Фяхряддин вейсялли



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə67/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   63   64   65   66   67   68   69   70   ...   106

ВЫЫЫ. И
ШАРЯ СИСТЕМЛЯРИНИН СТРУКТУР ТИПЛЯРИ
 
 
207 
 
 b) Musiqi 
 
Musiqi ən həssas incəsənət növüdür. Ġnsan hisslərini ifadə et-
məklə musiqi onun psixikasına güclü təsir göstərir. Hətta təbabətdə 
musiqidən istifadə olunur. 
Musiqidə  intllektual  və  irrasional  incəsənət  var,  o,  fəlsəfə  və 
riyaziyyatın bədii ekvivalentidir, o, dünyanın sirrli mahiyyətini açır. 
Musiqi ən mürəkkəb dilə malikdir. 
Tam aydın deyil, musiqi nəyi ifadə edir. O, hissin dərinliyini 
bildirir. Onda emosional-hissi dərinlik mücərrəd düĢüncə ilə çarpaz-
laĢır. Musiqi qədim olsa da, onda ikili fiziki mahiyyət var: bir tərəf-
dən  insan  özü,  o  biri  tərəfdən  alət,  insanın  çaldığı  alət  birgə  çıxıĢ 
edir. 
Biokommunikasiyada  musiqidən  danıĢmaq  olar,  ancaq  onlar 
daha  çox  səs  sıqnallarıdır:  quĢlarda-  bülbüllərdə.  QuĢ  nəğməsində 
musiqidən  qabaq  mərhələni  qeyd  etmək  olmur.  Ancaq  etoloqlar 
heyvanlarda musiqiyə bənzər elementləri qeyd edirlər. 
Musiqidə səsin yüksəkliyi uzanır, insan səslərində (məs., Ģair-
lərdə)  səs  tonu  sürüĢür.  Ġnsan  səsində  yüksəlmə  və  enmə  intona-
siyanı  bildırir.  Oxuma  danıĢmaqdan  fərqli  olaraq  oxuyanın  emosi-
onal fiziki vəziyyətindən ayrılıqda mövcud olmur. Oxuma ya təbii, 
ya da bədii-məqsədyönlü (konsertdə) olur. 
Ġnstrumental  oyun  nəğmədən  sonra  gəlir,  o,  insan  bədəninin 
musiqi  imkanlarının  inkiĢafıdır.  Əl  çalmaq  və  ayaqlarını  tappıl-
datmaq  ilkin  elementlərdir.  Sağ  və  sol  əl  simmetrik  açılır  və  bir-
birinə  yaxınlaĢır.  Onları  sonralar  nağaralar  əvəz  edir.  Onlar  səsin 
intensivliyini  və  gücünü  dəyiĢməklə  bir-birinə  keçir  və  ahəng 
yaradır. Balaban insan xirtdəyinin analoqudur. 
Musiqinin  öz semantik  vahidləri (lüğət), kombinasiya qanun-
ları (sintaksis), ayrıca musiqiləri (mətn) və onların konkret reallaĢ-
ma  imkanları  var.  Deməli,  musiqinin  semiotikliyi  onun  məzmu-
nunu,  vahidini  (musiqi  dilinin  iĢarəsini),  onun  morfologiyasını  və 
sintaksisini necə açmaqdan ibarətdir. 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
208 
Musiqidə  asemantik  nəzəriyyə  forma  və  məzmunu  ayırmır, 
musiqi  forma  kimi  Ģərh  olunur,  musiqi  əsərində  elementlərin  rə-
qəmsal ardıcıllığı əsas götürülür. Bunu əsasən bəstəkarlar deyirlər. 
Musiqiçilər  isə  məzmunu  qəbul  edirlər.  O  ki  qaldı  musiqi 
vahidlərinə, onlar mübahisəlidir. B.V.Asafyev belə vahid kimi into-
nasiyanı  götürür.  Ancaq  çoxları  bununla  razılaĢmır,  çünki  intona-
siyanın  hər  komponenti  səslənməyə  təsir  edir:  temp,  ton,  zaman, 
tembr və s. 
Musiqi dilinin strukturunu iki iĢarəyəqədərki elementlə səciy-
yələndirirlər: 1) musiqi səsinin səciyyəsi (yəni harmonik titrəmələr); 
2) həmahənglik səciyyəsi. 
Bunu  təbii  dildə  fərqləndirici  əlamət  (məs.,  karlıq/cingiltilik 
və s.) və fonemlə müqayisə etmək olar. 
Elementar musiqili  səs  musiqi  vahidi kimi  götürülmür, çünki 
onda musiqi  səslərini  ayırmaq olmur.  Burada həmahənglik  əsasdır, 
müxtəlif yüksəliĢli iki və daha çox səsin ardıcıl (melodik), ya da ani 
(harmonik)  birləĢməsidir.  Beləliklə,  konsonans,  assonans,  akord 
yaranır. Musiqiçilər həmahəngliyi elementar vahid kimi götürürlər, 
ancaq  əsas  vahid  kimi  yox.  Bu,  canlı  hüceyrələrdir  ki,  istənilən 
əsərin musiqi Ģəbəkəsini düzəldir. Həmahəngliyin öz sintaksisi var: 
1)  həmahəngliyi  yaradan  səslər  arasında  vaxt  nisbəti  və  səslərin 
sayının  nəzərə  alınması  vacibdir;  2)  qəbul  edilən  səs  yüksəkliyi 
sisteminin  yüksəklik  asılılığı,  həmahənglik  bir  növ  səs  yüksək-
liyinin  nərdivanından  yaranır.  Həmahəngliyin  mənasını  təbii  dil 
səslərinin  fonosemantikliyilə  müqayisə  etmək  olar.  Konsonans 
sevinc,  dostluq  və  sakitlikdir,  dissonans  isə  mübarizədir.  Ġnsanlar 
konsonansdan daha çox ləzzət alırlar, nəinki assonansdan
11

Musiqili  səs  musiqinin maddi-fiziki  əsası,  intonasiya  isə  mu-
siqi  məzmununun  enerji  daĢıyıcısıdır.  Musiqidə  intonasiya  əsas 
ifadə  vahididir.  Dildə  isə  o,  intellektual  və  emosional-modal  çalar-
lığın daĢıyıcısıdır. 
Ġndi  musiqi  dilində  intonasiya  əsas  mənalı  vahiddir.  Ç.Pirsin 
triadasında (indeks-kopiya-simvol) ―intonasiyaya hansı aiddir‖ sualı 
yaranır.  O,  incəsənəti  gerçəkliyin  yamsılanması  (mimesia)  kimi 


ВЫЫЫ. И
ШАРЯ СИСТЕМЛЯРИНИН СТРУКТУР ТИПЛЯРИ
 
 
209 
baĢa  düĢərək  hesab  edirdi  ki,  müxtəlif  incəsənət  semiotikalarında 
iĢarələyən  və  iĢarələnən  olmasına  rəğmən  iĢarə-kopiyalardan 
danıĢmaq olar. Y.M.Lotman isə yazırdı ki, musiqi təbii dildən vacib 
semantik  əlaqənin  olması  ilə  səciyyələnir  və  buna  görə  də  musiqi 
mətnlərinin  semiotik  dərkinə  açarı  onların  sintaqmatikasında 
axtarırdı
12

Ancaq musiqiçilər musiqi dilində indeks, kopiya və simvolları 
aĢağıdakı kimi götürürlər: 
a)  iĢarələr-indekslər  (əĢyavi  iĢarələr)  səslənmədə  dünyanın 
görünən  predmetliyini  bildirir,  onlar  predmetlərin  dolayısı  ilə  əks 
olunmasıdır. Məsələn, quĢların göstərilməsi metonomik səs əlamət-
lərilə – civildəĢmə və  ya qanadlarının hərəkətlərilə, gedən arabanın 
ağır  hərəkətini  və  fırlanan  təkərlərinin  səsini  imitasiyası  ilə 
bildirmək; 
b) iĢarələr-kopiyalar (emosional iĢarələr) səslənmədə psixoloji 
vəziyyəti  bildirir:  həyəcanın,  emosional  tərəddüdün  artması  və  ya 
azalması,  gərginliyin  artması,  bir-birinə  zidd  hərəkətin  kolliziyası, 
kulminasiya, azalma, sakitlik və  s. buraya  aiddir. Romantik  musiqi 
(XIX  əsrdə)  P.Ġ.Çaykovskinin  (1840-1893)  opera  və  simfoniya-
larında lirik əhval-ruhiyyə, Bramsın kamera musiqisində, sonata və 
kvartetlərində  emosional  çılğınlıq  və  sakitlik,  son  dövrlərdə 
Vaqnerin  lirik  əsərlərində  melodikliyə  canatma  aydın  duyulurdu. 
Burada səs, intonasiya, ya da motor-ritmik vasitələrlə ifadə olunur
c)  iĢarələr-simvollar  (xrestomatik  sitat  və  parafrazlar). 
Müəyyən  janr  əlaqələrinin  proqramlaĢdırılması  ġopendə  və 
Bramsda  (XIX  əsrdə),  Stravinski,  Bax  və  Vivaldidə  aydın  nəzərə 
çarpır.  ġostakoviçdə,  Bethovenin  ―Ay  sonatası‖,  ġnitkenin  3-cü 
simfoniyasında  alman  musiqi  tarixinin  allüziyası  qabarıq  ifadə 
olunur.  Həmçinin  əsərlərin  adı,  musiqi  əsərlərinə  giriĢ,  vokal 
əsərlərin  poetik  mətnləri,  müəllif  remarkları.  Ġtalyan  dilində  forte 
(qısaldılmıĢ  f)  ―qüvvətli‖,  fortissimo  (ff),  ―çox  güclü‖  forte 
fortissino (həddindən artıq qüvvətli) və s. bu qəbildəndir. 
Ġntonasiya vahidlərinin 3 birinci səviyyəsi üçün 3 termin bun-
lardır:  1)  motiv  (sözün  musiqidə  analoqu);  2)  kompleks  motiv 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə