Microsoft Word M. Suleymanov doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə12/43
tarix08.07.2018
ölçüsü2,17 Mb.
#53925
1   ...   8   9   10   11   12   13   14   15   ...   43

80  
 
41 
 
Məlum olduğu kimi, sizin kolxozunuz suvarılan  əkinçilik 
zonasına daxil deyildir. Lakin aqrotexnikanın bacarıqla tətbiq 
edilməsi, yüksək  əkinçilik mədəniyyəti sayəsində siz keçən il 
dəmyə  şəraitində  hər hektardan 48 sentner taxıl yığmısınız. Hər 
inəkdən süd sağımı 3.800 kiloqramdan çox olmuşdur, qabaqcıl 
sağıcılar isə daha çox - 5.000 - 5.500 kiloqram süd sağırlar. 
Yoldaşlar, yuxarıda göstərilən rəqəmlərə fikir versək, kolxozun 
dünənki fərəhsiz gündən bu günkü gözəl günə çox böyük sıçrayışı 
aydın olar (Gurultulu alqışlar). 
Şöhrəti respublikanın hüdudlarını çoxdan aşıb keçən Kalinin 
adına kolxoz indi ixtisaslaşdırma və aqrar-sənaye inteqrasiyası 
yoluna möhkəm qədəm qoymuş iri, mexanikləşdirilmiş, yüksək 
rentabelli təsərrüfatdır. Burada 91 traktor, 67 avtomaşın, 32 
kombayn, çoxlu başqa kənd təsərrüfatı texnikası vardır. Bu, yaxın 
keçmişdə bütün rayonunuzun malik olduğu texnikadan artıqdır. 
Onuncu beşillik  ərzində istehsalın rentabelliyi doqquzuncu 
beşillikdəkinə nisbətən 16 faiz artmiş  və 1980-ci ildə 47,8 faizə 
çatmışdır. Bu, respublikamızda  ən yüksək göstəricilərdən biridir. 
(Gurultulu alqışlar). Kənd təsərrüfatının ümumi məhsulu keçən il 
5 milyon 100 min manatlıqdan çox olmuş, xalis mənfəət 2 milyon 
455 min manat təşkil etmişdir. Yaxşı nəticələrdir yoldaşlar! 
Təsərrüfatın gəlirinin artması ilə birlikdə kolxozçuların maddi 
rifahı da yüksəkdir. Son on il ərzində onların orta aylıq qazancı 
ikiqat artmış  və 1980-ci ildə 217 manat, mexanizatorların və 
heyvandarların qazancı isə 300 manat və daha çox olmuşdur. 
Beləliklə, başlıca vəzifə müvəffəqiyyətlə yerinə yetirilir - sovet 
adamının rifahı, durmadan yüksəlir. Fərəhlidir ki, idarə heyəti,  


80  
 
42 
 
partiya təşkilatı, kənd Soveti kəndinizin sosial problemlərinin həlli 
üçün kolxozun yüksək gəlirindən düzgün istifadə edirlər. Bu gün 
gördüklərimiz çox mühüm bir nəticə  çıxarmağa imkan verir: 
İvanovkada həyat  şəraiti gözəldir,  şəhərin həyat  şəraitinə inamla 
yaxınlaşır. Şəhərlə kənd arasında fərqlər işdə, praktikada bax, belə 
silinir. (Gurultulu alqışlar). 
Sizin kəndiniz  şəhərtipli iri qəsəbədir. Onun geniş asfalt, yaşıl 
küçələrində orijinal layihələr üzrə tikilmiş  səliqə-sahmanlı evlər 
cərgə ilə düzülmüşdür. Bizə deyildiyinə görə, indi onların sayı 
1.150-dir. Bu evlərin hamısına elektrik işığı, qaz və radio 
çəkilmişdir. Hər evdə televizor, soyuducu, yaxşı mebel vardır.  
200-ə  qədər kolxozçu minik avtomaşınının sahibidir. İvanovkada 
200 nömrəlik avtomat telefon stansiyası  işləyir, məktəb, stadion, 
mehmanxana, xəstəxana, məişət evi, univermaq, yeməkxana vardır, 
700 nəfərlik tamaşa salonu olan gözəl mədəniyyət sarayı, habelə 
ticarət mərkəzi, uşaq kombinatı tikilir. Yoldaşlar, sizin hər şeyiniz 
vardır  (Gurultulu alqışlar). Kəndlilər evdə çörək bişirmək 
qayğısından azaddırlar - kəndin öz çörək zavodu vardır və 
deməliyəm ki, çox ləzzətli çörək bişirir. Biz bu gün onun dadına 
baxa bildik (Gurultulu alqışlar). 
Kolxoz idarə heyəti təsərrüfat obyektlərinin, inzibati və mədəni-
məişət öbyektlərinin tikilməsi, kəndin abadlaşdırılması üçün çoxlu 
vəsait, ayrı-ayrı illərdə 700 min manata qədər pul ayırmaqla 
düzgün hərəkət edir. Bu iş isə nəzərdən qaçmamışdır. 1979-cu ildə 
kolxoza SSRİ XTNS-nin qızıl medalı verilmişdir  (Gurultulu 
alqışlar). 
Onu da deməmək olmaz ki, tikintinin müvəffəqiyyətləri 
kolxozun öz tikinti materialları istehsalı bazasına  əsaslanır. 
Kolxozda asfalt-beton zavodu, kərpic və ağac emalı sexləri işləyir, 


80  
 
43 
 
mişarlama dəzgahları vardır. Beləliklə, başqa kəndlərdə tikintini 
məhdudlaşdıran bir çox məsələlər  İvanovkada çoxdan həll 
edilmişdir. 
Kolxozun coşğun iqtisadi və sosial-mədəni yüksəlişi kənd 
həyatına münasibətdə  əsaslı  dəyişikliklərə  səbəb olmuşdur. Gizli 
deyildir ki, əllinci-altmışıncı illərdə İvanovkadan təqribən 600 ailə 
köçüb Azərbaycanın və digər respublikaların müxtəlif  şəhərlərinə 
getmişdir. Yaxın vaxtlaradək gənclərin də çox hissəsi  şəhərə can 
atırdı. Fərəhlidir ki, vəziyyət dəyişilmişdir. Hər şeydən əvvəl, qeyd 
etmək istəyirəm ki, indi istehsalın müxtəlif sahələrində orta 
məktəbi son illərdə bitirmiş 250-dən çox adam işləyir. Bu il 35 
gənc və ya məzunların yarısı kolxoza daxil olmaq haqqında  ərizə 
vermişdir. Onlara attestatla birlikdə kolxoz əmək kitabçaları da 
təqdim edilmişdir. Doğma diyarı  tərk edənlərin də bir çoxu geri 
qayıdır. Bu da yaxşıdır ki, kolxoz öz vəsaiti ilə ev tikir və onları 
möhlətlə öz üzvlərinə, birinci növbədə gənc ailələrə satır. 
Ağıllı  təsərrüfatçı sabahkı günə qayğı göstərməsi ilə  fərqlənir. 
İndi kolxozun tarla və fermalarında 100 mütəxəssis çalışır. Lakin 
gələcək haqqında düşünən kolxoz ali və orta ixtisas məktəblərində 
təhsil almaq üçün 150-dən çox oğlan və qız göndərmişdir. Kolxoz 
tədris kombinatında traktorçular, kombaynçılar,  şoferlər, digər 
kütləvi peşə kadrları hazırlanır. 
Kalinin adına kolxoz nəinki Azərbaycanda kolxoz hərəkatının 
veteranlarından biridir, həm də  kənd təsərrüfatı  əməkçilərinin 
sosializm yarışının önündə gedir. Ötən on il ərzində kolxoz altı 
dəfə Sov.İKP MK-nın, SSRI Nazirlər Sovetinin, ÜİHİMŞ-in və 
UİLKGİ MK-nın Qırmızı bayrağı ilə və bir dəfə respublika Qırmızı 
bayrağı ilə təltif edilmişdir (Gurultulu alqışlar). 


80  
 
44 
 
Deyilənlərə yekun vurarkən, hər  şeydən  əvvəl kolxozun 
müvəffəqiyyətlərinin qazanılmasında onun idarə heyətinin və 
partiya təşkilatının böyük rolunu qeyd etmək istərdim. Onların 
ahəngdar işi və birgə  fəaliyyəti, həmişə başlıca istiqaməti seçmək 
və bununla birlikdə xırda şeyləri də unutmamaq bacarığı, təsərrüfat 
vəzifələrinin və siyasi vəzifələrin yerinə yetirilməsinin düzgün 
əlaqələndirilməsi kolxozun və bütün kəndin ardıcıl kompleks 
inkişafına imkan yaradır. 
Hamımızın dərin hörmət bəslədiyi Nikolay Vasiliyeviç 
Nikitinin fəaliyyəti  ən yüksək qiymətə layiqdir (Gurultulu 
alqışlar). 28 ildir ki, o, sizin koxozunuzun sədridir. Bütün bu illər 
ərzində yorulmaq bilmədən, bacarıqla, təşəbbüskarlıqla çalışır. 
Respublika onu öz təsərrüfatının, respublikanın bütün kolxozlarının 
təkcə bu gününü deyil, gələcəyini də düşünən bacarıqlı  rəhbər və 
təşkilatçı kimi tanıyır. Kalinin adına kolxozda bir çox yeni və 
faydalı təşəbbüslər meydana gəlmiş və Azərbaycanda yayılmışdır. 
Təsadüfi deyildir ki, sabah burada biz yemçiliyin və heyvandarlığın 
inkişaf etdirilməsi sahəsində sizin kolxozunuzun iş  təcrübəsinin 
öyrənilməsinə dair respublika seminar-müşavirəsi keçirəcəyik. 
Nikolay Vasiliyeviç Nikitin Sosialist Əməyi Qəhrəmanı, 
Azərbaycan KP MK üzvü, Azərbaycan SSR Ali Sovetinin deputatı 
və  rəyasət heyətinin üzvüdür. Partiya və hökumət qarşısında, 
xalqımız qarşısında onun böyük xidmətləri belə qeyd edilmişdir 
(Gurultulu alqışlar). 
Əziz dostlar, sizin kollektivinizdə bir çox diqqətəlayiq adamlar 
işləyirlər. Rəşadətli  əməyə görə 130 adam Sovet İttifaqının orden 
və medalları ilə, o cümlədən 100 adam doqquzuncu və onuncu 
beşilliklərdə əldə edilən yüksək göstəricilərə görə təltif olunmuşdur 
(Gurultulu alqışlar). 
 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə