Microsoft Word M. Suleymanov doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə16/43
tarix08.07.2018
ölçüsü2,17 Mb.
#53925
1   ...   12   13   14   15   16   17   18   19   ...   43

80  
 
56 
 
hər yerdə  tətbiqi məsələsinə xüsusi fikir verilmişdir. Bunun 
sayəsində cins tərkibini sürətlə  təzələmək mümkündür. Başqa 
ehtiyat mənbələrindən bacarıqla istifadə olunması da 
heyvandarlığın inkişafında mühüm rol oynayır. Məsələn, orta pillə 
mütəxəssislərinin və  işçilərinin ixtisasının artırılmasına, texnikaya 
yaxşı  bələd olan kütləvi peşə  işçilərinin hazırlanmasına xüsusi 
diqqət yetirilməlidir. 
Bununla əlaqədar olaraq natiqlər Kalinin adına kolxozun zəngin 
təcrübəsinin tezliklə ümumiləşdirilməsi və yayılması  məsələsini 
qaldırmışlar. Həmin təcrübə ilə  təkcə  təsərrüfatların rəhbərləri və 
mütəxəssislər deyil, geniş partiya, sovet, komsomol fəalları, 
müvafiq nazirliklərin və baş idarələrin işçiləri tanış olmalıdılar. 
Seminarın iştirakçıları öz rayonlarında mövcud olan ciddi 
nöqsanlardan, istifadə edilməmiş imkanlardan danışmış, sahəyə 
zəif rəhbərlik edən, heyvandarların ehtiyaclarına və  tələbatına, 
mütərəqqi metodların tətbiq olunmasına kifayət qədər diqqət 
yetirməyən respublika Kənd Təsərrüfatı Nazirliyini, bir sıra 
təchizat təşkilatlarını, Baş Kolxoz-Sovxoz Tikintisi İdarəsini tənqid 
etmişlər. Onlar 70-ci illərdə respublika pambıqçılarının və 
üzümçülərinin istifadə etdikləri qabaqcıl  əmək metodlarının yem 
istehsalında tətbiqinin zəruri və  məqsədyönlü olduğunu qeyd 
etmişlər. Respublikanın yem bitkiləri  əkilmiş sahələrinin təqribən 
70 faizini təşkil edən suvarılan torpaqlarda həmin bitkinlərin 
məhsuldarlığı  əvvəlki kimi yenə da aşağıdır. Mütəxəssislərin bir 
qismi arasında belə bir fikir mövcuddur ki, guya respublikada 
heyvandarlığın gələcək inkişafı üçün yeni, iri torpaq sahələri tələb 
olunur. Qeyd olunmuşdur ki, bu fikir tamamilə əsassızdır. Kalinin 
adına kolxozun əməkçilərinin təcrübəsi buna  


80  
 
57 
 
bir daha inandırır. Onlar dəmyə sahələrdə  hər hektardan 50 
sentnerə  qədər yem vahidi əldə edirlər. Bu təsərrüfatın 
əməkçilərinin müvəffəqiyyəti sübut edir ki, hətta suvarılmayan 
torpaqlarda da qabaqcıl aqrotexnikadan bacarıqla istifadə etdikdə 
çox yüksək məhsul yetişdirmək mümkündür. 
Seminarda həmçinin respublika layihə  və tikinti-quraşdırma 
təşkilatlarının işindəki nöqsanlardan danışılmışdır. Onlar 
Azərbaycan  şəraitində özünü doğrultmayan heyvandarlıq 
obyektləri, gücü az olan yem istehsalı müəssisələri tikintisindən 
heç cür əl çəkmirlər. Məsələn, Baş Kolxoz-Sovxoz Tikintisi 
İdarəsinin fəaliyyətini yaxşılaşdırmaq üçün çox iş görülməlidir. 
Onun yerli idarələri heyvandarlıq obyektlərini ləng tikirlər, bu 
obyektlərin tikintisi üçün sahələri bəzən uğursuz seçirlər. 
Hər yerdə  kənd təsərrüfatı mütəxəssislərinə qarşı  tələbkarlığı, 
tapşırılmış  iş sahəsi üçün onların məsuliyyətini artırmaq lazımdır. 
Bununla əlaqədar olaraq qeyd edilmişdir ki, S.Ağamalı-oğlu adına 
Azərbaycan Kənd Təsərrüfatı  İnstitutu yanında daimi kurslarda 
rəhbər kadrların təhsilinin və hazırlığının təkmilləşdirilməsinin 
keyfiyyəti aşağıdır və günün tələblərinə hələ cavab vermir. Burada 
qabaqcıl təsərrüfatların təcrübəsi pis ümumiləşdirilir. 
Natiqlər demişlər ki, yaxın vaxtlarda respublikada yem bitki-
lərinin məhsuldarlığını xeyli yüksəltmək, pambıqçılıqda və 
üzümçülükdə istifadə olunan qabaqcıl aqrotexnikanı yem 
istehsalında da tətbiq etmək tələb olunur. 
Seminar iştirakçıları yekdilliklə bildirmişlər ki, heyvandarlığı və 
yem istehsalını sürətlə inkişaf etdirmək, kənd təsərrüfatının bu 
mühüm sahələrində  hələ 1981-ci ildə  əsaslı dönüş yaratmaq üçün 
bütün imkanlar vardır. Onlar əmin etmişlər ki, Azərbaycanın  


80  
 
58 
 
Sov. İKP XXVI qurultayının qərarlarını, var qüvvələrini on birinci 
beşilliyin birinci ilində heyvandarlıqda və yem istehsalında rekord 
nəticələr qazanılması üçün səfərbərliyə alacaqlar. 
Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan 
KP MK-nın birinci katibi H.Ə.Əliyev yoldaş öz çıxışında seminar 
müşavirəyə yekun vurmuşdur. 
Respublika seminar-müşavirəsinin işində Azərbaycan KP MK 
bürosunun üzvləri, Azərbaycan SSR Nazirlər Sovetinin sədri 
H.N.Seyidov, Azərbaycan KP MK katibi İ.Ə.Məmmədov, 
Azərbaycan KP MK bürosu üzvlüyünə namizədlər, Dağlıq Qarabağ 
Vilayət Partiya Komitəsinin birinci katibi B.S.Gevorkov və 
Azərbaycan LKGİ MK-nın birinci katibi C.M.Müslümzadə 
Azərbaycan KP Mərkəzi Komitəsinin 
şöbə müdirləri 
V.M.Quluzadə və Ə.F.Daşdəmirov iştirak etmişlər (Azərinform). 
 
"Kommunist" qəzeti,  
29 iyul 1981. 


80  
 
59 
 
H.Ə.ƏLİYEV YOLDAŞIN ÇIXIŞI 
 
Respublika seminar-müşavirəsinə yekun vurarkən on birinci 
beşillikdə  və bütün gələcək dövr ərzində Sov.İKP XXVI 
qurultayının tələblərinə, uyğun olaraq heyvandarlıq və yem 
istehsalı sahəsində görəcəyimiz işlərin çox böyük əhəmiyyətini bir 
daha xatırlatmaq istəyirəm. Hamımız bu gün heyvandarlıq kənddə 
zərbəçi cəbhədir - sözlərini yüksək məsuliyyət hissi ilə 
qarşılamışıq. 
Baş katib sovet kommunistləri məclisindəki məruzəsində, 
özünün sonrakı 
çıxışlarında ölkəmizdə heyvandarlığın 
vəziyyətindən narahat olduğunu bildirərək kənd təsərrüfatının bu 
mühüm sahəsində  işləri kökündən yaxşılaşdırmaq zərurəti 
haqqında müddəanı inkişaf etdirmiş, müvəffəqiyyət qazanmaq 
üçün görüləsi işlərin konkret yollarını göstərmişdir. Bununla 
əlaqədar olaraq onun belə bir göstərişinin prinsipial əhəmiyyəti 
vardır ki, on birinci beşillik heyvandarlıq üçün möhkəm yem bazası 
yaratmaq beşilliyi olmalıdır. Yoldaşlar, bizim ən birinci vəzifəmiz 
elə  səmərəli tədbirlər görməkdir ki, bunlar heyvandarlığı  və yem 
istehsalını daha da yüksəltmək haqqında Sov. İKP XXVI 
qurultayının qərarlarını respublikamızda tamamilə  həyata 
keçirməyə imkan versin. 
Sizə mulumdur ki, Azərbaycan Kommunist Partiyasının XXX 
qurultayında biz doqquzuncu və onuncu beşilliklərdə respublikada 
heyvandarlıq və yem istehsalı sahəsində görülən işləri ətraflı təhlil 
etmiş, nöqsanları  kəskin tənqid etmiş, bu sahələrdə mövcud olan 
bütün problemlərin həll edilməsi yollarını müəyyənləşdirmişik.  


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə