Microsoft Word M. Suleymanov doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə36/43
tarix08.07.2018
ölçüsü2,17 Mb.
#53925
1   ...   32   33   34   35   36   37   38   39   ...   43

80  
 
129 
 
Akademikin söhbəti elə  şirin, elə maraqlı oldu ki, "Səngər 
yerinə" necə  gəlib çıxdığımızdan xəbər belə tutmadıq. Bilal dayı 
təklif etdi ki, burada bir az dincələk, sonra Cavanşir qalasına 
çıxarıq. Ağ çayın kənarında süfrə açıb, duz-çörək kəsdik. Dünya 
saflıq içində üzürdü. Bu dahi, müdrik insanların yanında 
olduğumdan böyük fərəh, qürur duyur, sinəm ürəyimə darlıq 
edirdi. Bəxtin, taleyin mənə bəxş etdiyi xoş anları yaşayırdım. 
Azacıq dincəlib, Cavanşir qalasına qalxdıq. Alim xeyli dayanıb 
qalaya baxdı, onun ətrafına dolandı, sanki ürəyində qalanın hər bir 
daşı, yazısı ilə söhbət eləyirdi. Qəşəm müəllim mənə üzünü tutub: 
-
 
Aydın, 'Talıstan" poemasının qalaya aid hissəsini yada 
salsan yaxşı olar, - dedi. 
Mən iri bir daşın üstünə  çıxıb sevimli şairimiz S.Vurğunun 
aşağıdakı misralarını böyük şövqlə söylədim: 
 
Burda əsrlərdən yadigar qalan, 
Üstünü çisginlər, dumanlar alan 
       Böyük bir qala var, dörd yanı hasar, 
                             Daşında paslanmış əski yazılar. 
                             Kimdir o sənətin böyük ustadı? 
                             Ölməz sənətkarın, sənətin adı! 
       Göz qoyun bu yerə, bir yadigardır... 
    Hər batan axşamın bir adı vardır. 
 
Hörmətli akademik məni diqqətlə dinləyib, üzünü bizə tutaraq 
dedi: 
-Xalqımızın qəhrəmanlıq tarixindən xəbər verən bu cür abidələri 
gərək yaxşı-yaxşı qoruyaq, bərpa edək. Bu sadə, elə-be- 
 
 
 


80  
 
130 
 
 
lə daş hasar deyil, bu yurdumuzun, Azərbaycan xalqının tarixidir, 
mənliyidir, qəhrəmanlıq salnaməsidir. 
Qaladan asta-asta düşüb axşama yaxın, Bilal dayının evinə 
gəldik. Qonaqpərvər el ağsaqqallının yenidən süfrəsinin qonağı 
olandan sonra, Qəşəm müəllim və  mən iş yerinə qayıtdıq. Həsən 
müəllimdən ayrılarkən, gəldikləri maşından yenicə çapdan çıxmış 
"Həyəcan təbili" kitabını götürüb mənə verdi. Böyük, unudulmaz 
xatirənin rəmzi olan bu kitabı - əziz insanın  əziz hədiyyəsini 
yadigar kimi indi də saxlayıram. Həsən müəllimi isə Bilal dayı 
böyük ərklə, evində qonaq saxladı. 
Həsən müəllim səhəri gün tezdən bizimlə xudahafizləşib 
Qəbələ-Şəki-Zaqatala rayonlarının meşələrinə səyahət etmək üçün 
yola düşdü. Doğrudan da mən bu zaman hiss etdim ki, böyük 
insandan ayrılmaq özü də böyük dərddir... 
 
Aydın ƏZİZOV, 
İsmayıllı rayonundakı Talıstan 
 kənd orta məktəbinin direktoru, 
 ali kateqoriyalı müəllim,  
"Qabaqcıl maarif xadimi". 
  
 
 
 
 
 
 
 
 
 


80  
 
131 
 
 
 
            EKOLOJİ TƏHLÜKƏSİZLİK HƏYATDIR 
 
Təbiətə zərər vuranlar, təbiəti çirkləndirənlər,  
ona ağır yara vuranlar hamımızın düşmənidir. 
 
HEYDƏR ƏLİYEV 
 
İsmayıllı rayonu coğrafi-iqtisadi cəhətdən zəngin,  əsrarəngiz 
təbiətə malik ərazidir. Təbiətin gözəlliyi insanları daimi olaraq 
buraya maraq göstərməyə vadar etmişdir. Təsadüfi deyildir ki, bu 
rayonun torpaqları kadastrına görə respublikada ən qiymətli torpaq 
tipinə aid edilmişdir. 
Mən 1977-ci ilin oktyabr ayında İsmayıllı rayonuna üzümçülüyə 
kömək məqsədilə getmişdim. Sonradan elə oldu ki, mən orada 
uzun müddət işləməli oldum. O dövrdə rayon partiya komitəsinin 
birinci katibi işləyən Qəşəm Aslanov məni qəbul edib dedi ki, 
yaxın günlərdə təsərrüfat başçılarını yığmışdıq. Onları işdən tez-tez 
ayırmaq olmur. Siz iki-üç gün Üzümçülük və Şərabçılıq Birliyinin 
baş direktoru Məhəmmədəli Süleymanovla üzümlüklərə baxın, 
sonra burada, zalda mütəxəssislərə  məsləhətlər verərsiniz. Mən 
dedim ki, Qəşəm müəllim, mən məsləhət vermək üçün yox, iş 
görmək üçün gəlmişəm. Mən əməli iş görmək istəyirəm. O gündən 
də sahələrdə mütəxəssislər və fəhlələrlə əyani seminarlar başladı. 
Bu minvalla 1982-ci ilədək rayonda 15 min hektara yaxın 
  
 
  
 
 


80  
 
132 
 
üzümlük salındı, 60 min tona qədər üzüm istehsal edildi. Qəşəm 
Aslanov çox geniş ürəkli və dünyagörüşlü adam idi. O, rayonu 
hərtərəfli inkişaf etdirirdi. İsmayıllılar etiraf edirdilər ki, rayon 
tanınmaz olub. 1982-ci ildə Qəşəm müəllim Azərbaycan KP MK-
yə  işə gedəndə rayonda eyni vaxtda yüzlərlə obyektdə tikinti işi 
gedirdi. 
İsmayıllılar üçün əlamətdar vaxt 1981-ci ilin iyul ayında oldu. 
Qəşəm müəllim çox narahatlıqla dedi ki, Azərbaycan KP MK-nın 
birinci katibi H.Əliyevin bizim rayona gəlişi gözlənilir. Biz gərək 
yoldaş H.Əliyevi layiqincə qarşılayaq. Bunun üçün rayonda səliqə-
səhman işi gücləndi. O vaxt tarlalarda "tarla evi" az idi. 
Müəyyənləşdirdik ki, yoldaş Heydər  Əliyev yol boyu harada 
zəhmətkeşlərlə görüşə bilər. Həmin yerlərdə düşərgə tikmək lazım 
gəlirdi. Bunun üçün üç gün vaxt var idi. Qəşəm müəllim rayonun 
ərazisində dörd yerdə düşərgə tikməyi o dövrdə partiya komitəsinin 
ikinci katibi işləyən Məhəmmədəli Süleymanova tapşırdı. Bütün 
sutka boyu işləyib Xəlilli, Kürdmaşı, Təzəkənd, Girdiman çay 
körpüsünün yanında tarla düşərgələri tikildi, Kürdmaşı  kəndində 
əhali təəccüb etdi ki, üç günə ikimərtəbli tarla evi necə hazır oldu. 
Nəhayət, 23 iyul 1981-ci il tarixdə rayonun fəalları başda 
Qəşəm Aslanov olmaqla, Ağsu rayonu ilə  İsmayıllı rayonunun 
sərhəddində Girdiman çayının üstündəki körpüdə yoldaş Heydər 
Əliyevi qarşıladılar. O, əvvəlcə  Xəlilli kəndində, sonra isə 
Kürdmaşı  kəndində  zəhmətkeşlərlə görüşüb səmimi söhbət etdi. 
İşləri və yaşayışları ilə maraqlandı. 
Sonrakı görüşlər rayonun başqa yerlərində də çox səmimi keçdi. 
Rayonun Kalinin adına kolxozunda rayonların rəhbər işçilərinin 
iştirakı ilə geniş seminar-müşavirə keçirildi və bu kol- 
 
 
  
 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə