Microsoft Word M. Suleymanov doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə10/43
tarix08.07.2018
ölçüsü2,17 Mb.
#53925
1   ...   6   7   8   9   10   11   12   13   ...   43

80  
 
33 
 
çoxmillətli respublikadır. Bizim respublikamız çox beynəlmiləl 
ənənəli respublikadır və bu ənənələri biz daha da inkişaf etdiririk. 
Bunu biz özümüz üçün böyük və müqəddəs vəzifələrdən biri hesab 
edirik. Bu günkü şərait,  əldə etdiyiniz nailiyyətlər də beynəlmiləl 
tərbiyə sahəsində yüksək qiymətə layiqdir. Ancaq bu sahə daim 
diqqət tələb edir və ona görə  də rayon partiya təşkilatı bu işlərlə 
daha da ciddi məşğul olmalıdır. 
Yoldaşlar, bir sözlə, sizin qarşınızda çox böyük vəzifələr var. 
On birinci beşillikdə sizdən daha yüksək nəticələr gözləyirik. 
Bu yaxınlarda sizin rayonda təbii fəlakət nəticəsində bir çox 
təsərrüfatlara zərər dəymişdir. Bilirsiniz ki, o günlərdə dərhal sizin 
rayona kömək göstərdik, rayonda vəziyyəti aşkar etmək üçün, 
əməli kömək göstərmək üçün xüsusi komissiya təşkil olundu. Bu 
sahədə xeyli iş görülüb və bundan sonra da görüləcək və  qısa 
müddətdə sizin rayonun iqtisadiyyatına vurulan zərərin hamısı 
aradan qaldırılacaqdır. Siz bilməlisiniz ki, bu il güclü yağışların 
yağması, sellərin  şiddətlənməsi, dolu düşməsi, başqa təbii 
fəlakətlər nəticəsində respublikanın bir çox rayonlarında kənd 
təsərrüfatına ziyanlar dəymişdir. Bu barədə  mərkəzi televiziya 
xəbər vermiş  və  Ağdam rayonunda daşan seli, dağıntını 
göstərmişdir. L.İ.Brejnev yoldaş mərkəzi televiziyanın bu verilişinə 
baxıb bizim respublikada olan hadisələrdən dərhal narahat 
olmuşdur. Səhərisi günü Brejnev yoldaş  mənə  zəng edib dedi ki, 
olan vəziyyəti geniş danışım. Mən ona ətraflı  məlumat verdim. 
Brejnev yoldaş soruşdu ki, sizə  nə kömək etmək lazımdır? Mən 
yoldaş Brejnevə çatdırdım ki, biz çətinliklərin öhdəsindən özümüz 
gələcəyik, bizim respublikaya təbii fəlakət nəticəsində vurulan 
zərəri özümüz aradan qaldıracağıq. 
 


80  
 
34 
 
...Mən, Brejnev yoldaşa söz verdim ki, bütün çətinliklərə 
baxmayaraq, Azərbaycan Respublikasının zəhmətkeşləri və 
xüsusən kənd zəhmətkeşləri bu il yeni böyük rekord nailiyyətlər 
əldə etmək uğrunda mübarizə aparırlar və biz bütün bu çətinlikləri 
aradan qaldırıb kənd təsərrüfatının bütün sahəsində yeni zirvələrə 
qalxacağıq (Sürəkli alqışlar). 
Mən gördüm ki, sizin rayona təbii fəlakət daha çox ziyan verib. 
Bütün bu çətinliklərin aradan qaldırılması üçün böyük iş 
görmüsünüz, fədakarcasına çalışmısınız, böyük səy edirsiniz və bu 
mənə bir daha əsas verir deyim ki, Brejnev yoldaşa dediyim sözlər 
tam həqiqətdir və  əsaslıdır. Biz verdiyimiz vədi tam yerinə 
yetirəcəyik. Bütün vədlərin və öhdəliklərin yerinə yetirilməsi üçün 
biz bundan sonra gərək daim əzmlə çalışaq və  mən tam ümidvar 
olduğumu bildirmək istəyirəm ki, İsmayıllı rayonunun 
zəhmətkeşləri Azərbaycan respublikasının 1981-ci ildə üzərinə 
götürdüyü öhdəliklərin hamısının müvəffəqiyyətlə yerinə 
yetirilməsində bundan sonra daha da fədakarcasına çalışacaq və 
bütün  əməli işlərlə bu öhdəliklərin yerinə yetirilməsini təmin 
edəcəkdir (Sürəkli alqışlar). 
Yoldaşlar, mən bir daha sizin hamınıza yaxşı  işinizə görə öz 
razılığımı bildirirəm və arzu edirəm ki, bu günkü görüşümüz, bu 
günkü səmimi söhbətimiz  İsmayıllı rayonunun gələcək inkişafı 
üçün yaxşı əsas yarada bilsin və siz fədakarcasına işləməklə bütün 
məqsədlərinizə nail ola biləsiniz. Yəni  İsmayıllı rayonu 
respublikanın  ən qabaqcıl rayonları  cərgəsinə  çıxa bilsin (Uzun 
müddət arası  kəsilməyən gurultulu alqışlar, hamı ayağa 
qalxır). 
 
* * * 
İyulun 23-də rayon partiya-təsərrüfat fəallarının yığıncağı 
olmuşdur. 


80  
 
35 
 
Partiya-təsərrüfat fəallarının yığıncağı əkinçilik və heyvandarlıq 
sahəsində  işlərin gedişini və  kənd təsərrüfatı istehsalının daha da 
inkişaf etdirilməsinə dair Sov.İKP XXVI qurultayının tələbləri ilə 
əlaqədar olaraq rayon partiya təşkilatının vəzifələrini müzakirə 
etmişdir. 
Rayon partiya komitəsinin birinci katibi Q.Aslanov yoldaş 
fəallar yığıncağında kənd təsərrüfatı işlərinin gedişi barədə məruzə 
etmişdir. O göstərmişdir ki, rayonun kənd  əməkçiləri on birinci 
beşilliyin ilk ilini yüksək məhsuldarlıq ilinə çevirmək üçün var 
qüvvə ilə işləyirlər. 
Havaların 
əlverişsiz keçməsinə baxmayaraq taxılçılar 
yetişdirdikləri bol məhsulu itkisiz toplayırlar. Rayon üzrə  hər 
hektardan 40 sentner taxıl götürmək real vəzifəmiz hesab edilir. 
Q.Aslanov yoldaş dedi: 
- Son beş-altı ildə 10 min hektara yaxın üzümlük salmışıq. 
Proqram üzrə 1990-cı ildə 100 min ton üzüm istehsal etməliyik. 
Sov.İKP XXVI qurultayı şərəfinə bu səddə vaxtından beş il əvvəl - 
1985-ci ildə çatmağı öhdəmizə almışıq. Lakin imkanlarımızı bir 
daha nəzərdən keçirərək 1990-cı il səviyyəsinə 1984-cü ildə 
çatmağa söz veririk. Bu il dövlətə azı 45 min ton üzüm satacaq, 
təhvil verilən məhsulun şəkərliyində yenə respublikada birinci yerə 
çıxacağıq. 
Natiq qeyd etdi ki, yubiley beşilliyində heyvandarlıq məhsulları 
istehsalı da xeyli yüksəlmişdir.  İribuynuzlular təxminən beş min 
baş, davarlar 15 min baş, quşlar isə iki dəfəyə yaxın artmışdır. Hər 
inəkdən sağılan süd isə 600 kiloqramdan çox yüksəlib. Bütün 
bunlara baxmayaraq heyvandarlıq məhsullarının artımı  hələ  də 
qaneedici deyildir. Xüsusən naxırda inəklərin xüsusi çəkisi azdır. 
On birinci beşillikdə heyvandarlığın kəmiyyət  


80  
 
36 
 
və keyfiyyət göstəriciləri üzrə respublikada qabaqcıl yerə 
çıxacağıq. Beşilliyin sonunadək hər inəkdən sağılan südü 3000 
kiloqrama yaxınlaşdıracaq, təhvil verilən hər qaramalın diri 
çəkisini 450 kiloqrama çatdıracaq, digər heyvandarlıq məhsulları 
istehsalını daha da artıracağıq. 
Yem istehsalına diqqət getdikcə artır. Bu il şərti hesabla hər baş 
qaramala azı 30 sentner yem vahidinin toplanması  nəzərdə 
tutulmasına baxmayaraq, ümumiyyətlə, komplekslərin yanında 
mədəni otlaqların yaradılmasına və suvarmanın təşkil edilməsinə 
ciddi ehtiyac duyulur. 
Q.Aslanov yoldaş H.Ə.Əliyev yoldaşı və yığıncaq iştirakçılarını 
əmin etdi ki, rayonun kənd əməkçiləri 1981-ci ildə, bütövlükdə on 
birinci beşillikdə Vətəni həmişə rekord məhsulla sevindirəcəklər. 
"Sovet Azərbaycanının 40 illiyi" sovxozunun sağıcısı, Sosialist 
Əməyi Qəhrəmanı Gülüstan Həsənova, "Oktyabr" kolxozu partiya 
komitəsinin katibi Xalid Qəniyev aqrar-istehsal birliyinin baş 
direktoru Təvəkkül Ağayev, Kuybışev adına sovxozun üzümçüsü 
Səhər Məmmədova, rayon xalq maarif şöbəsinin müdiri Valeh 
Salehov çıxış etmişlər. Onlar öz çıxışlarında rayonumuza gəldiyi 
üçün H.Ə.Əliyev yoldaşa dərin razılıqlarını bildirdilər və dedilər 
ki, bu etimadı doğrultmaq üçün daha da yaxşı işləyəcəklər. 
Çıxış edənlər göstərmişlər ki, nailiyyətlərlə yanaşı, kənd 
təsərrüfatı istehsalının bir sıra sahələrində ciddi nöqsanlar da 
vardır, daxili ehtiyat mənbələrindən kifayət qədər səmərəli istifadə 
olunmur. Qabaqcıl təsərrüfatların göstəriciləri ilə "ortababların" 
göstəriciləri arasında fərq hələ  də böyükdür. Dağlarda yerləşən 
kəndlərdə işçi qüvvəsindən kifayət qədər səmərəli istifadə  


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə