Microsoft Word M. Suleymanov doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə42/43
tarix08.07.2018
ölçüsü2,17 Mb.
#53925
1   ...   35   36   37   38   39   40   41   42   43

80  
 
154 
 
  
Respublikası  DİN-də  işləməyə başlayır. Artıq həmin vaxtlarda 
ermənilər Azərbaycan torpaqlarını  işğal edir, əhalini doğma 
ocaqlarından çıxarır, kəndlərimizi xarabalığa çevirirdilər. Mehdi 
Abbasov xalqını sevən bir azərbaycanlı kimi daxili xidmət qoşunları 
tərkibində Vətənin müdafiəsinə qalxır. 
...Və hücumlardan biri 1992-ci ilin 13 yanvar səhəri başlandı. 
Mehdinin rotası  səhər alatoranında qarlı dağ yoxuşunu dırmanıb 
erməni səngərlərinə yaxınlaşdı. Düşmən yuvasına 100-150 metr 
məsafə qalırdı. Təhlükəni hiss edən ermənilər aralarındakı sahəni 
güclü çalın-çarpaz atəşə tutub rotanı yerə  sığınmağa məcbur etdilər. 
Hücumun pozulması  təhlükəsi yarandı. Elə bu anda Mehdinin "İrəli, 
igidlər. Arxamca!" komandası  eşidildi. O, qalxıb irəli atıldı. 
Komandirin nümunəsindən sanki əsgərlər polad yay kimi sıxılıb 
açıldı. Hamı bir nəfər kimi irəli atıldı  və ani bir sıçrayışla erməni 
mövqelərinə çatdılar. Əlbəyaxa döyüş sürətlə başlandığı kimi, sürətlə 
də sona çatdı. Ermənilər səngərdə onlarla meyid qoyub, silahlarını 
ataraq qaçdılar. Mehdinin rotası pərən-pərən olmuş erməniləri arxadan 
haqlayıb yerə sərirdi. 
Düşmənin mühüm dayaq istehkamı bizimkilərin  əlinə keçdi. 
Təəssüf ki, əsgərlər bu qələbə münasibətilə igid komandirləri Mehdini 
təbrik edə bilmədilər. O, bu döyüşdə əvvəllər dəfələrlə ölümlə üz-üzə 
gəlmiş həyatını özünə layiq qəhrəmanlıqla başa vurdu. 
Respublikamızın suverenliyinin və 
ərazi bütövlüyünün 
qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində 
göstərdiyi igidlik və  şücaətə görə Azərbaycan Respublikası 
Prezidentinin fərmanı ilə ona ölümündən sonra Azərbaycanın Milli 
Qəhrəmanı fəxri adı verilmişdir. 
Qəbri Bakıda Şəhidlər Xiyabanındadır. 
İsmayıllı  şəhərindəki küçələrdən birinə Mehdi Abbasovun adı 
verilmişdir. H.Əliyev parkında qəhrəmana abidə qoyulmuşdur. Ruşan 
kəndi indi Mehdiabad adlanır. 
 


80  
 
155 
 
 
MƏTBUAT SƏHİFƏLƏRİNDƏ 
 
HƏSƏN ƏLİYEV. "Həyəcan təbili", Bakı 1982. səh.33,40 
Bir neçə il bundan əvvəl tədqiqat zamanı böyük Qafqaz dağlarının 
Cənub yamaclarında,  İsmayıllı rayonu ərazisində  şabalıdyarpaq 
palıdın nümunələrini tapdıq. Onların bəzilərinin 300 il-dən artıq yaşı 
vardır. Yerli əhali bunları "qəmpil palıd" adlandırır; Yaşlı kişilərin 
dediklərinə görə, keçmiş zamanda "qəmpil palıd" burada çox olub. 
 
*** 
Bir sıra elmi ədəbiyyatda oxumuşdum ki, şabalıdyarpaq palıd 
İsmayıllı rayonunun Talıstan və Qalıncaq kəndlərində vardır. Lakin 
tədqiqat zamanı nə qədər axtarsaq da, onları tapa bilmədik. 
 
*** 
Zoğallıq, Quşəncə  kəndlərində gördüyümüz sıx çətirli palıdın izi 
ilə meşələrin dərin yerlərində axtarışları davam etdirdik. 
 
ƏBÜLHƏSƏN ƏLƏKBƏRZADƏ, xalq yazıçısı. "Azərbaycan" 
jurnalı, 1980, №4, səh.10 
Respublikamızın günü-gündən tərəqqi və inkişaf etməsi məndə 
yalnız iftixar duyğusu oyadır. Az-çox nə yazmışamsa, bütün roman və 
povestlərimdə başlıca mövzu Azərbaycan -onun inqilabi-tarixi 
keçmişi, bu günü olmuşdur. Respublikamızın 70-ci illərdəki misilsiz 
nailiyyətləri, xüsusən iqtisadi sahədə yüksəlişi bizim ədəbiyyatımızda 
da əks olunur. Son illərdə 
  


80  
 
156 
 
 
yazdığım "Sədaqət" romanı üzümçülərimizin həyatından bəhs edir. 
 
*** 
MANAF SÜLEYMANOV, "Azərbaycan diyarı - Lahıc" (1994) 
səh.116-117 
Qeyd etdiyim kimi, əvvəllər Lahıca geniş yol olmayıb, gediş-gəliş 
yalnız atla idi. İllər boyu maşın yolu çəkilişi bir arzu olaraq qalırdı. Bu 
arzu 1970-ci illərdə - respublikanın indiki prezidenti (o vaxt 
Azərbaycan KP MK-nın birinci katibi) Heydər Əliyevin təşəbbüsü və 
köməyi ilə  həyata keçdi. Dağlar yarıldı, körpülər salındı. Böyük 
abadlıq işləri başlandı. Bu yolu camaat indi də "Heydər yolu" 
adlandırır. 70-80-cı illərdə rayonun rəhbərləri olmuş  mərhum Qəşəm 
Aslanovun, Tamara Hümbətovanın,  İmran Mehdiyevin və 
başqalarının da xidmətlərini unutmaq olmaz. 
Lahıcda çoxlu yeni evlər tikilib, köhnələr təzədən qurulub, hamı 
savadlanıb. Qəsəbə çoxdan elektrikləşdirilib. 
 
*** 
 
HƏSƏN  ƏLİYEV, BUDAQ BUDAQOV “Əfsanəli dağlar”. 
Bakı. 1973. səh. 39, 46 
Yastanın Qərb qurtaracağında dayanıb,  ətrafın gözəl mənzərəsini 
seyr edirik. Budur, bizdən  şimal-qərbdə görünən Nialdağ silsiləsinin 
cənub-şərq qurtaracağında dağlardan enən meşə Ağçay hövzəsini yaşıl 
dona geydirir, Avahil, Suiut, Basqal və başqa kəndləri öz qoynuna alıb 
görünməz edir. Meşənin içərisindən baş qaldırmış Nuran yastanının 
şimal-şərq hissəsində eyni adlı  kənd yerləşir. Bu Yastanın sinəsini 
sökmüş sürüşmə və işğınlar nəticəsində baş vermiş çatlar qalın əhəng 
daşları ilə 
 
  


80  
 
157 
 
 
örtülmüş sahələri parçalayır. Bəzən evləri də  zədələyir. Nuran 
sürüşməsi son dəfə 1972-ci ilin may ayında baş vermişdir. Nuran 
kəndindən qərbdə, çəmən və meşədə yerləşən Gürcüvan kəndi 
görünür. Ağçay hövzəsində Pirqulu dövlət qoruğu təşkil edilib. 
 
*** 
... Artıq Həftəsiyab və Varna kəndləri arxada qalmışdır. Biz 
Girdiman çayının sol sahilində yerləşən Burovdal kəndindəyik. Bu 
kənd Girdimançay dərəsində olan ən ucqar kənddir. Lahıc 
çökəkliyindəki bütün kəndlərdə olduğu kimi, Burovdal kəndində  də 
kartof əkilir, buğda becərilir və maldarlıqla məşğul olurlar. 
 
*** 
HƏSƏN  ƏLİYEV, M.XƏLİLOV. "Yaşıl sərvətin keşiyində". 
Bakı, 1982.səh.52,95 
Tədqiqat işləri göstərdi ki, vaxtilə yaylada İberiya palıdından ibarət 
meşəliklər daha çox üstünlük təşkil edirmiş. Belə meşəliklər  əsas 
etibarilə  kənd təsərrüfatına daha yararlı olan nisbətən az meylli 
yamaclarda mövcudmuş. Hazırda bu meşəliklərin qalıqları Vartaşen, 
Qutqaşen və  İsmayıllı rayonları  ərazisində  dəniz səviyyəsindən 500-
1000 metr yüksəklikdə quzey yamaclarında  əkin və biçənək 
sahələrində  tək-tək yaşı ötmüş möhtəşəm palıd ağacları  şəklində 
qalmışdır. 
İsmayıllı rayonu ərazisinin bir neçə yerində üçüncü dövrün 
qiymətli nümayəndəsi  şabalıdyarpaq palıdın kiçik meşə sahələrini 
xüsusi qeyd etməliyik. Məlumdur ki, bu ağac növündən ibarət meşələr 
respublikamızda yalnız Talış zonasında qalmışdır. Onun ikinci yeganə 
sığınacağı Bozqır yaylası və Alazan-Həftəran vadisi olmuşdur. 
 
  
 
 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə