Microsoft Word M. Suleymanov doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə35/43
tarix08.07.2018
ölçüsü2,17 Mb.
#53925
1   ...   31   32   33   34   35   36   37   38   ...   43

80  
 
125 
 
lərin uçub-dağılmış köhnə daxmaları  əvəzinə dövlətin köməyi ilə 
yeni yaraşıqlı evlər tikildi, asfalt yollar, körpülər salındı. Rayonun 
ən kiçik dağ  kəndlərinə  də tikinti materialları göndərildi; maddi 
köməklik göstərildi. Yaşadığım doğma Talıstan kəndinə  də 
ikitərəfli asfalt yol çəkildi; yollar işıqlandırıldı, çoxlu yeni yaraşıqlı 
evlər tikildi. Kənd bu illərdə görkəmini demək olar ki, tamamilə 
dəyişdi, sakinlərin rifahı yaxşılaşdı, gəlirləri ilbəil artmağa başladı. 
Kəndimiz özünün gözəl təbiətinə uyğun yaraşıqlı, abad bir diyara 
çevrildi. Vaxtı ilə  kəndin təbiətini 'Talıstan" poemasında böyük 
ilhamla vəsf edən sevimli şairimiz Səməd Vurğunun arzuları yalnız 
Heydər  Əliyevin qayğısı  və  rəhbərliyi altında kəndin sədri Bilal 
Mahmudovun əlilə həyata keçirildi. S.Vurğun poemada yazırdı: 
 
Qolunu çırmasın igid oğullar, 
    Dağılsın bu daşlı, kəsəkli yollar, 
        Çəpərlər aradan bir-bir sökülsün, 
   Palçıqlı yollara çınqıl tökülsün, 
      Talıstan yolları düzəlsin dümdüz, 
       Burda seçilməsin gecəylə gündüz, 
     Axşam elektrik lampalar yansın, 
                          Onun işığına quşlar oyansın. 
 
1981-ci ildə  İsmayıllının dadına çatan Heydər  Əliyev 1993-cü 
ildə bütöv Azərbaycanın xilaskarı oldu. Torpağı, milləti 
parçalanan, dağılan Azərbaycanın aqil insanları göylərə deyil, 
Naxçıvana üz tutdular, xalqı bu bəladan yalnız ilahi qüdrətə
zəkaya malik olan Heydər  Əliyev qurtara bilərdi. Canından çox 
sevdiyi, hə- 
 
 
 


80  
 
126 
 
yatı bahasına qurub-yaratdığı Azərbaycanı xilas etmək üçün 
yenidən Heydər  Əliyev hakimiyyətə  gəldi, respublikamız 
zülmətdən işığa çıxdı. 
Yetmişinci illərədək nəinki bizim kənddə, heç İsmayıllıda da 
birtipli layihə üzrə tikilmiş  məktəb binası, baxça yox idi. Bizim 
Talıstan kənd orta məktəbi isə uçuq-sökük, darısqal bir binada 
yerləşirdi ki, bu da tədrisin keyfiyyətinə mənfi təsir göstərirdi. 
Yetmişinci illərdə Heydər Əliyevin qayğısı ilə rayonda bir neçə 
müasir tipli məktəb binası, baxçalar tikildi. Kəndimizdə  də 
ikimərtəbəli 480 yerlik orta məktəb binası tikilib istifadəyə verildi. 
Həmin illərdə məktəbin maddi-texniki bazası möhkəmləndirildi ki, 
bu da kənddə  təhsilin inkişafına böyük təkan oldu. Həmçinin bu 
illərdə  kəndimizdə ikimərtəbəli uşaq baxçası da tikilib istifadəyə 
verildi. Rəhbərin sadalamaqla qurtarmayan bu qayğılarını 
əbədiləşdirmək üçün məktəbimizdə Heydər  Əliyev guşəsi 
yaratmışıq. Müdrik rəhbərin həyat və  fəaliyyətinin məktəblilərə 
dərindən öyrədilməsi gənclərimizin təlim-tərbiyəsində böyük 
əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Talıstan kənd orta məktəbi 
son illərdə qazandığı nailiyyətlərlə  təkcə rayonda deyil, 
respublikada da qabaqcıl yerlərdən birini tutur. 
Bəli, möhtərəm prezident, Siz həyatınız boyu o qədər yaxşı işlər 
görmüşsünüz ki, onlar Azərbaycan xalqını, bu xalq isə Heydər 
Əliyevi daim yaşadacaqdır! Bu gün gənclərimizin dilindən cənab 
İlham Əliyevin bu sözlərini eşidəndə ürəyimiz dağa dönür: "Bütün 
vaxtlarda atamın mövqeyində dayanmışam. Çünki bilirəm ki, o 
haqlıdır. Mən indi də onun mövqeyindəyəm". 
Bir halda ki, Əliyevlər ailəsindən, alim qardaşlardan danışmağın 
yeridir, etiraf edirəm: Müdrik  insanla keçirdiyim günü 
 
 
 


80  
 
127 
 
həyatımda  ən dəyərli gün sayıram. Görkəmli alim, əsl insan, 
akademik Həsən  Əliyevin adı bütün dünyada məşhurdur. Elə 
xoşbəxt adamlar da vardır ki, onlar bu müdrik insanla - təbiətin, 
torpağın, insanlığın keşiyini çəkən, onun qorunması üçün "Həyəcan 
təbili" çalan dahi ilə  həmsöhbət olub, onunla duz-çörək kəsiblər. 
Tale elə gətirdi ki, mənə də bu müdrik insanla həm-söhbət olmaq 
xoşbəxtliyi nəsib oldu. 
Yaxşı yadımdadır İsmayıllı Rayon Partiya Komitəsində təşkilat 
şöbə müdiri işləyirdim. 1982-ci ilin ilıq payız günlərindən biri idi. 
Xəbər verdilər ki, Bakıdan qonaq gəlib. Qonağı qarşılamaq üçün 
küçəyə  çıxanda, qarşımda simasından nur yağan böyük insanı - 
Həsən Əliyevi gördüm. Əziz qonağı yuxarı otağa dəvət etdimsə də 
imtina etdi. Yarızarafat dedi: "Cavan oğlan, bu cür gözəl havanı, 
təbiəti qoyub, darısqal otaqda darıxmırsan? Qəşəm müəllim 
haradadır?" Mən rayonun birinci katibi Qəşəm Aslanovun Lahıca 
getdiyini dedim.O məndən adımı, nə  işlədiyimi soruşdu. Talıstan 
kəndindən olduğumu bildikdə - Bilal kişi necədir? - soruşdu. Mən 
Bilal Mahmudovun son dövrdə gördüyü işlərdən ağızdolusu 
danışaraq, onu da qeyd etdim ki, sizin rayona gəlişinizi eşitsə, ona 
xəbər vermədiyim üçün məni bərk danlayacaq. Akademik 
gülümsəyərək - "ağsaqqala zəhmət vermə, biz özümüz onun 
görüşünə gedərik", - deyib gəldikləri "QAZ-24"ə  tərəf getdi. İşçi 
yoldaşlarıma Talıstana getdiyimizi deyərək mən də maşına 
oturdum. 
Talıstana qalxarkən qarşıda görünən meşələrimizə baxa-baxa 
alim mənə  hər gün gördüyüm mənzərə haqqında elə  məhəbbətlə 
danışırdı ki, qəlbimdə qürur hissi ilə yanaşı, doğma təbiətimizi bir 
daha yaxından  duymaq, hiss etmək,  sevmək 
 
  
 


80  
 
128 
 
 
duyğuları yaranırdı. İndi də o günləri xatırlayanda düşünürəm: Ana 
vətənin hər bir ağacını, kolunu sevən, onun keşiyində duran bu dahi 
insan, vətənin 20 faiz torpağının işğalına dözərdimi?  Əsla 
dözməzdi! Dünyaya vətənimin işğal olunmasını başa salmaq üçün 
yorulmadan "Həyəcan təbili" çalan əziz qardaşı Heydər  Əliyevə 
etibarlı dayaq, yaxın köməkçi olardı. 
Kəndə çatan kimi Bilal dayı  gəlib çıxdı. Hörmətli Həsən 
müəllimlə Bilal dayı çox mehriban görüşdülər və hiss etdim ki, bu 
iki müdrik insan çoxdanın tanışı, dostudurlar. Biz Bilal dayıgildə 
çörək kəsərkən, Qəşəm müəllim də gəlib çıxdı. Birlikdə Talıstanın 
zümrüd meşələrinin seyrinə  çıxdıq. Söhbət edə-edə meşənin lap 
dərinliklərinə getdik. Hər çiçəkdən bir ətir qoxurdu. Yaşıl meşənin 
sükutunu arabir akademikin kəndin tarixi, meşədəki ağac növləri 
haqqında verdiyi suallar pozurdu: 
- Bilal 
kişi, deyirlər vaxtı ilə sizin meşələrdə şabalıdyarpaq 
palıd bitirmiş? 
-Bəli, mən də yaşlı kişilərdən eşitmişəm. Bunları bizim yerli 
əhali "qəmpil palıd" adlandırırlar, - deyə Bilal dayı cavab verdi. 
Gövdəsinə balta vurulmuş  ağaclar görəndə  Həsən müəllim bərk 
kədərlənir, kötükdən cücərən pöhrələri görəndə sevinirdi. O üzünü 
Qəşəm müəllimə və Bilal dayıya tutaraq, deyirdi: "Bir vaxt torpaq 
dilə gəlib şikayətlənəcək. Kimdən? Özünün "süd verib, bəslədiyi" 
insanlardan, sinəsinə yara vuranlardan, gözlərinə  zəhər tozu 
üfürənlərdən". Siz isə bu torpağın dəyərli insanları, mənim 
dostlarım kimi təbiətin, torpağın, bitkilərin qayğısına qalmalı, 
meşələrimizi artırmalısınız. Meşəlik dərəcəsi sizdə o qədər də çox 
deyil,  İsmayıllıda bu cəmi 29,2% təşkil edir. Üzünü Qəşəm 
müəllimə tutaraq dedi: "Bilirsən, deyirlər I Pyotr palıd ağacını 
kəsənlə özü məşğul olar, onu özü tənbeh edərmiş". 
 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə