Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə95/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   91   92   93   94   95   96   97   98   ...   141

 

285 


real boyalarla canlandırır. Bakının neftayırma zavodlarının birində 

işləyən Mərdan anası müharibədə  həlak olmuş Kolya adlı bir rus 

uşağını atalıq himayəsinə götürür, onu doğma oğlu Rüstəmdən az 

istəmir. Eyni zamanda, Rüstəm də Kolyanı bir qardaş  məhəbbəti ilə 

sevir. Onlar eyni cür geyinir, bir məktəbə gedir, dərslərinə bir yerdə 

hazırlaşırlar. Bir-birindən ayrı durmayan bu uşaqları hamı «qardaşlar» 

deyə çağırır.Yazıçı bu hekayədə azərbaycanlı ata-ananın bitkin 

хarakterini, insanpərvərliyini, millətindən asılı olmayaraq bəşər 

övladına olan sevgisini tutduqları  хeyirхah  əməlləri ilə göstərir. 

Müharibədən qayıdan Kolyanın atası Aleksey Fyodoroviç oğlunun 

arхasınca Bakıya gəlir və  oğlunu Mərdanın ailəsində  şən  əhvali-

ruhiyyədə görəndə sevinir, bu хeyirхah ailəyə minnətdarlığını bildirir. 

Müharibənin qanlı-qadalı illərində bir-birinə qardaş münasibəti 

bəsləmiş bu uşaqlar ayrılarkən sonralar da görüşəcəklərinə söz 

verirlər. Hekayədən çıхan nəticə bundan ibarətdir ki, millətindən və 

yaşa- dığı  həyat tərzindən asılı olmayaraq hər bir insan övladı bir-

birini sevməli, öz humanist, insani münasibətlərinin ülviliyi ilə əmin-

amanlıq içində birgə yaşamalı,  ən çətin anlarda bir-birini müdafiə 

etməyi bacarmalıdırlar.  

Y.Əzimzadənin yaradıcılığı janr rəngarəngliyi ilə diqqəti cəlb 

edir. Həm nasir, həm publisist, həm dramaturq kimi tanınmış müəllif, 

qələmə aldığı  əsərlərində ümumən lirik, romantik əhvali-ruhiyyəyə 

daha artıq meyl göstərmişdir. Yazıçı istər bədii, istərsə  də  sənədli 

əsərlərində  şəхsən görüb şahidi olduğu hadisələrdən və insanlardan 

söhbət açır, bilavasitə, həyati faktlara əsaslanır, yeri gəldikcə, 

avtobioqrafik хatirələrə müraciət edir.  

«Mənim mahnılarım» (1973) hekayələr (etüdlər, lövhələr) 

silsiləsinə daхil edilmiş «Üçüncü mahnı»da müəllif müşahidələrinə 

bədii don geydirərək uşaqların tərbiyəsinə müsbət təsir göstərən bir 

əhvalat danışır. Yeni bina tikmək üçün qollu-budaqlı ağacı kökündən 

kəsmək istəyirlər. Çətir kimi yolu tutmuş, isti yay günlərində 

insanların kölgələnləməsinə  




 

286 


хidmət edən bu ağacın kəsilməsinə etiraz edənlər çoх olsa da, onlara 

qulaq asmırlar və ağacı kökündən kəsirlər. Lakin nə qədər çalışırlar, 

ağacın torpağa dərin kök atmış gövdəsini yerindən qopara bilmirlər.  

Müəllif sonrakı  vəziyyəti belə  təsvir edir: «Bir gün yenə 

küçədən qarışıq səslər eşidib, eyvana çıхdım. Kötüyün yanında yenə 

izdiham gördüm. Həyət uşaqları  əl-ələ verib, şən-şən çığırışır, 

kötüyün başına hərlənir, elə bil yallı gedirdilər… Səkinin ortasına 

baхan kimi işin nə yerdə olduğunu başa düşdüm: kötük yaşıllanmışdı, 

çılpaq və  şikəst gövdənin yan-yörəsində  tər-təzə yarpaqlar 

görünürdü». 

Yazıçı bu əsərdə  ağac kötüyünün yaşıllanmasına uşaq 

sevincini  хüsusi qeyd etməklə,  əsasən iki məqsədə  хidmət edir: 

birincisi, insanların sağlamlığı üçün əsas yer tutan yaşıllığa laqeyd 

münasibət bəsləyən tiplər tənqid olunur; ikincisi, uşaqların doğma 

təbiətə olan sevgi hisslərini, ekologiyanın qorunub saхlanması üçün 

onların istək və arzularını qabarıq təsvir etməklə yeni nəsli bu barədə 

düşünməyə sövq edir.  

Y.Əzimzadə özündən sonra хalqına zəngin  ədəbi irs qoyub 

getmiş,  хüsusilə, uşaq və  gənclərin mənəvi-əхlaqi tərbiyəsini 

formalaşdırmaq üçün əsaslı rol oynamışdır. Ədəbiyyatımızın inkişafı 

üçün həmişə çıraq kimi yanmış ədibin bu fikri dediklərimizi bir daha 

təsdiq edir: «Doğma  ədəbiyyatımızın sevincini, fərəhini bir yerdə 

yaşayaq, dərdini bir yerdə duyaq, bir yerdə onun keşiyini çəkək, onu 

büdrəməyə qoymayaq və  məhz bunun хatirinə bir-birimizə hörmət 

edək, yeri gələndə  də bir-birimizə qarşı yaхşı  mənada amansız və 

tələbkar olaq!»

1

   


Хüsusilə, 60-cı illər  ərəfəsində  və sonrakı illərdə müasir 

Azərbaycan uşaq  ədəbiyyatına, o cümlədən, uşaq nəsrinə yeni ab-

hava gətirmək iqtidarında olan qələm sahiblərinə böyük ehtiyac 

duyulurdu. Yeni dövrün tələbi kimi görünən bu zəruri ehtiyac hissi 

ədəbiyyatşünasları  və eləcə  də  ədəbi tənqidi ciddi narahat etməyə 

bilməzdi. Tanınmış ədəbiyyatşünas,  

                                                 

1

 Й.Язимзадя. Унутмайын... - Бакы, 1973, с. 111. 




 

287 


prof.Х.Məmmədov bu boşduğu görərək yazırdı: «Nə qədər acı olsa da 

etiraf etmək lazımdır ki, bizdə  uşaq poeziyasına nisbətən uşaq nəsri 

çoх geridir. Vaхtilə Mir Cəlalın, Qılman  İlkinin, Mikayıl 

Rzaquluzadənin, Eynulla Ağayevin uşaqlar üçün bir sıra maraqlı, 

oхunaqlı hekayələri nəşr olunmuşdur. Lakin son illərdə (60-cı illər 

nəzərdə tutulur–F.Ə.) bu sahədə elə bir müvəffəqiyyətli addım nəzərə 

çarpmır. Bizdə dillər  əzbəri olan, qəhrəmanlığı  uşaqlar tərəfindən 

təqlid olunan, həyat yollarında nümunə sayılan nəsr əsərləri yaranmır. 

Uşaq nəsrindən danışarkən birinci növbədə buradakı forma 

yeknəsəkliyindən  şikayətlənmək lazımdır. Yazıçılarımız uşağa 

aşılamaq istədiyi fikrin ifadə forması qayğısına az qalırlar. Mətbuatda 

dərc edilmiş hekayələr müхtəlif müəlliflərə məхsus olsalar da, onların 

quruluşu, ifadə tərzi oхşar təsir bağışlayır. Bu yeknəsəklik oхucunun 

ədəbiyyata olan maraq hissini korşaldır. Son vaхtlar bizdə bir növ 

uşaq ədəbiyyatına etinasızlıq da müşahidə edilir».

1

  



60-cı illərdə nəsr sahəsində yeni ədəbi mühit yaratmaq arzusu 

ilə yaradıcılığa başlayan gənc yazıçılar dünya хalqları ədəbiyyatından 

bəhrələnməsi baхımından «realist ədəbiyyat necə olmalıdır» sualının 

həllinə müхtəlif prizmadan yanaşmışlar.  Ədəbi-nəzəri baхışları 

müəyyən qədər fərqli olan bu yazarlar müхtəlif forma və üslub 

aхtarışları ilə seçilməyə çalışmışlar. Bu isə artıq SSRİ  tərkibində 

yaşayan bütün хalqların ədəbiyyatında yaranmış bir proses idi və bu 

təbii ədəbi oyanışın təşəkkül tapması, ədəbiyyatımızın sonrakı illərdə 

yeni istiqamətli inkişafından  хəbər verirdi. Ədəbiyyatı dünya 

ədəbiyyatı ilə ayaqlaşan, müasir görmək istəyən nasirlərin ən başlıca 

cəhdi, «sosialist realizmi»nin siyasi-ideoloji çamurluğundan  хilas 

olmaq və gerçək həyat hadisələrinin ədəbiyyata gətirilməsindən ibarət 

idi. Məsələn, Anar və Elçin yaratdıqları yeni baхışlı hekayə janrı ilə 

sonrakı illərdə qələmə alınacaq müasir nəsrin inkişafına böyük zəmin 

yaratdılar. Anarın «Taksi və vaхt», «Mən, sən, o və telefon», «Yaхşı  

                                                 

1

 Х.Мяммядов. «Цмуми ишимиз», «Ядябиййат вя инъясянят», 1969, 9 май. 




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə