Microsoft Word M. Suleymanov doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə11/43
tarix08.07.2018
ölçüsü2,17 Mb.
#53925
1   ...   7   8   9   10   11   12   13   14   ...   43

80  
 
37 
 
edilmir. Üzümlüklərin seyrəkliyi  əvvəlki kimi yenə  də çoxdur 
Seyrəklik ləng aradan qaldırılır. 
Fəallar tərəfindən səmimi qarşılanan Sov.İKP MK Siyasi bürosu 
üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi 
H.Ə.Əliyev yığıncaqda çıxış etmişdir. 
 
* * * 
Azərbaycan KP MK-nın katibi İ.Ə.Məmmədov, Azərbaycan 
KPMK-nın məsul işçiləri, respublikanın bir sıra nazirliklərin və 
komitələrin rəhbərləri yığıncaqda olmuşlar. 
 
"Zəhmətkeş" qəzeti,  
30.VII.1981. 


80  
 
38 
 
KALININ ADINA KOLXOZUN 
BAYRAĞINDA ORDEN 
 
İSMAYILLI. 24 iyul (Azərinforumun xüsusi müxbirlərindən). 
İldən-ilə rekord göstəricilər  əldə edən Kalinin adına kolxoz haqlı 
olaraq Azəbaycanın dağ  təsərrüfatlarının flaqmanı adlanır. 
Buradakı tarla və ferma ustaları layiqli nümunə, bacarıqlı 
təsərrüfatçılıq nümunəsi, torpaq ehtiyatlarından səmərəli istifadə 
etmək, istehsalı kimyalaşdırmaq və mexanikləşdirmək nümunəsi 
göstərirlər. 
Ötən beşillik milyoner kolxozun bioqrafiyasında xüsusilə 
mühüm mərhələ,  ən yüksək  əmək nailiyyətləri ilə  əlamətdar 
mərhələ olmuşdur.  Əkinçilik və heyvandarlıq məhsulları 
istehsalına və dövlətə satışına dair onuncu beşillik planlarının 
yerinə yetirilməsilə qazandığı müvəffəqiyyətlərə görə qabaqcıl 
təsərrüfat Qırmızı  Əmək Bayrağı ordeninə layiq görülmüşdür. 
Vətənin bu yüksək mükafatının təqdim edilməsi münasibətilə 
İvanovka kəndinin bayramsayağı  bəzədilən mədəniyyət evində 
kolxozçuların təntənəli yığıncağı oldu. 
Yığıncağı kolxoz partiya komitəsinin katibi V.P.Panin açdı. 
Salona toplaşanlar tərəfindən hərarətlə qarşılanan Sov.İKP MK 
Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci 
katibi H.Ə.Əliyevə söz verildi. 


80  
 
39 
 
H.Ə.ƏLİYEV YOLDAŞIN NİTQİ 
 
Əziz yoldaşlar! 
Sovet  İttifaqı ordenləri ilə qeyd edilən Azərbaycan kolxoz və 
sovxozlarının şanlı dəstəsinə yeni layiqli kollektiv daxil olmuşdur. 
Əkinçilik və heyvandarlıq məhsullarının istehsalına və dövlətə 
satışına dair onuncu beşillik planlarının yerinə yetirilməsində 
qazandığı müvəffəqiyyətlərə görə  İsmayıllı rayonunun Kalinin 
adına kolxozu Qırmızı  Əmək Bayrağı ordeni ilə  təltif edilmişdir. 
(Gurultulu, sürəkli alqışlar). 
Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti və Nazirlər Soveti 
adından sizi, əziz yoldaşlar, kolxozun bütün əməkçilərini yüksək 
dövlət mükafatı münasibətilə  hərarətlə  və  səmimi təbrik edirəm. 
(Gurultulu alqışlar).  Əziz kalininlilər, sizə cansağlığı  və 
xoşbəxtlik, partiyanın XXVI qurultayının tarixi qərarlarını  həyata 
keçirmək uğrunda mübarizədə yeni qələbələr və nailiyyətlər 
arzulayıram. (Gurultulu alqışlar). 
Qırmızı  Əmək Bayrağı ordeni sizin kolxozunuzun yarıməsrlik 
yolunun layiqli yekunudur. Bu yol Lenin kooperativ planının 
böyük müdrikliyinə  və  həyati qüvvəsinə  əyani sübutdur. 
Kollektivləşmənin ilk çağlarında, 1930-cu ilin fevralında yaradılan 
bu kolxoz 17 yoxsul təsərrüfatı birləşdirmişdi. Kol-kos basmış 
susuz torpaqlar haqqında məlumatı ancaq arxiv materiallarından 
öyrənmək olar. Kəndlinin  əsas istehsal aləti xış idi, taxıl məhsulu 
5-6 sentnerdən, hər inəkdən sağılan südün miqdarı isə 150-200 
kiloqramdan yuxarı qalxmırdı. O zaman adamların necə 
yaşadıqlarını, kəndin mədəniyyətdən nə  qədər uzaq olduğunu 
xatırlatmağa ehtiyac yoxdur, axı, kənd sakinlərinin  əksəriyyəti 
hətta oxuyub yazmağı da bacarmırdı. 
 


80  
 
40 
 
Bu gün biz İvanovka əhalisinin həyatı, əməyi və məişəti ilə tanış 
olduq. Biz müasir sovet kəndinin gözəl mənzərəsini gördük. 
Burada  əsl vətənpərvərlər, öz kolxozunun, öz rayonunun, bütün 
respublikamızın sərvətini və şöhrətini artırmağa yekdilliklə çalışan 
adamlar xoşbəxt, firavan və  mədəni həyat sürür və  işləyirlər. 
(Gurultulu, sürəkli alqışlar)
Kolxoz öz varlığı ərzində bir çox inkişaf mərhələləri keçmişdir. 
Lakin Azərbaycanın bütün kənd təsərrüfatının coşğun yüksəlişi ilə 
əlamətdar olan doqquzuncu və onuncu beşilliklər bu kolxozun 
tarixində ən yaxşı mərhələdir. Bütün respublika kimi bu kolxoz da 
yetmişinci illərdə bir-birinin ardınca yüksək zirvələri fəth etmiş və 
rekord göstəricilərə nail olmuşdur. On il ərzində təsərrüfatda taxıl 
istehsalı 1,7 dəfə,  ət istehsalı 2,2 dəfə, süd istehsalı 2,2 dəfə, 
yumurta istehsalı 2,2 dəfə, yun istehsalı 1,8 dəfə, üzüm istehsalı 3,1 
dəfə artmışdır. Dövlətə  əkinçilik və heyvandarlıq məhsulu satışı 
xeyli çoxalmışdır. Həm də xüsusi qeyd etmək istəyirik ki, bütün bu 
nailiyyətlər  əsasən intensiv amillər - kənd təsərrüfatı bitkilərinin, 
mal-qaranın və quşların məhsuldarlığının yüksəldilməsi hesabına 
əldə edilmişdir. 
Onuncu beşillikdə sizin əməyiniz ən xoş sözlərə layiqdir. Taxıl 
və üzüm istehsalı planı bir dəfə yarım, ət istehsalı planı 42 faiz, süd 
istehsaiı planı 9 faiz, yumurta istehsalı planı 12 faiz, yun istehsalı 
planı  təqribən 30 faiz artıqlaması ilə yerinə yetirilmişdir. 
Doqquzuncu beşillikdəkinə nisbətən orta illik taxıl istehsalı 10 min 
tondan 14 min tona, üzüm istehsalı 2.600 tondan, 4.600 tona, ət 
istehsalı 308 tondan 430 tona, süd istehsalı 1.600 tondan 2.200 
tona, yumurta istehsalı 572 mindən 707 minə çatmışdır. Kolxoz 
üzrə bütün tədarük planları xeyli artıqlaması ilə yerinə 
yetirilmişdir. 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə