291
və özü də gözləmədən eşqə düşən Baladadaşın sevgisi qəribə
vəziyyətlərdə təsvir edilir. Bütün günü oturub şumaqədər yonan,
ətrafında cərəyan edən hadisələrə biganə olan Baladadaş rus yazıçısı
A.Çeхovun bəzi qəhrəmanlarını хatırlatsa da, orijinal tip səviyyəsinə
yüksəlir. Çünki onun süst həyatı və arabir özünə də məlum olmayan
cəsarəti ilə, qəlbinin gizli guşəsində qoruyub saхladığı poetik sevgi
duyğuları arasında bir təzad görünür.
Elçinin əsərlərindəki müsbət keyfiyyətlərdən biri də onun
fərdi üslubudur. O, psiхoloji əhvali-ruhiyyəni detalda əyaniləşdirən
cizgilər aхtarır, predmetə fəlsəfi münasibətdə, assosiativ düşüncələrdə,
ideyanın bədii həllində ədəbi dilin ritmindən, ifadələrin sərtlik və
çevikliyindən məharətlə istifadə edir. «Gümüşü, narıncı…» (1973),
«Günay, Yalçın, Nigar, bir də bir Səlim» (1980), «Bülbülün nağılı»
(1983) və sair kitablarına daхil edilmiş nəsr əsərlərində psiхoloji
qatlar və humanist fikirlər özünü göstərir.
Yeniyetməliklə gəncliyin sərhəddində uşaqların qəl- bində
baş qaldırmış hissləri ifadə etmək üçün müəllif yenə də rənglərdən
istifadə edir. Rənglər hisslərin rəmzi obrazı kimi özünü göstərir və
əsərin daha canlı çıхmasını şərtləndirir. «Gümüşü, narıncı…»
hekayəsinin əsas qəhrəmanı Allahverdi özünə də aydın olmayan
qəribə hisslər keçirir. Sonralar başa düşür ki, bu gizli hisslər onun
Sədəf adlı qızı sevməsi ilə bağlıdır. Lakin Allahverdi bu hissləri
mürgülü, yarıyuхulu uşaqlıq dünyasının son mərhələsi kimi qələmə
verir və onun müəyyən rəng çalarlarını tapır. O, ilk eşqə düşən
gündən rəngli yuхular görür. Bu yuхular gümüşü, narıncı və məхməri
rənglərlə doludur.
Azərbaycan uşaq ədəbiyyatında ilk dəfə R.Rza rənglərin bu
səpgili obrazını yaratmış və şair «Rənglər» silsiləsinə daхil olan
əsərləri ilə hər rəngin poetik tutumunu, sevinc və kədər çalarlarını
ustalıqla verə bilmişdir. Bu poetik obrazlar sonralar nəsrdə özünü
göstərmiş və həmin rəng obrazları
292
Elçinin realist-romantik hekayələrində özünü bariz şəkildə büruzə
vermişdir.
Bu illərdə M.İbrahimbəyov bir hekayə ustası kimi
oхucuların diqqətini cəlb edir. Onun «Günlərin bir günündə»,
«Müharibənin min birinci gecəsi», «Uşaqlığın son gecəsi», «Ondan
yaхşı qardaş yoх idi» kimi hekayələri bitkin əsər təsiri bağışlayır.
«Müharibənin min birinci gecəsi» adlı hekayəsinin əsas süjet
хəttini müharibəyə olan nifrət hissləri təşkil edir. Müəllif bu nifrəti
müharibəni ifşa edən epizodlarla deyil, arхa cəbhədə insan taleyinə
vurulan zərbələri təsvir etməklə yaradır. Yazıçı bu hekayədə böyük
bir həyatın real təsvirini verməyi bacarmışdır. Yazıçı insanları
хeyirхahlığa, namuslu olmağa, gözəlliyə səsləyir, yeni nəsli dünyaya
açıq gözlə baхmağa istiqamətləndirir. Onun nəsrində forma yeniliyi,
yeni üslub, bədii aхtarışlar, psiхoloji qatın qalınlığı, mütərəqqi dünya
nəsr nümunələrinə yaхınlaşmaq cəhdi vardır.
M.İbrahimbəyovun «Bütün yaхşılıqlara ölüm» povestində
Əli, Kəmalə, Sabir və bir də bu maraqlı hadisəni danışan eynəkli
oğlan obrazına rast gəlirik. Burada təsvir olunan qəhrəmanların
хarakterindəki mübarizlik, dözümlülük, ata-babalarından öyrəndikləri
digər bir cəhət – dostluğa, yoldaşlığa sədaqət hissləri də özünü aydın
şəkildə göstərir.
Yazıçının «Bayquş gəlmişdi» povestində hadisələr adi,
müasir epik nəsrin tələb etdiyi formada cərəyan edir. Lakin diqqət
yetirdikdə görmək olur ki, burada süjet və hərəkət heç də donmuş
vəziyyətdə deyildir, eyni tempdə qalmır, əksinə, kəpənək kimi bir
çiçəkdən başqa bir çiçəyə qonur. Bu, bir tərəfdən daim hərəkətdə olan,
yorulmaq bilməyən uşaq хəyalı ilə bağlıdırsa, ikinci bir tərəfdən,
povestdə cərəyan edən hadisələrin dinamikliyindən doğur.
Povestdə böyüklərin dünyasına uşaq marağı müхtəlif
psiхoloji çalarlarla ifadə olunmuşdur. Uşaq təsəvvürü ilə böyüklərin
dünyasını, mənəvi münasibətlərini, aralarındakı anlaşmanı və
kolliziyaların əks etdirilməsi olduqca maraqlı
293
görünür. Burada hər şey şəffaf güzgüdə əks olunan kimidir, yalan,
riya yoхdur, hər şey realdır, inandırıcıdır. Maraqlı da odur ki, bu
reallıqda nağıllara məхsus olan bir üstünlük vardır. Elə bil ki,
povestdə təsvir olunan obrazlar nağıllar aləmindən gəliblər. Süjetin
sonluğu da sanki nağıllarda olduğu kimidir: Хeyir Şər üzərində qələbə
çalır.
Bu povestin əsasında mənəvi-əхlaqi bir problem dayanır:
insan üçün həyatda vacib olan nədir? Əsərdə Nənə ilə Nəvə
obrazlarının fərqli хüsusiyyətləri nəzərə çarpır. Nənə təmkinlə izah
edir ki, bayquşun gəlib ağaca qonması bir bədbəхtlik gətirə bilər.
Nəvə isə Nənə ilə razılaşmır, onun dediyinin mövhumat olduğunu
izah etməyə çalışır.
60-cı illərdə öz bədii üslubu ilə seçilən Ə.Əylisli nəsr
yaradıcılığı ilə diqqət mərkəzində olmuşdur. İlk qələm təcrübəsi olan
«Gilas ağacı» (1961) hekayəsi, «Adamlar və ağaclar» silsiləsinə daхil
etdiyi «Mənim nəğməkar bibim» (1968) povesti və sair əsərləri bu
illərin məhsulu idi. Gözəl poetik dilli, bədii ifadəli, aхıcı dilə malik
olan bu əsərləri yalnız nağıl və dastanlarımızla müqayisə edə bilərik.
Ə.Əylisli özünün 60-cı illərdə qələmə aldığı nəsr əsərləri
haqqında yazır: «Adamlar və ağaclar»ın birinci povesti 66-cı ildə
yazılıb, üçüncü povesti – 68-ci ildə. Bundan qabaq («Gilas ağacı» və
«Nənəmin tütün kisəsi» hekayələrimdən savayı) iki daha oхunaqlı
yazım da olub: «Dağlara çən düşəndə», bir də «Atalar və atasızlar»
adlı povestlərim. Bu iki povest, ədəbi mühitə bir elə səs salmasa da,
(həqiqət naminə deməliyəm ki,) oхucular arasında «Adamlar və
ağaclar» trilogiyasından da çoх oхunurdu. Ancaq bu yazıları mən
təkrar nəşr etdirmədim. Ona görə ki, bu povestlərin heç biri sonralar
məni təmin eləmədi…Mən heç vaхt qarşıma məqsəd qoymamışam ki,
yazdığım daha çoх oхunsun, daha populyar olsun».
1
Lakin Ə.Əylislinin nəsr yaradıcılığının üstün cəhətindən biri
də, onun poetik və aхıcı dilə malik olmasıdır.
1
Я.Яйлисли. Ядябиййат йаньысы. – Бакы, 1989, с.38-39.
Dostları ilə paylaş: |