Microsoft Word M. Suleymanov doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə17/43
tarix08.07.2018
ölçüsü2,17 Mb.
#53925
1   ...   13   14   15   16   17   18   19   20   ...   43

80  
 
60 
 
Lakin partiyanın XXVI qurultayının qərarları ilə əlaqədar olaraq bu 
sahədə bütün işimizi yüksəltmək üçün əlavə  tədbirlər hazırlayıb 
həyata keçirmək lazım gəldi. 
Bu məqsədlə Azərbaycan KP MK bürosu bir sıra əməli tədbirlər 
gördü. Kənd təsərrüfatı istehsalını, o cümlədən heyvandarlığı  və 
yem istehsalını daha da inkişaf etdirmək məsələləri bu il martın  
17-də Sov.İKP XXVI qurultayının yekunlarına həsr olunmuş 
respublika partiya fəalları  yığıncağında  ətraflı  nəzərdən keçirildi. 
Bu məsələlər mayın 15-də keçirilən və XXVI qurultayın qərarlarını 
yerinə yetirmək sahəsində  təşkilat-siyasi tədbirləri müzakirə edən 
Azərbaycan KP MK plenumu iclasına və  kənd təsərrüfatına dair 
respublika partiya-təsərrüfat fəalları yığıncağına çıxarıldı. 
Əliyev yoldaş daha sonra demişdir: Heyvandarlıq və yem is-
tehsalı sahəsində yetmişinci illərdəki fəaliyyətimizin yekunlarından 
danışarkən qeyd etməliyik ki, bu dövrdə biz xeyli irəliləmiş və az 
müvəffəqiyyət qazanmamışıq. Doqquzuncu və onuncu beşilliklərin 
bütün illərində respublika heyvandarlıq məhsulları istehsalı  və 
tədarükü planları ardıcıl surətdə yerinə yetirilmişdir. Biz 1980-81-
ci ildə mal-qaranın qışlaması sahəsində  və yeni beşilliyin birinci 
ilinin altı ayının yekunları üzrə yaxşı göstəricilər  əldə etmişik. 
Əvvəllər də deyildiyi kimi, bunlar ölkədə ən yaxşı göstəricilərdən 
biridir. 
Lakin  əldə edilmiş  nəticələr bizi hələ razı salmır, respublika 
partiya təşkilatımızın rəyi belədir. Bu rəy ona əsaslanır ki, 
heyvandarlıq məhsulları istehsalının və tədarükünün artım sürətinin 
yüksək olması ilə  bərabər, mal-qaranm məhsuldarlığı sahəsində 
Azərbaycanın göstəriciləri orta ittifaq səviyyəsindən geri qalır, 
respublikanın böyük imkanlarından hələ heç də tamamilə istifadə  


80  
 
61 
 
edilmir. Bir sözlə, biz indiyədək kiçik addımlarla irəliləmişik. 
Yoldaşlar, heyvandarlığın və yem istehsalının  əsaslı yüksəlişinə 
nail olmaq lazımdır və bu gün biz buna tamamilə hazırıq. Buna 
görə  də indi vəzifə elə  tədbirlər həyata keçirməkdir ki, onlar bizə 
heyvandarlıq və yem istehsalı sahəsində  əsaslı dönüş yaratmaq 
imkanı versin. Azərbaycan Kommunist Partiyasının baş  xətti 
belədir və onu sözsüz həyata keçirmək lazımdır. 
Başqa bir cəhət. Son vaxtlar respublikada əkinçiliyin bütün 
sahələri sürətlə inkişaf edir. Yetmişinci illərdə pambıq, üzüm, 
tərəvəz, meyvə, tütün istehsalı yüksək səviyyəyə çatdırılmışdır. 
Taxılçılıqda da müvəffəqiyyət az deyildir. Nailiyyətləri obyektiv 
qiymətləndirərək qeyd etmək lazımdır ki, heyvandarlığın və yem 
istehsalının inkişaf sürəti bitkiçiliyin inkişaf sürətindən xeyli geri 
qalır. Bu da istifadə edilməmiş böyük imkanlar olduğunu göstərir. 
O adamlar ki, 50-ci və 60-cı illərdə Azərbaycanda pambıqçılığın 
perspektivsizliyindən danışırdılar, yüksək məhsuldarlığa nail 
olmağı və bol pambıq yetişdirməyi mümkün saymırdılar, onlar indi 
yəqin etmişlər ki, şəkk-şübhələri və  kəmetiqadlıqla çıxardıqları 
nəticələr nə qədər səhv, hətta respublikamız üçün nə qədər zərərli 
idi. Yetmişinci illərin  əvvəllərində az adam inanırdı ki, biz qısa 
müddətdə üzümçülükdə böyük sıçrayışa nail ola bilərik. Kəhrəba 
salxımlar istehsalının inkişafında Azərbaycan kommunistlərinin, 
bütün Azərbaycan zəhmətkeşlərinin təcrübəsi və müvəffəqiyyətləri 
indi təkcə respublikamızda yox, həm də bütün ölkədə yüksək 
qiymət almış və şöhrət qazanmışdır. Səbəb nədir ki, biz keçmişdə 
son dərəcə  bərbad vəziyyətdə olan bu sahələrdə çox böyük 
müvəffəqiyyətlər qazanmışıq, vaxtilə bitkiçilikdən daha çox geri 
qalan heyvandarlıqda isə lazımi  


80  
 
62 
 
dönüş yarada bilməmişik? Səbəb aydındır, biz bu barədə dəfələrlə 
danışmışıq, lakin mən bir daha xatırlatmaq istəyirəm. Səbəb budur 
ki, biz heyvandarlıq və yem istehsalı problemlərinə respublikanın 
hər yerində, aşağıdan-yuxarıyadək  əsl maraq göstərilməsinə nail 
olmamışıq. 
Əgər biz indi həqiqətən də düzgün yola düşmüşüksə  və 
həqiqətən bu mühüm sahələrin  əsaslı yüksəlişini təmin etmək 
istəyiriksə bu işə  ən yüksək məsuliyyətlə  və  ən böyük diqqətlə 
yanaşmalıyıq. Bu isə,  əlbəttə, bizim qüvvəmiz və imkanlarımız 
daxilindədir. 
Yoldaşlar, üzümüzə  gələn dövr üçün, bütün on birinci beşillik 
üçün vəzifə belədir. Bunu əsas götürərək, Azərbaycan KP Mərkəzi 
Komitəsi bu ilin dördüncü kvartalında heyvandarlıq və yem 
istehsalı  məsələləri üzrə MK-nın xüsusi plenumunu keçirməyi 
nəzərdə tutur. Heyvandarlığı inkişaf etdirmək işində bu plenumun 
dönüş  mərhələsi olması üçün ona çox ciddi və  hərtərəfli 
hazırlaşmaq lazımdır. Elə hazırlaşmaq ki, plenum kənd təsərrüfatı 
istehsalının bu çox mühüm sahələrində fəaliyyətimizin nəinki əsas 
istiqamətlərini müəyyən etsin, həm də heyvandarlığın və yem 
istehsalının  əsaslı yüksəlişi üçün konkret tədbirləri nəzərdən 
keçirsin və təsdiq etsin. 
Şəxsən mən vəzifəmizi belə  təsəvvür edirəm. Azərbaycan KP 
MK bürosunun üzvləri də bu fikrə  şərikdirlər. Buna görə  də biz 
plenuma hazırlaşmaq üçün respublikada geniş miqyaslı  iş 
aparmalıyıq, bu işin gedişində hər bir təsərrüfatda, hər bir fermada 
həll edilməli məsələlərin hamısı müzakirə olunmalı  və götür-qoy 
edilməlidir. Həmin işə geniş əməkçi kütlələri, heyvandarlıq və yem 
istehsalı mütəxəssisləri, alimlər, partiya, sovet, təsərrüfat işçiləri 
cəlb olunmalıdırlar.  Bir sözlə, plenuma konkret  


80  
 
63 
 
və müfəssəl təkliflərlə gəlmək üçün biz son zamanlar respublikada 
toplanmış bütün təcrübəni və biliyi səfərbərliyə almalıyıq. 
Əliyev yoldaş qeyd etmişdir ki, plenuma hazırlıq kompleksində 
biz bu seminar-müşavirəni də keçirməyi qərara almışdıq. Etiraf 
edim ki, bu barədə çoxdan düşünürdük. Özü də bax belə bir 
səpkidə düşünürdük. Bir tərəfdən, bu tədbiri elə  təşkil etmək 
lazımdır ki, yaxşı  əməli fayda, lazımi səmərə versin, formal 
xarakter daşımasın. Digər tərəfdən isə istəyirdik ki, heyvandarlığın 
və yem istehsalının inkişafı sahəsində Kalinin adına kolxozun 
zəngin təcrübəsi respublikanın bütün ferma əməkçiləri arasında 
yayılsın. Azərbaycan KP Mərkəzi Komitəsi bu qabaqcıl 
təsərrüfatın işinin nəticələrini digər kolxozlara və sovxozlara 
dəfələrlə nümunə göstərmişdi. Respublika partiya-təsərrüfat 
fəallarının bu yaxınlarda keçirilən yığıncaqlarda Nikitin yoldaş 
çıxış edərək kolxoz heyvandarlarının diqqətəlayiq işləri haqqında 
yenidən danışdı, bir sıra tənqidi mülahizələr söylədi və qiymətli 
təkliflər irəli sürdü. Respublika seminar-müşavirəsini məhz burada 
İvanovka kəndində keçirmək haqqında qəti qərara da elə o zaman 
gəldik. Azərbaycan KP MK buna tərəf dar çıxdı  və indi burada 
müvəffəqiyyətlə həyata keçirdiyimiz xüsusi qərar qəbul etdi. 
İvanovkaya toplaşmış bütün seminar-müşavirə  iştirakçıları 
görülmüş işlərdən, zənnimcə, son dərəcə razıdırlar, mənə elə gəlir 
ki, qarşıya qoyduğumuz məqsədə çatmışıq. Biz yaxşı bir tədbir 
hazırlayıb həyata keçirməyə müvəffəq olmuşuq,  ən başlıcası isə 
tədbirimiz işgüzarlıq, qarşılıqlı anlaşma, yaradıcılıq və demokratiya 
şəraitində keçmişdir. Biz gün ərzində aktual məsələləri və 
problemləri  ətraflı müzakirə etmişik və seminar-müşavirənin 
yekunlarından ümumən razı ola bilərik. 
 
 
 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə