Microsoft Word M. Suleymanov doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə39/43
tarix08.07.2018
ölçüsü2,17 Mb.
#53925
1   ...   35   36   37   38   39   40   41   42   43

80  
 
142 
 
 
Heydər  Əliyev cənablarının dəfələrlə  İsmayıllı rayonuna gəlməsi 
camaatımızın böyük sevinc və bayramına çevrilmişdir. Hörmətli 
prezidentimiz hər gəlişi ilə silinməz izlər, qiymətli yadigarlar 
qoymuşdur. 
Odur ki, o dahi rəhbər böyük xidmətilə rayon sakinlərinin qəlbində 
daim qalacaqdır. Onun çox sevdiyi xalq isə yaxşılığı unutmur. 
Xaçmazlı  Nəcimə Babayevanın bir şerində deyildiyi kimi hamımız 
istəyirik ki: 
 
Torpağıma nur saçıb, dünyanı 
ram edənə,  
Prezidentlər səfində 
ön cərgədə gedənə,  
Haqq yolunda bayraqdar, haqqa 
səcdə edənə, 
Ürəyi gün, qəlbi dan 
Heydərə səs verək!  
Bizə töhfə Tanrıdan 
ər Heydərə səs verək! 
 
Malik BAĞIROV,  
təqaüdçü. 
 


80  
 
143 
 
 
AĞSAQQAL SÖZÜ 
 
Veteranlar fəhlə işinə sədaqəti vətənin hər  
bir yeni nəslinə ürəkdən-ürəyə keçən tellərlə 
            ötürürlər. 
 
HEYDƏR ƏLİYEV 
 
"El atası" mahnısı övladların ürəyinə yatdığı kimi, ağsaqqalların da 
çox xoşuna gəlir. Heydər  Əliyev cənablarına həsr olunan bu mahnı 
dünyanın nadir şəxsiyyətinin gözəl keyfiyyətini ifadə etməklə yanaşı 
varisliyə  və el ağsaqqallarına hörməti ülviləşdirir. Belə ata haqqında 
dahilərin deyimlərini yada salır və çox mühüm tərbiyəvi rol oynayır. 
Böyük alman filosofu F.İ.Herbart (1776-1841) sanki ürək sözlərini 
cənab Heydər  Əliyev kimi müdrik ataya, dünya ağsaqqalına 
ünvanlayıb: "Bir ata yüz müəllimdən üstündür".  İsmayıllı rayonunun 
dar günündə  də, xoşbəxt anlarında da qayğısını  əsirgəməyən Heydər 
Əliyev bizim ağsaqqalların ağsaqqalıdır. Ona görə  də  hər bir 
məclisimizdə onun göstərişləri, tövsiyə  və  məsləhətləri, müdrik 
kəlamları hamının diqqət mərkəzində olur. 
Respublikamızın dilbər guşələrindən biri olan İsmayıllı rayonu 
füsünkar  təbiəti,  sadə  və  zəhmətsevər insanları ilə  həmişə 
fərqlənmişdir. Bunu prezidentimiz çox gözəl bilir. Bilir ki
rayonumuzun iqtisadiyyatının  əsasını  kənd təsərrüfatı sahəsi təşkil 
edir.  Əhalinin  əsas məşğuliyyəti  əkinçilik və heyvandarlıq olduğu 
üçün son illər xüsusilə bu sahələr üzrə yüksək nailiyyətlər 
qazanılmışdır. 
 
  


80  
 
144 
 
 
Ümumiyyətlə, rayonumuzun iqtisadiyyatının inkişafı 1969-cu ildə 
möhtərəm prezidentimiz Heydər  Əliyev cənablarının respublikaya 
rəhbər seçildikdən sonrakı dövrə təsadüf edir. 
Onun respublikaya rəhbərlik etdiyi illər  ərzində rayonumuz bütün 
sahələr üzrə heç nə ilə  fərqlənməyən, geridə qalmış bir rayondan 
inkişaf etmiş, abad bir rayona çevrilmişdir. 
H.Əliyev cənablarının hər dəfə rayonumuza gəlişi, onun uzaqgörən 
siyasəti, ağsaqqal məsləhətləri, tapşırıqları rayonumuzun bütün sahələr 
üzrə inkişafına təkan vermişdir. 
H.Əliyev cənabları ilk dəfə rayonumuza 1981-ci ilin yayında 
gəlmişdi. o böyük insan müşavirəyə başlamazdan öncə rayonun 
ağsaqqalları, ziyalıları və kənd təsərrüfatı işçiləri ilə görüşdü, onların 
rayon haqqındakı  təklif və  nəsihətlərini dinlədikdən sonra müşavirə 
başladı. 
H.Əliyev cənabları respublikada olan vəziyyəti təhlil etdi, 
İvanovka kəndinin timsalında bütün respublikada görüləcək işlər üçün 
tapşırıqlar verdi. O, rayonumuzun inkişafı üçün də dəyərli məsləhətlər 
verdi, tikinti-abadlıq, yol çəkilişinin, üzümçülüyün, taxılçılığın, 
maldarlığın, quşçuluğun, bağçılığın və  tərəvəzçiliyin inkişaf 
etdirilməsinə diqqətin daha da artırılmasını tələb etdi. 
Dövlət rəhbərimizin bu tələbindən sonra rayonun rəhbərliyi xüsusi 
proqram hazırladı  və  işə başladı. Belə ki, bütün qoyun saxlanılan 
qışlaqlara su çəkildi, mədəni tipli qoyun yataqları  və çoban evləri 
tikilməklə bütün yataqlara elektrik xətti çəkildi və yataqların maşın 
yolları  təmir olundu, qoyunların cins tərkibinin və  məhsuldarlığının 
yaxşılaşdırılması üçün Rusiyanın qoyunçuluqla məşğul olan 
rayonlarından zərif yunlu törədici damazlıq qoçlar gətirildi və sürülər 
yaxşılaşdırıldı. 
Maldarlığı inkişaf etdirmək üçün mədəni tipli mexanikləşdirilmiş 
komplekslər tikilərək istifadəyə verildi. Cins mal-qara yetiş- 
 
  


80  
 
145 
 
 
dirmək məqsədilə Rusiyanın ayrı-ayrı bölgələrindən cins düyələr və 
buğalar alınıb gətirilərək, mal-qaranın cins tərkibi yaxşılaşdırıldı  və 
məhsuldarlığı artırıldı. 
Quşçuluğu inkişaf etdirmək üçün 50 min başlıq yumurta istehsal 
edən quşçuluq fabriki tikilib istifadəyə verildi. Bundan başqa qısa 
müddət  ərzində üzüm bağlarının hektarları 4-5 il ərzində artırılaraq 
rayondan dövlətə 60 min ton yüksək şəkərlilikdə üzüm satıldı. Xəlilli, 
Hacıhətəmli, Kürdmaşı, Ruşan, Qalıncaq, Quşəncə, Keyvəndi, 
Təzəkənd kəndlərində üzüm emalı zavodları, Qalıncaqda, Talıstanda 
və rayon mərkəzində  şirə emalı zavodları tikilərək istifadəyə verildi. 
Rayon əhalisinin ərzaq məhsullarına olan tələbatını ödəmək üçün taxıl 
istehsalı 60 min tona çatdırıldı və yeni dəyirmanlar tikildi. 
Yaşlı adamlar, hətta ağsaqqallar cənab Heydər Əliyev kimi müdrik 
ataya işarəylə böyük Nizaminin sözlərini gülə-gülə cavanlara 
xatırladırdılar: 
Oğul, sözlərimə yaxşı qulaq as - 
Ata nəsihəti faydasız olmaz. 
H.Əliyev cənablarının xüsusi tapşırığına  əsasən rayon əhalisinin 
həyat  şəraitini yaxşılaşdırmaq məqsədilə rayon mərkəzində  və 
kəndlərdə orta məktəb binaları, xəstəxanalar, doğum evləri, 
kitabxanalar, mədəniyyət evləri tikilərək xalqın istifadəsinə verildi. 
Yuxarıda göstərdiyim obyektlərin inşası məqsədilə rayonda səkkiz 
tikinti idarəsi və dörd asfalt bişirən zavod tikilib istifadəyə verildi. 
Bakı-Laqodexi yolunun İsmayıllı ərazisindən keçməşi və Girdiman 
çayının üstündə nəhəng körpünün salınması, İsmayıllı-Lahıc yolundan 
Girdiman çayının üstündə ikinci körpünün salınması bütün 
ismayıllıların güzəranının yaxşılaşmasına səbəb olmuşdur. 
  


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə