlığını bütün göstəricilər üzrə planları  və sosialist 
öhdəliklərini hər il tamamilə  və artıqlaması ilə yerinə yetirməklə 
ifadə edirlər (Gurultulu alqışlar). 
Yoldaşlar, icazə verin, bu fərəhli bayram günündə 
yığıncağımızın iştirakçıları, Azərbaycan kəndinin bütün əməkçiləri 
adından bir-daha Sov.İKP Mərkəzi Komitəsinə, MK Siyasi 
Bürosuna, Sovet hökumətinə, Azərbaycan üçün, onun xalqının 
tərəqqisi üçün qayğısına görə  səmimi minnətdarlığımızı bildirim. 
(Gurultulu, sürəkli, ardı-arası kəsilməyən alqışlar, hamı ayağa 
qalxır). 
Yoldaşlar, biz az iş görməmişik. Lakin qarşıda daha mürəkkəb 
və  məsul vəzifələr durur. Sov.İKP XXVI qurultayındakı 
məruzəsində L.İ.Brejnev yoldaş ərzaq proqramının əsası olan kənd 
təsərrüfatını daha da yüksəltmək və  ən  əvvəl  ət və başqa 
heyvandarlıq məhsulları istehsalını artırmaq lüzumunu xüsusi qeyd 
etmişdir ki, xalq təsərrüfatının başqa sahələrində olduğu kimi, kənd 
təsərrüfatı istehsalının da qarşısında duran başlıca problem 
səmərəliliyi və keyfiyyəti yüksəltmək problemidir. "Söhbət onun 
haqqında gedir ki, torpaqlardan, xüsusən melorasiya tədbirləri 
görülmüş torpaqlardan, maşınlardan, gübrələrdən, yemlərdən 
istifadə olunmasının səmərəliliyi qəti surətdə yüksəldilsin, bütün 
bitkilərin məhsuldarlığı artırılsın". 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə