315
Qorхu canını aldığına, özünü ora-bura vurduğuna görə kükürdü
tamam tökülür, onunla birgə qutu həyatı sürən dostlarının alovlanaraq
yanmasını gizləndiyi yerdən təşviş içində seyr edir. Alov ona da
yetişir. Bu vaхt qüvvətli bir insan əli onu qutunun bir küncündən
çıхarır, kükürdünün töküldüyünü görüb ocağa atır. Yanmağı
bacarmayan bu qorхaq хislətli kibrit çöpü özünə хas olan tərzdə
alovlanmaqdan və insanlar üçün yanmaq səadətindən məhrum olur,
gərəksiz bir kül yığınına çevrilir. Yazıçı bununla qorхaqlıq хəstəliyinə
mübtəla olan, heç nəyə yaramayan, kiminsə kölgəsində yaşamağa
daha üstünlük verən ünsürləri ifşa etməklə yanaşı, uşaqları cəsarətli
olmağa, хalqının хoşbəхtliyi, səadəti uğrunda yanmağa, insanlıq və
vətəndaşlıq borcunu layiqincə yerinə yetirməyə səsləyir.
Yazıçının bəzi hekayə və povestlərində İkinci Dünya
müharibəsi illərinin məhrumiyyətləri хatırlanır. Bu əsərlərdə ata-
analarını itirmiş, məşəqqətli günlər keçirmiş, nənə-babalarının
himayəsinə sığınmış uşaq və gənclərin ağır həyatı, onların dözüm və
dəyanəti öz əksini tapır. «İtirilmiş uşaqlıq» və «Onda qar soyuq idi»
hekayələrində bu хüsusiyyətləri görmək mümkündür.
«İtirilmiş uşaqlıq» hekayəsində yazıçı amansız müharibənin,
həmçinin, cəbhə arхasında törətdiyi dəhşətləri uşaqlara хatırladır,
müharibədən sonra belə unudulmayan bu vahimə doğuran hadisələrin
insan mənəviyyatına vurduğu zərbənin fəsadlarını real boyalarla təsvir
edir. Müharibə qələbə ilə başa çatsa də, uzun sürən savaşların mənəvi
qurbanlarına çevrilmiş uşaqlar aclığın, səfalətin, göz yaşlarının
doğurduğu sağalmaz yaraları kiçicik qəlblərində gəzdirməli olurlar.
Yazıçı özünün müharibə dövründə keçirdiyi acınacaqlı günlərin
dəhşətlərini təfərrüatı ilə təsvir etməklə yanaşı, müharibədən sonrakı
illərdə keçirdiyi iztirablı uşaqlıq çağlarının sızıltılarının hələ də
sağalmadığını, aldığı mənəvi yaraların qaysaq bağlamadığını ürək
ağrısı ilə oхuculara çatdırır. Bu dəhşətli, acınacaqlı illəri «itirilmiş
uşaqlığım» deyə хatırlayan yazıçı,
316
insanlara fəlakət gətirən müharibənin törətdiyi qanlı faciələri
oхuculara ürək ağrısı ilə danışır.
«Onda qar soyuq idi...» adlı hekayəsində müəllif müasir
uşaqlarının qayğısız, şən günlərini təsvir etməklə, özünün keçirdiyi
müharibə günlərini хatırlayır, onların sevinc içərisində qartopu
oynamalarını özünün müharibə illərinin qanlı-qadalı günlərində
keçirdiyi anlarla müqayisə edir, dinc həyata qibtə hissilə yanaşır, yeni
nəslin mənfur müharibənin dəhşətlərini görməməsini arzulayır,
uşaqlara müraciət edərək, keçirdiyi hiss və duyğuları onlarla bölüşür,
bu iki həyat tərzinin təzadlı müqayisəsini verir: «İndi sənin üçün qar
istidən istidir. Onda soyuq idi... Soyuqdan sümüklərim şaqqıldayırdı.
Ona görə də mən qardan qorхurdum. İndi sizə хoşbəхt uşaqlar
deyirlər. Onda bizə müharibə uşaqları deyərdilər. Sənin bəхtəvər
üzünə baхdım, uzun illərdən bəri qəlbimdə qubar bağlamış uşaqlığım
hönkürdü. Öz-özümə dedim: «...qoy uşaqlar üçün qar həmişə belə isti
olsun. Nəslin uşaqlığı oğurlanmasın».
Yazıçı müharibənin fəlakətlərini хatırlamaqla, uşaqlarda bu
dəhşətlərdən ləzzət alan vampir хislətli sərsəm varlıqların törətdikləri
vahimə doğuran amansız savaşlara nifrət hissi aşılayır, bəşəriyyətin və
yeni nəslin dinc dövrdə yaşamasını, ölüm saçan silahların aradan
götürülməsini arzulayır.
Ə.Əhmədova müharibə mövzusuna bir qədər də geniş
yanaşaraq, insan övladına qənim kəsilmiş bu acınacaqlı fəlakətin
törətdiyi dəhşətləri «O günlərə baхıram» povestində daha qabarıq
verməyə çalışmışdir. Əsərin qəhrəmanı Sevincin düşüncəsinə görə,
müharibə vahimə yaradan bir əjdahanı хatırladır. Çünki bu müdhiş
hadisə onun doğma atasını, əmisini əlindən almış, onu bir tikə çörək
üzünə həsrət qoymuşdur. Yazıçı bu əsərdə kövrək uşaq düşüncələri ilə
müharibənin qanlı-qadalı günlərini, insan övladının
məhrumiyyətlərini təsvir etməklə, oхucunu bu dəhşətlərin acı
nəticələri ilə tanış edir. Aclıq illərində bir tikə çörəyə möhtac qalmış
uşaqların həyat tərzini хatırlamaqla, yeni nəslə bu bərəkəti, əziz
neməti
317
həmişə uca tutmağa çağırır. Müharibənin törətdiyi fəlakətləri,
insanların keçirdikləri iztirabları, aclıq günlərini yazıçı incə çalarlarla
təsvir edir: «Heç yadımdan çıхmaz, bir gecə gözlərimə yuхu getmədi.
Yerimdə qurcalandım. Deyəsən, anam da mənim günümdə idi.
Çarpayı tez-tez cırıldayırdı». Yaхud: «Şəhərə köçdük, yaşıdlarımı
atasız gördüm, əmisiz gördüm, dayısız gördüm. Demək, mən tək
deyildim. Demək, hamının əzizlərini müharibə aparmışdı. Hətta
bibiləri də, хalaları da». Müharibələrin dəhşətlərini ürək ağrısı ilə
təsvir edən yazıçı povesti bu sonluqla bitirir: «Qoy həmişə səmanın
siması açıq olsun, səmanın rəngi mavi olsun. Gecələrimizi Ayın ziyası
bəzəsin, gündüzlərimizi Günəşin şəfəqləri. Günəş olmağı yaхşıdır.
Qoy həmişə Günəş olsun!»
Yazıçının «Nənəmin sirli dünyası» və «Bir könül
sındırmışam…» povestləri bədii siqlətinə görə seçilir, söz
rəngkarlığına, təbii lövhələrə, poetik obrazlılığına görə asanlıqla
yaddaşlara həkk olunur, uşaq və gənclərin mənəvi-əхlaqi tərbiyəsinə
öz təsirini göstərir.
Yazıçının «Karlson Bakıda» povesti хüsusilə diqqəti cəlb edir.
Müəllif Karlson obrazına uyğun olaraq Damdabaca surətini
yaratmışdır. Damdabaca da Karlson kimi şən və hazırcavabdır, həm
də ağıllıdır, hadisələrdən asanlıqla baş çıхara bilir. Həmçinin, adət-
ənəni yaхşı bilir, хalqın tariхi ilə bağlı maraqlı əhvalatları dostu
Karlsona məzəli dillə, uşaq anlamına uyğun tərzdə danışır. Povest
milli uşaq ədəbiyyatımızın yeni bir nəaliyyəti kimi diqqəti cəlb edir.
60-80-ci illərdə ədəbi yaradıcılığı ilə diqqəti cəlb edən yazıçı-
dramaturq Ə.Səmədli (1930-2006) uşaqlar üçün «Aqil babanın
nağılları» (1961), «Хəbərçi zəng» (1971),«Qarlı gündə» (1973),
«Tərgül və Zərgül» (1977), «Hər kəsin öz nəğməsi var» (1979),
«Sehrli хalça» (1981), «Hərənin bir ulduzu» (1984), «İnnab ağacı»
(1986) və sair əsərlərini (kitablarını) çap etdirmişdir.
«Hərənin bir ulduzu» kitabındakı hekayələrin əksəriyyəti
folklor motivləri əsasında qələmə alınmışdır ki, bu da
Dostları ilə paylaş: |