Microsoft Word M. Suleymanov doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə8/43
tarix08.07.2018
ölçüsü2,17 Mb.
#53925
1   ...   4   5   6   7   8   9   10   11   ...   43

80  
 
27 
 
daha da artırmalısınız. Bunun üçün sizin böyük perspektiv 
planiarınız var. Buna nail olmaq üçün birinci növbədə siz gərək 
işinizdə mövcud olan nöqsanları aradan qaldırasınız. Nöqsanlar da 
ondan ibarətdir ki, sizin təsərrüfatların hamısı eyni səviyyədə 
işləmir. Qabaqcıl təsərrüfatlarla yanaşı geridə qalan 
təsərrüfatlarınız da çoxdur. Bu, sizin zəif cəhətinizdir. Sizdə 
Kalinin adına kolxozun taxılçılıq, üzümçülük, həm də heyvandarlıq 
sahəsində olan nailiyyətləri respublika miqyasında nümunədir və 
sizin özünüzün belə bir qabaqcıl təsərrüfatınız olduğu halda, siz 
niyə geridə qalan təsərrüfatların işi ilə gərək razılaşasınız? Əgər biz 
respublikamızın başqa təsərrüfatlarını bu səviyyəyə qaldırmaq 
istəyiriksə, siz öz rayonunuzda olan bu qabaqcıl təcrübədən gərək 
daha da səmərəli istifadə edəsiniz. Məsələn, sizin başqa 
kolxozlarınız da var. Bu gün Aslanov yoldaş mənə dedi ki, Nizami 
adına kolxoz və onun veteran sədri Mahmudov yoldaş Kalinin 
adına kolxozun sədri Nikitin yoldaşla bəhsləşir, onun ardınca gedir. 
Yaxşı  nailiyyətlər əldə edir. Bu da çox sevindiricidir. Məsələn, bu 
gün Xanlar adına sovxozda, "Rusiya" sovxozunda mən gördüm ki
qısa müddətdə heyvandarlıq və digər sahələrdə xeyli inkişaf 
olmuşdur. Bunlar hamısı onu göstərir ki, sizin rayonda geridə qalan 
təsərrüfatları    irəlidə olan təsərrüfatların səviyyəsinə qaldırmaq 
mümkündür. Və  mənə belə  gəlir ki, siz buna nail olmalısınız. 
Gülüstan Həsənova kimi sağıcılar sizdə  gərək az-az olmasın, 
yeganə olmasın. Başqa sağıcılar, məsələn, niyə Gülüstan kimi 
işləməsin?! Bax, ona görə  də siz gərək ehtiyat qüvvələrindən 
səmərəli istifadə edəsiniz. 
Sizin rayonda üzümçülük böyük sahədir. Bu gün siz belə elan 
etdiniz ki, 1984-cü ildə 100 min ton üzüm istehsal edəcəksiniz.  


80  
 
28 
 
Yaxşı, bəs 90-cı ildə nə qədər olacaq? 200 min ton, yoxsa daha 
çox? Sözüm odur ki, rayonda üzümçülüyün gələcək perspektivləri 
üzərində dərindən düşünmək lazımdır. Gələcəyin nailiyyətləri üçün 
siz gərək üzümçülükdə  də böyük səmərəliliyə nail olasınız. 
Şübhəsiz ki, sahələri müəyyən qədər genişləndirəcəksiniz. Ancaq 
mövcud olan sahələrdən gərək yaxşı istifadə edəsiniz. Rayon üzrə 
üzüm bağlarının seyrəkliyi 18 faizdir. Demək, sizin üzüm altında 
olan torpağın 18 faizi istifadə olunmur. Əgər 18 faizi istifadə 
eləsəniz, gör nə  qədər  əlavə  məhsul ala bilərsiniz.  İndi 18 faiz 
seyrəkliyə dözmək olmaz. Bunu tezliklə aradan qaldırmaq 
lazımdır. Üzüm sahələrinin məhsuldarlığı da eyni səviyyədə deyil. 
Əgər, qabaqcıl təsərrüfatlarda 140-150 sentner məhsul götürülürsə
başqa təsərrüfatlarda bu göstərici aşağıdır. Ancaq mənə belə  gəlir 
ki, siz nəinki hər hektardan 150-200 sentner üzüm götürməlisiniz, 
hər hektarın məhsuldarlı-ğını daha yüksəyə çatdıra bilərsiniz. Və 
bu məqsəd uğrunda da siz mübarizə aparmalısınız. Başqa 
sahələrdə, bitkiçilikdə, məsələn, meyvə istehsalı sahəsində  də siz 
gərək nöqsanları aradan qaldırasınız. (Kartof istehsalı, düzdü, bu 
sahələr sizdə cüzidir). Məsələn, cəmisi siz onuncu beşillikdə 1809 
ton meyvə  tədarük etmisiniz, 643 ton kartof tədarük etmisiniz. 
Ancaq planı yerinə yetirməmisiniz. Sizin planınız meyvə üzrə 
onuncu beşillikdə 2739 tondur ki, bunu da 68 faiz yerinə 
yetirmisiniz, kartof üzrə (istehsal) 1290 tondur, bunu 50 faiz yerinə 
yetirmisiz. Bu, əlbəttə, yaramaz. Əgərqabaqcıl rayon olmaq 
istəyirsinizsə, gərək bu nöqsanları aradan qaldırasınız. O ki qaldı 
heyvandarlıq sahəsinə, bu sahədə  də sizin hələ ki, nöqsanlarınız 
var.  Ən böyük nöqsan isə naxırda inəklərin xüsusi çəkisinin az 
olmasıdır. Bu göstərici 24,6 faizdir. Sizin kimi qabaqcıl 
heyvandarlıq rayonu gərək inəklərin naxırda xüsusi çəkisini ən azı 
32-34-35 
 


80  
 
29 
 
faizə çatdırsın. 24-25 faiz sizin üçün biabırçılıqdır, bu, respublika 
səviyyəsindən də aşağıdır. Respublikada bu rəqəm 26,4 faiz təşkil 
edir. Siz bu gün söz verdiniz ki, heyvandarlıq sahəsində  ən 
qabaqcıl rayon olacaqsınız. Bunu Aslanov yoldaş bu yaxınlarda 
respublikanın zona müşavirəsində  də demişdir. Artıq bu vəd 
respublikada səslənib, yayılıbdır, indi gərək sözünüzün arxasında 
durasınız. Bunun üçün də siz gərək  ən azı iribuynuzlu malın 
çəkisini 450 kiloqrama çatdırasınız. Mənə belə  gəlir ki, 450 
kiloqram da sizə imkan verməyəcək ki, birinci yerə çıxasınız. Elə 
bu beşillikdə 450 kiloqram mal təhvil verən rayonlar var. Söz 
verdiyiniz hər inəkdən sağılan südü 3000 kiloqrama çatdıra 
bilməyiniz də sizə birinci yerdə durmağa haqq verməyəcək. Çünki 
bizim Abşeron rayonu, Şəki rayonu, Şamaxı rayonu, Xaçmaz 
rayonu, bir neçə başqa rayonlar artıq belə  rəqəmlərə nail olublar. 
Ona görə də sizin heyvandarlıq sahəsində bu günlər elan etdiyiniz 
öhdəlikləri mən məmnuniyyətlə  qəbul edirəm, ancaq istəyirəm 
bildirəm ki, birinci yerdə durmaq istə-yirsinizsə, gərək bu 
nöqsanları aradan qaldırasınız və heyvandarlığın bütün sahələrini 
daha da səmərələşdirəsiniz. 
Bir məsələni də, sizin yadınıza salmaq istəyirəm. Rayonda kənd 
zəhmətkeşlərində, fərdi təsərrüfatlarda mal-qaranın sayı azdır. Bu 
da partiyanın bu günkü tələblərinə uyğun deyil. Bu işlə ciddi 
məşğul olmalısınız. Bilirsiniz ki, XXVI partiya qurultayında bu 
məsələyə çox ciddi fikir verilibdir və  hər bir kəndli evinin gərək 
mütləq mal-qarası olsun və mütləq inəyi olsun. Sizin rəqəmlər bu 
barədə ümumi respublika səviyyəsindən aşağıdır. Ona görə rayon 
partiya komitəsi, rayon icraiyyə komitəsi və  təsərrüfat rəhbərləri, 
kənd soveti sədrləri gərək bu işlə də ciddi məşgul olsunlar. 
Sizin rayon partiya təşkilatı qarşısında kənd təsərrüfatından  


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə